Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3487/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi, əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-432/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 6, ev 4 Cavabdeh istifadə və sahibliyindədir. Onunla İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev Birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) və kombidən (su qızıdırıcı 1/1) istifadə edilir. Cavabdeh abonent kimi qeydə alındığı dövrdə təbii X6nın pozulması barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmaqla, qəbul edilmiş qərarlarla ümumilkdə (295,20 + 756 =1.051,20) 1.051,20 manat məbləğində maddi zərər hesablanmışdır. Eyni zamanda, həmin ünvan üzrə təbii qazdan istifadə nəticəsində 874,78 manat məbləğində sərfiyyat (debitor) borcu qalmışdır. Ümumi borc məbləği isə 1.925,98 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə İddiaçı İB-yə müraciət edərək, 1.938,98 manat məbləğində borcunun olduğunu qəbul etdiyini, borcun müəyyən müddət ərizində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürdüyünü bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 1.051,20 manat məbləğində zərərin, debitor borc üzrə 874,78 manatın və 39,26 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1.965,24 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birlik arasında xx.xx.2020-ci il tarixində 04/4962 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında birlik abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X6”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020- ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 1.051,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 5,30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar - dekabr ayları üzrə 229,78 manat sərfiyyat borcu və limitdən əlavə 27,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar - dekabr ayları üzrə 420,16 manat sərfiyyat borcu və limitdən əlavə 12,34 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 17,90 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar - avqust ayları üzrə 300,56 manat sərfiyyat borcu və limitdən əlavə 27,84 manat sərfiyyat borcu, cəmi 1.041,08 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına qədər cavabdeh 166,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 874,78 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin birliyə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 1.925,98 manat təşkil etməkdədir.
4. Bundan sonra iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən tərtib edilmiş təbii qazdan qanunsuz istifadəyə görə 30.01,2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, debitor borc üzrə 874,78 manat, ümumilikdə 1.965,24 manat əsassız borcun abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı nümayəndələri tərəfindən onun iştirakı və imzası olmadan ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat cəmi 1.051,20 manat əsassız dəymiş ziyan hesablanmışdır. İddiaçı nümayəndələri tərəfindən fərdi yaşayış evinin qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmiş, imzası olmadan, hal şahidlərinin iştirakı ilə imzası olmadan akt tərtib olunmuşdur. İddiaçı nümayəndələri tərəfindən akt tərtib edilərkən qeyd olunan evdə təbii qazdan qeyri-qanuni istifadə faktı olmamışdır. Eyni zamanda, bu borcla bağlı 3 il müddət keçməsinə baxmayaraq İddiaçı tərəfindən ona rəsmi məlumat verilməmiş və bununla da iddia müddətini bitirmişdir. Təbii qazdan qanunsuz istifadə olunubsa, nəyə görə İddiaçı Sabunçu QTS-nin qəza xidmətinin kəsim aktı yoxdur? Bundan başqa İddiaçı tərəfindən aidiyyatı üzrə polisə müraciət olunmamış, bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə əsasən təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə hər hansı bir akt tərtib olunmamışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 432/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 126 manat dəymiş ziyanın, 856.88 manat debitor borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh məxsus abonent kodundan xx.xx.2020-cu il tarixli, ******* saylı akta əsasən yazılmış cərimənin 630 manat olan hissəsinin, xx.xx.2020cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 295.20 manat borcun və uçotu pozulmuş qaz sərfi üzrə 17.90 manat borcun silinməsi, ilkin və qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə ilk və qarşılıqlı iddia tələbinin xx.xx.2020-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış cərimə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə xx.xx.2020-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış borcun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayaraq qeyd etmişdir ki, sözügedən aktda itirilmiş qazın həcminin 7.560 kub metr olduğu müəyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 1.2x12x30=432 kub metr qaz sərfiyyatı, 1.5x12x30=540 kub metr, 0.8x12x30=288 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 126 manat edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasən qaz xəttindən qanunsuz istifadəyə görə ilk iddia tələbinin 126 manat həcmində təmin edilməsi, qarşılıqlı iddia üzrə isə sözügedən akt üzrə yazılmış cərimənin 630 manat hissədə silinməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə ilk və qarşılıqlı iddia üzrə xx.xx.2010-ci il tarixli, ******* saylı akt əsasında yazılmış cəriməyə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən akt üzrə cavabdehin imzasının olmadığını, dolayısı ilə cavabdehə məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almışdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən iddiaçının hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkün olması aktların düzgülüyünə şübhə yaratdığından məhkəmə ilk iddia tələbinin həmin akt üzrə təmin edilməməsi, qarşılıqlı iddia üzrə isə təmin edilərək xx.xx.2020-ci il tarixli, ******* saylı aktə əsasən yazılmış 295.20 manat borcun silinməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə yaranmış sərfiyyat borcuna münasibət bildirərək qeyd etmişdir ki, cavabdehə məxsus saldodan görünür ki, Cavabdeh 2020-ci ilin dekabr ayı üzrə 5.30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 229.78 manat sərfiyyat borcu və limitdən əlavə 27.20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 420.16 manat sərfiyyat borcu və limitdən əlavə 12.34 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-avqust ayları üzrə 300.56 manat sərfiyyat borcu və limitdən əlavə 27.84 manat sərfiyyat borcu olmaqla, cəmi 1.041,08 manat sərfiyyat borcu yaranmışdır. İlk iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayına qədər ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı 166.30 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ümumi sərfiyyat borcundan 1.023,18 manatdan ödəniş məbləği 166,30 manat çıxılmalı, yerdə qalan məbləğ (1.023,18 manat - 166.3 manat = 856,88 manat), ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi isə həmin hissədə təmin edilməməlidir.
10. Məhkəmə ilk iddia tələbinin 2022-ci il tarixdə 17.90 manat məbləğində uçotu pozulmuş qaz sərfinə görə borcun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd edilmiş borcun hansı əsasla ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus hesaba yazılmış olduğu məlum olmadığından ilk iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
11. Məhkəmə ilk iddia tələbinə 3 illik iddia müddətinin tətbiq edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarından görünür ki, ilk iddiaçının aktlar üzrə tələb etdiyi pul məbləği dəymiş zərər ilə bağlı olduğundan, bu münasibətə 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq edilməlidir. Sözügedən aktlar üzrə cərimə isə 2020-ci ilin yanvar ayından yazıldığından ümumi iddia müddəti olan 10 il müddət keçmədiyindən vəsatət bu hissədə təmin edilməməlidir. Sərfiyyat borcunun tutulması ilə bağlı məhkəmə kollegiyasi hesab etmişdir ki, iddia müddəti vaxtaşırı ödənişlər üzrə qanunvericilik ilə müəyyən edilən 5 illik iddia müddəti olduğundan vəsatət bu hissədə də təmin edilməməlidir.
12. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə də hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddia tələbi qismən təmin edildiyindən 39.26 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə verilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 375.2-ci, 551.2-ci, 1096-cı, 1097-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 107-ci, 119.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Eyni zamanda, istehlakçı xx.xx.2023-cü il tarixində Birliyə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini və sayğac üzrə sərfiyyatla bağlı yaranmış debitor borc məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən, hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyriqanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, məhkəmə ilk və qarşılıqlı iddia tələblərini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqeyi də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
21. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv olunması və ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə zərər kimi hesablanmış bütün məbləği silməkdə haqlı olmamış, bu qənaətə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən bu aktın əhatə etdiyi dövrdə iddiaçı tərəfindən qanunsuz qoşulma halına yol verilib-verilmədiyini, aktın tərtib edildiyi ayda sayğac üzrə istifadə edilmiş təbii qazın həcmini aydınlaşdırmamışdır. Nəticədə hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Bu səbəbdən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Qeyd edilənlər apellyasiya şikayətinin qismən təmin edilməsini, qətnamənin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində qismən ləğv edilməsini, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddianın qismən təmin edilməsini şərtləndirir.
28. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev İddiaçı İB tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla Cavabdeh **********00000 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4) və 1 ədəd kombinin (su qızdırıcısının) olduğu göstərilmişdir. Cavabdeh abonent kimi qeydə alındığı dövrdə təbii X6nın pozulması əsası ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmaqla, qəbul edilmiş qərarlarla ümumilkdə (295,20 + 756 =1.051,20) 1.051,20 manat məbləğində maddi zərər hesablanmış və Cavabdeh abonent hesabına daxil edilmişdir.
30. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yalnız xx.xx.2020-ci il tarixli aktı qismən etibarlı hesab etmiş və qaz sayğacının nominal qaz sərfinin orta günlük iş rejiminin 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün və təbii qazın 1 m3 dəyərinin 0,10 manat olmaqla hesablama aparmış və nəticədə belə qənaətə gəlmişdir ki, vurulmuş zərər 126 manat məbləğində müəyyən edilməlidir. Başqa sözlə, bu akt üzrə hesablanmış məbləğin 630 manat hissəsini silmişdir. xx.xx.2020-ci il tarixli aktda isə cavabdehin imzasının olmadığını, ona məxsus evə baxış keçirilməsinə baxmayaraq, bu prosesdə iştirakının təmin edilmədiyini, eyni zamanda, təqdim edilmiş fotoşəkillərin çəkilmə tarixinin göstərilmədiyini əsas götürərək, bu akt üzrə hesablanmış məbləğin hər hansı hissəsini zərər kimi qiymətləndirməmiş və nəticədə tam silmişdir.
31. Halbuki, hər iki aktda cavabdehin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Təqdim edilmiş fotoşəkillərin də hər hansı biri üzərində tarix göstərilməmişdir. Birinci instansiya məhkəməsi özü də iddiaçının əməkdaşlarının evə baxış keçirdiyini vurğulamışdır. Bu aktlar bir ay intervalla tərtib edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi hər iki aktda və onların əsasında qəbul edilmiş qərarlara münasibətdə eyni mövqedən çıxış etməli olduğu halda, bunu etməmiş və nəticə etibarı ilə əsassız olaraq xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış zərər məbləğini tam silmişdir. Baxmayaraq ki, Cavabdeh xx.xx.2020-ci il tarixli aktı əhatə edən dövrdə qeyd edilən ünvanda yaşamış və təbii qazdan istifadə etmişdir. Lakin abonentin saldosunda əks olunmuş məlumatlarda həmin ünvan üzrə qeyd edilən dövrdə sayğac üzrə təbii qazdan istifadə edilmədiyi göstərilmişdir ki, bu da mümkün deyil.
32. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli akta və onun əsasında qəbul edilmiş qərara münasibətdə öz mövqeyində haqlı olmamışdır. Belə ki, aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən Cavabdeh bu prosesdə iştirakı təmin edilməsə də, onun tərəfindən şəbəkəyə qanunsuz qoşulma və təbii qazdan sayğacdan kənar istifadə edilməsi bu aktdan başqa, iş materiallarında olan abonent saldosu və fotoşəkillərlə, habelə ödənişlərin aparılmaması ilə tam sübuta yetir. Başqa sözlə, bu aktın əhatə etdiyi dövrdə Cavabdeh təbii qazdan sayğacdan kənar, qanunsuz xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində həmin dövrdə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edildiyini təsdiq edir və həmin dövr üçün zərər məbləğini müəyyən etməklə Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulmasını şərtləndirir. xx.xx.2020-ci il tarixli akt tərtib edildikdən sonra İddiaçı İB-nin əməkdaşlarının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaması da həmin dövr üçün hər hansı məbləğdə zərərin tutulmaması üçün əsas ola bilməz.
33. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli akt üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış hesablamanı məqbul hesab edir və bu akt üzrə daha artıq məbləğdə zərərin Cavabdeh tutulmasına hər hansı əsas görmür. Eyni zamanda, bu hesablamanı əsas götürərək, belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli aktın əhatə etdiyi dövr üçün təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı İB-yə məhz 126 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən Cavabdeh İddiaçı İB-nin xeyrinə məhz bu məbləğdə zərər tutulmalıdır. Bununla belə, ondan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktların hər biri üzrə tutulmalı olan məbləğ 126 manat, cəmi 252 manat təşkil edir. Bu da öz növbəsində xx.xx.2020-ci il tarixli akt üzrə yalnız (295,20 – 126 = 169,20) 169,20 manat məbləğində cərimənin əsassız olaraq hesablandığını təsdiq edir və məhz bu məbləğin silinməsini şərtləndirir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, o cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəyə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixdə 1.938,98 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Belə ki, bu ərizənin yazıldığı ərəfədə, yəni xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvan yeni qaz sayğacı ilə təchiz edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin aktda da belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə həmin aktın tərkib hissəsi kimi də qəbul edilə bilməz.
35. Cavabdeh məqsədi və iradəsi qaz sayğacının quraşdırılmasını təmin etməyə və sayğac üzrə təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması və bununla da ay ərzində istifadə etdiyi təbii qazın həcmindən bir neçə dəfə artıq həcmdə təbii qazdan 3 il əvvəl qanunsuz istifadə etməsini etiraf etməsi yalnız vacib əhəmiyyətli yanılmanın təsirinin nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasına və hər hansı hüquqi nəticə yaratmamasına dəlalət edir. Bu ərizənin məhz həmin vaxt Cavabdeh imzalatdırmaqla İddiaçı İB özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Digər tərəfdən ərizədə göstərilən zərər məbləğinin hesablanmasına əsas olmuş aktın və qərarın özünün qismən etibarsız olduğu artıq öz təsdiqini tapmışdır. Bu da öz növbəsində bu ərizədə göstərilən məbləğin tam şəkildə ondan tələb edilməsini istisna edir.
36. Göstərilənləri nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddianın xx.xx.2020ci il tarixli, ******* saylı akt üzrə hesablanmış ziyanın tutulmasının rədd edilməsi”, habelə “qarşılıqlı iddianın bu akt üzrə hesablanmış 295,20 manat borcun abonent hesabından silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış cərimənin 126 manat hissəsi Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulmalı, buna uyğun olaraq, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış cərimənin (295,20 – 126 = 169,20) 169,20 manat hissəsi Cavabdeh abonent hesabından (**********00000) silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı İB-yə aid edilməlidir.
37. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “ilk iddianın xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış ziyanın tutulmasının rədd edilməsi” və “qarşılıqlı iddianın xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 295,20 manat borcun abonent hesabından silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış cərimənin 126 (bir yüz iyirmi altı) manat hissəsi Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış cərimənin 169,20 (bir yüz altmış doqquz manat, iyirmi qəpik) manat hissəsi Cavabdeh abonent hesabından (**********00000) silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.