Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-349/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. Abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan abonentin 9375,96 manat məbləğində borcu var.
İş üzə qəbul olunmuş məhkəmə aktları
2. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə 9375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9489,72 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-0334272/10- 2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2656,80 manat; xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 9491,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 172,80 manat zərərdən 132,14 manat ödəniş edilmişdir. Belə ki, cavabdehin 9359,36 (doqquz min üç yüz əlli doqquz manat 36 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bildirir ki, cavabdehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin aprel ayı üzrə 16,60 manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO və Gazrep üzrə ümumi 9375,96 (doqquz min üç yüz yetmiş beş manat, 96 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilərək, Cavabdeh 623.86 manat dəymiş zərər, 16.60 manat debitor borcu və 30 manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız onun etirafına uyğun olaraq xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqısatqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 756 manat həcmində təmin edilməlidir. Bundan əlavə iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132.14 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsasısz yazılmış cəriməyə görə cavabdeh tərəfindən ödənilmiş pul məbləği xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimədən silinməli yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (756-132.14 =623.86 manat)
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” 6.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 217.4, 216-220 və 360-cı maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərin əksəriyyətində koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyriqanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qaz sayğacı tez-tez koda düşürdü. Kodu açmaq üçün müraciət etdiyi şəxs var idi, həmin şəxs də gəlib düzəldirdi. Tərtib edilmiş aktdan xəbəri yoxdur. Ödəniş etməmişdir, 130 manatdan xəbəri yoxdur, 2020-ci ildə qanunsuz çıxarılmışdır.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək qeyd edir ki, qətnamə qəbul edilərkən vacib əsaslar nəzərə alınmamışdır. Bazada akt mövcud olmadığına görə onlar aktı təqdim edə bilməyiblər. Vətəndaş bunu yalnız 2015-ci ildə etdiyini deyib. Yəqin ki, 2015-ci ildə aktın bazada olmadığını xəbər tutub və 2020-ci ildə ödəniş ödəyir. Aktların heç biri demək olar ki, araşdırılmayıb. Hər hansı bir ekspertiza keçirilmədən, aktlar araşdırılmadan, aktı imzalayan şəxslər məhkəməyə dəvət edilmədən yalnız cavabdehin ifadəsi əsasında məhkəmə iddianı qismən təmin etmişdir. Onlar hesab edir ki, aktların heç biri araşdırılmayıb və heç bir obyektivliyə yer verilməyib. Qaz dövlət əmlakıdır. Təbii qazdan əgər kimsə müqavilə əsasında istifadə edirsə, bunun dəyərini ödəməlidir. Onların işə qeyri-obyektiv baxdığını hesab edir. Vətəndaş özü etdiyini etiraf edir, lakin məhkəmənin fikrini yayındırmaq üçün 2015-ci ildə etdiyini bildirir. Bu səbəbdən də onlar iddia ərizəsində sübutları olan illəri-2015-ci ildən sonrakı illəri tələb edir. Aktları təkzib edəcək əks sübutlar qarşı tərəfdə yoxdur. X12 İdarəsini bu işə cəlb edə bilərlər. Onun qarşısında şəxsin qazdan kənar xətt vasitəsilə istifadə etməsini və nə qədər istifadə etməsi barədə sorğu kimi qoya bilərlər. Çünki onlarda tələbnamələrdə qazişlədicilər və onların işlətdiyi qazın gücü var. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməyib. Təbii qazın istifadəsinə görə ödəniş istəyir, dəymiş zərərin ödənilməsini istəmirlər. Qaz sayğacı olub, sadəcə olaraq sayğacdan kənar götürüb istifadə ediblər. Onlar bununla bağlı tədbir görüblər. Sənədlərin içərisində də var ki, dəfələrlə qazı kəsiblər. ”Azəriqaz” İstehsalat Birliyi hər hansı istifadəçinin qazın qanunsuz istifadəsini gördükdə şəxsi nəzarətə götürür. Əgər birdə belə hadisə baş verərsə, qazın kəsilməsi barəsində kəsim aktı tərtib edilir və qazı kəsirlər. Dəymiş zərər 9000 manatdır. Ödənişlərin hamısı orada göstərilib. Cavabdehin həm depitor borcu çox az idi, həm də ödənişləri artıq idi. Bu da şübhə doğuran haldır. Qazsayğacının olmadığı dövrdə kənar xətdən istifadə edilib.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Mülki Məcəllənin 1096 və 1097.1 -ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
15. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
18. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 623.86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. "Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus abonent hesab nömrəsi: **********00000) hesablanmış 9375,96 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
24. İddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı İB-nin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə - xx.xx.2015-ci il tarixli, 089817 saylı akta görə 172,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akta görə 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akta görə 2656,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akta görə 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akta görə 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akta görə 396 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akta görə 4147,20 manat borc hesablanmışdır.
25. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh tərəfindən yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğu təsdiq edilmişdir.
26. xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edir. Akta əsasən İddiaçı İB-nə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilir.
27. Məhkəmə kollegiyası cavabdehdən 623,86 manat məbləğində pulun tutulması ilə bağlı nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2015-ci il tarixli, 089817 saylı akt üzrə cavabdeh tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli akt üzrə borcdan silinməli deyildi. Hazırıkı halda abonent Cavabdeh xx.xx.2015-ci il tarixli, 089817 saylı akt etibarsız hesab edilməsi, akt üzrə hesablanmış borcun silinməsi və ya edilmiş ödənişin geri qaytarılması ilə bağlı tələbi olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcdan silinmişdir.
28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi “Cavabdeh 623.86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı İB-nin xeyrinə 756 manat məbləğində pul tutulmalıdır.
29. Digər aktlara münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi xx.xx.2015-ci il tarixli, 089817 saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, Cavabdeh tərəfindən X2nın pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “X2”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız istehsalat birliyinin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Digər tərəfdən yoxlamanın qanunvericiliyin tələbinə uyğun keçirilməsi, aktın əsaslı olması barədə video-görüntülər və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir.
30. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə mühasibatlıq və trasoloji ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/2179 saylı ekspert rəyində qeyd edilir ki, tədqiqata bir ədəd boz rəngli plastamasa oxşar materialdan hazırlanmış qaz sayğacı və boru təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş boruya, sayğaca adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməkliyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edildi. Bu zaman qeyd olunan borunun, sayağacın üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim edilən boruncun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və sayğacdan kənar qaz xətti aşkar edilmədi. Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilmədi.
31. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, sonuncu tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4147,20 manat məbləğində borc hesablanmışdır. 25 fevral 2022-ci il tarixli 486 VİQD nömrəli qanunla Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1 hissə əlavə edilmişdir. 8-1-hissədə qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən cavabdehin qazın talanmasında təqsirli olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh 623.86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı İB-nin xeyrinə 756 (yeddi yüz əlli altı) manat dəymiş zərər tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh 623.86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı İB-nin xeyrinə 756 (yeddi yüz əlli altı) manat dəymiş zərər tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat İddiaçı İB-dən tutulub dövlət büdcəsinə keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev