Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3494/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-37/2025 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan (X7) iddiaçı X2 xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X2 bioloji qardaşı olmamasının müəyyən edilməsi, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh bioloji atasının xx.xx.1965-ci il təvəllüdlü X1 tələbinə dair 2(011)-3601/2025 saylı mülki işə baxılıb həll edilənədək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair 2(011)-37/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, hazırki işin dayandırılmasına əsas olaraq iddiaçı X2 Cavabdeh qarşı, Cavabdeh X2 bioloji qardaşı olmamasının müəyyən edilməsi, Cavabdeh bioloji atasının X1 tələbi ilə Xətai Rayon Məhkəməsinin icraatında olması halı qeyd olunmuşdur. Lakin yuxarıdakı mövqe ilə razılaşmırlar. Belə ki, iddiaçı X2 Cavabdeh qarşı Xətai Rayon Məhkəməsininin icraatında olan işin, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “borc tələbi”-nə dair mülki iş üzrə icraatın dayandırılmasına səbəb kimi göstərilməsi halı əsassızdır və işə baxılmasının mümkünlüyünə təsir göstərmir. Belə ki, işin baxılmasının mümkünlüyünə təsir edən hal yəni, Cavabdeh X3 qarşı vərəsəlik hüququnun tanınması, mirasa pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-5/2025 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Belə ki, həmin mülki iş üzrə iddiaçı ərizə ilə müraciət edərək vərəsəlik şəhadətnaməsini aldıqları və 2/3 hissədə vərəsəlik payını qəbul etdikləri üçün iddia ərizəsini geri qaytarılmasını xahiş etmiş, nəticədə isə hazır ki mülki iş üzrə icraat təzələnmişdir. Aydın olur ki, hazırki mülki iş üzrə icraatın dayandırılması, işin baxılmasının əsassız formada uzadılmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, qeyd olunan iş üzrə icraat xx.xx.2023-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə təhvil verildiyi tarix) davam edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-37/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan (X7) iddiaçı X2 Cavabdeh X2 bioloji qardaşı olmamasının müəyyən edilməsi, Cavabdeh bioloji atasının X1 tələbinə dair mülki iş üzrə qəbul ediləcək qərar hazırkı mülki iş üçün preyudisial əhəmiyyətlidir. Belə ki, həmin mülki iş üzrə qəbul ediləcək qərar Cavabdeh X5 arasında ata-övlad bağının olub-olmadığını müəyyən etməklə, son nəticədə cavabdehin mərhumun vərəsəsi olub-olmamasını müəyyən etmək üçün əsas olacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır (maddə 254.1.4). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-37/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3494/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3494/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver