Məhkəmə qərarları › İş №2(103)-3497/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3497/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3497/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun və faizlərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 517/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi (qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsi barədə məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 70000 manat əsas borc, 13532,51 manat kreditə görə faiz borcu və 1366,65 manat məbləğində artırılmış faiz borcu və ödənilmiş dövlət rüsumu və notarial təsdiqləmə xərci məbləğindən 38,72 manat, cəmi 84937,88 manat “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 517/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, qətnamə ona nə təqdim edilmiş, nə də poçt vasitəsilə almamışdır. O, bu qətnamə barədə icra şöbəsi onu çağırdıqdan sonra məlumatlı olmuşdur. Bu səbəbdən o, apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət isə xx.xx.2020-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 7718/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmuş və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunan göstərişlər nəzərə alınmaqla Cavabdeh qətnamədən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 517/2016 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, həmin qətnamədən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda həmin qərardaddan cavabdeh şikayət verərək, onun ləğv edilməsini və qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin üzrlü hesab edilməsi barədə ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mülki işə onun iştirakı olmadan baxılmış və qətnamə qəbul edilmişdir. Qətnamədən xəbəri olduqdan sonra xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni rəsmi olaraq almadığını bildirmiş və məhkəmə tərəfindən qətnamə onun ərizədə qeyd etdiyi ünvana göndərilmiş, lakin qətnamə “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarılmışdır. Daha sonra Cavabdeh xx.xx.2020ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə etmişdir. Cavabdeh 2016-cı ildə qətnamənin surətini almaq üçün müraciət etmiş və həmin ərizədə yaşamadığı ünvan göstərmişdir, bu səbəbdən qətnamə geri qaytarılmışdır, bundan sonra cavabdeh uzun müddət hərəkətsizlik göstərmiş və 2020-ci ildə yenidən ərizə ilə müraciət edərək qətnaməni almışdır. Barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına maraqlı olan cavabdeh müraciət etdiyi ərizədə faktiki yaşadığı ünvanı göstərməklə, qətnamənin surətinin həmin ünvana göndərilməsini xahiş etməli, ünvanını dəyişdiyi halda bu barədə məhkəməyə məlumat verməli idi. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh ünvanının dəyişməsi və faktiki yaşadığı ünvan barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri (maddənin hüquqi məzmununa görə həmçinin məhkəmə aktları) məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi (məhkəmə aktları)rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 517/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar