Məhkəmə qərarları › İş №2(103)-35/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-35/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-35/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdehlər “xxxx” firması və Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(001)-106/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və “xxxx” firması tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs Binəqədi rayon Bələdiyyəsini cəlb etməklə) cavabdehlər “xxxx” firmasına, X2, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, 13 saylı dövlət notariat kontoruna qarşı “sahiblik və istifadə hüququnun tanınması, çıxarışların və texniki sənədlərin ləğvi, müqavilənin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi”nə dair iddia ərizəsi və iddianın predmetinin həcminin artırılmasına əlavə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət еdərək, Bakı şəhəri, Binəqədi rayonu,7 mkr, S.S.Axundov küçəsində yerləşən ona məxsus 1420 kv.m. ölçüdə torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin ərazidəki 300 kv.m. torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində ********* qeydiyyat nömrəsi, 19.07.2016 qeydiyyat tarixi ilə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanı adı altında aparılmış reyestr rəsmiləşdirilməsi əsasında “xxxx” Firmasına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın və 19.07.2016-cı il tarixli, 076645 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, mübahisəli ərazidə istifadədə olan 0,102 ha torpaq sahəsində tikilmiş 14.7 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı “xxxx” Firmasına verilmiş 19.07.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, “xxxx” Firmasının 1 saylı Bakı inzibati-İqtisadi məhkəməsinə təqdim etdiyi 1020 kv.m. torpaq sahəsi ilə bağlı sxemin və 300 kv.m. torpaq sahəsi ilə bağlı situasiya planının etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsininin “xxxx” Firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 09 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi ilə bağlı X1 adına DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin X5 tərəfindən Cavabdeh2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, mülkiyyətdə olan, ümumi sahəsi 14,7kv.m. olan qeyri-yaşayış binasının “xxxx” Firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 10 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binası ilə bağlı X1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış binasının X5 tərəfindən Cavabdeh2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binası ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, mənə məxsus ərazidə qanunsuz olaraq tikilmiş 14.7kv.m. ölçüdə tikilinin sökülməsi barədə tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı Qərarı ilə Qarabağ müharibəsi əlili kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun istifadəsinə Bakı ş., Binəqədi r.,7-ci mkr., S.S.Axundov küçəsində 4000 kv.m. torpaq sahəsi ayrılmışdır. Daha sonra Binəqədi Bələdiyyəsi ilə bağladığı 30.12.2006-cı il tarixli, 644 saylı alğı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi tərəfindən satın alınmışdır. Müqavilə əsasında torpağın alğı-satqısı üçün hər kvadrat metrə görə 5(beş) manat olmaqla tərəfindən 20000 (iyirmi min) manat pul ödənilmişdir. Həmin məbləğdə pul 29.12.2006-cı il tarixli, 149990 nömrəli kassa mədaxil orderi ilə ondan qəbul edilərək Binəqədi rayon Bələdiyyəsinin hesabına keçirilmişdir. Sonrakı illərdə qeyd edilən torpaqla bağlı bələdiyyə vergiləri hər il vaxtlı-vaxtında ödənilmişdir. 2016-cı ildə həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı sənədləşmə məsələlərini həll etməyə çalışarkən ona məlum olmuşdur ki, Bələdiyyənin Qərarı ilə ona ayrılmış torpaq sahəsinin sərhədləri daxilində olan ərazidə 300kv.m. ölçüdə torpaq sahəsi üzərində “xxxx” Firmasının mülkiyyət hüququ tanınmış və 2016-cı ilin iyul ayında həmin firmaya DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı RX seriyalı, ******* nömrəli Çıxarış və həmin ölçüdə torpaq sahəsi ilə bağlı tərtib olunmuş eyni tarixli, 076645 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, həmçinin mübahisəli ərazidə istifadədə olan 0,102ha torpaq sahəsində tikilmiş 14.7kv.m. ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı 19.07.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. 2016-cı ilin oktyabr ayında vəkil sorğusu ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərkən cavab məktubundan və əlavə olunmuş sənədlərdən ona məlum olmuşdur ki, AR 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 nömrəli inzibati iş üzrə çıxarmış olduğu 07.05.2015-ci il tarixli Qərar qeyd edilən Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi üçün əsas olmuşdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1036/2015 nömrəli inzibati iş üzrə çıxarmış olduğu sözügedən 07 may 2015-ci il tarixli Qərarı ilə “xxxx” Firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində yerləşən – guya “istifadədə olan” 1020kv.m. və guya “mülkiyyətdə olan” 300kv.m. torpaq sahələrinin vahid əmlak şəklində “xxxx” Firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın və texniki sənədlərin verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Hakim həmin iş üzrə iddianı təmin edərkən iddiaçının təqdim etdiyi hüquq müəyyənedici sənədlər olaraq-Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamına, bu sərəncama əlavə edilən sxemə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarına, bu Qərara əlavə edilən sxemə əsaslanmışdır. Sözügedən qərarın qəbul edildiyi inzibati işin materialları ilə tanışlıq nəticəsində və malik olduğu, həmçinin müvafiq sorğularla dövlət idarələrindən, aidiyyəti arxiv orqanlarından əldə etdiyi sənədlərin araşdırılması ilə gəldiyi nəticə bu olmuşdur ki, “xxxx” firması saxta sənədlər,qeyri-düzgün məlumatlar, uyğun olmayan və məsələyə aid olmayan sübutlar təqdim etməklə hüququ olmayan torpaq sahəsinə dair əsassız və qanunsuz Qərar çıxarılmasına nail olmuş, bu işlə bağlı keçirilmiş 1-ci instansiya məhkəməsində isə onun iştirakı təmin olunmamış, nəticədə qanunla qorunan hüquqları pozulmuş, maraqlarına toxunulmuşdur. Belə ki, tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu İcra Hakimiyyətinin 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, “İnqilab” kinoteatrının qarşısı ünvanında “xxxx” Firmasına müvəqqəti pullu avtodayanacaq təşkili üçün 1020 kv.m.-lik yer ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş sxemlə torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir. Lakin həmin sxemin arxivdən əldə etdiyi nüsxəsi ilə “xxxx” firmasının inzibati-iqtisadi məhkəməyə təqdim etdiyi nüsxə arasında uyğunsuzluq olduğunu müəyyən etmişdir. Belə ki, “xxxx” firmasına sərəncamla ayrılmış torpaq sahəsinin ünvanı və koordinatları başqa yer olduğu halda, firma ona məxsus olan torpaq sahəsini öz ərazisi kimi təqdim etmiş, bununla bağlı saxta texniki sənəd tərtib edərək məhkəməyə təqdim etmişdir. Həmçinin, tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarı ilə“xxxx” firmasına Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 300kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin qərara əlavə edilmiş situasiya planı ilə torpağın yerləşmə yeri müəyyən edilmişdir. Lakin həmin situasiya planının arxivdən əldə etdiyi nüsxəsi ilə “xxxx” firmasının məhkəməyə təqdim etdiyi nüsxəsi arasında uyğunsuzluq olduğunu aşkara çıxarmışdır. Belə ki, “xxxx” firmasına bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin ünvanı və koordinatları başqa yer olduğu halda,firma ona məxsus olan torpaq sahəsini öz ərazisi kimi təqdim etmiş, bununla bağlı saxta sənəd tərtib edərək məhkəməyə təqdim etmişdir. “xxxx” firmasına ayrılmış 300kv.m.-lik torpaq sahəsinin başqa bir ünvanda yerləşməsi firmanın 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim etdiyi, həmin inzibati işin materiallarında olan, Binəqədi rayon Məhkəməsi tərəfindən 202384/2005 nömrəli iş üzrə qəbul etdiyi 17.10.2005-ci il tarixli qətnamənin məzmunu ilə də təsdiq olunur. Həmin qətnamənin hazırki iddia ərizəsinə əlavə etdiyi surətindən görünür ki, “xxxx” firmasına məxsus 300kv.m.-lik torpaq sahəsi Binəqədi rayonu, 7-ci mkr,S.S.Axundov küçəsində “Qayğı” sexinin arxasında yerləşmişdir. Halbuki ona məxsus ərazi ilə keçmiş “Qayğı” sexi arasından avtonəqliyyat yolu keçirdi və “Qayğı” sexi onun torpaq sahəsinə bitişik olmamışdır. Bu fakt da təsdiq edir ki, “xxxx” firmasına məxsus 300kv.m.-lik torpaq sahəsi başqa bir yerdə yerləşmişdir. “xxxx” firmasının məhkəməyə təqdim etdiyi hər iki texniki sənəd saxta olsa da o,prosesdə iştirak etmədiyindən bunlar barəsində izahat verə bilməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Bununla əlaqədar, işə cəlb olunmağı barədə müvafiq ərizə və həmçinin apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.03.2017-ci tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.05.2015ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.03.2017-ci tarixli qərardadı ilə üçüncü şəxs qismində ərizəsi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən mübahisəli 0,03ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatlar cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qadağan edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırdığı 31.03.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-548/2017 saylı 17 mart 2017-ci il tarixli qərardadı 18.03.2017-ci il tarixdə icra olunaraq həmin vaxt Cavabdeh2 mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 31.08.2017-ci il tarixli 2-1(103)- 548/2017 nömrəli qərarı ilə AR 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 nömrəli inzibati iş üzrə çıxarmış olduğu 07.05.2015-ci il tarixli Qərar ləğv edilmiş, iddiaçı “xxxx” firmasının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Hazırki iddia ərizəsi Binəqədi rayon məhkəməsinə təqdim olunarkən sözügedən inzibati iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında idi. Göründüyü kimi, ********* qeydiyyat nömrəsi, 19.07.2016 qeydiyyat tarixi ilə reyestrdə aparılmış rəsmiləşdirmə əsasında “xxxx” firmasına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın və eyni tarixli, 076645 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarı artıq ləğv olunmuşdur, hal-hazırda hüquqi qüvvəsi yoxdur. Bu üzdən hesab edir ki, həmin Çıxarış və Texniki sənəd də ləğv edilməlidir. Bundan əlavə, “xxxx” firmasının inzibati məhkəməyə təqdim etdiyi 1020 kv.m. dair sxem və 300 kv.m. dair situasiya planı saxta olduğu üçün etibarsız hesab edilməlidir. Həmçinin əmlak görünüş üçün Həsənov Əli Ağahəsən oğlunun adına keçirildiyi üçün sonuncu ilə bağlanmış əqd də etibarsız hesab olunmalı, sonuncunun həmin əqd əsasında əldə etdiyi Çıxarış və texniki sənədlər də ləğv edilməlidir. Belə ki,əmlak satılarkən cavabdeh “xxxx” firması bilirdi ki, onun həmin əmlakla bağlı tələbləri vardır və bunun satılması onun maraqlarıma toxunacaqdır. Lakin firma bütün bunları və məhkəmədə çəkişmələrinin olduğunu bildiyi halda mübahisəli əmlakı görünüş üçün, uydurma olaraq və hüquqi nəticələr yaratmaq niyyəti olmadan əsassız və qanunsuz əqd əsasında Cavabdeh2 adına keçirmişdir ki, əmlakın onun sahibliyinə qaytarılmasından yayına bilsin, əmlakla bağlı onun sahiblik və istifadə hüquqlarının tanınmasına və bərpasına süni yollarla maneçiliklər yaratsın. Hesab edir ki, ona sahiblik və istifadə hüquqları ilə məxsus olan mübahisəli ərazidə “xxxx” firması tərəfindən tikilmiş 14.7kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin mülkiyyətdə olmasına dair və bu obyektin yerləşdiyi istifadədə olan 0,102 ha torpaq sahəsi ilə bağlı “xxxx” firmasına verilmiş 19.07.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin Çıxarışın verilməsinə əsas olmuş, əmlakın texniki göstəricilərini düzgün əks etdirməyən Texniki sənədin isə etibarsız hesab edilməsi ilə yanaşı, həmçinin, ərazidə tikilmiş 14.7kv.m. ölçüdə qeyri-yaşayış sahəsi də məhkəmə qətnaməsi əsasında sökülməli və ərazinin ilkin vəziyyəti bərpa edilməlidir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsində istifadəsinə ayrılmış 4000 kv.m. torpaq sahəsinin bir hissəsi qarşılıqlı razılaşma əsasında digər fiziki və hüquqi şəxslərə və o cümlədən dövlət orqanlarına verilmişdir. Hal-hazırda, ona məxsus olan torpaq sahəsinin faktiki ölçüsü 1420kv.m.dir. Bu,tərəfindən dəvət edilmiş müstəqil topoqraf tərəfindən çəkilmiş situasiya planı ilə təsdiq olunur. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması və əlavə cavabdehlərin cəlb edilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən, ümumi sahəsi 0,03ha olan torpaq sahəsininin “xxxx” firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 09 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə və həmin torpaq sahəsi ilə bağlı X1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə, həmin torpaq sahəsinin X5 tərəfindən Cavabdeh2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə və həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair əlavə iddia tələblərinin təmin edilməsini, bu tələblər üzrə “xxxx” firması, X5, Cavabdeh2, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin cavabdeh qismində, 13 saylı dövlət notariat kontorunun və Binəqədi rayonu Bələdiyyəsinin 3-cü şəxs qismində işə cəlb edilməsini, həmçinin ünvan 1 ünvanında istifadədə olan 0,102ha torpaq sahəsində yerləşən, mülkiyyətdə olan, ümumi sahəsi 14,7kv.m. olan qeyri-yaşayış binasının “xxxx” firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 10 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə və həmin qeyri-yaşayış binası ilə bağlı X1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə, həmin qeyri-yaşayış binasının X5 tərəfindən Cavabdeh2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-c il tarixli, AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə və həmin qeyri-yaşayış binası ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair iddia tələblərinə baxılaraq təmin edilməsini, bu tələbləri üzrə “xxxx” firması, X5, Cavabdeh2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin cavabdeh qismində, 13 saylı dövlət notariat kontoru və Binəqədi rayonu Bələdiyyəsinin 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı əlavə ərizəsini bununla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia ərizəsi verərkən Bakı Apellyasiya Məhkəməsinin 31.08.2017-ci il tarixli 2-1(103)-548/2017 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 nömrəli inzibati iş üzrə çıxarmış olduğu 07.05.2015-ci il tarixli Qərarın ləğv edilməsi barədə, iddiaçı “xxxx” firmasının cavabdeh DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə məlumat vermiş, işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmasını bildirmişdi. Bildirir ki, artıq həmin iş başa çatmış, iddiaçının 30 gündən artıq müddət ərzində inzibati məhkəmə icraatından yayınması əsas tutularaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmışdır. Həmin inzibati işin gedişində məhkəmə tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə verilmiş 20 noyabr 2017-ci il tarixli 2-1(81)-6129/2017 saylı sorğuya verilmiş 06.12.2017-ci il tarixli,**********50 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, “xxxx” firması mübahisəli əmlakı hüquqi nəticələr yaratmaq niyyəti olmadan, görünüş üçün və uydurma olaraq müxtəlif əqdlər əsasında başqa şəxslərə də satmış və əmlak bir neçə dəfə özgəninkiləşdirilərək müxtəlif tarixli Çıxarışlar alınmışdır. Belə ki, “xxxx” firması 09 dekabr 2016-c il tarixdə 13 saylı dövlət notariat kontorunda təsdiq olunan AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” ilə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən, ümumi sahəsi 0,03ha olan torpaq sahəsinin X1 adına alğı-satqısını həyata keçirmişdir. X5 isə həmin mülkə dair hüququnu DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində 16.12.2016-cı il tarixdə tələm-tələsik qeydiyyata aldıraraq buna dair RX seriyalı ******* nömrəli Çıxarış əldə etmiş, daha sonra isə 17 dekabr 2016-c il tarixdə 13 saylı dövlət notariat kontorunda təsdiq olunan AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin əmlakın Cavabdeh2 adına alğı-satqısını həyata keçirmişdir. Hazırki işdə cavabdeh olan Cavabdeh2 isə bu müqavilənin əsasında mülkiyyət hüququnu 27.12.2016-cı il tarixdə reyestr orqanında qeydiyyata aldıraraq RX seriyalı, ******* nömrəli Çıxarış almışdır. “xxxx” firması ünvan 1 ünvanında istifadədə olan 0,102ha torpaq sahəsində yerləşən, mülkiyyətdə olan, ümumi sahəsi 14,7kv.m. olan qeyri-yaşayış binası ilə bağlı da eyni xarakterli və eyni subyektlərlə özgəninkiləşdirmə əməliyyatları aparmış, əmlakı addan-ada keçirməklə mülki məsuliyyətdən yaxa qurtarmağa çalışmış, gələcək məhkəmə işlərində uydurma vicdanlı sahib obrazı yaratmaq üçün süni əsaslar qurmuşdur. Belə ki, “xxxx” firması 10 dekabr 2016-c il tarixdə 13 saylı dövlət notariat kontorunda təsdiq olunan AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” ilə ünvan 1 ünvanında istifadədə olan 0,102ha torpaq sahəsində yerləşən,mülkiyyətdə olan, ümumi sahəsi 14,7kv.m. olan qeyri-yaşayış binasının X1 adına alğı-satqısını həyata keçirmişdir. X5 həmin mülkə dair hüququnu DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində 16.12.2016-cı il tarixdə qeydiyyata aldıraraq buna dair RX seriyalı ******* nömrəli Çıxarış əldə etmiş, daha sonra isə 17 dekabr 2016-c il tarixdə 13 saylı dövlət notariat kontorunda təsdiq olunan AN-İ seriyalı № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin əmlakın Cavabdeh2 adına alğısatqısını həyata keçirmişdir. Hazırki işdə cavabdeh olan Cavabdeh2 isə bu müqavilənin əsasında mülkiyyət hüququnu 27.12.2016-cı il tarixdə reyestr orqanında qeydiyyata aldıraraq, RX seriyalı, ******* nömrəli Çıxarış almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bağlanmış müqavilələr və əldə olunmuş Çıxarışlar qüvvədə olan qanunvericilyin tələblərini pozmaqla tərtib olunmuş və əldə edilmişdir, belə ki,bu sənədlər hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil,görünüş üçün tərtib edilmişdir,bu üzdən mahiyyətcə uydurmadır. Belə ki, faktiki olaraq heç bir alğı-satqı əməliyyatı aparılmamış,əmlakın təhvil-təslimi, “alıcılar”ın sahibliyinə verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, həm “xxxx” firması,həm də DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxsləri bilirdilər ki, bu məsələ mübahisəlidir, mübahisə məhkəmədə araşdırılır. O, 2016-cı ilin oktyabr ayında DƏDRX-nin rəisinin qəbulunda olmuş,baş vermiş qanunsuzluqlar barəsində rəisi məlumatlandırmışdı. Daha sonra isə Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş.Şahvələdovun qəbulunda olmuş, “xxxx” firmasının təqdim etdiyi texniki sənədlərin saxta olması barədə ona məlumat vermişdir. Həmçinin onu da bildirir ki, Bakı şəhər Ərazi İdarəsi çıxarışlar verilərkən əraziyə mühəndis göndərməmiş, torpaq sahəsinin faktiki və hüquqi ünvanlarını (sənədlərə əsaslanan ünvanlarını) aydınlaşdırmamış, dəqiqləşdirməmişdir. Qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Qanunun 21-ci maddəsinin 21.2.-ci bəndinə əsasən “Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.” Adətən, reyestr orqanı praktik fəaliyyətində bu normaya istinad edərək barəsində məhkəmə mübahisəsi aparılan işlərlə bağlı hətta həbs qərarı olmasa belə əməliyyatlara qadağa qoyur. Lakin Bakı şəhər Ərazi İdarəsi nəyə görəsə bu hüququndan istifadə etməmişdir. Bundan əlavə, Qanunun 14-cü maddəsinin 14.1-ci bəndinə əsasən“ Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər.” Bakı şəhər Ərazi İdarəsi bu hüququndan da istifadə etməmiş, fiziki şəxslərin təqdim etdikləri sənədlərin qanuniliyini ararşdırmamışdır. Bu üzdən hesab edir ki, Bakı şəhər Ərazi İdarəsi qeyd edilən sənədlərin etibarsızlığı ilə bağlı tələbi üzrə də cavabdeh qismində cəlb edilməlidir. Həmçinin, yuxarıda sözügedən uydurma özgəninkiləşdirmə əməliyyatlarında adı keçən X5 da cavabdeh qismində işə cəlb olunmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(001)-106/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində yerləşən iddiaçıya məxsus 1420 kv.m. ölçüdə torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı məxsus 1420 kv.m. ölçüdə torpaq sahəsinin ərazisindəki 300 kv.m. torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində ********* qeydiyyat nömrəsi, 19.07.2016-cı il qeydiyyat tarixi ilə ünvan 7 ünvanıadı altında aparılmış reyestr rəsmiləşdirilməsi əsasında “xxxx” firmasına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış və 19.07.2016-cı il tarixli, 076645 nömrəli “Torpaq sahəsinin planı və “ölçüsü” sənədi,mübahisəli ərazidə istifadədə olan 0,102ha torpaq sahəsində tikilmiş 14.7kv.m. ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı “xxxx” firmasına verilmiş 19.07.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, “xxxx” Firmasının 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim etdiyi 1020 kv.m. torpaq sahəsi ilə bağlı sxemvə 300 kv.m. torpaq sahəsi ilə bağlı situasiya planının etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən, ümumi sahəsi 0,03ha olan torpaq sahəsinin “xxxx” Firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 09 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi,həmin torpaq sahəsi ilə bağlı X1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilib,həmin torpaq sahəsinin X5 tərəfindən Cavabdeh2 alğısatqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsivə həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında istifadədə olan 0,102ha torpaq sahəsində yerləşən, mülkiyyətdə olan, ümumi sahəsi 14,7kv.m. olan qeyri-yaşayış binasının “xxxx” Firması tərəfindən X2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 10 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsivə həmin qeyri-yaşayış binası ilə bağlı X1 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış binasının X5 tərəfindən Cavabdeh2 alğı-satqısı ilə bağlı 13 saylı dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edilməsivə həmin qeyri-yaşayış binası ilə bağlı Cavabdeh2 adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, iddiaçıya məxsus ərazidə qanunsuz olaraq tikilmiş 14.7 kv.m. ölçüdə tikilinin sökülməsi,1420 kv.m. ölçüdə torpaq sahəsinin ilkin vəziyyətdə İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə Cavabdeh2 cavabdeh olduğu halda onu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar etmədən işə baxıb və qətnamə çıxarıb. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almayıb ki, o, vicdanlı alıcıdır, pul vəsaiti ödəyərək əmlaklar əldə etmişdir. Məhkəmə cavabdehin vicdanlı alıcı kimi hüquqlarının qorunması üçün heç bir tədbir görməyib. Birinci instansiya məhkəməsi öz qətnaməsinin 8-ci vərəqinin 2-ci abzasında Binəqədi rayon Məhkəməsinin 2-238/2005 saylı 17.10.2005-ci il tarixli qətnaməsinin surətinə istinad edərək, heç ekspert və ya mütəxəssis rəyi olmadan, öz mülahizsinə əsasən hesab edib ki, guya “xxxx” Firmasına ayrılmış 300 kv.m. torpaq sahəsi İddiaçı ayrılmış sahədə deyil, “Qayğı” sexinin arxasında yerləşir. Birinci instansiya məhkəməsi heç bir sübuta və fakta istinad etmədən öz qətnaməsinin 12-ci vərəqinin 5-ci abzasında göstərib ki, guya “xxxx” firmasının subyektiv hüquqlar əldə etməsi üçün qanunsuz yolla tərtib etdiyi və 1 saylı Bakı inzibatı iqtisadi Məhkəməsinə təqdim etdiyi texniki sənədlər -1020kv.m. torpaq sahəsi ilə bağlı sxem və 300 kv.m. torpaq sahəsi ilə bağlı situasiya planı etibarsız hesab edilməlidir ki, bu sənədlərdən gələcəkdə istifadə oluna bilməsin.” Məhkəmə cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi ilə bağlı göstərib ki, həmin müqavilə qanunvericiliyin tələblərini pozmaqla bağlanılıb, həmin müqavilə uydurma əqddir və görünüş üçün tərtib olunub, gerçək hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmayıb, guya əmlak alıcı kimi cavabdehə təqdim olunmayıb. Məhkəmə bu qeydi cavabdehin araşdırmalarda iştirak etməməsi ilə əsaslandırıb. Halbuki, cavabdeh real alıcı olmaqla, əmlaklar bu gün də onun sahibliyindədir. Həmçinin cavabdehin qeydiyyatı ünvan 8 ünvanda olduğundan, özü isə faktiki olaraq Bakı şəhərində yaşadığından məhkəmə çağırışlarını almamışdır, iclaslar barədə məlumatı olmamışdır, bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsi qanunsuz olaraq nəzərə almayıb ki, cavabdeh “xxxx” Firması mübahisəli əmlakı İddiaçı qabaq, qanuni əsaslarla əldə edib. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi də apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılır ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair “xxxx” Firmasına “Daşınmaz əmlakın dövlət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə etməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlər əsasında çıxarış və ”torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Bundan əlavə, müvafiq daşınmaz əmlaklara dair ”xxxx” Firması ilə X5 arasında alğı-satqı müqaviləsi bağlanılmış və X2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa müvafiq daşınmaz əmlaklar X5 tərəfindən Cavabdeh2 alğı-satqı müqaviləsi əsasında satılmış və Cavabdeh2 adına çıxarış verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, İdarə tərəfindən müvafiq torpaq sahəsi və qeyri-yaşayış binası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq düzgün aparılmışdır. Lakin məhkəmə qeyd olunan halları nəzərə almamış və əsassız olaraq İddiaçı iddia tələbini təminetmişdir. Müvafiq işin ətraflı və düzgün araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi müvafiq mülki işə dair qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, qeyd olunan halları nəzərə almamış və qətnaməni tam və düzgün əsaslandırmamışdır. Bu səbəbdən də, Binəqədi rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(001)-106/2018 nömrəli qətnaməsi ləğv olunmalı və İddiaçı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər arasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh “xxxx” firması da apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” firmasının apellyasiya şikayətinin məzmunu Cavabdeh2 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 Əlihəsən oğlu və “xxxx” firmasının nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, İddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Onun məhkəməyə təqdim etdiyi kserosurət olan sənədlər Binəqədi rayonu, Binəqədi Bələdiyyəsində, həmçinin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, Binəqədi Bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməmişdir. Mülki iş materiallarından da görünür ki, iddiaçı onun hüququnu təsdiq edən sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş sübutlarını təqdim etməmişdir. Bundan əlavə iddiaçılar “xxxx” firması və Cavabdeh2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə qarşı (İddiaçı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı adına olan Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarın etibarsızlığının tanınması, 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr, S.S.Axundov küçəsində İddiaçı 4000 kv.m torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)- 658/2020 saylı Qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən iddia edilən Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının, onun əsasında həyata keçirilmiş alğı-satqı müqaviləsinin və ümumi iclas protokolunun Binəqədi rayonu, Binəqədi Bələdiyyəsində, həmçinin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, Binəqədi Bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməməsi isə iddia edilən qərarın mövcud olmaması deməkdir. Bundan başqa, məhkəmə tərəfindən dəfələrlə, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının əslinin təqdim edilməsi İddiaçı təklif olunsa da, üçüncü şəxs qərarın əslini təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının aşkar olunmaması, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəyə malik olmaması deməkdir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığı müəyyən etmək isə mümkün olmadığından, hazırkı iddia tələbi mümkün sayılmamışdır. Xahiş etdi ki, qətnamə ləğv edilsin, iddiaçının subyektiv hüququ olmadığına görə iddia rədd olunsun. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, həmçinin iş materiallarına əsasən iddiaçının subyektiv hüququnun olmamasına görə qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı, cavabdeh X5, 3-cü şəxslər Binəqədi rayon Binəqədi Bələdiyyəsi və 13 saylı X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığınıntam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasınıapellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və Cavabdeh2 apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 89.1 maddəsinin tələbinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3 maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim olunur. Qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara istinad edərkən, lazımi qaydada təsdiq edilmiş sübutları nəzərə alır. İş materiallarında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18.09.2018-ci il tarixli, 2610 saylı məktubu ilə daxil olmuş, lazımi qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 125 saylı, 03.08.2004-cü il tarixli qərarından görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarı ilə “xxxx” firmasına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 300 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 65 saylı, 03.08.2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 300 kv.m. torpaq sahəsi “xxxx” firmasının mülkiyyətinə verilmişdir. İş materillarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2-2384/2005 saylı, 17.10.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində “Qayğı” sexinin arxasında yerləşən “xxxx” firmasının mülkiyyətində olan 300 kv.m torpaq sahəsində olan avadanlıqların götürülərək torpaq sahəsinin boşaldılması cavabdeh X4 həvalə edilməsi qət edilmişdir. Bu sənəd “xxxx” firmasına ayrılmış 300 kv.m torpaq sahəsinin İddiaçı ayrılmış sahədə deyil, S.S.Axundov küçəsində “Qayğı” sexinin arxasında yerləşməsini təsdiq edir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18.09.2018-ci il tarixli, 2611 saylı məktubu ilə daxil olmuş, lazımi qaydada təsdiq olunmuş Binəqədi rayon İcra Hakimiyyətinin 28.02.1992-ci il tarixli, 179 saylı Sərəncamına əsasən, “xxxx” kiçik müəssisəsinə 7ci mikrorayon ərazisində müvəqqəti eskiz əsasında müvəqqəti avtodayanacaq istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 01.10.2018-ci il tarixli, **********65 saylı məktubuna əsasən Bakı şəhəri Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, 344 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi 19.07.2016-cı il tarixdə “xxxx” firmasının adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nun 09.12.2016-cı il tarixli, 4Ə-222 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 16.12.2016-cı il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nun 17.12.2016-cı il tarixli, 4Ə-227 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən27.12.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 10 ünvanında yerləşən qeyriyaşayış binası 19.07.2016-cı il tarixdə “xxxx” firmasının adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nun 10.12.2016-cı il tarixli, 4Ə-223 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 16.12.2016-cı il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nun 17.12.2016-cı il tarixli, 4Ə-228 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 27.12.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,102ha torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 01.10.2018-ci il tarixli, **********65 saylı məktubuna qeyd olunan sənədlərin lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 yanvar 2019-cu il tarixli BRB/d-12 saylı məktubuna əsasən İddiaçı ilə Binəqədi rayon Bələdiyyəsi arasında bağlanıldığı iddia edilən 644 saylı, 30 dekabr 2006-cı il tarixli alğı-satqı müqaviləsi və bu müqavilənin bağlanması üçün hüquqi əsas hesab olunan Bələdiyyənin ümumi iclasının qərarı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin məlumat bazasında mövcud deyildir. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı onun hüququnu təsdiq edən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini təqdim etməmişdir. Belə ki, iddiaçı 51 saylı notariat kontoru tərəfindən 18.09.2018-ci ildə fotosurəti təsdiq olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 499/2 saylı, 29.12.2006-cı il tarixli qərarını təqdim etmişdir. Həmin sənədə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün 5 manat ödəmək ilə) İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı 51 saylı notariat kontoru tərəfindən 18.09.2018-ci ildə fotosurəti təsdiq olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 644 saylı, 30.12.2006-cı il tarixli müqaviləsini təqdim etmişdir. Həmin sənədə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün 5 manat ödəmək ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün, torpaq sahəsi üzərində hüquqlarının olmasını təsdiq edən sübutları təqdim etməlidir. Lakin, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçılar “xxxx” firması və Cavabdeh2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinə qarşı (İddiaçı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı adına olan Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarın etibarsızlığının tanınması, 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr, S.S.Axundov küçəsində İddiaçı 4000 kv.m torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-658/2020 saylı Qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin Qərardadla məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən iddia edilən Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının, onun əsasında həyata keçirilmiş alğı-satqı müqaviləsinin və ümumi iclas protokolunun Binəqədi rayonu, Binəqədi Bələdiyyəsində, həmçinin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, Binəqədi Bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməməsi isə iddia edilən qərarın mövcud olmaması deməkdir. Bundan başqa, məhkəmə tərəfindən dəfələrlə, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının əslinin təqdim edilməsi İddiaçı təklif olunsa da, üçüncü şəxs qərarın əslini təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının aşkar olunmaması, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəyə malik olmaması deməkdir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığı müəyyən etmək isə mümkün olmadığından, hazırkı iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması ilə bağlı mötəbər sübutlar təqdim etmədiyindən, belə olan halda cavabdehlər tərəfindən onun hər hansı hüququnun pozulması halı müəyyən olunmadığından, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bununla da, hər hansı araşdırmaya zərurət yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Əlihəsən oğlu, “xxxx” firması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(001)- 106/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar