Məhkəmə qərarları › İş №2(103)-35/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-35/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-35/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-51/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(011)-5739/2021 saylı qətnamələrindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında:

2. xx.xx.2013-cü il tarixdə 08-13/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 8200 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 4843 manat məbləğində əsas borcu, 2520,66 manat məbləğində faiz borcu, cəmi 7363,99 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2014-cü il) 5077,24 manat əsas, 35,26 manat faiz, cəmi 5112,50 manat borcu vardır.

3. xx.xx.2012-ci il tarixdə 283-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 2814,53 manat məbləğində əsas borcu, 1453,17 manat məbləğində faiz borcu, cəmi 4267,70 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2014-cü il) 4315,13 manat əsas, 20,97 manat faiz borcu vardır.

4. xx.xx.2012-ci il tarixdə 247-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 18700 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 6844,87 manat məbləğində əsas borcu, 3542,43 manat məbləğində faiz borcu, 123.58 manat cərimə borcu olmaqla, cəmi 10510,88 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2014-cü il) 7002,60 manat əsas borcu vardır (faiz və cərimə borcu yoxdur).

5. xx.xx.2012-ci il tarixdə 204-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 11200 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 1714,95 manat məbləğində əsas borcu, 747,86 manat məbləğində faiz borcu, cəmi 2462,81 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixə 7394,71 manat əsas, 51,35 manat faiz borcu vardır.

6. xx.xx.2012-ci il tarixdə 222-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 2182,59 manat məbləğində əsas borcu, 1034,44 manat məbləğində faiz borcu, cəmi 3217, 03 manat borcu vardır. xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixə 5332,99 manat əsas borcu vardır.

7. xx.xx.2012-ci il tarixdə 233-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 2004,99 manat məbləğində əsas borcu, 949,64 manat məbləğində faiz borcu, cəmi 2954,63 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixə 7056,72 manat əsas, 166.62 manat faiz, cəmi 7223,34 manat borcu vardır.

8. xx.xx.2012-ci il tarixdə 235-12/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 18 ay müddətinə 13500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 1485,45 manat məbləğində əsas borcu, 647,77 manat məbləğində faiz borcu, cəmi 2133,22 manat borcu vardır. Tarixi göstərilməyən maliyyə arayışına əsasən qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixə 11247,45 manat əsas, 156,21 manat faiz, 11403,46 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı kredit müqaviləsi üzrə 4.843 manat əsas borc, 2.520,99 manat faiz borcu olmaqla cəmi 7.363,99 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 87.5 qr və 583-585 əyar, çəkisi 312.6 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı kredit müqaviləsi üzrə 2.814,53 manat əsas borc, 1.453,17 manat faiz borcu olmaqla cəmi 4.267,70 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 175.5 qr və 583-585 əyar, çəkisi 371.1 qram olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı kredit müqaviləsi üzrə 6.844,87 manat əsas borc, 3.542,43 manat faiz borcu, 123.58 manat cərimə borcu olmaqla, cəmi 10.510,88 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 177.70 qr olan və 583 əyar, çəkisi 756.80 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı kredit müqaviləsi üzrə 1.714,95 manat əsas borc, 747.86 manat faiz borcu olmaqla, cəmi 2.462,81 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 180.60 qr və 583-585 əyar, çəkisi 357.80 qr olan qızılzinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı kredit müqaviləsi üzrə 2.182,59 manat əsas borc, 1.034,44 manat faiz borcu olmaqla cəmi 3.217,03 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 90.8 qr və 583 əyar, çəkisi 417.8 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı kredit müqaviləsi üzrə 2.004,99 manat əsas borc, 949,64 manat faiz borcu olmaqla cəmi 2.954,63 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 583 əyar, çəkisi 611 qr olan qızılzinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı kredit müqaviləsi üzrə 1.485,45 manat əsas borc, 647.77 manat faiz borcu, olmaqla cəmi 2.133,22 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 58.90 qr olan və və 583 əyar, çəkisi 738.30 qr olan qızıl-zinət əşyaları yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış, 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 21 iyul 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 8.200 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı kimi 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 87.5 qr olan və 583-585 əyar, çəkisi 312.6 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

11. 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 28 iyun 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 16.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 175.5 qr və 583-585 əyar, çəkisi 371.1 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

12. 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 31 mart 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 18.700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 177.70 qr olan və 583 əyar, çəkisi 756.80 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

13. 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 17 yanvar 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 11.200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 180.60 qr və 583-585 əyar, çəkisi 357.80 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

14. 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 02 fevral 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 90.8 qr olan və 583 əyar, çəkisi 417.8 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

15. 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 15 fevral 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 14.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 583 əyar, çəkisi 611 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir.

16. 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, 13 yanvar 2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 13.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 750 əyar, çəkisi 58.90 qr olan və 583 əyar, çəkisi 738.30 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. Lakin borclu kredit müqavilələrinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.

17. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh:

18. 28 dekabr 2012-ci il tarixli 283-12 saylıkredit müqaviləsi üzrə 2.814,53 manat əsas borcun, 3.278,95 manat cərimə borcunun, 727,35 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 6.820,83 manat borcun;

19. 17 iyul 2012-ci il tarixli 204-12 saylı kredit müqaviləsi üzrə 1.714,95 manat əsas borcun, müddət sonuna hesablanan 51.35 manat faiz borcun, 1.860,27 manat cərimə borcun, 486.72 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 4.113,29 manat borcun;

20. 13 iyul 2012-ci il tarixli 235-12 saylı kredit müqaviləsi üzrə 1.485,45 manat əsas borcun, müddət sonuna hesablanan 156.32 manat faiz borcun, 2.940,61 manat cərimə borcu, 426.93 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 5.009,31 manat borcun;

21. 31 avqust 2012-ci il tarixli 247-12 saylı kredit müqaviləsi üzrə 6.844,87 manat əsas borcun, 8.105,60 manat cərimə borcun, 1857,25 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 16.807,72 manat borcun;

22. 02 avqust 2012-ci il tarixli 222-12 saylı kredit müqaviləsi üzrə 2.182,59 manat əsas borcun, müddət sonuna hesablanan 11.11 manat faiz borcun, 2.438,83 manat cərimə borcun, 603.90 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 5.236,43 manat borcun;

23. 15 avqust 2012-ci il tarixli 233-12 saylı kredit müqaviləsi üzrə 2.004,99 manat əsas borcun, müddət sonuna hesablanan 181.32 manat faiz borcun, 4.073,83 manat cərimə borcun, 560 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 6.820,14 manat borcun;

24. 21 yanvar 2013-cü il tarixli 08-13 saylı kredit müqaviləsi üzrə 4.843 manat əsas borcun, 35.26 manat müddətin sonuna hesablanan faiz borcun, 5.627,13 manat cərimə borcun, 1.235,48 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 11.740,87 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması;

25. 28 dekabr 2012-ci il tarixli 283-12Q saylı müqavilə üzrə 750/583 əyarlı 28,31 qram çəkili; 583 əyarlı 7,98 qram çəkili; 750 əyarlı, 6.29 qram çəkili; 585 əyarlı 3,04 qram çəkili; 585 əyarlı 4,22 qram çəkili; 750 əyarlı 4,76 qram çəkili; 583 əyarlı 4,12 qram çəkili; 583 əyarlı 6,84 qram çəkili; 583 əyarlı 3,82 qram çəkili; 583 əyarlı 2,25 qram çəkili; 585 əyarlı 1,90 qram çəkili; 585 əyarlı, 1,85 qram çəkili; 585 əyarlı 2,68 qram çəkili; 585 əyarlı 3,49 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin qızıl-zinət əşyalarının satılaraq əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Həmçinin, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı, 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli, 204- 12/Q saylı 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli, 33-12/Q saylı, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş-613 qr 750 əyar, 3.565,40 qr. 585-583 əyar qızıl-zinyət əşyalarının və ya dəyəri hesablanaraq ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə bu iddialar ayrıca icraata ayrılmaqla işə baxılmışdır).

27. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 51/2019 saylı qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilmiş, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı kredit müqaviləsinə əsasən 2.814,53 (iki min səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə borcu, 727,35 (yeddi yüz iyirmi yeddi manat otuz beş qəpik) manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4.041,88 (dörd min qırx bir manat səksən səkkiz qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh təqdim etdiyi və girov predmeti olan B026153 kodlu paket- 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolye və bilərzik dəsti “750, 583” əyarlı, 28,31 qram çəkili, B026224 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzük “583” əyarlı, 7,98 qram çəkili, B025713 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “750” əyarlı, 6,29 qram çəkili, 1 ədəd sarı rəngli metaldan üzəridə ağ şəffaf qaşları olan üzük “750” əyarlı, 3,04 qram çəkili, B026118 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, 4,22 qram çəkili, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “750” əyarlı, 4,76 qram çəkili, B025136 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “583” əyarlı, 4,12 qram çəkili, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “583” əyarlı, 6,84 qram çəkili, B026230 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “583” əyarlı 3,82 qram çəkili, B026278 kodlu paket-1 ədəd sarı rəngli metaldan tək qaşlı sırğa cütü “583” əyarlı 2,25 qram çəkili, 1 ədəd sarı rəngli metaldan sırğa cütü (qırıntıdır) “585” əyarlı 1,90 qram çəkili, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585” əyarlı 1,86 qram çəkili, B026273 kodlu paket-1 ədəd sarı rəngli metaldan boyunbağı “585” əyarlı 2,68 qram çəkili, 1 ədəd üzərində ağ şəffaf qaşları olan üzük “585” əyarlı 3,49 qram çəkili qızıl-zinət əşyalarına yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracdan satılması, həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı kredit müqaviləsinə əsasən 4.843 (dörd min səkkiz yüz qırx üç) manat məbləğində əsas borc, 35,26 (otuz beş manat iyirmi altı qəpik) manat müddətin sonuna hesablanan faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.235,48 (bir min iki yüz otuz beş manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 6.613,74 (altı min altı yüz on üç manat yetmiş dörd qəpik) manat məbləğində kredit borcunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 58,24 (əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

28. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsi ilə (hakim A.Həsənova) Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsinə əsasən B024075 kodlu paket: 1 ədəd üzərində 6 ədəd ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan qolbaq “585”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı rəngli metaldan kulon “585”, B024321 kodlu paket: 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 4 ədəd ağ şəffaf qaşları olan üzük “583” 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, “585”, 02 avqust 2012-ci il tarixli, 222- 12/Q saylı girov müqaviləsinə əsasən B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan qolbaq “750”, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı “585”, B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan boyunbağı “583”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “585”, 1 ədəd sarı rəngli metaldan sırğa cütü “585”, 31 avqust 2012-ci il tarixli, 247-12Q saylı girov müqaviləsinə əsasən B026115 kodlu paket – 1 ədəd sarı rəngli metaldan sırğa cütü və üzük dəsti “750”, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaşa bənzər predmeti olan üzük “750”, 1 ədəd boyunbağı, qolbaq dəsti “583” ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

29. Məhkəmə ilk iddia üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələri” üzrə mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 376, 377.2, 399, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

31. Məhkəmə qarşılıqlı iddia ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı mülki işə baxılan zaman istinad edilən 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətinin ötməsi halı müəyyən edilmişdir. Adı çəkilən müqavilələr üzrə iddia müddətinin ötürülməsi əsas öhdəliyə xitam verilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda əsas öhdəliyin təminatı kimi çıxış edən əlavə öhdəliyə - girov müqaviləsi üzrə yaranmış öhdəliyə də xitam verilməlidir. Ekspert rəylərinə əsasən 5 müqavilədən sadəcə 3 müqavilə üzrə - 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı, 02 avqust 2012-ci il tarixli, 222- 12/Q saylı və 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş zinət əşyalarının mövcud olması göstərilmişdir. Odur ki, iddia tələbi məhz bu üç müqavilə üzrə mövcud olan qızıl zinət əşyaları hissəsində təmin edilməli və əşyalar İddiaçı ASC-dən alınıb Cavabdeh qaytarılmalıdır. 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı, 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı müqavilələr və onlar üzrə kodlu girov paketləri (qızıl-zinət əşyaları) aşkar edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı girov müqavilələrinə qiymət verərək hesab edir ki, nə qədər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi ilə 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı kredit müqavilələrinə münasibətdə Cavabdeh icra etmədiyi öhdəliyinin mövcud olması halı müəyyən edilmişdir və öhdəliyin icra edilmədiyi üçün bu müqavilələrdən irəli gələn tədbirlərin görülməsi ilə bağlı qətnamə qəbul edilmişdir, iddia tələbi bu iki müqaviləyə aid hissədə təmin edilə bilməz. Odur ki, iddia 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı girov müqavilələrinə aid hissədə rədd edilməlidir.

Apellyasiya şikayətinin dəlilləri

32. İddiaçı və cavabdeh hər iki qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

33. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq xx.xx.2012-ci il tarixli, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə iddia müddətinin ötürmüş hesab etmişdir. Onlar tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarında olan Cavabdeh LPO İddiaçı ASC-də olan AZ56ZAMİ 00000692 NAS AZM C00001 saylı cari hesabından çıxarışdan görünür ki, yuxarıda qeyd olunan kredit müqavilələri üzrə müxtəlif vaxtlarda ödənişlər olmuşdur və həmin ödənişlər bütün müqavilələr üzrə subhesablarda öz əksini tapmışdır. Bu səbəbdən iddia müddəti ötürülməmişdir. Odur ki, qeyd olunan kredit müqavilələri üzrə iddia müddətinin ötürülmüş hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsi yanlışdır və məhkəmə qətnaməsi qeyd olunan hissədə ləğv edilməlidir, bankın haqlı tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, kredit müqavilələri üzrə iddia müddətinin hesablanması hakim tərəfindən müştərinin son ödənişləri nəzərə alınmaqla aparılmalıdır. xx.xx.2021-ci il tarixli qətnaməyə münasibətdə isə hesab edirlər ki, İddiaçı ASC müflis elan olunduğundan və hazırda ləğv prosesində olduğundan, Cavabdeh tələbi banka qarşı kreditor tələbi omuşdur və bu səbəbdən mülki məhkəmə icraatında baxıla bilməzdi.

34. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mühasibatlıq sənədləri təqdim edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Ekspertiza keçirilsə, məlum olardı ki, borc tam ödənilib. Məhkəmə prosesləri uzanıb, lakin Bank tərəfindən öz təqsirləri nəticəsində məhkəmə prosesinin uzanmasına baxmayaraq, illik 5 faiz hesablamaqda davam ediblər. Girov qoyulmuş paketlər ekspertizaya təqdim edilməyib. İddiaçının istinad etdiyi imzalar ona aid deyil. Yeni ekspertiza keçirilməsi barədə vəsatət də verib. Bank ona hesabladığı borcu girov qoyulmuş qızıl-zinət əşyalarına tam yönəldilməsini məhkəmədən xahiş edib, lakin ekspertizaya cüzi hissəsi təqdim edilib. Bəzi müqavilələr üzrə Bank ona borc hesabladığı halda, borcun qaldığını iddia etdiyi halda, guya girov qoyulmuş qızıl-zinət əşyalarını qaytardığını bildirir. Lakin borc ödənilmədən girovun hamısının nə üçün qaytardığını Bank izah edə bilmir. xx.xx.2021-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətini isə onunla əsaslandırmışdır ki, məhkəmə işin araşdırılması zamanı ortaya çıxan çoxsaylı ziddiyyətləri araşdırmayıb, qızıl-zinət əşyalarının bankda olmasına, onların qaytarılması barədə imzaların ona məxsus olmamasına qiymət verməyib.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2996/2022 saylı qərardadı ilə kredit borcu və ipoteka tələbinə dair 2(103)-2996/2022 saylı mülki işlə girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair 2(103)- 156/2022 saylı mülki iş bir icraatda birləşdirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

38. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamələr iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırkı mübahisənin predmeti olan müqavilələr bağlanarkən qüvvədə olan redaksiyada):

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

46. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;

47. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

49. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

50. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

52. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

53. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

54. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;

55. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir;

56. Maddə 297. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır);

57. Maddə 298.1. Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir;

58. Maddə 298.2. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

59. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

AR Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

63. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilməli, İddiaçı ASC tərəfindən verilmiş şikayət isə təmin edilərək, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmamalıdır.

64. Kollegiya ilk növbədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin əsaslı və qanuni olub-olmamasına hüquqi qiymət verir.

65. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilməyən hissəsində iddianı rədd edərkən iddiaçı “31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələri” üzrə mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçdiyinə və bununla iddia müddətinin iddiaçı tərəfindən ötürülməsinə, habelə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməsinə istinad etmişdir.

66. Lakin bu zaman məhkəmə həmin müqavilələr üzrə tələbin həqiqətən də əsaslı olubolmaması, cavabdehin həqiqətən də iddia ərizəsində göstərilən həcmdə borcunun mövcud olması, bir sözlə, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olubolmaması məsələsini araşdırmamışdır. Halbuki, bu cür araşdırmanın aparılması qanunvericliyin tələbindən irəli gəlir.

67. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüququ mövqeyə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

68. Bu mənada kollegiya qeyd edir ki, yaranmış vəziyyətdə iddia tələbinin təmin edilməyən hissəsində iddianın dəlilləri yoxlanılmalı və onun əsaslı olub-olmaması məsələsinə qiymət verilməlidir.

69. İddiaçı LPO İddiaçı ASC onunla cavabdehin arasında bağlanmış kredit müqavilələri üzrə cavabdehin bankda bir hesabı olduğunu, bağlanmış hər müqavilə üzrə bu hesabın daxilində onun adına subhesablar açıldığını, cavabdehin etdiyi ödənişlərin də onun bir müqavilə öhdəliyi üzrə deyil, hissə-hissə olmaqla bütün müqavilələr üzrə borclarından silindiyini bildirmişdir. Cavabdehin kreditor borcu üzrə sonuncu dəfə etdiyi ödənişlər üzrə onun borclarından silinmələr isə 2015-ci ildə aparılmışdır və bu səbəbdən heç bir müqavilə üzrə iddia müddəti ötürülməmişdir.

70. Apellyasiya şikayətinin bu dəlilinin yoxlanılması məqsədi ilə kollegiya tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 9/4855 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:

71. 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 yanvar 2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) İddiaçı ASC-yə olan əsas borcu 6844,87 manat, faiz borcu 3542,43 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 31 avqust 2012-ci 247-12/Q saylı kredit müqaviləsi üzrə 2-ci cild, səh. (178-184) göstərilən tarixlərdə ödənişlər (subhesablar nəzərə alınmaqla) həyata keçirilmişdir və həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 180 manat məbləğində olmuşdur. 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 yanvar 2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) "Zaminbank” ASC-yə olan əsas borc üzrə 1714,95 manat, faiz borcu üzrə 747,86 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan Çıxarış məlumatlarına əsasən 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı kredit müqaviləsi üzrə 2-ci cild, səh. (178-184) göstərilən tarixlərdə ödənişlər (subhesablar nəzərə alınmaqla) həyata keçirilmişdir və həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 64,84 manat məbləğində olmuşdur. 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 yanvar 2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) "Zaminbank” ASC-yə olan 2182,59 manat əsas, 1034,44 manat faiz borcu vardır. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı saylı kredit müqaviləsi üzrə 2-ci cild, səh. (178-184) göstərilən tarixlərdə ödənişlər (subhesablar nəzərə alınmaqla) həyata keçirilmişdir və həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci İl tarixdə 89,00 manat məbləğində olmuşdur. 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 yanvar 2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) İddiaçı ASC-nə olan əsas borcu 2004,99 manat, faiz borcu 949,64 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı kredit müqaviləsi üzrə 2-cİ cild, səh. (178-184) göstərilən tarixlərdə ödənişlər (subhesablar nəzərə alınmaqla) həyata keçirilmişdir və həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 80,00 manat məbləğində olmuşdur. 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 25 yanvar 2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) "Zaminbank” ASC-yə olan əsas borcu 1485,45 manat, faiz borcu 647,77 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı kredit müqaviləsi üzrə 2-ci cild, səh. (178-184) göstərilən tarixlərdə ödənişlər (subhesablar nəzərə alınmaqla) həyata keçirilmişdir və həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 28,00 manat məbləğində olmuşdur. Göstərilən ekspertiza tədqiqatının mülki iş materiallarında olan sənədlər əsasında və ixtisaslı ekspert tərəfindən aparılmasını, orada müəyyən edilmiş məlumatları təkzib edən və onunla ziddiyyət təşkil edən hər hansı halların müəyyən edilməməsini mövcud olmamasını nəzərə alaraq, kollegiya MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək onu mötəbər sübut kimi qəbul edir.

72. Beləliklə, aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər həqiqətən də, onun bütün müqavilələr üzrə borclarına yönəldilmiş və hər bir kredit müqaviləsi üzrə borclarından müvafiq qaydada silinmişdir. Sonuncu dəfə isə cavabdeh tərəfindən ödəniş 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə 180 manat, 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 64,84 manat, 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci İl tarixdə 89,00 manat, 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 80,00 manat, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 28,00 manat olmaqla edilmişdir.

73. İddiaçı tərəfindən hazırkı iddia tələbləri 02 iyun 2017-ci il və 12 iyun 2017-ci il tarixlərdə qaldırılmış, sonradan həmin işlər bir icraatda birləşdirilmişdir.

74. Göründüyü kimi, iddiaçı hazırkı müqavilələr üzrə borcun ödənilməsi və s. tələblərlə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürməmişdir.

75. Qeyd edilən müqavilələr üzrə iddia tələbinin əsaslılığı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

76. 31 avqust 2012-ci il tarixli 247-12 saylı kredit müqaviləsi üzrə 6.844,87 manat əsas borcun, 8.105,60 manat cərimə borcunun, 1857,25 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 16.807,72 manat borcun ödənilməsi tələb edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə həmin müqavilə üzrə əsas borcun 6844,87 manat, faiz borcunun 3542,43 manat məbləğində olduğu müəyyən edilmişdir.

77. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borc məbləğlərinin mövcud olması öz təsdiqini tapır.

78. Qeyd edilən borc məbləğinin mövcud olması və onun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, iddiaçının həmin gecikməyə görə cərimə hesablayaraq cavabdehdən tələb etməsi də əsaslı olmuşdur. İddiaçının bu hüququ MM-nin 466-cı maddəsindən irəli gəlir.

79. Bununla yanaşı, kollegiya 8105,60 manat hesablanmış cərimənin məbləğini tənasübsüz surətdə yüksək hesab edir və bu qənaətə gəlir ki, həmin məbləğ MM-nin 467ci maddəsinə əsasən azaldılaraq 500 manat həcmində müəyyən edilməlidir.

80. Eyni əsaslarla, kollegiya iddia tələbini həmin müqavilə öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 1857,25 manat borc tələbini də əsaslı hesab edir. Bu zaman məhkəmə müqavilənin icrası müddətinin bitməsindən (xx.xx.2014) və sonuncu ödənişin edilməsindən (xx.xx.2015) hazırkı iddianın verilməsinədək (xx.xx.2019-cu ildə iddia tələbi dəqiqləşdirilmişdir) keçən müddəti nəzərə alaraq hesab edir ki, qeyd edilən zərərin məbləği 1857,25 manat həddində müəyyən edilməlidir.

81. 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı kredit müqaviləsi üzrə 1.714,95 manat əsas borcun, müddət sonuna hesablanan 51.35 manat faiz borcun, 1.860,27 manat cərimə borcun, 486.72 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 4.113,29 manat borcun ödənilməsi tələb edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə həmin müqavilə üzrə əsas borcun məbləği 1714,95 manat, faiz borcunun məbləği isə 747,86 manat olduğu müəyyən edilmişdir.

82. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borcun mövcud olması öz təsdiqini tapır.

83. Faiz borcuna münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir.

84. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

85. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Hakim iddia tələbindən yalnız o halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun.

86. Belə olan halda, Kollegiya ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunun məbləğinin tələb edilən faiz borcunun məbləğindən yüksək olduğunu nəzərə alaraq, həmçinin MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbindən kənara çıxa bilmədiyi üçün tutulacaq faiz borcunun məbləği tələb həcmində, yəni 51.35 manat müəyyən edilməlidir.

87. Qeyd edilən borc məbləğinin mövcud olması və onun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, iddiaçının həmin gecikməyə görə cərimə hesablayaraq cavabdehdən tələb etməsi də əsaslı olmuşdur. İddiaçının bu hüququ MM-nin 466-cı maddəsindən irəli gəlir.

88. Bununla yanaşı, kollegiya hesablanmış 1.860,27 manat cəriməni tənasübsüz surətdə yüksək hesab edir və bu qənaətə gəlir ki, tələb edilən məbləğ MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 100 manat həcmində müəyyən edilməlidir.

89. Eyni əsaslarla, kollegiya iddia tələbini həmin müqavilə öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 486.72 manat borc tələbini də əsaslı hesab edir. Bu zaman məhkəmə müqavilənin icrası müddətinin bitməsindən (xx.xx.2014) və sonuncu ödənişin edilməsindən (xx.xx.2015) iddianın verilməsinədək (xx.xx.2019-cu ildə iddia tələbi dəqiqləşdirilmişdir) keçən müddəti nəzərə alaraq hesab edir ki, qeyd edilən cərimənin məbləği tələb həddində 486.72 manat həddində müəyyən edilməlidir.

90. 02 avqust 2012-ci il tarixli 222-12 saylı kredit müqaviləsi üzrə 2.182,59 manat əsas borcun, müddət sonuna hesablanan 11.11 manat faiz borcun, 2.438,83 manat cərimə borcun, 603.90 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 5.236,43 manat borcun ödənilməsi tələb edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə həmin müqavilə üzrə əsas borcun məbləği 2182,59 manat, faiz borcunun məbləği 1034,44 manat olduğu müəyyən edilmişdir.

91. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borcun mövcud olması öz təsdiqini tapır.

92. Faiz borcuna münasibətdə isə Kollegiya MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən tələbdən kənara çıxmadan 11,11 manat faiz borcunun tutulmasını əsaslı hesab edir.

93. Qeyd edilən borc məbləğinin mövcud olması və onun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, iddiaçının həmin gecikməyə görə cərimə hesablayaraq cavabdehdən tələb etməsi də əsaslı olmuşdur. İddiaçının bu hüququ MM-nin 466-cı maddəsindən irəli gəlir.

94. Bununla yanaşı, kollegiya hesablanmış 2.438,83 manat cəriməni tənasübsüz surətdə yüksək hesab edir və bu qənaətə gəlir ki, tələb edilən məbləğ MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 100 manat həcmində müəyyən edilməlidir.

95. Eyni əsaslarla, kollegiya iddia tələbini həmin müqavilə öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 603.90 manat borc tələbini də qismən əsaslı hesab edir. Bu zaman məhkəmə müqavilənin icrası müddətinin bitməsindən (xx.xx.2014) sonuncu ödənişin edilməsindən (xx.xx.2015) iddianın verilməsinədək (xx.xx.2019-cu ildə iddia tələbi dəqiqləşdirilmişdir) keçən müddəti nəzərə alaraq hesab edir ki, qeyd edilən zərərin məbləği 603,90 manat həddində müəyyən edilməlidir.

96. 15 avqust 2012-ci il tarixli 233-12 saylı kredit müqaviləsi üzrə 2.004,99 manat əsas borcun, müddət sonuna hesablanan 181.32 manat faiz borcun, 4.073,83 manat cərimə borcun, 560 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 6.820,14 manat borcun ödənilməsi tələb edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə həmin müqavilə üzrə əsas borcun məbləği 2004,99 manat, faiz borcunun məbləği 949,64 manat olduğu müəyyən edilmişdir;

97. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borcun mövcud olması öz təsdiqini tapır.

98. Faiz borcuna münasibətdə isə Kollegiya MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən tələbdən kənara çıxmadan 181.32 manat faiz borcunun tutulmasını əsaslı hesab edir.

99. Qeyd edilən borc məbləğinin mövcud olması və onun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, iddiaçının həmin gecikməyə görə cərimə hesablayaraq cavabdehdən tələb etməsi də əsaslı olmuşdur. İddiaçının bu hüququ MM-nin 466-cı maddəsindən irəli gəlir.

100. Bununla yanaşı, kollegiya hesablanmış 4.073,83 manat cəriməni tənasübsüz surətdə yüksək hesab edir və bu qənaətə gəlir ki, tələb edilən məbləğ MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 100 manat həcmində müəyyən edilməlidir.

101. Eyni əsaslarla, kollegiya iddia tələbini həmin müqavilə öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 560 manat borc tələbini də əsaslı hesab edir. Bu zaman məhkəmə müqavilənin icrası müddətinin bitməsindən (xx.xx.2014) sonuncu ödənişin edilməsindən (xx.xx.2015) iddianın verilməsinədək (xx.xx.2019-cu ildə iddia tələbi dəqiqləşdirilmişdir) keçən müddəti nəzərə alaraq hesab edir ki, qeyd edilən zərərin məbləğini tələb həddində 560 manat həddində müəyyən edilməlidir.

102. 13 iyul 2012-ci il tarixli 235-12 saylı kredit müqaviləsi üzrə 1.485,45 manat əsas borcun, müddət sonuna hesablanan 156.32 manat faiz borcun, 2.940,61 manat cərimə borcu, 426.93 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 5.009,31 manat borcun ödənilməsi tələb edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə həmin müqavilə üzrə əsas borcun məbləği 1485,45 manat, faiz borcunun məbləği 647,77 manat olduğu müəyyən edilmişdir.

103. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borcunun mövcud olması öz təsdiqini tapır.

104. Faiz borcuna münasibətdə isə Kollegiya MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən tələbdən kənara çıxmadan 156.32 manat faiz borcunun tutulmasını əsaslı hesab edir.

105. Qeyd edilən borc məbləğinin mövcud olması və onun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, iddiaçının həmin gecikməyə görə cərimə hesablayaraq cavabdehdən tələb etməsi də əsaslı olmuşdur. İddiaçının bu hüququ MM-nin 466-cı maddəsindən irəli gəlir.

106. Bununla yanaşı, kollegiya hesablanmış 426.93 manat cəriməni tənasübsüz surətdə yüksək hesab edir və bu qənaətə gəlir ki, tələb edilən məbləğ MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 70 manat həcmində müəyyən edilməlidir.

107. Eyni əsaslarla, kollegiya iddia tələbini həmin müqavilə öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 426.93 manat borc tələbini də əsaslı hesab edir. Bu zaman məhkəmə müqavilənin icrası müddətinin bitməsindən (xx.xx.2014) sonuncu ödənişin edilməsindən (xx.xx.2015) iddianın verilməsinədək (xx.xx.2019-cu ildə iddia tələbi dəqiqləşdirilmişdir) keçən müddəti nəzərə alaraq hesab edir ki, qeyd edilən cərimənin məbləği tələb həddində 426.93 manat müəyyən edilməlidir.

108. Kollegiya eyni əsaslara istinad edərək, qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsasssız hesab edir.

Qarşılıqlı iddia üzrə

109. Məhkmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd, cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır.

110. Kollegiya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsinin əsaslı və qanuni olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir:

111. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

112. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

113. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

114. Hazırkı iş üzrə iddiaçı Cavabdeh tələbi 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı, 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli, 33-12/Q saylı, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş-613 qr 750 əyar, 3.565,40 qr. 585-583 əyar qızıl-zinyət əşyalarının və ya dəyərinin hesablanaraq ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınıb ona qaytarılması barədədir.

115. Bank məhkəməyə hər 7 müqavilə üzrə 13 iyul 2012-ci il tarixli, 41 saylı; 17 iyul 2012-ci il tarixli, 43 saylı; 02 avqust 2012-ci il tarixli, 49 saylı; 15 avqust 2012-ci il tarixli, 42 saylı; 31 avqust 2012-ci il tarixli 45 saylı; 28 dekabr 2012-ci il tarixli 60 saylı; 21 yanvar 2013-cü il tarixli 64 saylı aktlar təqdim etmiş və Cavabdeh tərəfindən müxtəlif vaxtlarda tələbdə istinad edilən qızıl-zinət əşyalarının götürülməsini göstərmişdir.

116. Birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan aktlar üzrə Cavabdeh tərəfindən imzanın ona məxsusluğu mübahisələndirildiyindən iş üzrə 2 dəfə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.

117. Birinci ekspertizanın 23362 saylı, 20 oktyabr 2017-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-6504/2017 nömrəli mülki işin 1-ci cildində 15-16-cı vərəqlərində olan İddiaçı ASC ilə Cavabdeh arasında olan 21 yanvar 2013-cü il tarixli 08- 13/Q saylı, i/v 56-59-da olan 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı, i/v 97-99-da olan 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, i/v 137-138-də olan 17 iyul 2012- ci il tarixli 204- 12/Q saylı, i/v 173-174-də olan 02 avqust 2012-ci il 222-12/Q saylı, i/v 209-210-da olan 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı, i/v 245-146 olan 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.

118. İkinci məhkəmə ekspertizasının 18585 saylı, 14 avqust 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında olan 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (12-ci, 24-cü sıralardakı imzalardan başqa); 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 3-4-cü, 6-8-ci, 10-11-ci, 18-19-cu, 22-25-ci, 28-29-cu, 31-34cü, 37-39-cu sıralarındakı imzalardan başqa); 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (3cü, 6-cı, 9-10-cu, 16-cı, 19-cu sıralarındakı imzalardan başqa); 17 iyul 2012-ci il tarixli 204- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 5-ci, 11-12-ci, 14-cü, 17-19-cu, 22- 23-cü, 26-28-ci, 30-31-ci, 34-35-ci sıralardakı imzalardan başqa); 31 avqust 2012-ci il tarixli 247- 12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-2ci, 5-ci, 7-8-ci, 10-11-ci, 13-14-cü, 16-cı, 18-19-cu, 22-ci, 26-27-ci, 31-ci, 34-cü, 36-37- ci, 39-41-ci, 44-45-ci, 49-51-ci, 56-57-ci, 59-cu sıralarındakı imzalardan başqa); 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 7-8-ci, 11-ci, 13-cü, 24-cü, 26-cı, 28-ci sıralarındakı imzalardan başqa); 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (2-3-cü, 5-ci, 21-ci, 26-27ci, 37-ci, 42-ci, 46-cı, 54-cü, 57-ci, 65-ci, 72-ci, 76-cı sıralarındakı imzalardan başqa) - Cavabdeh tərəfindən icra olunmuşdur.

119. Ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında olan 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 12-ci, 24-cü sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 69-70-ci vərəqələrində olan xx.xx.2012-ci il tarixli 227-12/Q saylı girov müqavisinə 1 saylı əlavədə (aktda) 2-ci və 8-ci sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 3-4-cü, 6-8-ci, 10-11-ci, 18-19-cu, 22-25-ci, 28-29-cu, 31-34-cü, 37-39-cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 3-cü, 6cı, 9-10-cu, 16-cı, 19-cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 17 iyul 2012ci il tarixli 204-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 5-ci, 11-12-ci, 14cü, 17-19-cu, 22-23-cü, 26-28-ci, 30- 31-ci, 34-35-ci sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-2-ci, 5-ci, 7-8-ci, 10-11-ci, 13-14-cü, 16-cı, 18-19-cu, 22-ci, 26-27-ci, 31ci, 34-cü, 36-37-ci, 39-41-ci, 44-45-ci, 49-51-ci, 56-57-ci, 59-cu sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 7-8-ci, 11-ci, 13-cü, 24-cü, 26-cı, 28-ci sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar və 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 2-3-cü, 5-ci, 21-ci, 26-27-ci, 37-ci, 42-ci, 46-cı, 54-cü, 57-ci, 65-ci, 72-ci, 76-cı sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur

120. Apellyasiya baxışı zamanı LPO İddiaçı ASC-nin nümayəndəsi Anar Nəcəfzadə məhkəmə iclasında verdiyi izahatında aktlardakı imzaların bir qisminin Cavabdeh işçisinə, qohumuna, xalası uşaqlarına verdiyi etibarnamə əsasında onun nümayəndələrinə məxsus olduğunu bildirmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə bu faktı təkzib etmişdir.

121. Qeyd edilən dəlillərin araşdırılması məqsədilə işə apellyasiya qaydasında baxılarkən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 4/1021 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir.

122. xx.xx.2013-cü il tarixli, 08-13/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 12ci, 24-cü sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzalar;

123. 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 25-ci sırada “müştəri təhvil aldı” qrafasındakı imza;

124. 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 50-ci sırada “müştəri təhvil aldı” qrafasındakı imza;

125. 15 avqust 2012-ci il tarixli, 33-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 11-ci sırada “müştəri təhvil aldı” qrafasındakı imza;

126. 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 2-ci, 5-ci, 26-cı, 54-cü, 65-ci sırada “müştəri təhvil aldı” qrafasındakı imzalar – X3 tərəfindən yox, X5 tərəfindən yox, Əmirova (İsmayılova) Günel Bəxtiyar qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

127. 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 1ci, 3-4-cü, 6-8-ci, 10-11-ci, 18-19-cu, 22-24-cü, 28-29-cu, 31-34-cü, 37-39-cu sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların;

128. 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 3-cü, 6-cı, 10-cu, 16-cı, 19-cu sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların;

129. 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 1ci, 5-ci, 11-ci, 14-cü, 17-19-cu, 22-23-cü, 26-28-ci, 30-31-ci, 34-35-cü sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların;

130. 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 1-2-ci, 5-ci, 7-ci, 10-11-ci, 13-14-cü, 16-cı, 18-19-cu, 22-ci, 26-27-ci, 31-ci, 34-cü, 36-37-ci, 39-41-ci, 44-45-ci, 49-51-ci, 56-57-ci, 59-cu sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların;

131. 15 avqust 2012-ci il tarixli, 33-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 1-ci, 7-8-ci, 13-cü, 24-cü, 26-cı, 28-ci sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların;

132. 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 3-cü, 27-ci, 37-ci, 12-ci, 46-cı, 57-ci, 72-ci sıralarda “müştəri təhvil aldı” qrafasındakı imzaların – X3 tərəfindən, X5 tərəfindən, Əmirova (İsmayılova) Günel Bəxtiyar qızı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək olmadı.

133. 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı girov müqaviləsinə 1 saylı Əlavədə (aktda) 76-cı sırada “müştəri təhvil aldı” qrafasındakı imza – tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəbə görə tədqiqat üçün yararsız olduğundan, həmin imzanın - X3 tərəfindən, X5 tərəfindən, Əmirova (İsmayılova) Günel Bəxtiyar qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.

134. Ekspert rəyindən aydın olur ki, 1 saylı əlavədə bəzi sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Bununla bağlı bankın nümayəndəsi həmin imzaların Cavabdeh tərəfindən müxtəlif şəxslərə verilmiş etibarnamə əsasında onu təmsil etmiş şəxslərə məxsus olduğunu, bu əşyaların həmin şəxslər tərəfindən götrüldüyünü bildirmişdir. İş materialları ilə də müəyyən edilir ki, borclu Cavabdeh tərəfindən müxtəlif şəxslərə onu bankda təmsil etməklə bağlı etibarnamələr verilmişdir. Qeyd edildiyi kimi, bu imzaların həmin şəxslərə aid olub-olmadığını yoxlamaq üçün məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, etibarnamə verilmiş həmin şəxslərin hamısının imza nümunələrini əldə etmək mümkün olmadığından, bu imzaların həmin şəxslərə məxsus olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

135. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin şəxslərin imza və xətt nümunələrinin götürülməsi üçün onların məhkəmə iclasında iştirakını təmin etməmiş, bunu həmin şəxslərdən bəzilərinin ölkə hüdudlarından kənarda olması ilə izah etmişdir. Ekspertiza tədqiqatı ilə aktlarda olan imzaların imza nümunələri götürülmüş digər şəxslərə aid olmadığı da müəyyən edilmişdir.

136. Digər tərəfdən, həmin akytlarda olan imzaların əksər qisminin Cavabdeh məxsus olması ekspert rəyi ilə təsdiq olunur. Həmin aktların tərtib edilməsi formasından görünür ki, girov predmeti olan qızıl zinət əşyaları orada siyahı şəklində qeyd olunmuş, hər bir girov əşya götürülərkən onun adı qeyd olunmuş qrafada imza edilmişdir. Belə olduğu halda, qarşılıqlı iddiaçı Cavabdeh həmin aktda müxtəlif vaxtlarda imza edərkən əvvəlki qrafalardakı imzaların ona məxsus olmadığı və girov əşyaları başqa şəxsin imza edərək götürməsini görmüş, lakin buna öz etirazını bildirməmişdir. Bu da həmin əşyaların məhz iddiaçının özü, yaxud onun etibarnamə əsasında nümayəndələri olmuş şəxslər tərəfindən götürülməsi barədə qənaətə gəlməyə əsas verir.

137. Göstərilənlər onu deməyə əsas verir ki, görov predmeti olmuş əşyaların Cavabdeh tərəfindən götürülməməsi ilə bağlı onun dəlilləri əsassız hesab edilməlidir.

138. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.

139. Kollegiya bununla bağlı qeyd edir ki, qarşılıqlı iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları onunla bank arasında bağlanmış kredit müqavilələrinin təminatı kimi girov qoyulmuş, bu müqavilələr üzrə borc isə tam ödənilməmişdir. Kollegiyanın qənatinə görə kredit müqavilələrinə münasibətdə Cavabdeh icra edilməmiş öhdəliyi mövcud olduğundan tələbin hüquqi əsası da yoxdur.

140. Belə olan halda, əsas öhdəlik icra edilmədiyi və ya qüsurlu icra edildiyi halda, onu təmin edən əlavə öhdəlik üzrə girov qoyulmuş əşyaların girov qoyan şəxsə qaytarılması qanuni və əsaslı hesab edilə bilməz.

141. Odur ki, iddia təmin edilmiş hissədə - 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı, 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı, 31 avqust 2012-ci il tarixli, 247-12Q saylı girov müqavilələrinə aid hissədə əsassız olmuşdur.

142. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin işin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur.

143. Beləliklə, məhkəmə kollegiyası LPO İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

144. Eyni zamanda kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat məbləğin 30 manatı LPO İddiaçı ASC, qalan 70 manatı isə Cavabdeh aid edilməli, məhkəmə xətşünaslıq ekspertizasının dəyəri olan 126 manat Cavabdeh tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.

145. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsi qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 6844,87 manat əsas, 500 manat cərimə və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 1857,25 manat olmaqla, cəmi 9202,12 manat məbləğində pul vəsaiti tutulsun; 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1714,95 manat əsas, 51,35 manat faiz borcu, 100 manat cərimə və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 486,72 manat olmaqla, cəmi 2353,02 manat məbləğində pul vəsaiti tutulsun; 02 avqust 2012-ci il tarixli 222-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2182,59 manat əsas, 11,11 manat faiz borcu, 100 manat cərimə və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 603.90 manat olmaqla, cəmi 2897,6 manat məbləğində pul vəsaiti tutulsun; 15 avqust 2012-ci il tarixli 233-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2004,99 manat əsas, 181,32 manat faiz borcu, 100 manat cərimə və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 560 manat olmaqla, cəmi 2846,31 manat məbləğində pul vəsaiti tutulsun; 13 iyul 2012-ci il tarixli 235-12 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1485,45 manat əsas, 156,32 manat faiz borcu, 70 manat cərimə və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 426,93 manat olmaqla, cəmi 2138,7 manat məbləğində pul vəsaiti tutulsun; İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qalan hissəsinə münasibətdə təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Həmin qətnamədən cavabdeh LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5739/2021 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar