Məhkəmə qərarları › İş №2(103)-35/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-35/2025

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-35/2025 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx»xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı “xxxx”xxxx” MMC-nin vəkili və nümayəndəsi vəkil1, Cavabdehin vəkili və nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı “xxxx»xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx»xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 32 faiz ödənilmək şərti ilə, 35000 manat məbləğində kredit vəsaiti verilmişdir.

2. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq cavabdehlə həmin tarixdə *** saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, mənzil 15 MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. ##.##.2019-cu il tarixdə təsdiq olunmuş tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli *** saylı kredit xətti müqaviləsinə 1 №li əlavəyə əsasən müqaviləyə aşağıdakı dəyişiklik edilmiş və müqvilənin 3.4 yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: 3.4. Borc verən borc alandan müqavilənin 1.2-ci bəndində göstərilmiş kredit məbləğinin 5% miqdarında xidmət haqqı tutur.

4. ##.##.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdeh Cavabdeh MMC-yə ödənilməmiş 32 090,00 manat əsas, 4649,91 manat faiz, 4107,52 manat məbləğində cərimə və 316,44 manat kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 41 163,87 manat kredit borcu təşkil edir.

5. Bank tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2019-cu il tarixli bildirişlə MMC tərəfindən cavabdeh Cavabdeh borcun ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “xxxx»xxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 32 090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 4107,52 manat məbləğində cərimə və 316,44 manat kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 41 163,87 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi ipoteka qoylumuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, mənzil 15-ə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 32 faiz ödənilmək şərti ilə, 35 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq cavabdehlə həmin tarixdə *** saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, mənzil 15 MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsinə əsasən borcalan MMC-dən aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri MMC-yə ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit xətti müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda ##.##.2019-cu il tarixinə borclunun MMC-yə ödənilməmiş 32 090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 4107,52 manat məbləğində cərimə və 316,44 manat kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 41 163,87 manat kredit borcu mövcuddur.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 32090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 410,752 manat məbləğində cərimə, cəmi 37 150,66 manat kredit borcu tutularaq “xxxx»xxxx” MMC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri Gənclik küçəsində 54,4 kv.m ərazidə yerləşən **C №-li evin, ** №-li mənzilinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq “xxxx»xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim X1)

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia 4107,52 manat məbləğində cərimənin tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə 4107,52 manat məbləğində cərimənin 10 faizinin, yəni 410,75 manat hissəsində tutulmasını ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia 316,44 manat kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edildiyi kimi, kreditor 410,75 manat cəriməni tələb edə bilir, bu da 316,44 manatdan çoxdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdehdən 32 090,00 manat əsas, 4649,91 manat müddət sonuna hesablanan faiz, 410,75 manat məbləğində cərimə, cəmi 37 150,66 manat kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi, ipoteka qoylumuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, mənzil 15-ə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin saktışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin tutularaq MMC-nin xeyrinə ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu, 295ci, 307-ci, 309-cu, 317-ci, 319-cu, 385-ci, 442-ci, 448-ci, 739.1, 739.2-ci və “İpoteka haqqında” Qanunun 33, 34, 39-cu maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2020-ci il tarixli qətnaməsi çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları düzgün tədbiq edilməmiş, məhkəmə tərəfindən hüquqi işlər düzgün qiymətləndirilməmiş, məhkəmə işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmış və yalnız iddiaçının mövqeyi üstün tutulmuş, işin həqiqi hallarına ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun hüquqi qiymət verilməmiş, eyni zamanda məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamışdır. İddiaçı «xxxx»xxxx MMC ilə Cavabdeh arasında ##.##.2017-ci il tarixdə *** saylı kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 32% ödənilmək şərtilə 35 000 (otuz beş min) manat məbləğində vəsait götürülmüşdür. ##.##.2017-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə götürülmüş 35000 (otuz beş min) manat məbləğdən cavabdeh ## ####### 2017-ci il tarixdən ## ##### 2019- cu il tarixə kimi ümumilikdə «xxxx»xxxx MMC-nin hesabına 25137.89 (iyirmi beş min yüz otuz yeddi manat 89 qəpik) manat məbləğində vəsait ödəmişdir. «xxxx»xxxx MMC-nin hesabına ## ####### 2017-ci il tarixdən ## ##### 2019cu il tarixə kimi ödənilən qəbzlərin tarix və məbləğlər aşağıdakılardır: ## ####### 2017-ci il tarixdə 3002 (üç min iki) manat, ## ###### 2017-ci il tarixdə 3000 (üç min) manat, ## ####### 2017-ci il tarixdə 370 (üç yüz yetmiş) manat, ## ###### 2017-ci il tarixdə 3000 (üç min) manat, ## ###### 2017-ci il tarixdə 1000 (bir min) manat, ## ###### 2017-ci il tarixdə 660 (altı yüz altmış) manat, ## ###### 2018-ci il tarixdə 204 (iki yüz dörd) manat, ## ###### 2018-ci il tarixdə 848.20 (səkkiz yüz qırx səkkiz manat 20 qəpik) manat, ## ###### 2018-ci il tarixdə 240 (iki yüz qırx) manat, ## ##### 2018-ci il tarixdə 2246 (iki min iki yüz qırx altı) manat, ## #### 2018-ci il tarixdə 792 (yeddi yüz doxsan iki) manat, ## #### 2018-ci il tarixdə 736 (yeddi yüz otuz altı) manat, ## ### 2018-ci il tarixdə 900 (doqquz yüz) manat, ## ###### 2018-ci il tarixdə 868,69 (səkkiz yüz altmış səkkiz manat 69 qəpik) manat, ## ###### 2018ci il tarixdə 763 (yeddi yüz altmış üç) manat, ## ####### 2018-ci il tarixdə 606 manat, ## ####### 2018-ci il tarixdə 973 manat, ## ###### 2018-ci il tarixdə 763 (yeddi yüz altmış üç) manat, ## ###### 2018-ci il tarixdə 742 (yeddi yüz qırx iki) manat, ## #### 2019-cu il tarixdə 700 (yeddi yüz) manat, ## ###### 2019-cu il tarixdə 886 (səkkiz yüz səksən altı) manat, ## ### 2019-cu il tarixdə 875 (səkkiz yüz yetmiş beş) manat və ## ##### 2019-cu il tarixdə 963 (doqquz yüz altmış üç) manat. Ümumilikdə 25137.89 (iyirmi beş min yüz otuz yeddi manat 89 qəpik) manat məbləğində vəsait ödənilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman cavabdeh Rusiya Federasiyası, Tatarstan Respublikasının, Kazan şəhərində olmuşdur və məhkəmədən xəbəri olmamışdır. Bu səbəbdən məhkəmə iclaslarında iştirak edib 2017-ci ildən 2019-cu il tarixədək iddiaçının hesabına ödədiyi qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara baxmayaraq, iddiaçı cavabdeh tərəfindən ödənilən məbləgi təsdiq edən arayışı məhkəməyə təqdim etməli idi və yaxud məhkəmə öz təşəbbüsü ilə iddiaçıdan ödənişlə bağlı hər hansı sənəd tələb etməli idi və nəticədə sədrlik edən hakim ekspertiza təyin etməli idi. Cavabdehin iddiaçıdan kredit üzrə götürdüyü 35000 manat məbləğindən cavabdeh 2017-ci ildən 2019-cu il tarixədək iddiaçının hesabına 25137.89 manat məbləğ ödəmişdir və sonda iddiaçı cavabdehdən 32090.00 manat əsas, 4649.91 manat müddət sonuna hesablanan faiz və 4107.52 manat məbləğində cərimə məbləği tələb etmişdir. Sədrlik edən hakim iddiaçının tələb etdiyi 4107.52 cərimə məbləğini 410.752 manat məbləğə endirməklə düzgün nəticəyə gəlmişdir, lakin iddiaçının tələb etdiyi 32090.00 manat əsas və 4649.91 manat müddət sonuna hesablanan faiz məbləğini araşdırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir..

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunsa da, şikayətin dəlilləri üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissələrində mübahisələndirildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması ilə bağlı hissələrində dəyişdirilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

24. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Lakin iş materiallarında (səh. 96-107) ##.##.2017-ci il tarixli, *** nömrəli kredit xətti müqaviləsi üzrə edilmiş ödənişlərə dair müvafiq qəbzlər mövcuddur. Hansı ki, həmin qəbzlərdə də, ödənişin təyinatının ##.##.2017-ci il tarixli, *** nömrəli kredit xətti müqaviləsi olduğu qeyd edilib. Məhz həmin qəbzlərə əsasən edilmiş ödənişlərin nəzərə alınmaqla baorc məbləğinin yenidən məyyən edilməsi üçün təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir.

25. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının ## #### 2026-cı il tarixli, **/**** nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmənin ekspertiza təyini haqqında qərardadında qoyulmuş sual üzrə iddiaçı “xxxx»xxxx” MMC və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı kredit xətti müqaviləsi üzrə iş materiallarında olan mədaxil kassa orderləri (səh.96-107) həmin müqavilə üzrə edilən ödənişlər kimi nəzərə alınmaqla kredit müqaviləsi və ##.##.2019cu il tarixli kredit müqaviləsinə * saylı əlavənin şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin sonuna, yəni ##.##.2019-cu il tarixinə olan əsas və faiz borcu aşağıdakı kimidir: əsas borc üzrə-22.171,86 manat; faiz borcu üzrə-3.251,87 manat.

26. Məhkəmə kollegiyası əsas və faiz məbləği ilə bağlı ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə əsas və faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır.Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş əsas və faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, apellyasiya icraatı zamanı əldə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2024cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyinə əsasən, Bakı şəhəri, Gənclik küçəsində, 54,4 kv.m ərazidə yerləşən ev 29C, ** saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 82000 manat, azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 74000 manat məbləğində müəyyən edilir.

28. Məhkəmə kollegiyası cavabdehin əmlakın ilkin satış qiymətinin yenidən müəyyən edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, ##.##.2020-ci il tarixli 2 (***)-****/**** nömrəli icra vərəqəsi əsasında aparılmış icra işindən göründüyü kimi ipoteka predmetini təşkil edən əmlak ilkin hərraca çıxarılarkən ilkin satış qiyməti 69000 manat, təkrar hərracdan isə 48000 manata satılmışdır. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilən qiymətlə hərraca çıxarılan qiymət arasında çox az fərq olduğundan, eyni zamanda əmlakın artıq satılaraq üçüncü şəxsin mülkiyyətinə keçdiyini nəzərə aldıqda, məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Bundan əlavə kollegiya vurğulayır ki, ipoteka predmetini təşkil edən əmlakın satılmasına dair keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən təşkil olunmuş və həmin hərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsızlığına dair cavabdeh iddia tələbi ilə müraciət etmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsas və faiz borcu məbləğinə dair hissədə dəyişdirilsin, cavabdeh Cavabdeh 22.171,86 manat əsas və 3.251,87 manat faiz borcu tutularaq “xxxx”xxxx” MMC-nin xeyrinə ödənilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

31. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 150 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsas və faiz borcu məbləğinə dair hissələrdə dəyişdirilsin. Cavabdeh Cavabdeh 22.171,86 manat əsas və 3.251,87 manat faiz borcu tutularaq “xxxx”xxxx” MMC-nin xeyrinə ödənilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 200 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar