Məhkəmə qərarları › İş №2(103)-3500/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3500/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3500/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2325/2020 saylı işi üzrə 19.11 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 3603 manat 61 qəpik əsas borc, 503 manat 95 qəpik faiz olmaqla, cəmi 4107 manat 56 qəpik borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2325/2020 saylı işi üzrə 19.11 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsinə dair xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi (səh.12), Cavabdeh 5 iş günü müddətində borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsi haqqında xx.xx.2020-ci il tarixli pretenziya məktubu (səh.10) sübut qismində tədqiq edilmişdir. Qətnamədə Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445, 448.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosesual Məcəllənin 9.1, 14.1, 385.1.2, 368, 387.1, 385.1.1ci maddələrinə istinadən qeyd edilmişdir ki, borcu üzrə müəyyən ödənişlər etmiş, lakin sonradan maddi vəziyyətilə, eyni zamanda ölkədə baş vermiş pandemiyaya əsasən işlər dayandırılmış və həmin borcu ödəməyə imkanı olmaması səbəbindən gecikdirmələr baş vermişdir. Hazırda kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmaqla həmin müqavilənin vaxtından əvvəl xitam verilməsinə heç bir zərurət olmamış və bu müddət ərzində pulun ödənilməsini təmin etmək imkanı ola bilərdi. Məhkəmə bütün bunları tam araşdırmamış, mövcud olan vəziyyətlə əlaqədar gecikdirmələri olmasını nəzərə almamış və əsassız olaraq kredit müqaviləsinin ləğvinə vaxtından əvvəl xitam verməklə borcun tutulmasını təmin etmişdir.Bundan başqa iddia təşkilat əsas və faiz borcunu şişirdərək xeyli məbləğdə artıq yazmışlar. Həmin borcun müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət versə də məhkəmə vəsatətini nəzərə almamış və borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmidir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2325/2020 saylı işi üzrə 19.11 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar