Məhkəmə qərarları › İş №2(103)-3502/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3502/2025

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3502/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri ** saylı notariat ofisində 3M-2086 reyestr nömrəsi ilə təsdiq edilmiş ##.##.2024cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 34 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı icarəyə verməyi, icarəçi isə həmin sahənin istifadəsinə görə icarəyə verənə aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ##.##.2034-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin 8-ci bəndində əsasən, icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-nin ## ###### 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı icarəyə götürdüyü ünvan 2 ünvanında obyektin sahibi Cavabdeh tərəfindən döyülməsi barədə ##.##.2024-cü il tarixdə saat 17:24 radələrində DİN-nin “102” xidmətinə etdiyi müraciət əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı icra olunmasından ötrü ərazi aidiyyəti üzrə sahə inspektoruna həvalə edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-nin ## ###### 2024-cü il tarixli qərarından daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, o, 2024-cü ilin iyul ayının 16-da ünvan 5 ünvanında yerləşən binanın yarım zirzəmisində yerləşən kafeni icarəyə götürmək üçün öbyekt sahibi Cavabdeh ilə görüşüb söhbət edən zaman sonuncu ona obyekti təmir etdikdən sonra onunla müqavilə bağlayacağını demiş, o, 2024-cü ilin sentyabr ayının əvvəlində təmiri bitirdikdən sonra ##.##.2024-cü il tarixdə ** saylı notariat kontorunda onlar icarə müqaviləsi bağlamışlar. Fəaliyyətə başladıqdan sonra kafenin sahibi Vaqif ondan kafeni boşaltmağı tələb etmiş, ##.##.2024-cü il tarixdə saat 17-20 radələrində Vaqif həyat yoldaşı ilə kafeyə gələrək, kafenin suyunu, qazını kəsib, onunla mübahisə edib ona xəsarət yetirmişdir. Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-nin ## ###### 2024-cü il tarixli qərarından daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2002-ci ildən yaşadığı binanın alt hissəsində olan yarım zirzəmini alaraq özəlləşdirmiş və həmin vaxtdan bu sahə kafe kimi fəaliyyət göstərmişdir. 2024-cü ilin iyul ayında İddiaçı icarəyə vermişdir. ##.##.2024-cü il tarixdən Böyükəli ilə aralarında icarə müqaviləsi bağayaraq hər ayı 200 manata razılaşmışlar. İcarədər iki ay icarə haqqını vermədiyindən o, icarədarın kafedən çıxmasını tələb etmişdir. ##.##.2024-cü il tarixdə saat 17-00 radələrində kafeyə gedərkən icarədarın kafenin çöl divarını deşərək qaz borusunu içəri keçirməsini görüb onunla mübahisə etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yarızirzəmidə yerləşən 60 kvadrat metr kafe kimi obyektdə görülən əsaslı təmir işləri aşağıdakılardır: 1. Kafedə olan məişət tullantılarının daşınması, 2. Kafedə köhnə divardakı suvağın sökülməsi və daşınması. 3. Kafenin döşəmə hissəsində keyfiyyətsiz beton tökülmüş qatın sökülməsi və daşınması. 4. Kafedə köhnə su xətləri və kanalizasiya şəbəkəsi sökülməsi və yenisi ilə əvəz olunması. Daxildir: ariston, duş, avtava, unitaz baçoku. 5. Kafenin döşəməsinə yenidən nazik qat betonla üzlənməsi (qum, çınqıl, sement). 6. Kafenin döşəməsinə 50 kavdrat metrinə yeni metlaxın döşənməsi (plintus daxil). 7. Divarların və tavanın ağ dağ suvağı ilə suvanması. 8. Divarların və tavanın üzlük suvağla üzlənməsi. 9. Divarların və tavanın sulu boya ilə rənglənməsi. 10. Obyektin zalında və zirzəmisində 2 otaq kabinetin inşa olunması. Daxildir: alçipan, metal profil, şurup, kley, şpaklyovka ilə üzlənməsi. 11.Obyektin fasad hissəsinin suvanması və rənglənməsi.

12. Obyektin 2 ədəd metal qapısının qaşınması, skurkalanması və yağlı boya ilə rənglənməsi.

13. Obyektin bütün köhnə elektrik avadanlıqlarının və xətlərinin sökülməsi və yenidən yeni avadanlıqlarla montaj olunması. Daxildir: işıq şiti, avtomatlar, elektrik avadanlıqları, rozetkalar və led lampalar. 14. Obyektin həyətinin köhnə elektrik xətlərinin sökülməsi və yenisi ilə əvəz olunması. 15. Kafenin mətbəxinin təmir olunması və yeni aksesuarlarla təchiz olunması. Daxildir: 2 ədəd qaz plitəsi, 1 ədəd soyuducu, 1 ədəd moyka ilə bərpa olunması. 16. Mətbəx üçün 2 ədəd iş stolunun yığılması. 17. Kafe üçün avadanlıqların alınması. Daxildir: 13 ədəd stol, 40 ədəd stul, qab-qacaq 40 komplekt, qazanlar, tavalar, qaşıq, çəngəl, çayniklər, stəkan, nəlbəki, mürəbbə və limon qabı, qənd qabılar, duz qabılar, salfetka qabları, çömçələr, bıçaqlar, buludlar, nimçələr, bakallar, kabab üçün şişlər, blendr, ətçəkən maşın, balta, manqal və s. 18. Obyektin divarlarında olan hava nəfəsliklərinin rənglənməsi və setkalanması. 19. Zirzəmidə olan kabinetin yarı divarlarının yeni divar kağızı ilə üzlənməsi. 20. Divarlarda köməkçi polkaların yığılması. Daxildir: metal dirsəklər, şurup, taxta və laminat, polkalar. “Evro home Zirvə” dekor mağaza tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ***** nömrəli məhsul çekindən görünür ki, “FAB” binder 4kg, dekor rolik 20 lik, kist N4 Türkiyə üçün ümumilikdə 38 manat məbləğində ödəniş edilmişdir. “OMİD” MMC tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş ***** nömrəli çekdən görünür ki, “FAB” beşli duz exterior 25 kq hədiyyəli, FAB mata mine 300 ml və şkurka parça üçün ümumilikdə 77,65 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. “Lider İnşaat” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++” və “Norm sement A Class (400M) ++” üçün ümumilikdə 55,40 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. “Lider İnşaat” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++” üçün 23,50 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. “Lider İnşaat” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli qaimədən görünür ki, “dekor 232 seramik mala dişli 40” və “Okuklu Mata 25 kq ++” üçün ümumilikdə 34 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. “Lider İnşaat” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli qaimədən görünür ki, “Okuklu Mata 25 kq ++”, “Norm sement A Class (400M) ++” və “qum qırmızı ++” üçün ümumilikdə 34,80 manat məbləğində nağd qaydada ödəniş edilmişdir. “OMİD” MMC tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş satış çekindən görünür ki, “BEDE” Başı izyapı dəst xrom shut off, baçok nova 4084, Hillfan dirsək kanalizasiya 90 x50 mm, tesco plastik yuvarlaq vintil 20 MM Q/80, P/10, hillfan dirsək, hillfan 3lü keçid, Q 50 MM Tik dodaqlı kanalizasiya salniki və salafan torba üçün ümumilikdə nağd qaydada 46 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026cı il tarixli, **/**** nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümümi sahəsi 55,7 m2 təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1, 2, 3, 4 və * saylı tikililərinin döşəmələri metlax, divarları və tavanının boya ilə rəngləndiyi, * saylı tikilinin döşəməsinin kafel, divarları və tavanı boya ilə rəngləndiyi, * saylı yaşayış tikilisinin döşəməsinin beton, divarlarının divar kağızı ilə üzləndiyi, tavanının emulsiya ilə rəngləndiyi, qeyri-yaşayış sahəsinin elektrik xətti ilə təmin olunduğu müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin daxilində yerləşən tikililərin təmiri qüsurlu və keyfiyyətsiz şəkildə aparılmış, ekspertiza tədqiqatı zamanı, fotoşəkillərdə və videolarda göstərilən işlər nəzərə alınmamış, tədqiqat baxışı zamanı müəyyən edilmiş mövcud gözlə görünən hissələr üzrə aparılmış, qiymətləndirilmə elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-***-**** saylı qiymətləndirmə hesabatından müəyyən olunur ki, Mərkəzi Ekspertizası Bürosunun qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış təhlil və hesablamalar, habelə mövcud sübut materiallarının müqayisəli qiymətləndirilməsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsində, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli rəyində qeyd olunan işlərin ümumi dəyəri 5.599 manat təşkil edir, iş üzrə 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmirə xərclədiyi 10.000 manatın, ödənilmiş dövlət rüsumuna görə 120 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Cavabdeh ünvan 3 ünvanında yerləşən kafe kimi fəaliyyət göstərən obyekti icarəyə götürmüşdür. Obyekt çox bərbad vəziyyətdə olduğu üçün əsaslı təmirə ehtiyacı var idi. Obyekt sahibi Cavabdeh obyekti təmir etdirib sonra ona verilməsini xahiş etmişdir. Çünki təmirə çoxlu xərc lazım idi. Cavabdeh iş adamı olduğunu, vaxtı olmadığını və təmir onun tərəfindən olsun, çəkilən xərci təmirdən sonra qaytaracağını bildirmişdir. Cavabdeh yaşadığı ev həmin kafenin üstündədir, kafedə gedən təmiri Cavabdeh hər gün özü görürdü. O, 2024-cü ilin avqust ayının sonunda obyektin tam əsaslı təmirini qurtarmışdır. Təmirə 10.000 manat pul xərcləmişdir. İcarə müqaviləsində kafenin sahəsi 34 kv.m olsa belə, faktiki olaraq 60 kv.metrdən çoxdur. ## ######## 2024-cü il tarixdə Cavabdehlə icarə müqaviləsi bağlamışlar. İcarə haqqını aylıq 200 manat məbləğ ilə razılaşmışlar. Müqavilə bağlayarkən Cavabdeh kafeyə təmir üçün xərclədiyi 10.000 manatı istədikdə Cavabdeh həmin pulu icarə haqqından hissə-hissə götürməyini bildirdi. Bununla razılaşaraq kafeyə çəkdiyi xərci ona ödəməsini bildirmişdir. Bundan sonra Cavabdeh bilə-bilə qeyri-yaşayış sahəsini həyat yoldaşının adına rəsmiləşdirmişdir. 19-## ####### 2024cü ildə Cavabdeh və həyat yoldaşı kafeyə gələrək, onu kafedən qovmağa çalışmış, o isə xərclədiyi pulu vermədikləri halda kafedən çıxmayacağını bildirmişdir. Onlar onu təhqir edərək, vurmuşlar. Hazırda həmin iş üzrə Binəqədi rayon 7-ci Polis Bölməsində araşdırma gedir. Bundan sonra o, kafeni bağlamaq məcburiyyətində qalmışdır. Cavabdeh ##.##.2025-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsi əsassızdır, təmirə pul xərclənməyib. Əksinə onun 10.000 manata yaxın malını oğurlayıb, satıb. Xəstə adıyla həkimə verəcək deyib 800 manat borc alıb və qaytarmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili vəkil2 da bənzər məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, mikrorayonda yaşayır. Təmir-tikinti işləri ilə məşğul olur, iş icraçısıdır. Böyükəli ona müraciət edərək, Bakıda təmir işləri gördürmək istədiyini bildirmişdir. Böyükəliyə təmirin təxminən 8000-11000 manat arası tutacağını demişdir. Kafel işini 15 manata razılaşmışlar. Danışıqları iyul ayının 17 və ya 18-i baş tutmuş, fəhlələr cəlb edərək işə avqust ayının axırı başlamışlar. Təxminən ay yarım yaxud 2 ay iş getmişdir. Obyektin kafel, santexnik, boya və elektrik işlərini Əlövsət görmüşdür. Ustalara təxminən 5000 manat pul çıxmışdır. Materiallara daha çox pul xərclənmişdir. Xərcləri Böyükəli çəkmişdir. Obyekt sahibi köməklik etməmişdir, onu ara-sıra həyətdə görmüşdür. Böyükəlinin bu işlərə görə ona 600 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, təxminən iyul ayının ortalarında Nəzərəli sözügedən obyekt və orada görülməli işlər barədə ona məlumat vermişdir. Gedib baxmışlar. Obyektin zirzəmidə yerləşdiyini və bərbad gündə olduğunu görmüşlər. İş çox olduğundan işləmək istəməmişdir. Sonra razılaşmışdır. Obyektdə kafel, metlax, elektrik işlərini və başqa işləri görmüşdür. Materialları Böyükəli ilə almışlar. Materialların, fəhlənin və onun pulunu Böyükəli vermişdir. Böyükəlidən hissə-hissə olmaqla təxminən 2800 manata yaxın pul almışdır. Təxminən ay yarım iş getmiş, avqust ayının axırına kimi orada işləmişdir. Hətta laqonda ilə iş gördüyünə görə polis onu cərimələmişdir. İşi görərkən Əmirağa fəhlə kimi ona kömək etmişdir. İşlərin icrası zamanı cavabdehin qardaşı tez-tez gələrək işlərin gedişatını müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Böyükəli onun qonşusudur. Əvvəllər də birlikdə Azenkoda işləmişlər. Ona demişdir ki, obyekt götürüb, gəl kömək et. Beləcə, gedib usta Əlövsətə kömək etmişdir. Pulunu Böyükəli vermişdir. Təxminən 400-460 manat almışdır. İşlərin icrası zamanı Vaqif kişini görməmişdir. İş bitdikdən sonra da orada inzibatçı işləmiş, obyektə nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, onu Böyükəli çağırmışdır. Gəlib krantları, kanalizasiyanı dəyişmiş, su və xətlərini çəkmiş, obyektə qaz plitəsi qoymuşdur. Obyektdə 2 gün işləmişdir. Böyükəli ona 200 manat vermişdir. Vaqif kişi də orada olurdu, lakin pul verməmişdir. Materialları Böyükəli almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, onu Müşfiqin çağırdığını, obyektdə santexnikə kömək etdiyini bildirmişdir. Bununla belə o, sədrlik edənin sifarişçini tanıyıbtanımaması, tanıdığı halda, məhkəmə zalında onu (sifarişçini) işarə edib göstərməsi tələbini icra edə bilməmiş, iddiaçının ona kənardan işarələr etdiyi və jestləri ilə onu yönləndirməyə çalışdığı müşahidə edildiyindən adı çəkilən şahid məhkəmə iclas zalından çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Səxavət İsmayıl oğlu bildirmişdir ki, cavabdeh dayısıdır. Bildiyinə görə, tərəflər icarə barədə razılaşmışlar. Lakin aralarında təmirlə bağlı razılıq olmamışdır. Onsuz da obyekt hər il yüngül təmir edilirdi. Misal üçün, orada emusya işi görülüb, pulunu da Vaqif kişi verib. Çünki obyektdə iş əsasən çöldə olur. Orada dəmir masalar olmuş, sonra dəyişdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, həmin zirzəmi 45 ildir mövcuddur. Ora kafe demək də mümkün deyil əslində, adətən pensiyaçılara və qazilərə 1 manata çay verilirdi. Sonra iddiaçı oranı götürmüşdür. Təmirin aparıldığını görməmişdir, çöl divarı ağardıb fəaliyyətə başlamışdır. Oraya gedən zaman çayın 3 manat olduğunu demişlər. Buna görə daha getməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Vaqif kişinin qardaşıdır. 30 ildir orada yaşayır. Həmin obyektdə yay aylarında 1 manata çay verilirdi, qutab olurdu. Qış aylarında yüngülvari təmir olunurdu, emusya vurulub ağardılırdı. Obyektdə elə bir təmir işinə ehtiyac olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətləri olmuşdur. İddiaçı icarəyə götürdüyü obyektdə cavabdehin razılığı ilə 10.000 manat məbləğində təmir işləri apardığını bildirərək, həmin xərclərin əvəzini cavabdehdən tələb edir, cavabdeh isə icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasına icazə vermədiyini və faktiki olaraq da iddiaçı tərəfindən orada hər hansı təmir işi aparılmadığını bildirərək iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları yəni, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsində cavabdehin razılığı ilə təmir işləri aparmasını və buna 10.000 manat məbləğində xərc çəkməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasındakı icarə müqaviləsinin 8-ci bəndində isə icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmayacağı nəzərdə tutulmuş, cavabdeh isə sözügedən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması üçün razılıq vermədiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən təqdim edilmiş və müxtəlif tikinti materiallarının alınmasını özündə əks etdirən qəbzlərin mövcudluğu da özü-özlüyündə fərqli qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, həmin materialların məhz icarə obyektindəki təmirtikinti işləri üçün alındığı və orada istifadə edilmiş olduğu sübuta yetirilmir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin izahatları ilə bağlı qeyd etmişdir ki, iddiaçının həmin şəxslərdən Əmirağa Zeynalov ilə qonşu olduğu, habelə onun iddiaçının işlətdiyi kafedə inzibatçı işləyərək obyektə nəzarət etdiyi müəyyən edilmişdir. Bundan başqa, şahidlərdən Nəzərəli Ağayev təmirə avqust ayının axırı başladıqlarını və təxminən ay yarım yaxud 2 ay iş getdiyini bildirdiyi halda, onun (Nəzərəli Ağayevin) nəzarəti altında usta qismində təmir işi gördüyü deyilən Əlövsət Zeynalov ifadəsində təxminən işin ay yarım çəkdiyini və avqust ayının axırına kimi orada işlədiyini göstərmişdir. X2 işin sifarişçini göstərə bilməmiş və ona kənardan iddiaçı tərəfindən edilən işarə və yönləndirmələr səbəbindən məhkəmə iclas zalından çıxarılmışdır. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidlər isə, icarəyə verilən sahədə təmir-tikinti işlərinin aparılmadığını bildirmişlər. Bu mənada şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 119.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin ## #### 2007ci il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə Avropa Məhkəməsinin ## #### 2008ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat təmirə xərclədiyi pulu və ödənilmiş dövlət rüsumuna görə 120 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Hesab edir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Bildirir ki, cavabdeh Cavabdeh icarəyə götürəcəyi obyektin təmir olunaraq ona istifadəyə verilməsini xahiş etmişdir. Cavabdeh isə iş adamı olduğunu, vaxtının məhdudluğunu əsas gətirərək təmir işlərinin onun tərəfindən həyata keçirilməsini və bu məqsədlə çəkilən xərclərin sonradan ona qaytarılacağını vəd etmişdir. Bu razılaşmaya əsasən 2024-cü ilin avqust ayının sonunda obyektin əsaslı təmiri başa çatdırılmış və təmirə ümumilikdə 10.000 manat məbləğində vəsait sərf edilmişdir. Daha sonra, # ######## 2024-cü il tarixdə cavabdeh Cavabdehlə 10 il müddətinə rəsmi icarə müqaviləsi bağlanmışdır. Təmir xərclərinin qaytarılmasını cavabdehdən tələb etdiyi zaman o, müxtəlif bəhanələrlə ödənişdən yayınmağa çalışmış, nağd şəkildə ödənişi həyata keçirməkdən imtina edərək, təmirə xərclənmiş məbləğin icarə haqqından hər ay 200 manat olmaqla çıxılmasını təklif etmişdir. Bu təkliflə razılaşmadığı və çəkdiyi xərclərin tam şəkildə geri verilməsini tələb etdiyi üçün cavabdeh bu tələbdən imtina etmişdir. Cavabdeh aralarında qüvvədə olan 10 illik icarə müqaviləsinə baxmayaraq, obyektin mülkiyyət hüququnu həyat yoldaşının adına rəsmiləşdirərək ona obyektin boşaldılması tələbi ilə çıxış etmişdir. ## ####### 2024-cü il tarixdə cavabdeh Cavabdeh obyektə (kafeyə) gələrək ona qarşı fiziki zorakılıq tətbiq etmiş, onu təhqir etmiş və bədəninə müxtəlif xəsarətlər yetirmişdir. Hadisə zamanı kafedə olan müştərilər zorla çıxarılmış, obyektin bağlandığı bildirilmişdir. Hadisədən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən o məhkəmə-tibbi ekspertizasına təqdim olunmuş və həmin ekspertiza rəyi ilə bədən xəsarətləri təsvir olunmuşdur. Bu fakta görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Baş verən hadisədən sonra, ## ####### 2024cü il tarixdən etibarən iddiaçı kafenin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Sonrakı dövrlərdə dəfələrlə obyekt sahibi ilə əlaqə saxlamağa, çəkdiyi təmir xərclərinin qaytarılmasını tələb etməyə çalışsa da, cavabdeh hər dəfə iddiaçıya qarşı aqressiv davranmış, onu açıq şəkildə söyərək təhqir etmiş və ödənişi həyata keçirməkdən qəti şəkildə imtina etmişdir. Məhkəməyə mülki işlə bağlı təqdim etdiyi sübutlar əsassız şəkildə rədd edilmişdir. Belə ki, obyektin təmiri zamanı çəkilmiş görüntüləri əks etdirən CD disk, tikinti materiallarının alınmasına dair qaimə və qəbzlər, həmçinin təmir işlərini təsdiqləyən fotoşəkillər tərəfindən məhkəməyə təqdim olunsa da, bu sübutların əksəriyyəti hakim tərəfindən heç bir səbəb göstərilmədən qəbul edilməmiş, yalnız bəziləri böyük çətinliklə iş materiallarına əlavə edilə bilmişdir. Məhkəmənin çıxardığı qətnaməyə nəzər yetirdikdə isə təqdim etdiyi sübutlara münasibət bildirilmədiyi açıqaşkar görünür ki, bu da məhkəmənin sübutlara birtərəfli yanaşmasının göstəricisidir. Bundan əlavə, obyektin təmirində iştirak etmiş beş nəfər ustanın və fəhlənin məhkəmə iclasında şahid qismində verdiyi ifadələr zamanı da prosesin obyektivliyi kobud şəkildə pozulmuşdur. Şahidlərin ifadələrinin onun iddia tələbi ilə üst-üstə düşməsinə baxmayaraq, qətnamədə bu ifadələr təhrif edilmiş şəkildə əks etdirilmişdir. Belə ki, hakim şahidlərə psixoloji təzyiq göstərmiş, onların ifadələrinə müdaxilə etmiş, tez-tez sözlərini kəsmiş, çaşdırıcı və məqsədyönlü suallar verərək izahatların istiqamətini dəyişməyə cəhd etmişdir. Hətta bir nəfər şahid hakim tərəfindən təzyiqə məruz qalaraq zaldan uzaqlaşdırılmışdır. Şahid qismində dindirilmiş X1 tanıyıb-tanımaması məsələsinə dair məhkəmənin irəli sürdüyü iddialar qeyri-obyektiv və reallıqdan uzaqdır. Onun guya sifarişçini işarə ilə göstərə bilməməsi və iddiaçının ona jestlərlə yön verməyə çalışması kimi təqdim olunan hallar, şahidin zaldan çıxarılması ilə nəticələnmiş, ancaq bu iddiaların əsaslı sübutlarla dəstəklənmədiyi və prosesin gedişinə süni müdaxilə olduğu qənaətini yaradır. Digər tərəfdən isə cavabdehin yaxın qohumları – qardaşı, bacısı oğlu və qonşusu – məhkəməyə şahid kimi dəvət olunaraq, işin mahiyyəti ilə bağlı heç bir hüquqi və faktiki əlaqəsi olmayan şəxslərin əsassız və subyektiv ifadələrinə yer verilmişdir. Beləliklə, iş üzrə yalnız bir tərəfin — cavabdehin mövqeyi nəzərə alınmış, onun təqdim etdiyi sübutlar, izahatlar və şahid ifadələri isə ya diqqətdən kənarda saxlanılmış, ya da məqsədli şəkildə gözdən salınmışdır. Göstərilən bütün hallar bir daha sübut edir ki, məhkəmə işə obyektiv, hərtərəfli və qərəzsiz baxmayaraq, cavabdehin maraqlarını müdafiə edən, qanunun tələblərinə zidd olan və ədalətli mühakimə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Üstəlik, təqdim edilmiş sübutların nəzərə alınmaması, onların araşdırılmaması və qətnamədə qiymətləndirilməməsi ilə yanaşı, iş üzrə baxış iclasından dərhal sonra məhkəmənin maddi hüquqi və faktiki halları tam araşdırmadan qətnamə çıxarması, məhkəmə icraatının formallığa yol verildiyini göstərməkdədir. Bu cür halların mövcudluğu ümumilikdə qəbul edilmiş qərarın qanunsuz və ədalətsiz xarakter daşımasına səbəb olmuşdur. Bundan əlavə, bildirir ki, keçirilmiş məhkəmə prosesləri zamanı cavabdeh Cavabdeh ona qarşı açıq şəkildə təhdidkar və təhqiramiz davranışlar sərgiləmişdir. Belə ki, məhkəmə zalında cavabdeh dəfələrlə küçə leksikonuna xas ifadələr işlədərək onu şərəf və ləyaqətini alçaltmış, təhdid etmişdir. Bütün bunlar məhkəmə prosesini aparan hakim tərəfindən müşahidə edilsə də, heç bir hüquqi reaksiya göstərilməmişdir. Əksinə, hakim tərəfindən zalda mövcud olan müşahidə kameralarının bilərəkdən söndürülməsi nəticəsində cavabdehin qanunsuz hərəkətlərinin qeydə alınmasına qəsdən imkan verilməmişdir. Cavabdeh məhkəmə zalında kobud davranış sərgiləyərək faktiki olaraq xuliqanlıq etmiş, ancaq hakim bu hərəkətlərə göz yumaraq cavabdehi müdafiə mövqeyindən çıxış etmişdir. Bu isə məhkəmə prosesinin şəffaflığı və obyektivliyi prinsipinə açıq-aşkar ziddir. Məhkəmə qətnaməsində qeyd edilmişdir: “Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən təqdim edilmiş və müxtəlif tikinti materiallarının alınmasını özündə əks etdirən qəbzlərin mövcudluğu da özü-özlüyündə fərqli qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, həmin materialların məhz icarə obyektindəki təmirtikinti işləri üçün alındığı və orada istifadə edilmiş olduğu sübuta yetirilmir”. Göstərir ki, 2024-cü ilin iyul ayının ortalarında təmir işlərinə başladığı zaman obyektin faktiki vəziyyətinin fotoşəkilləri çəkilmiş, təmir işlərinin gedişinin videoçəkilişi həyata keçirilmiş, təmir işləri başa çatdıqdan sonra yenə də obyektin fotoşəkilləri çəkilmiş, ümumilikdə, 5 nəfərdən ibarət şəxsin təmir işlərində iştirakı təmin edilmiş, həmçinin tikinti materiallarının alınması ustanın iştirakı ilə həyata keçirilmiş, rəsmi qaimələr və qəbzlərlə ayrı-ayrı mağazalardan alınmış tikinti materialları həmin obyektin təmirinə istifadə olunmuşdur. Bu qədər mötəbər sübutlar mövcud olduğu təqdirdə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlinməsi hakimin işin nəticəsində açıq-aşkar maraqlı olduğunu göstərir. Tərəfindən məhkəməyə ilk dəfə ##.##.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə, ikinci dəfə isə ##.##.2025-ci il tarixdə yazılı şəkildə məhkəmə-əmtəəşünaslıq ekspertizasının, həmçinin bir dəfə də məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair vəsatətlər verilmişdir. Ancaq məhkəmə bu vəsatətləri əsassız olaraq təmin etməmiş, ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə onların təmin edilməməsinə dair aşağıdakı əsaslandırmanı vermişdir: “Xüsusi bilik tələb olunan məsələlərə dair hər bir vəsatət o vaxt əsaslı hesab edilir ki, vəsatətdə baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Halbuki, “ekspertiza keçirilməsi haqqında” vəsatətlə çıxış edən iddiaçı tərəf bunun üçün yetərli və müvafiq əsaslar göstərməmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinin zəruriliyini əsaslandırmamışdır.” Bu yanaşma isə qanunun və ədalət mühakiməsinin əsas prinsiplərinə ziddir. Belə ki, təqdim edilmiş vəsatətlər Mülki Prosessual Məcəllənin 77.1-ci, 88-ci və 175.1-ci maddələri, eləcə də Konstitusiya və Plenum qərarları ilə müəyyən edilmiş çəkişmə və sübutetmə prinsipləri kontekstində əsaslı və zəruri xarakter daşıyırdı. Məhkəmə təqdim etdiyi sübutlara-xüsusilə təmirə dair video və fotoşəkillərə, qaimələrə, qəbzlərə və maddi sübutlara obyektiv və hərtərəfli yanaşsaydı, ekspertiza təyin edilməsinin iş üçün əhəmiyyətini aydın şəkildə müəyyən edə bilərdi. Hətta məhkəmə prossesi zamanı cavabdeh Cavabdeh iddiaçı İddiaçı təmir işlərində iştirak etməsini dolayısı yolla etiraf etmiş və bildirmişdir ki, iddiaçı İddiaçı təmir üçün 1 qutu boya almışdır. Bu halın özü də onu göstərir ki, obyektin təmiri iddiaçı İddiaçı tərəfindən həyata keçirilmişdir. Ancaq nədənsə hakim ona məlum olmayan səbəblərdən obyektin təmir işlərinin iddiaçı tərəfindən görülməməsi qənaətinə gəlmişdir. Məhkəmə, digər tərəfdən, iddianın təmin edilməməsinə dair qətnaməsində “həmin materialların məhz icarə obyektindəki təmir-tikinti işləri üçün alındığı və orada istifadə edilmiş olduğu sübuta yetirilmir” əsas kimi göstərmişdir. Ancaq eyni zamanda, bu faktların sübuta yetirilməsi üçün tələb olunan ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Bu hal ziddiyyətli hüquqi mövqe təşkil edir. Qanunvericiliyin tələblərinə zidd olaraq, məhkəmə vəsatətin rədd edilməsi ilə bağlı əsaslandırılmış qərardad qəbul etmək əvəzinə, yalnız formal xarakterli və hüquqi cəhətdən qeyriqanuni əsaslandırmaya malik bir qərardadla kifayətlənmişdir. Belə formal qərardad, nə işin konkret hallarına, nə də təqdim olunmuş sübutların mahiyyətinə dair məzmunlu qiymətləndirmə ehtiva edir və bu da öz növbəsində işin obyektiv, hərtərəfli və tam araşdırılması tələblərinin pozulmasına gətirib çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, ehtiyatda olan zabitdir, müharibə veteranıdır, müharibədə zədə almışdır. Cənab prezidentin göstərişində yazılıb ki, qazilərin, veteranların çörək qazanmalarına mane olunmasın. O, kirayədə yaşayır. Təmirə çəkdiyi xərci borca almışdır, indi qaytara bilmir. Mühafizədə işləyib 300-400 manat pulla borc qaytara bilmir. Kafedən əşyarını götürməyə mane odur ki, onu cavabdeh oğru kimi qələmə verib polisə şikayət edir. Hətta evinin kondisionerinə kimi aparıb kafeyə qoymuşdur, cavabdeh onun evinin əşyasını qaytarmır. O, obyekti 2 ay işlətmişdir. Kafenin divar, tavan və döşəməsində əsaslı təmir işləri aparmışdır. Divarın suvağı qopuq və köhnə vəziyyətdə idi. Onları yenidən qaşıtdırıb, sökdürmüş, yeni suvax vurdurmuşdur. Malyar və boya işləri görülmüşdür. Elektrik işini sıfırdan quraşdırmışdır. Tavanın da köhnə malyar işlərini qaşıtdırıb sökdürüb yenidən üzlük çəkdirmişdir. Döşəmə də köhnə və batıq-batıq idi. Metlaxın altından beton tökdürüb, təzə metlax çəkdirmişdir. Kafenin köhnə və təzə vəziyyətinə dair foto və video çəkilişlər vardır. O, kafenin təmirsiz vəziyyətini görüb cavabdehə obyekti təmir etməsini desə də, cavabdeh iş adamı olmasını, vaxtının olmamasını, təmiri onun etdirməsini, axırda da nə qədər xərci çıxıbsa hamısını verəcəyini demişdir. O, da cavabdehin şirin dilinə inanmışdır. Təmir etdikcə cavabdeh hər gün gəlib iştirak edir, ondan yaxşı oğlan yoxdur demişdir. Təmir bitdikdən sonra pulunu verəcəyini vəd etmişdir. 30 ilə yaxındır ki, obyekt təmir edilmirdi. İlk gündən o, cavabdehə demişdir ki, kafenin vəziyyəti bərbaddır, burda heç bir şərait yoxdur. O, kafedə divarlardakı köhnə suvağı sökmüş, yenidən üzlük çəkmiş, bütün boya işləri, tavan işləri görülmüş, alçipan vurulmuş, döşəmə-metlax işləri görülmüş, kabinetlərdəki arakəsmələr tikilmişdir. O, təzə avadanlıqlar stol, stul, qaz plitələri, soyuducular, çay qaşığına qədər almışdır. Təmir və alınan avandanlıqlar qarışıq 10.000 manat xərci çıxıb. Müqavilə bağlandıqdan və kafe açıldıqdan sonra cavabdeh, qardaşları və qardaş oğulları gəlib kafedə oturub onun işinə mane olmağa başlamış, müştərilərə samovar çayı verərkən çayı 50 qəpiyə, yeməyi 1 manata verməyi, qohumlarından pul almamağı demişlər. Bir gün cavabdehin həyat yoldaşı ilə gəlib üst-başını cırıb, onu al-qana boyamışlar. Camaatı kafedən çıxarıb xuliqanlıq hərəkətləri etmişlər. Aldığı bədən xəsarətləri ilə bağlı ekspert rəyi də vardır. Cavabdeh noyabr ayından etibarən kafeni onun əlindən almış, hal-hazırda kafe cavabdehdədir. Avadanlıqların hamısı kafedə qalmışdır. O, özünə məxsus stol-stulunu götürmək istədikdə cavabdeh polisə onun kafedən oğurluq etməsi barədə xəbər vermişdir. O da məcbur avadanlıqları qaytarıb kafeyə qoymuşdur. Tələb etdiyi 10.000 manata avadanlıqlar və təmir xərci daxildir. O, kafeyə 90% təzə avadanlıqlar almışdır. Orada cəmisi 2 qaz pilitəsi və 1 soyuducu işlənmiş vəziyyətdədir. Qalan əşyaları təzə almışdır. O, rəyə qəti etiraz edir. O, içəri buraxılmamış, camaatın içində cavabdeh onu söyüb, təhqir etmişdir. Polis çağırsa da gəlməmişdir, o, çətinliklə içəri daxil olmuşdur. O, ekspertin baxış keçirməsi üçün müştərilərin 15 dəqiqəliyə çıxarılmasını xahiş etsə də, onun təkliflərinə reaksiya verilməmişdir. Rəydə 5-6 dəfə təkrar qeyd edilib ki, sulu boya ilə boyanıb. Sulu boya çəkilənədək bir neçə proses gedir, divar sökülür təzədən suvaq vurulur, təzədən astar, üzlük vurulur, suvaqlanır, sulu boya ilə boyanmaq son tamamlama işi sayılır, ona qədər görülən işlərə nə qədər mal-material alıb xərc qoyub ustalara pul vermişdir. Döşəmənin altına o, 20 sm beton verdirmiş, səviyyə götürmüş, sonra metlax vurulub bunların heç birini ekspert yazmamışdır. Santexnikə kimi, kanalizasiya sisteminə kimi xərclərini çəkmişdir. Sıfırdan o, elektrik işini həm obyekt daxilində, həm xaricində gördüyü işlərin heç biri rəydə qeyd olunmamışdır. Kanalizasiya sistemi qeyd olunmamışdır. O, ekspertə gördüyü bütün işləri desə də, rəydə heç nəyi yazmamış, 30% yazılsa da 70% rəy saxtalaşdırılmışdır. Rəylə tam deyil, qismən razıdır. Mütəxəssisin rəyində elektrik avadanlıqlarının heç biri öz əksini tapmayıb. Orada aldığı şeylərin çoxunun da işin içində qaiməsi var. Kafe üçün avadanlıqlar almışdır, stol, stul, ariston, qap pilitələri almışdır, soyuducu qoydurmuşdur. Hətta evin kondisionerini belə söküb ora aparmışdır ki, quraşdırıb amma anbarda qalıb. Cavabdeh onu ora yaxınlaşmağa belə qoymamış, hər dəfəsində polis çağırıb, onu oğru kimi göstərmişdir. Bunların heç biri rəydə öz əksini tapmamışdır. Ona ümumilikdə 10.000 manat ziyan dəyib. İddiasını 10000 manat həcmində müdafiə edir. O, məhkəmənin ədalətinə inanır. Özü dövlət işçisi olub, 45 il stajı var və 20 il də hərbi qulluqçu olub. Zabit və veterandır. Onun heç kimin malında və pulunda gözü yoxdur. Oradakı çox şeyin avadanlıqların qaiməsi var. Bəzi şeyləri əldən almışdır. Mütəxəssis üçün nəzərdə tutulan 400 manat rüsum onun tərəfindən ödənilmişdir. Xahişi odur ki, ədalətli qərar qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakiminin qərarı ləğv olunsun, çünki məhkəmədə kafedə 2-3 ay işləmiş və onun tərəfdən ödənişləri olunan 5 nəfər ustası ifadə verib. Onun heç birini məhkəmə nəzərə almayıb. Elə işi cavabdehin xeyrinə həll ediblər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, apellyasiya şikayətində bütün dəlilləri göstərmişlər. Onlar üçüncü məhkəmə iclasında fotoşəkili güclə məhkəməyə qəbul etdirmişlər. Təmir işi başlayandan sona çatana qədər şəkilləri çəkilib. Videoyazının qeydə alındığı disk onlardadır. Nə qədər etsələr də, birinci instansiya məhkəməsinin hakimi həmin diski götürməmişdir. Müqavilə təmirdən sonra bağlanılıb. Bütün məhkəmə prosesləri ərzində cavabdeh onları təhqir edib. Təmir işlərinə ilin ortasında başlanılıb. İcarə müqaviləsi isə obyekt tam təhvil verildikdən sonra bağlanılıb. İcarə müqaviləsində yalnız müqavilə şərtlərindən söhbət gedib. Təmirdən söhbət getməyib. Onlar məhkəməyə videoyazılar, fotoşəkillər, fəhlə və malyar olmaqla 4 nəfər şahidi, mağazalardan alınan qəbzləri təqdim etmişlər, iki dəfə də vəsatət vermişlər. Məhkəmə vəsatəti rədd edəndə qeyd edirdi ki, mağazaların verdiyi qəbzlər alınan materialların həmin təmirə sərf edildiyini sübuta yetirmir. Oda ona görə tikinti-texniki ekspertizasının keçirilməsini istəmişdir ki, hansı tikinti materiallarının istifadə edildiyi müəyyən edilsin. Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətini də məhkəmə rədd etmişdir. İclas protokollarına nəzər salınsa görülər ki, cavabdeh dolayı yolla da olsa etiraf edir ki, guya iddiaçı ora bir qutu boya gətirib. Yəni bu da təsdiq edir ki, cavabdeh təmir işlərini iddiaçının apardığını qəbul edir. Təmirə 2024-cü ilin iyul ayının oratlarında başlanılıb. Müqavilə isə sentyabr ayının 3-də başlanılıb. Avqust ayının sonları təmir işləri yekunlaşıb. Görülən bütün təmirlər də fotoşəkilləri ilə bərabər qeyd olunub. Bütün döşəmə, tavan, divar işlərinin hamısı təmirlə edilib. Bu günə kimi həmin avadanlıqlar ordadır. İclasın diskində bütün təmirin gedişatı, təmirdən əvvəlki və sonrakı vəziyyəti vardır. Ekspert rəyində görülən işlərin 70%-i öz əksini tapmayıb. Ekspertiza böyük çətinliklə keçirilib, cavabdeh yenə problemlər yaradırdı. Vətəndaşlar içəridə ola-ola binaya baxış keçirilmişdir. Alt yapıda görülən işlər var, divar altı heç biri öz əksini tapmıyıb, yalnız o, çöldən-çölə görünən məsələlər var yəni birdə deyir, nə video çəkiliş, nə foto çəkiliş hamısı təqdim olunub işdə də var, disklə də verilib, qaimələr hamısı təqdim olunub, heç birisi orada nəzərə alınmayıb, sadəcə boya tavan üstə yazıb. Ekspert rəyi real çəkilən xərci görülən işləri əks etdirmir. Orada elektrik çəkilişlər var, iddiaçı müəyyən avadanlıq quraşdırıb heç birisi nəzərə alınmayıb. Ona görə də ekspert rəyi ilə razılaşmırlar. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, qarşı tərəf başqa yerdə ev təmir işləri görmüşdür. İşıq yazmasın deyə gəlib kafedə kəsir, aparıb təmir işləri görürdülər. O, qarşı tərəfi əvvəllər tanımamışdır. Onun qohumu gəlib demişdir ki, bir yaxşı oğlan var, gəlib obyekti işlədəcək. Həmin obyektə qonşular yaşlı pensionerlər gələcək. Qarşı tərəf də onlara çay verəcəkdir. İndi onlar da xidmətin əvəzində nə verər, verər. İcarə müqaviləsi bağlananda icarə haqqı 400 manat verəcəkdi, razılığa əsasən 200 manat ona verilməli, qalanı işıq pulu, qaz puluna verilməli idi. İşıq, qaz, su pulunu da ödəməmişdir. Sonra da yanında bir yaşlı kişi gətirib demişdir ki, bunun ona 8.000 manat borcu var, 4 ildir alıb, qaytarmır. Gəlib onun obyektdəki stollarını, 120 metrlik mis kabellərini, samovarını satıb. Sonra da görüb ki, yerinə məktəb partalarını gətirib qoyublar. Bir gün ona xəbər gəlmişdir ki, gizlincə kafenin əşyalarını yığırlar. Gözləmişdir ki, yığıb qurtarsınlar, sonra polisə zəng etmişdir. Sonra polislər gəlib əşyaları qaytardılar, dedilər ki, əşyaları boşaldın. İddiaçının vəkili ordan qaçdı. İddiaçı orda heç bir təmir işi aparmamışdır. O, emusiya alıb gətirmiş, bir dənə onu demişlər ki, onlar vurarlar. 1 litr 750 qramlıq araq almış, içmişlər, emusiyanı da yarımçıq vurub qaçıblar. İddiaçının istifadəsinə verməzdən əvvəl 32 il idi ki, kafe işləyirdi. Çox səliqəli, qəşəng yer idi, hamı da gəlirdi. Sumqayıtda əşya bazarında oranın 32 illik materiallarını satıblar. Bu qədər oğurluq və talançılıqdan sonra gəlib ona deyir ki, pul ver. Demişdir ki, özü ona pul verməlidir. Özü də iki ay söhbətini yalan deyir, altı ay orda işləyib. Onun kafeni işlətdiyi vaxt kafenin çəkilişi yoxdur. Oranı hər il balaca qardaşı ilə təmir etdirmişdir. İddiaçı obyektdən çıxandan sonra ora bağlı qalıb. O, obyektdən çıxartdıqları ilə bağlı hakimə də yazıb vermişdir. Hakim baxmamışdır. Onun iki dənə manqalını ordan çıxardıb. Hal-hazırda başqa bir adam obyekti işlədir. İcarəyə verməmişdir, müqavilə də bağlamamışdır. Öz qonşularıdır, gəlib hər gün kafeni açır. Orda təqaüdçülər çay içməyə gəlir. Obyektin sahəsi 32 kvadratmetrdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 izahatında göstərmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur, ekspertiza müstəqil bir qurum deyil ekspertiza nazirliyin tərkibində olan idarədir. Həmin ekspertiza idarəsinin nə rəhbərinin, nə də ki, onu təmsil edən ekspertin əks tərəflə qərəzliyi yoxdur ki, orada əks tərəfin ziddinə belə bir rəy verilsin. Həmin obyekt köhnə bir zirzəmidir, qeyri-yaşayış sahəsi kimi izlənmir, ora obyekt demək olmaz, yəni tamamilə təmirsiz bir qeyri-yaşayış sahəsidir, hətta orada metlaqlar bəzi yerlərdə hərəsi bir rəngdədir. Ümumiyyətlə orada heç bir təmir işləri görülməyib. Hüquqlarını müdafiə etdiyi, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi ümumiyyətlə təmirsiz bir vəziyyətdədir. Yəni təmir olunmadığından, ora hər hansı bir vəsait qoyulmadığından düşünür ki, orada nəyə qiymət veriləcəkdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 məhkəmə iclasının təxirə salınmasına dair ərizəsini məhkəməyə təqdim etsə də, ərizəsində istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmədiyindən Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.7. Əsassız varlanma. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyindən apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## #### tarixli Qərarı). MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Mülki qanunvericiliyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (MM-in 700.1., 700.2., 700.3.-cü mad.) Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər hələ icarə müqaviləsi bağlamamışdan əvvəl, yəni 2024-cü ilin iyul ayında cavabdeh mülkiyyətində olan, yaşadığı binanın alt hissəsində, yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34 m2 olan qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş, tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı qeyri-yaşayış sahəsində təmir işlərinə başlamış, icarə müqaviləsi isə ##.##.2024-cü il tarixdə bağlanmışdır. Cavabdeh iddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına icazə vermədiyini, iddiaçının təmir işlərini aparmadığını bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mülki iş üzrə dindirilmiş şahidlər X6, X7, X8, X3 ifadələrindən müəyyən olunur ki, onlar iddiaçı tərəfindən icarəyə götürüləcək qeyri-yaşayış sahəsində təmir işləri aparmaq üçün dəvət olunmuş, həmin sahədə təmir işləri aparmış, təmir işlərinin aparılması üçün tələb olunan materialların iddiaçı tərəfindən alınmasının şahidi olmuş, gördükləri işlərin dəyəri onlara iddiaçı tərəfindən ödənilmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, qarşılıqlı razılıq əsasında iddiaçının istifadəsinə verdiyi yaşadığı binanın altında yerləşən və mülkiyyətində olan qeyriyaşayış sahəsində 2024-cü ilin iyul ayından tərəflər arasında müqavilə bağlananadək olan dövr ərzində aparılan təmir işlərini cavabdehin bilməməsi, görməməsi mümkün və inandırıcı deyildir. İddiaçının apellyasiya şikayətinin dəlillərini, cavabdehin etirazında istinad etdiyi halları yoxlamaq üçün iş üzrə apellyasiya instansiyası icraatında məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, görülmüş işlərin dəyərini müəyyənləşdirmək üçün qiymətləndirici cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026cı il tarixli, **/**** nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümümi sahəsi 55,7 m2 təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1, 2, 3, 4 və * saylı tikililərinin döşəmələri metlax, divarları və tavanı boya ilə rənglənmiş, * saylı tikilinin döşəməsi kafel ilə üzlənmiş, divarları və tavanı boya ilə rənglənmiş, * saylı yaşayış tikilisinin döşəməsi beton, divarları divar kağızı ilə üzlənmiş, tavanı emulsiya ilə rənglənmiş, qeyri-yaşayış sahəsi elektrik xətti ilə təmin olunmuşdur. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-***-**** saylı qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış təhlil və hesablamalar, habelə mövcud sübut materiallarının müqayisəli qiymətləndirilməsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsində, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli rəyində qeyd olunan işlərin ümumi dəyəri 5.599 manat təşkil edir. Kollegiya cavabdehin tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən iddiaçıya icarəyə götürdüyü sahədə təmir-tikinti işləri aparmağa icazə verməməsi ilə bağlı etirazının dəlilləri üzrə qeyd edir ki, araşdırma zamanı təmir işlərinin hələ müqavilədən əvvəl 2024-cü ilin iyul-avqust aylarında cavabdehin razılığı ilə iddiaçı tərəfindən aparılması, bundan sonra tərəflər arasında 10 il müddətinə icarə müqaviləsinin bağlanması, müqavilə bağlandıqdan təxminən iki ay sonra cavabdehin birtərəfli qaydada icarə müqaviləsinə vaxtından əvvəl xitam verərək iddiaçını qeyri-yaşayış sahəsindən çıxarması, tələb etsə də iddiaçının gördüyü işlərin dəyərini ona qaytarmaması nəticəsində cavabdehin iddiaçı tərəfindən icarəyə götürülən sahədə aparılmış yaxşılaşdırmaların dəyəri həddində vəsaiti əldə etməsi, başqa sözlə sonradan aradan qalxmış əsasa söykənən əsassız varlanması öz təsdiqini tapdığından, cavabdehin dayısı olan İsmayılov Səxavət İsmayıl oğlunun, qardaşı olan X5, qeyri-yaşayış sahəsinin 45 il mövcud olmasını bilən, lakin son bir ildə həmin sahədə nə baş verməsini bilməyən X4 ifadələri cavabdehin etirazında istinad etdiyi halların sübuta yetirilə bilinməsi üçün mötəbər sübut növü olmadığından MPM-in 80-ci maddəsinin tələbləri baxımından cavabdehin təqdim etdiyi bu sübutlar onun iddiaya etirazında istinad etdiyi halı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Kollegiya qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o, cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əsassız varlanan o, şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o, zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Vicdanlı sahibin əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb etmək, əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlamaq, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda isə vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, 10 il müddətinə bağladığı icarə müqaviləsinə əsasən qanuni sahibliyində olan qeyri-yaşayış sahəsindən çıxarılan iddiaçı müqavilə bağlamazdan əvvəl cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsində apardığı və ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyərini sonuncudan tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin əmlakında təmir işləri aparan iddiaçının niyyəti, marağı onun təmirsiz qeyriyaşayış sahəsini əvəzsiz olaraq yaxşılaşdırmaq deyil, icarə müqaviləsinə əsasən istifadəsinə və sahibliyinə verilən daşınmaz əmlakda fəaliyyət göstərib gəlir əldə etmək olmuşdur. Kollegiya cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan, sonuncu tərəfindən aparılmış yaxşılaşdırmaların dəyərini, yəni təmir xərcinin məbləğini müəyyən edərkən, iddiaçının bu məbləğin 10.000 manat olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməsini, iş üzrə Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-***-**** saylı qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ** saylı ünvanında yerləşən qeyriyaşayış sahəsində, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli rəyində qeyd olunan işlərin ümumi dəyərinin 5.599 manat olmasının müəyyən edilməsini, tərəflərin işdə olan ekspert və mütəxəssis rəyi ilə müəyyən olunan görülmüş işlərin və onların dəyərini təkzib edəcək, şübhə altına alacaq hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmələrini nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə təmir xərclərinə görə 5.599 manat tutulmalıdır. Kollegiya iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsinə münasibət bildirib qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Ərizədə iddiaçı mütəxəsis rəyində obyekt üçün aldığı elektrik və məişət avadanlıqlarının öz əksini tapmadığını göstərsə də Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB- ***-**** saylı qiymətləndirmə hesabatının təmir xərclərinin hesablanması cəvəlindən görünür ki, eklektrik sistemi ilə bağlı xərclərin 650 manat olması cədvəldə öz əksini tapmışdır. Daha sonra iddiaçı ərizəsində yemək masasının, mətbəx masasının, stulun, soyuducunun, qaz pilitəsinin, manqalın, manqal stolunun, aristonun, elektrik şitinin, kondisionerin, müxtəlif ölçülərdə qab-qacağın, çayniklərin, qazanların, tavaların, nimçələrin, kasaların, qaşıq və çəngəllərin, maqqaşların, qənd və duz qabılarının, bıçaqların, kabab üçün şişlərin və s. dəyərini tələb etsə də, iddiaçının iddia ərizəsindən müəyyən olunur ki, o, birinci instansiya məhkəməsinə müraciət edərkən cavabdehə qarşı, yalnız təmir xərclərinə görə 10.000 manat tələbini irəli sürmüş, qeyd olunan tələblər birinci instansiyada işə baxılmanın predmeti olmamışdır. Tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mövcud sübutları qiymətləndirməsi MPMin 88-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, MPM-in 88-ci madəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun isə məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hazırkı iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni həll edərkən qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. (MPM-in 119.1,119.2,119.5-119.6-cı mad.) Hazırkı işdən müəyyən olunur ki, iddiaçı müharibə veteranı olduğundan Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinin tələblərinə əsasən məhkəmədə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçının ödənilmiş tələbi ilə bağlı 60 manat, apellyasiya şikayətinin verilməsi üçün 60 manat olmaqla ödənilməli olan cəmi 120 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalı, hazırkı mülki iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, iş üzrə keçirilən və iddiaçı tərəfindən ödənilən qiymətləndirmə xərclərinə görə 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh təmir xərclərinə görə 5.599 manat iddiaçı İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh Cavabdeh dövlət rüsumuna görə 120 manat dövlət nəfinə tutulsun. Cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Cavabdeh Cavabdeh qiymətləndirmə xərclərinə görə 400 manat iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar