Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3506/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Zərgərov X1 Natəvan Arif qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 45.000 ABŞ dollarının gecikdirilmiş 4 illik müddət üçün 5 faiz olmaqla, 9000 ABŞ dolları olmaqla, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-15159/2016 saylı qətnaməsi ilə İddiaçı ödənilməli olan 11.250 ABŞ dollarının gecikdirilmiş 4 illik müddət üçün 5 faiz olmaqla 2250 ABŞ dolları olmaqla, ümumilikdə 9000+2250=11250 ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddiaçınn Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 45.000 ABŞ dolları tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq Yasamal rayon Məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. İddiaçı Cavabdeh qarşı borcun qaytarılmasına dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, 45.000 ABŞ dollarının gecikdirilmiş 5 illik müddət üçün 5 faiz olmaqla, ümumilikdə 11.250 ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətlimə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-15159/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 45.000 ABŞ dollarının gecikdirilmiş 5 illik müddət üçün ilə 5 faiz olmaqla, ümumilikdə 11.250 ABŞ dollarının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 45000 ABŞ dollarının gecikdirilmiş 4 illik müddət üçün ilə 5% olmaqla, (1 il üçün beş faiz 45000x5:100=2250, 4 il üçün 2250x4=9000) ümumilikdə 9000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti və ona əlavə verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, eyni iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq birinci instansiya məhkəməsi iştirakını təmin etmədən yenidən həmin məbləği indeksasiya edərək əlavə faiz hesablamışdır. Həmçinin, birinci instansiya məhkəməsi onların arasında obyektin bir hissəsinin iddiaçıya verilməsi barədə razılığın olduğunu nəzərə almamışdır. Apelyatorun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Əvvəla məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, apelyatorun birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması ilə bağlı irəli sürdüyü dəlili öz təqsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana müvafiq bildirişlər göndərilmiş, hətta daha sonra müvafiq icra hakimiyyəti orqanına göndərilmiş bildiriş “Məhkəmə bildirişini götürməkdən imtina etdi” qeydi ilə məhkəməyə geri qaytarılmışdır (i.v.55) Bundan başqa, iş materiallarından olan xx.xx.2016-cı il tarixli, 2(004)-15159/2016 saylı qətnamədən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ödənilməsi olan 45000 ABŞ dollarının gecikdirilmiş 5 illik müddət üçün ilə 5 faiz olmaqla, (1 il üçün beş faiz 45.000X5+100=2250) (5 il üçün 2250 X5=11.250) ümumilikdə 11.250 (on bir min iki yüz əlli) ABŞ dolları Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə 45000 və 11250 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı icra tədbirləri görülməkdədir. İşin mübahisəsiz halları odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən Cavabdeh İddiaçı xeyrinə 45000 ABŞ dolları məbləğində pul və həmin 45000 ABŞ dolları məbləğində pulun 5 illik müddət üçün gecikmə faizi, yəni 11.250 ABŞ dolları məbləğində pul tutulmuşdur. İddiaçı hazırki iş üzrə tələbini qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi ilə əsaslandıraraq tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445-ci maddələrinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən Cavabdeh İddiaçı xeyrinə 45000 ABŞ dolları məbləğində pul və həmin 45000 ABŞ dolları məbləğində pulun 5 illik müddət üçün gecikmə faizi , yəni 11.250 ABŞ dolları məbləğində pul tutulmuş, iddiaçının irəli sürdüyünə görə isə, həmin qətnamələr cavabdeh tərəfindən hazıradək tam icra olunmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə almaqla kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli tarixli qətnaməsi ilə tərəflər arasında yeni - tələbkar-borclu münasibətləri yaranmış və onların arasındakı müqavilə münasibətlərinin xitamı həmin qətnamənin icrasından asılı vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyindən birinci instansiya məhkəməsi iddianı xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 45000 ABŞ dollarının gecikdirilmiş 4 illik müddət üçün, yəni 2016-2019-cu illər üzrə ilə 5% olmaqla, (1 il üçün beş faiz 45000x5:100=2250, 4 il üçün 2250x4=9000) ümumilikdə 9000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin etməkdə haqlı olmuşdur. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3506/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3506/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver