Məhkəmə qərarları › İş №2(103)-351/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-351/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-351/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh, X11, X18, X6 və X7rşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindənverilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC cavabdehlər Cavabdeh, X8, X15, X3 və X7rşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 44099,2 ABŞ dolları, faiz borcu üzrə 8991,5 ABŞ dolları, cəmi 53090,7 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14500,00 AZN, faiz borcu üzrə 397,01 AZN, cərimə borcu üzrə 1.735,58 AZN, cəmi 16.632,59 AZN və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 52 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 53.090,7 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 16.632,59 AZN borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 77000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində yerləşən 2 saylı evin 52 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X5, Cavabdeh, X12, X10 və X2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,Cavabdeh xx.xx.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44.099,2 ABŞ dolları məbləğində əsas borc, 8991,5 ABŞ dolları məbləğində faiz borcu, cəmi 53.090,7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14.478,42 manat, faiz borcu üzrə 352,3 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi,tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh X9 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətinin 82.000 manat olmaqla açıq hərracdan satılması,həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər Cavabdeh, X13, X18, X6 və X16 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsaitin hesabına Cavabdeh iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-5953/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, hazırki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra cavabdeh X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, ipoteka predmetinin dəyəri, əsas, faiz və cərimə borcu düzgün hesablanmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş cavabdehə A.Abbasovaya münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsi ilə “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh 1.000.000 manat məbləğində 60 ay müddətinə xx.xx.2018-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməsi haqqında bağlanmışdır. xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi ilə “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh istehlak məqsədi ilə 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60778 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi ilə “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh istehlak məqsədi ilə 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli əlavə sazişi ilə xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsinin-l.l-ci bəndində qeyd olunan əsas kredit müqaviləsinin müddəti artırılaraq xx.xx.2025-ci ilə kimi müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsi ilə X9 məxsus olan və ipoteka kimi çıxış edən Bakı səhəri. Xətai rayonu. Əhmədli qəsəbəsi. Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili banka ipoteka qoymuşdur. Bundan başqa müəyyən olunmuşdur ki, borclu Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən borcun tutulması hissəsində apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 5953/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Göründüyü kimi mübahisə predmeti olan əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanuni qüvvəsini məhkəmə qətnaməsi olduğundan və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş “Daşınar və X1 Xidməti” MMC-nin 204 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi ev 2, 52 saylı mənzilin bazar dəyəri 82.000 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, apellyator tərəfindən ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddiaçı ipoteka predmetinin bazar dəyərinin 82.000 manat müəyyən edilməsinə dair hər-hansı etiraz bildirməmişdir. Belə olan halda ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədə müvafiq deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyatorun qeydiyyatda olduğu və apellyasiya şikayətində göstərilən ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, məhkəmə qətnaməsi isə poçt vasitəsi ilə həmin ünvana çatdırılmış və apellyator xəbərnaməni imzalamqla qətnaməni qəbul etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə apellyatorun iştirakı olmadan baxmaqla düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorların mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X8 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh X8 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar