Məhkəmə qərarları › İş №2(103)-3514/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3514/2022

13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3514/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2022 saylı, 28.02.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona - İddiaçı vurduğu maddi ziyana görə 3813,6 manat, çəkdiyi xərclərə görə 4000 manat, cəmi 7813,6 manat pul məbləğinin onun xeyrinə tutulması, dövlət büdcəsinə ödənilmiş rüsum cavabdehdən tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin dekabrın 25-də onun adına Kontakt Home mağazasından İ Phone 11 Pro Max 256 GB Dual markalı telefonu kreditlə götürmüş, kreditin ilkin ödənişi və aylıq ödənişin birinci ayını ödəniş etmiş və sonra krediti ödəməkdən imtina etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il və 22.10.2020-ci il tarixli, 2(005)- 1494/2020 saylı qətnamələrinə əsasən onun iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1422/2021 nömrəli iş üzrə çıxardığı qətnaməyə əsasən Nərimanov rayon məhkəməsinin 2(005)-1494/2020 nömrəli iş üzrə qəbul etdiyi 22 oktyabr 2020-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və Cavabdeh istifadəsində olan İ Phone 11 Pro Max-256 GB Dual modeli mobil 353953 ********* **********63358 İMEİ kodlu mobil telefonun qanunsuz sahiblikdən geri alınaraq ona - İddiaçı verilməsi qət edilmişdir. O, hesab edir ki, Cavabdeh ona vurduğu 3813,6 manat pul məbləğini ona ödəməlidir. Həm də kredit müqavilsinə əsasən ona yalnız istifadə hüququ verilmişdir. Telefona görə krediti ödəmədən, telefon üzərində mülki qanunvericiliyə uyğun olaraq o sərəncam verə bilməz.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2022 saylı, 28.02.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova).

4. Qətnamədən iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin dekabrın 25-də onun adına Kontakt Home mağazasından İPhone 11 Pro Max 256 GB Dual markalı telefonu kreditlə götürmüş, kreditin ilkin ödənişi və aylıq ödənişin birinci ayını ödəniş etmiş və sonra krediti ödəməkdən imtina etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il və 22.10.2020-ci il tarixli, 2(005)- 1494/2020 saylı qətnamələrinə əsasən onun iddia tələbi təmin olunmamışdır. BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1422/2021 nömrəli iş üzrə çıxardığı qətnaməyə əsasən Nərimanov rayon məhkəməsinin 2(005)-1494/2020 nömrəli iş üzrə qəbul etdiyi 22 oktyabr 2020-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və Cavabdeh istifadəsində olan İPhone 11 Pro Max-256 GB Dual modeli mobil 353953 ********* **********63358 İMEİ kodlu mobil telefonun qanunsuz sahiblikdən geri alınaraq ona - İddiaçı verilməsi qət edilmişdir. Qeyd edilən qərarın qəbul edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi cavabdeh tərəfindən qəsdən icra olunmur, məhkəmə icrasına verdiyi 11.01.2022ci il tarixli izahatında isə bildirmişdir ki, həmin telefonu çantasından Türkiyədə oğurlamışlar. Həmin İzahat iş materiallarına əlavə olunmuşdur. O, hesab edir ki, Cavabdeh ona vurduğu 3813,6 manat pul məbləğini və mənəvi ziyanın əvəzi kimi 4000 mant, cəmi 7813.60 manat ona ödəməlidir.

6. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. İşə baxılasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1494/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Kontakt Home” Mağazası cəlb edilməklə) “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1422/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1494/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir. Cavabdeh istifadəsində olan İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefon ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3500/2021 saylı, 08.06.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1422/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1469/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı "xxxx" MMC-nin xeyrinə 3632 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu cəmi 3995 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5733/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1469/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, İddiaçı "xxxx" MMC-nin xeyrinə 181,6 manat dəbbə pulu tutulması qət edilmişdir. Hüquqi dəyərləndirmə:

16. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3514/2022 saylı, 13.05.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 504/2022 saylı, 28.02.2022-ci il tarixli qətnaməsi qismən - maddi zərərin ödənilməsi hissəsində ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair mülki işin icraatına maddi zərərin ödənilməsi hissəsində xitam verilməsi qərara alınmışdır.

17. Bu səbəbdən də, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin pul tələbinə dair hissəsində yoxlanılır. İddiaçı iddia tələbində və apellyasiya şikayətində çəkdiyi xərclərə görə 4000 manat, cəmi 7813,6 manat pul məbləğinin onun xeyrinə tutulmasıni xahiş edir.

18. Kollegiya iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş xərclərə görə 4000 manat cavabdehdən tutulması xahiş edilsə də, iddiaçının həmin xərcləri ödəməsi iş materialları ilə öz təsdiqini tapmır. Çəkilmiş xərclərin ödənilməsi tələbi iddiaçı tərəfindən iddia edildiyindən həmin xərclərin çəkilməsinin sübutetmə yükü də iddiaçının üzrəinə düşür.

19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

22. Bundan başqa, çəkilmiş xərclərin ödənilməsi iş materialları ilə sübut edilməməklə yanaşı, iddia tələbi təmin edilmədiyindən, hüquq xidmətləri üçün ödənilən məbləğ cavabdeh tərəfindən ödənilə bilməz.

23. Belə ki, Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

24. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi çəkilmiş xərclərə görə Bundan başqa, çəkilmiş xərclərin ödənilməsi hissəsində iddia tələbini rədd edərkən həmin tələbi mənəvi zərər kimi qiymətləndirmiş və mənəvi zərərlə bağlı Mülki Məcəllənin 21, 23-cü maddələrinə istinad etmişdir. Halbuki, iddiaçı iddia tələbində ödənilməsini istədiyi 4000 manatı mənəvi zərərə görə deyil, məhkəmə xərcləri, hüquqi yardım üçün bağlanan müqavilələr və s. üçün istəmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi mübahisəyə aid olmayan maddi hüquq normasını tətbiq etmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

29. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

30. Sadalanan xüsusatlara, qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəmələr, hüquqi yardım, müqavilələr və s.-lə bağlı çəkilən xərclərin ödənilməsi tələbi iş materialları ilə sübuta yetirilmədiyindən, həmçinin iddia tələbi təmin edilmədiyindən, çəkilən xərclərin ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2022 saylı, 28.02.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar