Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3518/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Sənan Hüseynovun, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 3.180 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, maddi zərərin əvəzi kimi 3.180 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Sənan Hüseynov isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçı "xxxx" MMC-də administrator vəzifəsində işləmiş, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “OBA-337” mağazasında çalışmış, 19.12.2018-ci il tarixli əmrlə işdən azad edilmişdir. 29.05.2018-ci il tarixdə iddiaçı tərəfindən inventarizasiya keçirilmiş və inventarizasiyanın nəticələrinə əsasən cavabadehin iddiaçıya 3.676 manat məbləğində zərər vurduğu müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 496 manat ödəmiş, qalıq borc 3.180 manat təşkil edir. Hazırda iddiaçı 3.180 manatın ödənilməsini tələb edir, cavabdeh isə bu tələbə etiraz edir. İnventarizasiya ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərə görə 29.05.2018-ci il tarixdə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “OBA-337” mağazası üzrə "xxxx" MMC tərəfindən inventarizasiya aparılmışdır. İddiaçı inventarizasiyanın nəticəsinə istinad edərək hazrkı tələbi irəli sürüb. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertin qarşısında 2 sual qoyulmuşdur: 1) İnventarizasiya ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərə görə 29.05.2018-ci il tarixdə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən “OBA-337” mağazası üzrə "xxxx" MMC-nin apardığı inventarizasiya Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 16.07.2013-cü il tarixli, Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəlikərin inventarizasiyası Qaydaları”na uyğun aparılmışdırmı ? 2) İnventarizasiya ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərə görə cavabdehin öhdəsində çatışmazlıq əmələ gəlmişdirmi, əgər əmələ gəlmişdirsə miqdarı nə qədərdir ? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli, 9/2420 nömrəli ekspert rəyində qeyd olunub ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”larda malların inventarizasiyasında olan məlumatların və tərtib olunmuş maliyyə arayışı məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda cavabdehin 29.04.2017-ci il tarixdən 29.05.2018-ci il tarixədək olan dövrdə OBA "xxxx" MMC-yə olan çatışmazlığı 3.180 manat məbləğində müəyyən olunur. Göründüyü kimi, cavabdehin (işçinin) əmək münsibətlərin prosesində iddiaçıya maddi zərər vuruduğu sübut olunur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 191 və 199-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibat ekspertizasının xərci olan 100 manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3518/2021
06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver