Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3518/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(005)- 1080/2022 nömrəli qərardadından Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən onun xeyrinə 5000 manat tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 may 2021-ci il tarixdə “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi küçəsi 20 saylı binanın arxasında yerləşən dayanacaqda saxlamışdır. Həmin dayanacaqda avtomobili park olunmuş vəziyyətdə olarkən naməlum şəxs (şəxslər) tərəfindən zədələnərək qəzalı vəziyyətə salınmışdır. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29 cu Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı 22 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, ilkin yoxlama materialı üzrə məhkəməəmtəəşünaslıq ekspetrizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13.10.2021-ci il tarixli, 9/6818 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin may və sentyabr aylarına olan təmir-bərpa xərci 5000 manat məbləğində təşkil edir. Hesab edir ki, cavabdehlər "xxxx" MTK və ‘"xxxx" MMC tərəfindən onun qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh2 MMC-nin direktoru X1 mülki işin aidiyyatı üzrə göndərilməsinə dair vəsatətlə 23.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, mülki işin aidiyyatı üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, iddia ərazi aidiyyəti qaydalarına əməl edilmədən verilmişdir, bu əsasla mülki iş baxılması üçün həqiqi cavabdeh "xxxx" MMC-nin qeydiyyat ünvanı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Bu qənaətə gəlmək üçün aşağıdakı əsaslar mövcuddur: Birincisi, iddiaçı tələbini iki cavabdehə qarşı irəli sürsə də tələb olunan maddi ziyanla həmin cavabdehlərin arasında hər hansı bağlılığın mövcud olmasına istinad etmir. Nəticədə cavabdehlik formal mülahizəyə əsaslanır. İkincisi, "İnam Bayram-M” MTK tərəfindən yaşayış binası inşa edilib sakinlərə təhvil verilmiş, xeyli müddətdir ki, binada yaşayan sakinlərə "İRS-M” MMC tərəfindən xidmət göstərilir. MTK fəaliyyətini dayandırmışdır. Üçüncüsü, MTK-nın məsuliyyətinin onun harsı hərəkətində ifadə olunması göstərilməmişdir. Yuxarıda qeyd edilən bəndlər üzrə əsasları ümumiləşdirdikdə müəyyən olunur ki, iddiaçı işə Bakı şəhərində baxılması məqsədilə MTK-nı formal cavabdeh kimi əlavə etmiş və işin məhz Nərimanov Rayon Məhkəməsindən baxılmasına nail olmağa çalışmışdır. Bu baxımdan hesab edir ki, MTK-ya qarşı tələbin irəli sürülüb-sürülməməsindən asılı olmayaraq cavabdehlər, xüsusilə də MTK formal cavabdeh kimi qeyd edildiyindən işin baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh2 MMC Nərimanov Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(005)- 1080/2022 nömrəli qərardadından şikayət verərək mülki işin baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(005)-1080/2022 nömrəli qərardadından Cavabdeh2 MMC-nin verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən göndərilməlidir. Belə ki, işdə olan elektron çıxarışlardan görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı Masallı rayonu 1 Yeddioymaq ünvanı, Cavabdeh1 MTK-nın hüquqi ünvanı ünvan 3 iclasında Cavabdeh1 MTK-nın fəaliyyətini 01.06.2018-ci il tarixdən 31.05.2023-cü il tarixədək dayandırılması müəyyən olunmuşdur. Bu hal isə mülki işin Masallı Rayon Məhkəməsinə göndərilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə Cavabdeh2 MMC-nin vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 2(005)- 1080/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3518/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3518/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver