Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3526/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli 2(006)-39/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» KB ASC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» KB АSC-nin xeyrinə 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 686,15 ABŞ dolları, cərimə borcu üzrə 2,83 ABŞ dolları, borcun cəmi məbləği 17.650,60 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 17.650,60 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» KB ASC ilə borclu Cavabdeh arasında 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, 3 ay güzəşt müddəti olmaqla, 26.07.2015-ci il tarixədək, illik 22% ödəmək şərtilə 21.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2012-ci il tarixi 18Uİ/12 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi «xxxx» KB АSC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12- B1 saylı əlavə kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq «xxxx» KB АSC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh 12.08.2013-cü il tarixə 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 686,15 ABŞ dolları, cərimə borcu üzrə 2,83 ABŞ dolları, borcun cəmi məbləği 17.650,60 ABŞ dolları təşkil edir. 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi «xxxx» KB АSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərə əsasəniddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Birinci istansiya məhkəməsinin baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizədə qeyd olunmuşdur ki, mülki iş üzrə iddia predmeti təşkil edən 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh faizlərin və cərimələrin hesablanması 12.08.2013-cü il tarixdən etibarən dayandırılmışdır. Lakin bu müddət ərzində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə lazımi qaydada ödənişlər aparılmamış, nətic etibarı ilə cavabdehin banka ödəməli olan borcu icra edilməyərək qalmışdır. Bu səbəbdən də iddiaçı «xxxx» KB АSC 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə faizləri bərpa etmək niyyətindədir. Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 03.02.2014-cü il tarixə iddiaçı «xxxx» KB АSC-yə 16.961,62 ABŞ dolları məbləğində əsas borc, 2.479,38 ABŞ dolları məbləğində faiz borcu, 452,26 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 19.893,26 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin lazımi qaydada aparılmaması kreditdən istifadəyə görə faizlərin çoxalmasına səbəb olmuşdur. Həmçinin 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsində qeyd olunmuşdur ki, kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. «xxxx» KB АSC ilə Cavabdeh arasında bağlanmış 24.07.2012-ci il tarixi 18Uİ/12 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 23.07.2012-ci il tarixli 18U/12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymtləndirilməsi barədə 08.07.2012-ci il tarixli 009/UF saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin likvid dəyəri 25.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh «xxxx» KB ASC-nin xeyrinə 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 2.479,38 ABŞ dolları, cərimə borcu üzrə 452,26 ABŞ dolları, borcun cəmi məbləği 19.893,26 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 19.893,26 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 25.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizədə qeyd olunmuşdur ki, mülki iş üzrə iddia predmeti təşkil edən 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə lazımi qaydada ödənişlər aparılmamış, nəticə etibarı ilə cavabdehin banka ödəməli olan borcu icra edilməyərək qalmışdır. İddiaçı «xxxx» KB ASC 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə faizləri bərpa etmək niyyətindədir. Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 07.01.2015-ci il tarixə iddiaçı «xxxx» KB ASC-yə 16.961,62 ABŞ dolları məbləğində əsas borc, 5.972,54 ABŞ dolları məbləğində faiz borcu, 3.827,78 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 26.761,94 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin lazımi qaydada aparılmaması kreditdən istifadəyə görə faizlərin çoxalmasına səbəb olmuşdur. 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsində qeyd olunmuşdur ki, kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı «xxxx» KB АSC-nin xeyrinə 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16.961,62 ABŞ dolları, faiz borcu üzrə 5.972,54 ABŞ dolları, cərimə borcu üzrə 3.827,78 ABŞ dolları, borcun cəmi məbləği 26.761,94 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönləndilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 манат məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 26.761,94 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq «xxxx» KB АSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 25.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli 2(006)-39/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən eedilmiş ABŞ dolarının manata məzənnəsi əzərə alınmaqla manat hesabı ilə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı «xxxx» KB АSC-yə ödənilməsi, tələb cavabdeh Rəna Əziz qızının mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilkin satış qiyçəti 25.000 manat edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu andan Azərbaycan Resoublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul «xxxx» KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə tikintitexniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 30 manatı iddiaçı «xxxx» KB ASC-dən, 120 manatı isə Cavabdeh алынараг “xxxx" MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 20 manatı iddiaçı «xxxx» KB ASC-dən, 30 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-39/2015 saylı iş üzrə 07.05.2015-ci il tarixli qətnaməsininin ləğv edilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə onun iştirakı olmadan işə baxmış, dəyəri 50.000 manatdan çox olan evini çox ucuz qiymətə qiymətləndirmiş,nəticədə evi də əlindən çıxmış, hələ borclu qalmışdır. Bu qətnamə əsassız olduğundan ləğv edilməli və işdə olan subutlar hərtərəfli, tam və obyektiv araşdırılmalı və ədalətli qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin pelnumunun 24 noyabr 2005-cü il tarixli 4 saylı qərarında deyilir: ”Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Qətnamənin əsaslandırıma hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıma hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamənin əsaslandırıma hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Göründüyü kimi, Nəsmi rayon məhkəməsi hüququn tətbiqində səhv buraxmış tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, maddi hüquq normalarını səhv təsvir etmişdir. Prosesual hüquq normalarını pozmuş, tərəfindən təqdim edilmiş subutları faktiki qəbul etsə belə tədqiq etməmiş, çəkişmə prinsipini pozmuş, işə birtərəfli yanaşmışdır. Məhkəmə prosesi həqiqətin müəyyən edilməsi üçün deyil, sifarişli qətnamə qəbul edilməsi üçün qurulmuşdur.Ona görə də Nəsmi rayon məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi, iddia tələbinin bu hissəsi üzrə təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)-657/2017 saylı Qətnaməsindən hazırkı apellyasiya şikayətini verməzdən 8-9 ay əvvəl məlumatları olmuş, lakin həmin qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)-657/2017 saylı Qətnaməsini və 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsini təqdim edərək bildirmişdir ki, Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)-657/2017 saylı Qətnaməsi ilə iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı tələbi təmin edilərək «xxxx» KB АSC-nin mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 115,5 kv/m. ibarət olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur.Həmçinin, 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı və ipoteka saxlayan «xxxx» KB АSC olmaqla qeyd edilən fərdi yaşayış evi alıcı(ipoteka qoyan) X4 satılmışdır. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsindən görünür ki, «xxxx» KB АSC tərəfindən Cavabdeh 22.500 manat məbləğində 60 ay müddətinə, 23.07.2017-ci il tarixinədək müddət ərzində bu müqavilə cərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. İş materiallarında olan 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsindən görünür ki, «xxxx» KB АSC tərəfindən Cavabdeh 36 ay müddətinə, 3 ay güzəşt müddəti olmaqla illik 22% ödəmək şərtilə 21.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 18U/12 saylı 23.07.2012-ci il tarixдя bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan 24.07.2012-ci il tarixli 18Uİ/12 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi «xxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən fərdi yaşayış evinin satış qiyməti 25 000 manat müəyyən edilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında 22 500 manat məbləğində 60 ay müddətinə 23 iyul 2017-ci il tarixədək bağlanmış 23 iyul 2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə yaranan öhdəliklərin təminatı kimi kreditor-ipoteka saxlayana ipoteka qoyur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA serialı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi «xxxx» KB АSC-yə ipotekaya qoyulmuş, daşınmaz əmlak üzərindəki hüququ daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi 11.08.2012-ci il). İş materiallarında olan 26 iyul 2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə «xxxx» KB АSC-dən ümumilikdə 21000.00 ABŞ dolları məbləğində vəsait götürülmüşdür. İş materiallarında olan 07.01.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə «xxxx» KB АSC-yə 16961,62 ABŞ dolları əsas borcu, 5972,54 ABŞ dolları faiz borcu, 3827,78 ABŞ dolları cərimə borcu, cəmi 26761,94 ABŞ dolları borcu vardır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 01.06.2013-cü il tarixdıə 330 ABŞ dolları məbləğində edilmişdir. İş materiallarında olan 11.10.2013-cü ил тарихли bildirişdən və 21.10.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh banka olan borcu ilə əlaqədar öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi eçen məhkəmə müqaciət ediləcəyi barədə «xxxx» KB АSC tərəfindən xəbərdar edilmişdir və həmin bildiriş Аzərbaycan Respublikası DƏDRX 18 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan 26 sentyabr 2013-cü il və 08.10.2013-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, «xxxx» KB АSC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu, habelə 30 manat xidmət haqqı ödənilmişdir. . İş materiallarında olan “xxxx" MMC-nin 11 dekabr 2014-cü il tarixli, ƏЕМ/D 28-090 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinин 11 декабр 2014-cü il tarixinə bazar dəyəri 25.000 (iyirmi beş min) manat təşkil edir. İş və xidmətlərin (ekspertiza) dəyəri “xxxx” MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təklif edir. . İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2015-ci il tarixli 3288 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumlatlarına, 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 07.01.2015-ci il tarixə Cavabdeh «xxxx» KB ASC-yə 16975,20 ABŞ dolları əsas borcu və 5977,23 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, кredit müqaviləsinin 6.3 bəndində göstərilən gecikdirilmiş günlər üzrə göstərilmiş cərimənin faiz dərəcəsi konkret göstərilmədiyindən, ekspert tərəfindən Cavabdeh 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə «xxxx» KB АSC-nə cərimə hesablanmadı. Eyni zamanda da «xxxx» KB АSC ilə Cavabdeh arasında bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərdən tutulmuş cərimə məbləğləri də hazırki ekpertiza tədqiqatı zamanı müvafiq olaraq əsas və faiz borcuna silinmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarından görünür ki, Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)-657/2017 saylı Qətnaməsi ilə iddiaçı «xxxx» KB АSC-nin Cavabdeh qarşı tələbi təmin edilərək «xxxx» KB АSC-nin mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 115,5 kv/m. ibarət olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı və ipoteka saxlayan «xxxx» KB АSC olmaqla qeyd edilən fərdi yaşayış evi alıcı (ipoteka qoyan) X1. Beləliklə, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli 2(006)-39/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti versə də, bu şikayəti verməzdən çox əvvəl Balakən rayon məhkəməsinin 12.06.2017-ci il tarixli 2(019)- 657/2017 saylı Qətnaməsindən (iddiaçı «xxxx» KB АSC-nin Cavabdeh qarşı tələbi təmin edilərək «xxxx» KB АSC-nin mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 115,5 kv/m. ibarət olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur.) məlumatlı olduğu halda həmin qətnaməni mübahisələndirməmiş, nəticədə iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, 01DMİ/20 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı və ipoteka saxlayan «xxxx» KB ASC olmaqla qeyd edilən fərdi yaşayış evi alıcı (ipoteka qoyan) X4 satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cu maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, müəyyən edilmişdir ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) illik 22% hesablanmaqla 36 ay müddətinə, 3 ay giizəşt müddəti olmaqla 21.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda «xxxx» KB ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi «xxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə ona iddiaçı tərəfindən 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 3827,78 ABŞ dolları cərimə borcu, cəmi 26761,94 ABŞ dolları məbləğində borc hesablanmışdır. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin 1.4-cü bəndində, habelə iş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş ekspertizanın rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 11 dekabr 2014-cü il tarixinə bazar dəyərinin 25.000 manat təşkil etməsi müəyyən edilmişdir. İş və xidmətlərin (ekspertiza) dəyəri “xxxx” MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 07.01,2015-ci il tarixə Cavabdeh «xxxx» К В ASC-yə 16975,20 ABŞ dolları əsas borcu və 5977,23 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh kredi götürdüyuəöhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla d müqavilə şərtlərini pozmuşdur. Ona görə də 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyini bütün hallar üçün edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilələrdə razılaşdırıldığı kimi faiz və cərimə ilə birlikdə icraçıya ödənilməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin cərimənn ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, bu hissədə də 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında imzalanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsinin 6.3-cü bəndində kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin geçikdirildiyi halda cərimə məbləğinin hesablanması da nəzərdə tutulmuşdur. Lakin iddia ərizəsində tələb edilən cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 200 ABŞ dolları məbləğinədək azaldılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin 1.4-cü bəndində, habelə iş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş ekspertizanın rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 25.000 manat təşkil etməsi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, 23.07.2012-ci il tarixli 18U/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2012-ci il tarixli 18U/12-B1 saylı əlavə kredit müqaviləsi üzrə 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu anda Аzərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimim ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı «xxxx» KB АSC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməklə, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 25.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 16961,62 ABŞ dolları əsas borc, 5972,54 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 23134,16 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı «xxxx» KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 30 manatı iddiaçı «xxxx» KB ASC-dən, 120 manatı isə Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 20 manatı iddiaçı «xxxx» KB ASC-dən, 30 manatı isə Cavabdeh алынараг dövlət büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli 2(006)-39/2015 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3526/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3526/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver