Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3527/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı/cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh/iddiaçı Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6, "xxxx" Mənzil Kooperativinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin 7 saylı mənzilini İddiaçı 2002-ci ildə "xxxx" Mənzil Kooperativindən almışdır. Həmin mənzilə dair iddiaçıya Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 034202 saylı order verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmü ilə müəyyən olunmuşdur ki,"xxxx" MTK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X5 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, sahəsi 80.9 kv.m olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin xx.xx.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satmışdır. Qeyd edilən mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, AN-İ ******* №-li alğı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh2 satmış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Yasamal rayon Məhkəməsinin 2(004)-710/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X6, X8 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı mənzilin boşaldılmaqla İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh1, X6, X8 və X3 istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2(103)- 9758/2018 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 11 fevral 2019-cu il tarixli, 2(102)-748/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentaybr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)- 4124/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 04 fevral 2020-ci il tarixli, 2(102)-15/2020 saylı qərarı ilə Cavabdeh1kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, X12, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6, ”Bakı” Mənzil Kooperativinə qarşı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri,Yasamal rayonu,İ.Qutqaşınlı küçəsi, 3 saylı evin,7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri,Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin,7 saylı mənzili barəsində X9 ilə Cavabdeh2 arasında 3 saylı “Asan Xidmət”mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilini iddiaçı 2002-ci ildə "xxxx" Mənzil Kooperativindən almışdır və sonra iddiaçıya müvafiq qaydada Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 034202 saylı order verilmişdir. İddiaçı mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək ora köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən kooperativin İdarə Heyətinin sədri X10 mənzili bahalı qiymətə kirayəyə verməyi iddiaçıya bir neçə dəfə təklif etmiş və nəhayət, iddiaçı razılaşaraq mənzilin açarlarını Kooperativin sədri Emil Məhərrəmova vermişdir. Emil Məhərrəmov həmin mənzili 2014-cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla iddiaçıya hər ay 800 manat pul ödəmişdir. Tanımadığı Cavabdeh6 adlı şəxs 2017-ci ilin oktyabr ayında zəng edərək iddiaçıya məxsus mənzili aldığını, bu səbəbdən onunla görüşmək istədiyini bildirmişdir. Cavabdeh6 adlı şəxs iddiaçı ilə görüşmüş və xeyli söhbətdən sonra məlum olmuşdur ki, iddiaçının mənzilini Emil Məhərrəmov qanusuz olaraq Cavabdeh6 satıb. Bundan sonra, iddiaçı mənzilə getmiş və mənzildə tanımadığı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur ki, o da öz növbəsində həmin mənzili koooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. Belə olan təqdirdə, iddiaçı mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin Cavabdeh1 qanunsuz satıldığını, odur ki, sonuncunun mənzili tərk etməli olduqlarını bildirmiş, lakin Cavabdeh1 razılaşmamışdır. İddiaçı dəfələrlə əlaqə saxlayaraq Cavabdeh1 mənzli tərk etmələrini xahiş etmişdir. Nəhayət, R.Hacyev iddiaçı ilə razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində iddiaçıya məlum olmuşdur ki, X10 Bakı Mənzil Kooperativinin sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək iddiaçıya və onlarla digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə Emil Məhərrəmov çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh5, xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh6, xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh1 satılmışdır. Hökmdə Bakı Mənzil Kooperativinin ofisindən götürülmüş İ.Qutqaşınlı küçəsində yerləşən 3 və 4 nömrəli binaların sakinlərinin siyahısı və onların adlarına tərtib edilmiş orderlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili iddiaçıya məxsusdur və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 337.1, 337.2, 339.1 və Mülki Prosessual Məcllənin 82.3-cü maddələrinə istinad etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1, "xxxx" Mənzil Koperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia üzrə İddiaçı heç bir hüququ olmadan, qanunun tələblərini pozmaqla xüsusi mülkiyyətçi olaraq onun mənzilini zəbt etdiyindən ilkin iddianın rədd olunması, onun tərəfindən təqdim olunmuş, Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan Bakı şəh. Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6. mənzil 7-də yerləşən 4 otaqlı məzilinin qanunsuz olaraq zəbt etmiş iddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsi barədə qarşılıqlı iddianın tam təmin olunması, xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin order verməsi verildiyi andan əhəmiyyətsiz sənəddir. Qarşılıqlı iddiaçı mənzili alarkən mənzilin yüklü olmaması barədə sənədlər almışdır. O, mənzili vicdanlı şəkildə əldə etmişdir. İddiaçı isə qarşılıqlı iddiaçıya məxsus mənzili zəbt etmişdir. Əgər mənzil yüklü olmuş olsa idi, notariusda evin alğısatqısı zamanı problemlər yaranardı. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 139, 139-1, 140, 146, 337.1 və 337.2-ci maddələrinə istinad etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində İddiaçı mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi hissəsində xitam verilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.20İ6-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı mənzilə (indiki adı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil) dair İddiaçı adına order verilmişdir. "xxxx" MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X5 qanunsuz əməlləri nəticəsində həmin mənzil əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmışdır. Cavabdeh1 həmin mənzilə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 sözügedən mənzili Cavabdeh2 satmışdır. Həmin mənzil Cavabdeh2 mülkiyyətində olduğu halda İddiaçı həmin mənzilə daxil olmuşdur. Məhkəmə həmçinin, ilk iddia tələbində qeyd edilən iclas protokolları və maliyyə arayışlarının etibarsızlığı ilə bağlı ilkin olaraq qeyd edib ki, həmin iclas protokolları və maliyyə arayışları iş materiallarında yoxdur. Buna baxmayaraq iclas protokolu və maliyyə arayışı əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirmir və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmü hazırki mülki iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti, yəni "xxxx" MKnın İdarə heyətinin sədri vəzifəsində işləmiş X5 qanunsuz əməlləri nəticəsində İddiaçı məxsus mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılması hissəsində məcburidir. Bundan əlavə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, X8 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəf olmadığına görə həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar Cavabdeh2 üçün preyudisial əhəmiyyət daşımır. Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzili Cavabdeh1 almış və mənzil üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi hissəsində təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən order Cavabdeh2 marağına toxunmur, onun üçün heç bir hüquqi nəticə əmələ gətirmir Apelyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dələduzluq yolu ilə əldə edilmiş və mənzil həmin yolla, yəni aldatma yolu ilə Cavabdeh2 satılmışdır. Bu hal isə Cavabdeh2 ‘‘vicdanlı alıcı” deyil, məhz “zərərçəkmiş” olduğuna dəlalət edir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 “vicdanlı alıcı” hesab edilməsi tamamilə yanlış və hüquqa ziddir. Birinci instansiya məhkəməsi bilərəkdən mübahisənin maddi hüquqi əsasına əhəmiyyət verməmiş, məsələ ilə bağlı xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmiş, tam hüquqa əsaslanan iddia tələbini rədd etmiş, əsassız qarşılıqlı iddianı qismən, yəni mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində təmin etmiş, qarşılıqlı iddianı orderin etibarsız hesab edilməsi hissəsində isə təmin etməyərək tamamilə ziddiyyətli qətnamə qət etmiş, nəticədə isə iddiaçın mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh2 aldığı mənzilə köçməmiş, bir gün də olsun oarada yaşamamışdır, alğı-satqı müqaviləsi formal bağlanmışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 vicdanlı alıcıdır. Mənzilin alğı-satqısı qanunvericiliyin bütün tələbələrinə əməl edilməklə baş tutmuş, DƏDRX-d yoxlamadan keçmişdir. Buna görə də Cavabdeh2 mənzillə əlaqədar hər hansı şübhəsi olmamışdır. Cavabdeh2 mənzil mübahisəsi barədə, ümumiyyətlə, heç bir məlumatı olmamışdır Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, ilkin iddia rədd, qarşılıqlı iddia tələbi isə mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbini Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən order Cavabdeh2 marağına toxunmur, onun üçün heç bir hüquqi nəticə əmələ gətirmir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-958/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə ilk iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, qanunvericiliyə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin bir əsası kimi də mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır. Belə olan halda, "xxxx" Mənzil Kooperativinin iclas protokolları və pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsi barədə gəlinən qənaət əsaslı sayıla bilməz. Bundan başqa, mübahisədə adı keçən mənzil əvvəlcə iddiaçıya, sonradan isə Kooperativin ümumi yığıncağının qərarı ilə qeyd edilən cavabdehlərin adına keçibsə, iddiaçının həmin iclas protokolları və maliyyə arayışlarının etibarsız hesab edilməsi ilə bağlı subyektiv hüququnun olmaması barədə gəlinən nəticə də əsaslı sayıla bilməz. Həmçinin işin mübahisəsiz halından biri də odur ki, mübahisədə adı keçən mənzil ilkin olaraq orderlə iddiaçıya məxsus olub, mənzil sonradan Cavabdeh1 adına ilkin qeydiyyatdan keçib. İddiaçı Cavabdeh1 adına iclas protokolu, maliyyə arayışı və ilkin qeydiyyatı mübahisləndirsə də, məhkəmələr həmin mənzilin Cavabdeh1 adına ilkin qeydə alınma əsaslarını yoxlamadan, Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddianı rədd etmiş və bunu yalnız onunla əsaslandırblar ki, həmin protokol və arayış işdə yoxdur və onlar hüquqi nəticə doğurmayan sənədlərdir. İddianın həmin hissədə rədd edilməsi üçün göstərilən bu əsas qəbul edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, həmin sənədlər hüququn qeydə alınmasına əsas verən sənədlər olduğu üçün onların hüquqi nəticə doğurmaması barədə gəlinən nəticə səhv olub. Ümumiyyətlə, Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısının əsaslı olub-olmaması barədə iddia tələbinə məhkəmələr tərəfindən qiymət verilməməsi nəticədə iddiaçını ziyan tələbi ilə bağlı iddia qaldırmaq kimi hüquqi müdafiə imkanından məhrum etmişdir. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh2 vəkilinümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxaraq, qətnamənin hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə yoxlanılmadığını bildirmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “ilk iddia tələbinin təmin edilməyən” hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ilkin iddia tələbi qismən, yəni yoxlanılan hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi bir tərəfdən işin mübahisəsiz halları kimi mübahisədə adı keçən mənzilə dair İddiaçı adına order verilməsini, "xxxx" MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X5 qanunsuz əməlləri nəticəsində həmin mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh6 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmasını müəyyən etmiş, digər tərəfdən də iclas protokolları və maliyyə arayışlarının işdə olmamasını, iclas protokolu və maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsini və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququnun olmamasını göstərməklə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmü ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Emil Məhərrəmov tərəfindən "xxxx" MK-nın xx.xx.2014-cü il tarixli, 02 nömrəli iclas protokolu, protokoldan çıxarış və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh5 satılmış (cild 05, cinayət işi vərəqə 21-24), yenə həmin şəxs tərəfindən "xxxx" MK-nın xx.xx.2016-cı il tarixli, 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh6 satılmış (cild 03, cinayət işi vərəqə 76, 78), yenə həmin şəxs tərəfindən "xxxx" MK-nın xx.xx.2016-cı il tarixli, 01 nömrəli iclas protokolu, protokoldan çıxarış və həmin tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 4 nömrəli evin 7-ci mənzili Cavabdeh1 satılmışdır (cild 04, cinayət işi vərəqə 257-259). Yuxarıda sadalanan iclas protokolları, protokoldan çıxarış və maliyyə arayışları maddi sübut qismində cinayət işinin materiallarında saxlanılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin bir əsası kimi də mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır. Belə olan halda, "xxxx" Mənzil Kooperativinin iclas protokolları və pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsi barədə gəlinən qənaət əsaslı sayıla bilməz. Həmçinin işin mübahisəsiz halından biri də odur ki, mübahisəli mənzil ilkin olaraq orderlə iddiaçıya məxsus olmuş, daha sonra mənzil Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 satılmış, sonuncunun adına ilkin qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 adına tərtib edilmiş iclas protokolu, maliyyə arayışı və ilkin qeydiyyatı mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsi cavabdehlərin adına verilmiş iclas protokollarının, maliyyə arayışlarının və Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddianı rədd etmiş və belə əsaslandırmışdır ki, həmin protokol və arayış işdə yoxdur və onlar hüquqi nəticə doğurmayan sənədlərdir. Yuxarıda qeyd edildiyi kimi, həmin sənədlər hüququn qeydə alınmasına əsas verən sənədlər olduğu üçün onların hüquqi nəticə doğurmaması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən iclas protokolları iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə hökmünün əsas sübutları kimi həmin işə əlavə edilmişdir və bu hal hökmdə təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki işin hallarından isə görünür ki, iddiaçının həmin iclas protokollarını və maliyyə arayışlarını mübahisələndirməyə subyektiv hüququ vardır. Kollegiya mübahisələndirilən iclas protokolları və maliyyə arayışları hissəsində iddiaya qiymət verərkən qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı mübahisəli mənzilin ilkin qeydiyyatına əsas olmuş hüquqmüəyyənedici sənədləri DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məlum olmuşdur ki, "xxxx" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli, 01 saylı protokoluna əsasən X14 «BAKİ» MK-nın üzvlüyündən çıxarılmış, Cavabdeh1 “BAKİ” MK-ya üzv qəbul edilmiş və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 3 m.8-də yerləşən 4 otaqlı ümumi sahəsi 137 kv.m. olan mənzil onun adına keçirilmişdir. 17 may 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 3 mənzil 8 üzrə pay dəyəri tərəfindən tam ödənilmişdir. Həmçinin, "xxxx" MK tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 7-də qeydiyyatda olduğu barədə arayış verilmişdir. Bu sənədlər əsasında mübahisəli mənzilin ilkin qeydiyyatı Cavabdeh1 adına aparılmışdır. Kollegiya, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzili ilə Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6 saylı evin, 7 saylı mənzilinin eyni mübahisə obyekti olması qənaətindədir və bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən, işin mübahisəsiz halı kimi qiymətləndirilir. Göründüyü kimi, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 034202 saylı order əsasında iddiaçıya verilmiş mənzilin onun iradə ifadəsi olmadan digər şəxslərə verilməsi mülkiyyət hüquqlarının kobud pozuntusudur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmadan ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3527/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3527/2022
07.07.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver