Məhkəmə qərarları › İş №2(103)-3528/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3528/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3528/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı “xxxxxxx” İKB ASC Cavabdeh qarşı kredit ödənilməsi iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4561/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh 1686,04 (bir min altı yüz səksən altı manat dörd qəpik) manat əsas, 220,45 (iki yüz iyirmi manat, qırx beş qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1956,49 (bir min doqquz yüz əlli altı manat, qırx doqquz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumun iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxxxxx” KB X6 Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 1686,04 manat əsas, 220,45 manat faiz, 504,30 manat cərimə, cəmi 2410,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 22% ödəmək şərtilə 6115 AZN məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.16-cı bəndinə əsasən “Bu Müqavilə üzrə “Borcverən” kredit xəttinin limitini 20.000 AZN-dək artıra bilər”. Bu müqavilənin 1.3cü bəndinə əsasən “Bu halda borcalanın razıılığı tələb olunmur”. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi iizrə xx.xx.2019-cu il tarixinə «xxxxxxx» KB ASC-yə 1686,04 AZN əsas, 220,45 AZN faiz, 504,30 AZN cərimə, cəmi 2410,79 AZN borcu yaranmışdır. Tərəllər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cıiltarixli №420nkNAR/16 nömrəli Kredit və X5 surətindən görünür ki, “Bank” “Müştəri”yə 35 (otuz beş) ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik faiz dərəcəsi 22 (iyirmi iki) faizədək olmaq şərtilə 6115,00 (altı min bir yüz on beş) manat məbləğədək krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 22 faiz təşkil edir. Həmin müqavilənin 3-cü bəndinə görə borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 180 faizdən-360 faizədək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180 faizdən-360 faizədək miqdarında cərimə tətbiq edir. İş materiallarında olan bank tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, xx.xx.2016-cı il tarixli № 420nkNAR\16 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx xxxxxx 2019-cu il tarixinə 1686,04 manat əsas, 167,85 manat faiz, 253,60 manat cərimə, cəmi 2107,49 manat borcu yaranmışdır. İş materiallarında olan bank tərəfindən aidiyyatı məhkəmə orqanlarına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, № 420nkNAR\16 nömrəli müqavilə üzrə Cavabdeh ümumi borcu 2410,79 (iki min dörd yüz on manat yetmiş doqquz qəpik) manat (əsas məbləğ üzrə 1686,04 manat, faiz üzrə borc 220,45 manat, cərimə faizləri 504,3 manat olmaqla) təşkil edir. İş materiallarında olan «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli №420nkNAR/16 nömrəli Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, xx xxxxxx 2017ci il tarixdən başayaraq 35 ay müddətinə aylıq ödəniş məbləği 240 manat təşkil edir. İş materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən təqdim edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixə banka olan borcu 1686,04 manat əsas, 220,45 manat faiz, 504,30 manat cərimə, cəmi 2410,79 manat borcu vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə «xxxxxxx» KB ASC-nin iddiasının xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 504.30 manat cərimənin tutulması hissəsinə münasibətdə dəbbə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, cavabdehdən 50 manat məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxaıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar