Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3528/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı, 23 aprel 2025-ci il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli icarə müqaviləsinə əsasən, GRATHOS CDD 775 tipli 700 KVA-lıq generatora istismar şərtlə pozulması nəticəsində vurulmuş 25 000 (iyirmi beş min) manat zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(007)- 2017/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli icarə müqaviləsinə əsasən GRATHOS CDD 775 tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 (iyirmi beş min) manat zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsinə əsasən (hakim Rauf Əhmədovun sədrliyi ilə) iddia təmin edilməklə, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli 3M-1686 saylı nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CC 775” tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat maddi zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsi yalnız yazılı müraciətdən sonra Maraqlı şəxs yaşadığı ünvana xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur və tərəfindən 1 aylıq müddət ərzində məhkəmə aktından apellyasiya şikayəti verilmişdir. Bununla da şikayət verilməsi üçün prosessual müddətlər ötürülməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı, 23 aprel 2025-ci il tarixli qərardadı ilə 2(007)-2017/2024 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsivəkili Vəkil2 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs məhkəmə qətnaməsini əldə etmək üçün müraciət etdiyi ərizəsində qeyd etmişdir ki, o, məhkəmə mübahisəsi üzrə tərəf deyil və bu mübahisədən ümumiyyətlə xəbəri olmamışdır. Cavabdeh ASC tərəfindən ona pretenziya məktubu göndərilmiş və ondan sözügedən qətnamə əsas gətirilərək pul tələb edilmişdir. Onun maraqlarına toxunduğundan o, məhkəmə aktını əldə etmək üçün müraciət etmişdir. Maraqlı şəxs Cavabdeh ASC-nin direktoru vəzifəsində çalışır, və o, məhkəmə prosesindən, məhkəmə iclaslarının keçirilməsindən məlumatlı olmuş və elektron kabinet vasitəsilə iddia ərizəsinə etirazını da məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2017/2024 saylı qətnaməsi isə xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə məxsus elektron kabinetə yerləşdirilərək tərəfə rəsmi qaydada təqdim edilmiş, lakin qanunla nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verməmişdir. Həmin qərardaddan Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2017/2024 saylı qərardadının ləğv olunmasını, Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(007)-2017/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-1686 nömrəli icarə müqaviləsinə əsasən GRATHOS CDD 775 tipli 700 KVA-lıq generatora istismar şərtlə pozulması nəticəsində vurulmuş 25.000 (iyirmi beş min) manat zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin cavabdeh “Karkas" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsinə əsasən (hakim Rauf Əhmədovun sədrliyi ilə) iddia təmin edilməklə, “KARKAS" ASC-dərxx.xx.2021-ci il tarixli 3M-1686 saylı nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775" tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25.000 manat maddi zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti ilə birgə məhkəməyə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2017/2024 saylı qərardadına əsasən (hakim Rauf Əhmədovun sədrliyi ilə) xx.xx.2024-cü il tarixli qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs “Karkas" ASC-nin direktoru vəzifəsində çalışır və o, məhkəmə prosesindən, məhkəmə iclaslarının keçirilməsindən məlumatlı olmuş və elektron kabinet vasitəsilə iddia ərizəsinə etirazını da məhkəməyə təqdim etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(007)-2017/2024 saylı qətnaməsi isə xx.xx.2024-cü il tarixdə cavabdeh “Karkas" ASC-yə məxsus elektron kabinetə yerləşdirilərək tərəfə rəsmi qaydada təqdim edilmiş, lakin qanunla nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verməmişdir. Hesab edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qərardadı qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, qərardadın əsaslandırıcı hissəsində qeyd olunur ki, məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(007)-2017/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə məxsus “Elektron Məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetinə yerləşdirilmiş, qətnamə rəsmi qaydada verilməsindən sonra qanunla müəyyən edilmiş müddət ərzində ondan apellyasiya şikayəti verməmiş, prosessual müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Məhkəmənin bu mövqeyi özlüyündə ziddiyət yaradır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(007)-2017/2024 saylı qətnaməsi üzrə iddia tələbi Maraqlı şəxs deyil, məhz Cavabdeh ASCyə qarşı irəli sürülmüşdür. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "Karkas” ASC-nin direktoru vəzifəsində çalışmışdır (əmək kitabçası və əmək müqaviləsi bildirişi əlavə olunur). Yəni Maraqlı şəxs Cavabdeh ASC-nin vəzifəli şəxsi kimi iddia tələbinə öz etirazını bildirməsi ona gələcəkdə çıxarılacaq yekun məhkəmə aktından bəribaşdan xəbəri olması kimi əlavə öhdəliklər yaratmamışdır. Çünki Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə direktor vəzifəsindən azad olunduqdan sonra o, iş üzrə Cavabdeh ASC-yə aid olan asan imza və s. vacib rekvizitləri təhvil vermişdir. Bununlada Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən sonra hüquqi şəxs Cavabdeh ASC-nin adından “Elektron Məhkəmə” informasiya sistemindən istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Belə olduğu təqdirdə Maraqlı şəxs artıq fiziki şəxs statusunda olaraq məhkəmənin sonrakı dövr ərzində etdiyi prosessual hərəkətlərdən xəbəri olmamışdır. Göründüyü kimi məhkəmənin qətnaməsinin rəsmi qaydada xx.xx.2024-cü il tarixdə elektron sistem vasitəsilə Cavabdeh ASC-yə verilməsini, fiziki şəxs olaraq Maraqlı şəxs da şamil etməsi absurddur... Məhkəmənin özünü sığortalamaq məqsədi ilə bundan bir-neçə gün öncə Maraqlı şəxs fiziki şəxs qismində “Elektron Məhkəmə” informasiya sisteminə əlavə etməsi də özlüyündə çox şeyi ifadə edir. Qərardadın əsaslandırıcı hissəsində qeyd olunur ki, “Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Maraqlı şəxs Cavabdeh ASC-də “direktor” vəzifəsində çalışır. Bu cümlənin özlüyündə nə ifadə etməsi yenə də anlaşılan deyil. Axı necə ola bilər ki, xx.xx.2024-cü il tarixdə işdən azad olunan şəxs hazırda “direktor” vəzifəsində çalışsın ?... Dövlət Vergi Xidmətinin informasiya sistemindən də müəyyən olunduğu kimi Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixdən etibarən yeni direktoru X3r. Bu hal doğrudan da məhkəmənin fiaskosudur. Yuxarda qeyd edilənlərdən də görünür ki, hakim öz qərardadını fərziyyə, güman və ehtimallarla əsaslandırmışdır. Hakim hər vasitə ilə maraqlı şəxsin apellyasiya şikayətinin verilməsini şübhə altına almaq istəmişdir. Yuxarda qeyd edilənlərdən də aydın görünür ki, məhkəmə qətnaməsi hazırkı vəziyyətdə maraqlı-fiziki şəxs Maraqlı şəxs onun müraciətindən sonra rəsmi qaydada qərardadda da qeyd edildiyi kimi məhz xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə xəbərnaməyə imza edilməklə təqdim edilmişdir və bununla da apellyasiya şikayəti müddət ötürülmədən verilmişdir. Nizami Rayon Məhkəməsinin hakimi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qətnamə qəbul etməsini və həmin qətnamənin yuxarı inistansiya məhkəməsində ləğv prespektivini anlayır və ona görə də apellyasiya şikayətinin yuxarı instansiya məhkəməsində baxılmasına hər vasitə ilə mane olmağa çalışır. Belə olduğu təqdirdə hesab edir ki, məhkəmənin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı, 5 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edilməlidir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPM-nin tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi apelyasiya şikayəti ilə müraciət edən Maraqlı şəxs sözügedən mülki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi 19 avqust 2024-cü il tarixli 2(007)-2017/2024 saylı qətnamə ilə hüquq və vəzifələrinə toxunub-toxunmamasını müəyyən etmədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəblərini araşdıraraq, bərpa edilməməsi barədə qərardad qəbul etmişdir. Halbuki məhkəmə Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna həm də işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də malik olduqlarını nəzərə alaraq, bu məsələni, yəni mübahisələndirilən qətnamənin müraciət edən Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsini yoxlamalı, bunun nəticəsinə dair Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən müvafiq qərardad qəbul etməli idi. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət qismən əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı, 23 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı mülki iş üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün yenidən həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı 23 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2017/2024 saylı iş üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3528/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3528/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver