Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3531/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İslehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İslehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4143,60 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4173,60 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8750/2019 saylı qətnaməsi ( iş.səh. 76), "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktı (səh.23) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 309 manat 60 qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 2 manat 24 qəpik hissəsi tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 27,76 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 72;Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011 ci il tarixli 80 saylı qərarının 1.3, 4.2, 4.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1, 448.2;iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı yalnız xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsas götürülməklə həmin akt üzrə hesablanmış 309,60 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli iddia tələbi 7.47% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 2.24 manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il qətnaməsini ləğv edərək, iddia tələbini əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edərək "İddiaçı" İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9, SOCARın Şurasının xx.xx.2011 - ci il tarixli, 11 nömrəli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarının 6.5-ci maddəsinə;Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1, 87.2, 385.1, 442, 448.1;“Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx xxxx 2000-ci il tarixli, 356 saylı Fərmanın 3, 9 bəndlərinə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına;Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndinə istinadən qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 000712 saylı akt əsasında 1663,20 manat, xx.xx.2018- ci il tarixli, ******* saylı akt əsasında 1598,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 309,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 54 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, cəmi 4143,60 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4143,60 (dörd min yüz qırx üç manat, altmış qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdeh ilə bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.201 tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalan’’na (Əlavə olunur) əsasən müəyyən edilmişdir.Məhkəmə baxışı zamanı faktın həqiqiliyini sübut etmək məqsədi ilə yerli baxış və ya ekspertizanın keşirilməsi tərəfimizdən təklif edilsədə məhkəmə buna əhəmiyyət verməyərək yalnız cavabdehin izahatına əsaslanıb qanunsuz qətnamə qəbul etmişdir. Belə bir vəziyyətdə məhkəmənin yalnız cavabdehin izahatına əsaslanaraq qətnamə qəbul etməsi özlüyündə işin obyektiv həlli üçün tələb olunan bütün halların və sübutların araşdırılmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 1096.1, 1096.2, 1097.1, 1098, 1115; MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8750/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01330) hesablanmış qaz sərfiyyatına görə 3261,60 manat və sayğacın dəyərinə görə 235,88 manat borcun silinməsi cavabdeh İddiaçı İstehsalat Birliyinə həvalə edilmişdir. Tərtib edilmiş aktların əksəriyəti qeyd edilən dövrə təsadüf edir və məhkəmə aktı ilə müəyyən edilmiş halların yenidən araşdırılması prosessual cəhətdən yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci MPM-in 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-556/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3531/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3531/2020
11.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver