Məhkəmə qərarları › İş №2(103)-3536/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3536/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3536/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X2, Cavabdehn nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” cəlb edilməklə) “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-555/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı adına Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli şəhər Xəstəxanasında tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə müayinələrdə olmuşdur. USM-də: Qaraciyər: sağ payın çəp vertikal ölçüsü 135 mm (Nmax~150 mm), Sol payın qalınlığı 60 mm (N~60 mm) exogenliyi: artıb, piy distrofıyası təyin edilir 11°. Öd kisəsi: deformasiyalıdır, divarları qalınlaşıb, boşluğunda böyüyü 12 mm ölçüdə konkrementlər izlənilir. MAV: ölçüləri N, exogenliyi zəif artıb. Dalaq: ölçüləri N(N~120x40 mm), strukturu homogen, exogenliyi adi. Sağ böyrək; tipik yerləşib, ölçüləri N(N~ 100- 120x3 5-45 mm). Parenximanın qalınlığı 17 mm (N~ 15-20 mm). Kristalizasiya var. Sol böyrək: tipik yerləşib, ölçüləri N (N~10Ü-120x35-45 mm). Parenximanın qalınlığı 17 mm (N-15-20 mm). Kristalizasiya var. Döş qəfəsi üzvlərinin R-skopiyasında: Hər iki ağciyərdə ocaqlı və infıltrativ dəyişikliklər aşkar olunmadı. Ağciyər şəkli difflız güclənib, kökətrafında və aşağı hissələrdə zəif defonnasiyalıdır. Köklər geniş və zəif strukturludur. Corkardiotorakal nisbət artıb, qalxan və enən genişlənib, taxikardiya izlənilir. Sinuslar sərbəstdir. Diafraqma gümbəzlərinin vəziyyəti adidir, ekskursiya qənaətbəxşdir. İddiaçı adına Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ-nin 2 nömrəli şəhər Xəstəxanasında tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Üst abdomen KT nativ müayinəsində olmuşdur. Nəticə: Hepatomeqaliya. Öd kisəsində dib hissədə millimetrik ölçülü daşlar, xoledox 9 mm diametrində dilatasiya, mənfəzində distalda 4 mm ölçülü daş və ya qum dənəcikləri, kəsiklərə düşmüş sağ yumurtalıqda 50x48 mm aksial ölçülü kistik lesion. İddiaçı Azar qızının adına “Diaqnoz Tibb Mərkəzin”ndə tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12-41-də “Xoledoxolitiaz” diaqnozu ilə cərrahiyyə şöbəsinə daxil olmuşdur. Daxil olarkən şikayətləri sağ qabırğaaltı nahiyədə ağrılar, ağrıların sağ kürəyə irradiasiya etməsi, dispepsiya, ümumi zəiflikdən, ibarət olmuşdur. An.morbi: Xəstənin deməsinə görə 1-2 həftədir ki, ağrılardan əziyyət çəkir. Son zamanlar şikayətləri artmış, bununla əlaqədar olaraq klinikaya müraciət etmişdir. Ambulator müayinə zamanı qeyd olunan diaqnoz müəyyən olunmuşdur. Xəstə stasionar şəraitdə müayinə və müalicə üçün hospitalizasiya olunur. An.vitae: Özünün deməsinə görə dərman preparatlarına qarşı heç bir allergik reaksiyası olmamışdır. St.preasens: Dəri və görünən selikli qişalar subikterikdir. Normal bədən quruluşuna malik olub, dəri altı piy təbəqəsi normal inkişaf etmişdir. A/T-l 30/80 mm.cv.st. Nəbz dəqiqədə 80 vurğu olub, ritmiki, kafi dolğunluqdadır. Auskultasiyada ağciyərlə üzərində sərt tənəffüs eşidilir. Dili nəm, qarnı yumşaqdır. Fizioloji aktlar normaldır. Əməliyyatönü epikriz: Xəstə klinikaya, xoledoxolitiaz diaqnozu ilə daxil olmuşdur. Diaqnoz aparılan kliniki, laborator, MRT nəticələri ilə müəyyən olunmuşdur. Xəstədə cərrahi əməliyyat ERXPQ əməliyyatı planlaşdırılır. Əməliyyata əks göstəriş yoxdur. Xəstə və yaxınlarına əməliyyat barədə ətraflı məlumat verilmişdir. Xəstənin yaxınları əməliyyata razıdır. xx.xx.2024-cü il tarixdə ETN altında “ERXPQ. EPST. Xoledoxdan daş ekstraksiyası” cərrahiyyə əməliyyatının icrasına başlanıldı. Əməliyyatın gedişatı: Duodenoskopla 12.b.b. daxil olundu. Papilla fater və xoledox selektiv kateterizasiya olundu. EPST aparıldı. Xoledoxa kontrast vuruldu. Xoledoxda daş aşkarlandı. Balon vasitəsilə konkrementlər xaric edildi. Əməliyyatdan sonrakı dövrdə xəstəyə antibakterial, simptomatik müaliclər aparılmış, ağırlaşma olmamışdır. Xəstə xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Son klinik diaqnoz: “Xoledoxolitiaz”. İddiaçı adına Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli şəhər Xəstəxanasında tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 0930-da “Öd daşı xəstəliyi” diaqnozu ilə cərrahiyyə şöbəsinə daxil olmuşdur. Daxil olarkən şikayətləri sağ qabırğaaltı nahiyəsində tez-tez təkrarlanan kəskin ağrı, xüsusilə yağlı qida qəbulundan sonra yaranan küt ağrının artmasından, sağ kürək nahiyəsinə irradiasiya etməsindən, ağzında acılıq, quruluqdan ürəkbuluanmadan, köpdən, qarını aşağı nahiyəsində olan ağrıdan, ümumi halsızlıqdandır. An.morbi: Bir ilə yaxındır ki, özünü xəstə hesab edir. Simptomatik müalicə alıb, müalicə effektsiz olub. Getdikcə şikayətləri, ağrıları artığından xəstəxanaya müraciət edib. An.vitae: TBS, BB, zöhrəvi xəstəlikləri özündə və ailəsində inkar edir. Ailə-məişət vəziyyəti kafidir. Pis vərdişləri yoxdur. Hemotransfuziya olunmayıb. Allergik dərman reaksiyası yoxdur. Keçirdiyi cərrahi əməliyyatlar: Tonzilektomiya, Adenoidektomiya (~10 yaş). St.preasens: Huşu aydındır. Ümumi vəziyyəti kafidir. Dəri və görünən selikli qişaları solğundur. Periferik limfa vəziləri əllənmir. Tənəffüsü sərbostdir. Ağciyərlər üzərində sərtləşmiş tənəffüs eşidilir. Sp02- 99%, TSH-17. Obyektiv: THS-18. PS-95 v/dəq. A/T-l 10/70 mm.cv.st. Sp.02-99%. Ürək tonları karlaşmış. Dili nəmlidir, ərplidir. Sidik adekvatdır, stul qəbizliyə meyillidir. St.localis: Palpator qarın yumuşaq, az köplüdür, sağ qabırğaaltı və hipoqastral nahiyədə ağrılıdır. USM-də: Öd kisəsinin boşluğunda böyüyü 12 mm ölçüdə konkrementlər izlənir, Sağ yumurtalıqda 41x32 mm ölçüdə, sol yumurtalıqda 88x72 mm ölçüdə sadə kista izlənilir. Diaqnoz: “Xroniki daşlı xolesistit. Hər iki yumurtalığın kistası”. Əməliyyatönü epikriz: Xəstədə öd daşı xəstəliyinin, USM-də öd kisəsinin mənfəzində konkrementlərin olması, ağrılarla, dispeptik əlamətlərlə mütəmadi onu narahat etməsi, konservativ müalicənin effektsizliyi, xəstəliyin ağırlaşma ehtimalının olması və xəstədə hər iki yumurtalıqda kistanın olması, xəstəni mütəmadi ağrılarla narahat etməsi planlı cərrahi əməliyyata göstərişdir. Xəstəyə ümumi anesteziyanın tətbiqi ilə “Laporoskopik Xolesistektomiya. Hər iki yumurtalıqda kistektomiya” cərrahi əməliyyatları planlaşdırılır, anestezioloqun baxışı olub. Xəstənin razılığı alınmışdır. xx.xx.2024-cü il taridə ümumi anesteziya altında “Laparoskopik xolesistoektomiya. Yumurtalıqların iki tərəfli pazvari rezeksiyası” cərrahiyyə əməliyyatının icrasına başlanıldı. Əməliyyatın gedişatı: 4 tipik yerdən 5 mm və 10 mm ölçüdə troakarlar laporoskopun nəzarəti altında qarın boşluğuna yeridildi. Qarın boşluğuna 12 atmosfet hava vuruldu. Təftiş zamanı qaraciyər böyüməyib, adi rəngli, səthi hamar. Öd kisəsi gərgindir, ölçüsü ~7.5x3.5 sm. Xoledox işlənməyib. Kalo üçbucağı disseksiya edildi. Ductus və arteriya Cysticus izolə edilib, klipslənib, kəsildilər, xolesistektomiya olundu. Hemostaz yaradıldı. Vinslov dəliyinə drenaj yerləşdirildi, fiksə edildi. Kisə xaric edildi. Sağ yumurtalıqda ~4.1x3.2 sm, sol yumurtalıqda 8.8smx7.2 sm ölçüdə sadə kista təyin edilir. Hər iki tərəfdə kistalar yatağından ayrıldı, əsasından iki dəfə klipsləndi, kəsildi, yumurtalıqlar pazvari rezeksiya edildi. Qarın boşluğu quruduldu. Hemostaz aparıldı. Kiçik çanaqda drenaj saxlanıldı.Yaralar tikildi. Aseptik sarğı. Makropreparat: Öd kisəsinin ölçüsü~7.5x3.3 sm, boşluğunda müxtəlif ölçülərdə (Böyüyü~1.2 sm) konkrementlərlə. Sağ yumurtalıqda ~4.1x3.2 sm, sol yumurtalıqda 8.8x7.2 sm ölçüdə kistoz törəmə ilə birgə. Əməliyyatdan sonrakı diaqnoz: “Kəskin xolesistit. Hər iki yumurtalığın kistası”. xx.xx.2024cü il tarixdə vəziyyəti keçirdiyi əməliyyatın dərəcəsinə uyğundur. Şikayəti əməliyyat nahiyəsində olan ağrılardandır. Dili nəm, ərpli. Palpator qarın yumşaqdır. Sidik kateterlədir. Yara sarğı olundu. Aseptik sarğı. Drenajlar fəsliyyət göstərir. xx.xx.2024-cü il tarixdə vəziyyəti kafidir. Şikayəti yara nahiyəsində xəfif ağrılardandır. Obyektiv: Palpator qarın yumşaq, köpsüzdür. Stul olub. Hemodinamika stabildir. Yara sarğı olundu. Drenajlar təmizdir. Xaric edildi. Xəstə kafi vəziyyətdə həkim cərrahın ambulator müalicəsi üçün evə yazılır. Klinik diaqnoz: “Xroniki daşlı xolesistit. Hər iki yumurtalığın kistası”. Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının cərrahi şöbəsi tərəfindən verilmiş 0023500/4893 nömrəli çıxarış epikrizindən görünür ki, 2004-cü il təvəllüdlü İddiaçı “xroniki daşlı xolesistit” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdehnə maddi ziyanın ödənilməsi, əks təqdirdə məhkməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq ünvanlanmışdır. "xxxx" MMC cərrahi əməliyyatın ödəniş qəbzindən və ******* nömrəli epikrizdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 1450 manat ödəməklə “ERCP” əməliyyatı olunmuşdur. xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, dəyəri 21.60 manat olan dərman əldə edilmişdir. Cavabdehn xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə cavab verilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2017-ci il tarixli 059125 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X6 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası X13a üzrə Dövlət Agentliyinin 26 sentyabr 2025-ci il tarixli 11-10/2-942/2025 nömrəli məktubundan müəyyən olunur ki, aparılan araşdırmalar nəticəsində sığortaolunan İddiaçı (FİN: xxxxxxx) xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsdə stasionar yatışda olması, stasionar yatışı tamamlandıqdan sonra həmin gün (xx.xx.2024) saat 15:14-də “etebib.its.gov.az” portalının göndəriş təsdiq modulu üzərindən stasionar və planlı göndəriş formalaşdırılması, xəstə haqqında məlumatlar yazılı olaraq daxil edilməsi və göndərilən xəstəxana tərəfindən təsdiq olunması müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, göndəriş təsdiqlənmiş olmasına baxmayaraq sığortaolunanın "Yeni Klinika" publik hüquqi şəxsə müraciəti olmamışdır. “X13a fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qayda”sının tələblərinə əsasən göndəriş yaradıldıqdan sonra sığortaolunan tibb müəssisəsinə müraciəti (köçürülməsi) zamanı bu Qaydanın 4.3-cü bəndində qeyd olunan sənədlər təqdim olunmalıdır. Əlavə olaraq bildirilir ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən 2026-cı il yanvarın 1-dək, müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü maddəsi qüvvəyə minənədək sığortaolunanlar müştərək maliyyələşmə məbləği ödəmədən tibb müəssisələrinə birbaşa müraciəti mümkündür. Bu səbəbdən göndərişin olmaması sığortaolunanların dövlət tibb müəssisələrinə birbaşa müraciətləri qarşısında əngəl yaratmamaqdadır. Müraciətdə tibbi-iqtisadi ekspertlərə ünvanlanan sualları ardıcıllıqla cavablandıraraq bildirilir ki: "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs tərəfindən X13a fondunun vəsaiti hesabına tibbi xidmətlərin göndərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydalarının 4.3-cü bəndinin tələblərinə uyğun elektron göndəriş formalaşdırılmışdır. Göndəriş formalaşdırılması zamanı göndərilən tibb müəssisəsi tərəfindən operativliyi təmin etmək və göndəriş verilən xidmətin özündə icrasının mümkünlüyünü müəyyən etmək məqsədilə əlavə diaqnostik müayinələrin olubolmaması dəqiqləşdirilə, göndəriş vərəqi ilə müraciət edən sığortaolunanların həmin sənədləri özü ilə gətirməsi xahiş edilə bilər. Qeyd edildiyi kimi, mövcüd qaydalara əsasən sığortaolunanın Cavabdehnə göndəriş vərəqəsi olmadan da birbaşa müraciəti mümkün olduğu üçün göndəriş vərəqəsinin olmaması və ya natamam olması onların tibb müəssisəsinə müraciətlərini məhdudlaşdırmır. Göndərişlər qaydasının tətbiq olunmasında əsas məqsədlər sığortaolunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması, göndəriləcək tibb müəssisəsində tələb olunan ixtisaslı xidmətin mümkünlüyünü öncədən müəyyənləşdirilməsini, yanlış yönləndirilmə risklərini azaltmaqla müalicə prosesində operativliyin və sığortaolunanların göndəriş axınına elektron nəzarətin təmin edilməsidir. Göndəriş hazırlanması prosesində məsul əməkdaşlar öz aralarında kommunikasiya etmə, göndəriləcək xidmətin göstərilməsinin mümkünlüyü müəyyən etmə məqsədilə qarşılıqlı məlumat mübadiləsi etmə imkanlarına malikdirlər. X13a üzrə Dövlət Agentliyinin elektron məlumat bazasında sığortaolunan İddiaçı “Yeni Klinika" publik hüquqi şəxsə müraciət etməsi, müayinə və müalicə olunması ilə bağlı heç bir məlumat tapılmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, sığortaolunana xx.xx.2024-cü il tarixində "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsdə icra olunmuş yuxarı qarın boşluğu KT (kompüter tomoqrafiyası) müayinəsinin rəyində: “Öd kisəsi və öd yolları xəstəliklərində USM (ultrasəs) və MRT (maqnit rezonans tomoqrafiyası) müayinələri daha informativdir!”- qeyd olunmuşdur. Lakin sığortaolunanın xidmət tarixçəsinə baxdığımız zaman həmin xidmətlərin təyin olunmaması müşahidə edilmişdir. "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsdə sığortaolunana xx.xx.2024-ci il tarixində saat 15:14-də “e-tebib.its.gov.az” portalının Göndəriş təsdiq modulu üzərindən stasionar və planlı göndəriş formalaşdırılmışdır. Sığortaolunların tibbi yardıma əlçatanlığını məhdudlaşdırmamaq, göndəriş vərəqəsi olmadan da dövlət tibb müəssisələrinə birbaşa müraciətlərini mümkün etmək məqsədilə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmiş, 2026-cı il yanvarın 1-dək, göndəriş vərəqəsi olmadan və müştərək maliyyələşmə məbləği ödəmədən tibbi xidmət almaları mümkün edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji natomiya Birliyi” publik hüquqi şəxsinin 848/KEŞ saylı xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli şəhər Xəstəxanasında aparılmış ultrasəs (xx.xx.2024-cü il tarixdə) və üst abdomen kompyüter tomoqrafiya (xx.xx.2024-cü il tarixdə) müayinə nəticələrinə əsasən, ona “Xoledoxolitiaz” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2024-cü il tarixdə onun üzərinə “Diaqnoz” Tibb Mərkəzində “ERXPQ. EPST. Xoledoxdan daş ekstraksiyası” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Diaqnoz” Tibb Mərkəzinə daxil olduqdan sonra ona kliniki, laborator (qaraciyər göstəriciləri), instrumental müayinələr aparılıdıqdan sonra “ERXPQ. EPST. Xoledoxdan daş ekstraksiyası” cərrahiyə əməliyyatı icra edilmişdir. Əməliyyat tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Xəstədə cərrahi ağırlaşma qeyd edilməmişdir. İddiaçı kliniki vəziyyətinə uyğun olaraq ona planlı qaydada “ERXPQ. EPST. Xoledoxdan daş ekstraksiyası” cərrahiyə əməliyyatı icra edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun səhhətində ciddi problemlər yaranmış və o, Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli şəhər Xəstəxanasına müraciət etmiş, ona təcili olaraq «papilosfinkterotomiya» əməliyyatı təyin edilmiş və xx.xx.2024-cü il tarixli epikrizlə həmin əməliyyatın aparılması cavabdeh klinikaya həvalə edilmişdir. Lakin həmin tarixdə o, xəstəxanaya müraciət etmiş, TƏBİB tərəfindən verilmiş müvafiq sənədlər klinikaya təqdim olunmuş, lakin sənədlərin yarımçıq olması bəhanəsi ilə o, əməliyyata salınmamış, səhhəti artıq kritik həddə olduğu üçün məcburiyyət qarşısında qalaraq və borc-xərc edərək "xxxx" MMC-yə 1450 manat ödəniş etmiş və xx.xx.2024-cü ildə onun əməliyyatı aparılmışdır. Bundan başqa bütün dava-dərmanlar tərəfindən alınmış və ümumilikdə bu əməliyyata 1600 manat xərci çıxmışdır. Halbuki bu əməliyyatın icbari sığorta xətti ilə cavabdeh klinikada pulsuz və heç bir ödəniş aparılmadan keçirilməsi nəzərdə tutulmuş, lakin cavabdeh onun həyatının təhlükədə olmasına baxmayaraq sənədlərin tam olmaması bəhanəsi ilə onu əməliyyata salmamışdır. Nəticədə ona 1600 manat ziyan dəymişdir. Tərəfindən çəkilən xərcləri təsdiqləyən qəbzləri və epikrizin surətini cavabdeh klinikaya sifarişli məktubla xx.xx.2024-cü il tarixdə göndərmiş və cavabdeh həmin məktubu xx.xx.2024-cü ildə alsa da ona cavab belə verməmişdir. Buna görə də o, cavabdehin təqsiri üzündən ona dəymiş 1600 manat maddi ziyanın ödənilməsini ondan tələb edir. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhər Yeni Klinikadan ona dəymiş maddi ziyanın əvəzi olaraq 1600 manat pulun və tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən onun nəfinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehn nümayəndəsi X7 elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli şəhər Xəstəxanasına müraciət etməsinə, ona təcili olaraq “papilosfinkterotomiya” əməliyyatı təyin olunduğuna, xx.xx.2024-cü il tarixli epikrizlə həmin əməliyyatın aparılmasının Cavabdeh PHŞ-yə həvalə olunmasına, eləcə də onun tərəfindən Cavabdeh PHŞ-yə təqdim olunmuş, lakin Klinikanın həmin sənədlərin yarımçıq olması bəhanəsi ilə tibbi əməliyyatı icra etməməsinə istinad etmişdir. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, məcburiyyət qarşısında qalaraq "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2024-cü il tarixində sözügedən tibb mərkəzində ona tibbi əməliyyat icra edilmiş və həmin əməliyyata 1450 manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC-də əməliyyat olunmasına və tərəfindən alınmış dərmanlara ümumilikdə 1600 manat xərci çıxmışdır. İddiaçı iddiasında yuxarıda sözügedən xüsusatlara, eləcə də həmin iddia ərizəsində qeyd etdiyi digər hallara istinad etməklə, iddiasının hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin olunmamalıdır. E-TƏBİB sistemi üzərindən İddiaçı aid məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən E-TƏBİB elektron sistemi üzərindən planlı olaraq ERCP (Endoskopik retroqrad xolangiopankreatoqrafiya) xidməti üçün göndəriş qeyd olunmuşdur. Lakin KT müayinəsi nəticəsində hepatomeqaliya və öd kisəsinin mənfəzində distal hissədə 4 mm daş və ya qum dənəcikləri qeyd olunmasına baxmayaraq hepatomeqaliyanın səbəbini bildirən göstəricilərin və əməliyyatın gedişində həkimqastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən Cavabdeh PHŞ tərəfindən İddiaçı verilən göndərişin təsdiq edilməsi mümkün olmamışdır. 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən xəstəyə planlı olaraq ERCP xidməti üçün göndəriş tərtib olunsa da, göndərişi tərtib edən müəssisə tərəfindən ona həkim müayinəsi və tam qarın boşluğu KT (kompyuter tomoqrafiya) xidməti icra olunmamışdır. Göndərişi təqdim edən tibb müəssisəsinə ERCP xidməti üçün xəstənin MRCP və bilirubin qan analizinin nəticəsinin olmasının mütləqliyi bildirilmişdir. Eləcə də hepatomeqaliyanın nəyə bağlı olduğunu bildirən vital göstəricilərin və əməliyyatın gedişində həkim-qastroenteroloqa mütləq şəkildə vacib olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən İddiaçı planlı ERCP xidmətinin göstərilməsi və göndərişin təsdiqlənməsi qeyri-mümkün olmuşdur. Əməliyyatın icra olunması üçün yuxarıda göstərilən sənədlər göndərişə əlavə olaraq təqdim olunmadıqda pasiyentlər birbaşa olaraq Cavabdeh PHŞ-yə müraciət edib zəruri tibbi xidmətlərdən yararlana bilir. Lakin İddiaçı Klinikaya birbaşa müraciət etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, onun qızı idmanla məşğul olur, cüdo üzrə Respublika yığmasının üzvüdür. Qızının ağrıları tutumuş, təcili yardım çağırmışlar və onlar iynə vurub getmişlər. Onu ultrasəs müayinəsinə apardıqda ödündə 2 ədəd daş olduğunu demişlər. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasına apardıqda, onun təcili əməliyyat edilməli olduğunu bildirmişlər. Endoskapiya olunmaq üçün Yeni Klinikaya göndəriş yazılmışdır. X14 əməliyyat olunmağa qəbul etməmiş və sənədlərin düzgün olmadığını demişlər. O isə TƏBİB-ə zəng edərək sənədlərin qaydasında olduğunu öyrənmişdir. Əgər sənədlər qaydasında olmasa idi, TƏBİB bunu təsdiq etməzdi. Qızının bir günü olduğunu dedikləri üçün, onu təcili "xxxx"nə aparmış və onu təcili əməliyyata qəbul etmişlər. 1450 manat əməliyyat üçün ödəmiş və digər xərcləri də olmuşdur. Ona demişlər ki, 4-5 gün sonra ödünü də götürmək üçün gəlsin və o da 4-5 gün sonra getmiş və ödünü də götürmüşlər. Əməliyyat sığorta ilə olsa idi, bu qədər xərci çıxmazdı. Yeni Klinika demişdir ki, sənədlər tam deyil, TƏBİB isə demişdir ki, sənədlər tamdır. Onlar bir-iki gün gözləmişdir, lakin həkim demişdir ki, artıq qana keçir. Diaqnoz Tibb Mərkəzi əməliyyatı üzərinə götürmüş və qiymətini 1850 manat demişlər. O, Qarabağ əlili olduğunu, 5 uşağının olduğunu dedikdən sonra onlar 1450 manata razılaşmış, lakin dərmanları özünün almasını bildirmişlər. Pul tapmış və tez əməliyyat etdirmişdir. Onun əlavə dərmanlara verdiyi pul ilə birlikdə 1600 manat xərci çıxmışdır. O, yolda olan zaman zəng etmiş, qızı aparmaq istədiyini demiş, ona sənədlərin tam olmadığını bildirmişlər. Onun həkimi isə “istəyirsən uşağın əlində qalsın?” dediyindən özəl klinikaya aparmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyib, etirazda göstərdikləri xüsusatları müdafiə edib əlavə olaraq bildirdi ki, sənədlər tam olmadığından xəstəni qəbul etməmişlər. Olunmayan analizlər olmadan xəstəni əməliyyata götürmək olmazdı. İddiaçı göndərişə əsaslanır, amma vəsiqə ilə yaxınlaşsa idi, əgər zərflər paketinə daxildirsə, onu qəbul edib əməliyyat edirlər. Göndəriş natamam olmuşdur və tam olmadığı üçün qəbul edilməmişdir. Orada qeyd edilmişdir ki, rentgendən keçməsi əməliyyat üçün daha məqsədəuyğundur. Əməliyyat planlı olmuşdur, təcili əməliyyat olmamışdır. Əgər o, gəlsə idi, müayinələrdən keçirib əməliyyat edərdilər. Danışdığı adam qeydiyyatçı ola bilər, tibdən anlayışı olmayan biri ola bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı əməliyyatın xidmətlər zərfinə daxil olduğu üçün Yeni Klinikada edilməli olduğunu və Yeni Klinikanın icra etməməsi səbəbindən xərcə düşdüyünü bildirmişdir. Yeni Klinika isə sənədlərin tam olmadığından göndərişi təsdiqləmədiyini bildirmişdir. O, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası publik hüquqi şəxsi ilə danışmış, onlar isə natamamlıq olmadığını, göndəriş veriblərsə, qəbul etməli olduqlarını bildirmişlər. Onlar hesab edirlər ki, Yeni Klinika onların tabeliyində olduğundan, onlar işdə maraqlıdır. Şəxs özü klinikaya müraciət etsə idi və ona xidmət göstərilməsə idi, bu zaman iddia tələbi ilə müraciət edə bilərdi. Özəl klinikaya gedən kimi onlar əməliyyat etmək istəyəcəklər. Xəstə əziyyət çəkir, bu aydındır. Amma əməliyyat təcili olmamışdır. Göndəriş, o demək deyildir ki, mütləq qəbul edilməlidir. O, özü klinikaya gəlsə idi, onu qəbul edib, əməliyyat edərdilər. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” publik hüquqi şəxsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-555/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 1450 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsinin alınaraq İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 10 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı adına xx.xx.2024-cü il tarixdə E-TƏBİB sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən planlı olaraq “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilmişdir. Həmin göndəriş Cavabdeh tərəfindən qəbul edilməmişdir. Nəticədə iddiaçı qeyd edilən əməliyyatın icrası üçün "xxxx" MMC-yə yaxınlaşmış və 1450 manat dəyərində pul vəsaiti ödəyərək əməliyyatı icra etmişdir. Hazırda iddiaçı Cavabdehndən ona dəymiş maddi ziyanın əvəzi olaraq 1600 manat pulun və tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı adına E-TƏBİB elektron sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilmiş, həmin xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi”nə daxil olmuş, lakin sözügedən göndəriş Cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan sonra iddiaçı həmin xidməti "xxxx" MMC-də 1450 manat pul vəsaiti ödəməklə həyata keçirmişdir. İddiaçı iddia tələbinin əsası kimi, X13aya əsasən ödənişsiz əsaslarla həyata keçirilməli olan “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidmətinin Cavabdeh tərəfindən göndərişin qəbul edilməməsi nəticəsində başqa özəl tibb müəssisəsində ödənişli əsaslarla icra edilməsini və ona maddi ziyan dəyməsini göstərmişdir. Məhkəmə iddia tələbinin 1450 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, “Endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP)” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi”nə daxil olduğundan, müvafiq olaraq İddiaçı 1 saylı Sumqayıt Şəhər Xəstəxanası publik hüquqi şəxsi tərəfindən E-TƏBİB vasitəsi ilə göndəriş verildiyindən, həmin göndəriş cavabdeh tərəfindən qəbul edilmədiyindən, bundan sonra həmin tibbi xidmət "xxxx" MMC-də 1450 manat pul vəsaiti ödənilməklə həyata keçirildiyindən, iddiaçıya 1450 manat ziyan dəymişdir və iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin 150 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ümumilikdə 1600 manat pul vəsaitini cavabdehdən tələb edərək, iddia ərizəsində göstərmişdir ki, o, həm əməliyyat üçün 1450 manat ödəmiş, həm də dərman vasitələri almışdır, beləliklə ona 1600 manat ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsində istinad etdiyi halları sübuta yetirməmişdir. Belə ki, məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2024-cü il tarixli satış çekindən görünür ki, dəyəri 21.60 manat olan dərman əldə edilmişdir. Lakin bu dərman vasitəsinin adı, kim tərəfindən, hansı əsaslarla (resept və.s) alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə cavabdehin etirazına münasibət bildirib qeyd etmişdir ki, cavabdeh etirazında sənədlərin natamam olması səbəbindən göndərişin təsdiq edilməməsini, habelə iddiaçının klinikaya birbaşa müraciət etməməsini, əgər birbaşa müraciət etsəydi iddiaçının tibbi xidmətdən yararlana biləcəyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının adına göndəriş verilmişdir, iddiaçı və cavabdeh isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçının cavabdeh klinikaya müraciət etməsini və cavabdehin sənədlərin natamam olması səbəbindən göndərişi təsdiq etməməsini göstərmişlər. Belə olan halda məhkəmə xüsusilə qeyd edir ki, Cavabdeh PHŞ tərəfindən verilən etirazda göstərilmişdir ki, əməliyyatın icra olunması üçün yuxarıda göstərilən sənədlər göndərişə əlavə olaraq təqdim olunmadıqda pasiyentlər birbaşa olaraq Cavabdeh PHŞ-yə müraciət edib zəruri tibbi xidmətlərdən yararlana bilir”, yəni göstərilən natamam sənədlərin və xidmətlərin Cavabdeh PHŞ-də tamamlanma və icra edilmə imkanı mövcud olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.3, 15- 4.1.5, 15-28.1, 15-28.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi”nin 1.2-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-555/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh PHŞ-dən ona dəymiş maddi ziyanın əvəzi olaraq 1600 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərindən məhkəməyə etiraz ünvanlanaraq iddiaçının iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-555/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh PHŞ-dən 1450 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manatın tutulması qət edilmişdir. Hesab edirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)- 555/2025 saylı qətnaməsi əsassız və qanunsuzdur. İlk növbədə nəzərə alınmalıdır ki, X13a Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi qaydası, X13 üzrə X5 heyətinin xx.xx.2023-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “X13a fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi qaydası” ilə tənzimlənir. Sözügedən Qaydanın “Göndərişin rəsmiləşdirilməsi qaydası”nı ehtiva edən 4cü bəndinin tələbinə görə göndəriş e-tebib elektron informasiya sistemində göndərişlər modulu vasitəsi ilə yuxarıda istinad edilən qərarla təsdiq edilmiş qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilmiş formada ailə həkimi və ya müalicə həkimi tərəfindən yaradılır. Sözügedən Qaydanın 4.3-cü və 4.3-cü bəndin müvafiq yarımbəndlərinin tələblərinə əsasən göndərişə ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarış (TQS 027) aparılmış müayinələrin nəticələri, zəruri hallarda isə digər tibbi sənədlər əlavə edilməlidir. Nəzərə çatdırılır ki, göndəriş yuxarıda istinad edilən qaydaların 1 nömrəli əlavəsi ilə təsdiq edilmiş formaya uyğun tərtib edildikdən və ona qaydanın 4.3-cü bəndində göstərilən sənədlər əlavə edildikdən sonra həmin göndəriş e-tebib informasiya sistemi vasitəsi ilə təsdiq edilir. İş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən E-TƏBİB elektron sistemi üzərindən Cavabdeh PHŞ-yə İddiaçı dair ona müvafiq tibbi əməliyyatın planlı olaraq icra edilməsi üçün göndəriş daxil olmuşdur. İşin mübahisəsiz halıdır ki, sözügedən göndərişə Agentliyin İdarə heyətinin yuxarıda sözügedən qərarı ilə təsdiq edilmiş Qaydanın 4.3-cü bəndinin yarımbəndlərində göstərilən sənədlər (xəstəlik tarixi, TQS 027, aparılmış müayinələrin nəticələri və tibbi sənədlər) əlavə olunmamışdır. Eyni zamanda sözügedən göndərişdə KT müayinəsi nəticəsində hepatomeqaliya və öd kisəsinin mənfəzində distal hissədə 4 mm daş və ya qum dənəcikləri qeyd olunmasına baxmayaraq hepatomeqaliyanın səbəbini bildirən göstəricilərin və əməliyyatın gedişində həkim-qastroenteroloqa mütləq şəkildə zəruri olan MRCP (maqnitrezonanslı xolangiopankreatoqrafiya) nəticəsi də həmin göndərişə əlavə edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən İddiaçı verilən göndəriş elektron sistem üzərindən təsdiq olunmuşdur. İş materiallarından görünür ki, 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən xəstəyə planlı olaraq ERCP xidməti üçün göndəriş tərtib olunsa da göndərişi tərtib edən tibb müəssisəsi tərəfindən həmin əməliyyatın icrasının zəruriliyinə əsas olan ixtisaslı həkim müayinəsi və tam qarın boşluğu KT (kompyuter tomoqrafiya) xidməti də icra olunmamışdır. Nəzərə alınması zəruridir ki, yuxarıda sözügedən Qaydadnın 4.4.cü bəndinə əsasən göndərişin qüvvədə olma müddəti 10 gündür. İş materiallarından mübahisəsiz qaydada görünür ki, Cavabdeh PHŞ-yə göndərilən göndəriş imtina edilməmiş, yalnız göndərişə müvafiq tibbi sənədlər və müayinə nəticələri əlavə olunmadığından həmin sənədlərin Cavabdeh PHŞ-yə göndərilməsi məqsədi ilə sözügedən göndərişi təqdim edən 1 saylı Sumqayıt şəhər xəstəxanasına müraciət olunaraq ERCP xidməti üçün xəstənin MRCP və bilirubin qan analizinin nəticələrinin, eləcə də yuxartıda istinad edilən Qaydaya əsasən göndərişə mütləq əlavə edilməli olan sənədlərin əlavə olunmasının zəruriliyi bildirilməklə həmin tibbi sənədlərin göndərişə əlavə olunması xahiş olunmuşdur. İş üzrə mübahisəsizdir ki, yuxarıda qeyd edilən səbəblərə, eləcə də hepatomeqaliyanın nəyə bağlı olduğunu bildirən vital göstəricilərin və əməliyyatın gedişində həkim qastroenteroloqa mütləq şəkildə zəruri olan MRCP (maqnit rezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin təqdim olunmaması səbəbindən E.A. Rəşidovaya planlı ERCP xidmətinin göstərilməsi mümkünsüz olmuşdur ki, bu halın baş verməsində də Cavabdeh PHŞ-nin hər hansı təqsirli hərəkəti mövcud deyildir. Həmçinin qeyd edilir ki, iddiaçının göndərişdə göstərilən əməliyyatı təcili əməliyyat deyil, planlı əməliyyat olaraq göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin məzmunundan görünür ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış və bununla da gəldiyi nəticəni işin həqiqi hallarına uyğun əsaslandırmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə yuxarıda göstərilən hallara əhəmiyyət verməyərək gəldiyi nəticəni yalnız onunla əsaslandırmışdır ki, guya Cavabdeh PHŞ natamam sənədlərin və xidmətlərin tamamlama və icra etmə imkanına malik olmuşdur. Halbuki yuxarıda göstərilən işin həqiqi hallarından görünür ki, Cavabdeh PHŞ-nin natamam sənədləri tibbi xidmətləri tamamlama və ya icra etmə imkanı olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi X8 apellyaisya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdeh PHŞ tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunan ərizə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-3536/2025 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası və tibbi-iqtisadi ekspertiza təyin olunmaqla, məhkəmə-tibbi ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinə, tibbi-iqtisadi ekspertizanın aparılması isə İcbari Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Sözügedən təşkilatlardan məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, İddiaçı onun klinik vəziyyətinə uyğun olaraq planlı tibbi əməliyyat təyin edilməklə icra edilmişdir. Eyni zamanda AR X13a üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə göndərilmiş 11-10/2-942/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli məktubda ekspertiza qarşısında qoyulmuş suallara verilən cavablardan görünür ki, İddiaçı Cavabdeh PHŞ-yə müraciət etməsi, müayinə və müalicə olunması ilə bağlı heç bir məlumat aşkar olunmamış, eləcə də Cavabdeh PHŞ tərəfindən göndərişin icrasından imtina olunmamış, göndərişə əlavə edilməli olan tibbi sənədlər İddiaçı tərəfindən də Klinikaya təqdim olunmamışdır. Yuxarıda göstərilən rəylərdə ifadə edilən mövqeləri nəzərə alıb, Məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası”na rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi və “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası”nın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 41.Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9. Dövlət səhiyyə sistemi dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət səhiyyə sisteminin vəsaitləri: səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə; dövlət tibb müəssisələrinin maddi-texniki bazasının inkişafına; müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələrin saxlanmasına; güzəştli tibbi xidmətin göstərilməsinə; tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına; tibb elminin inkişafına və tətbiqinə; emidemiyaların aradan qaldırılmasına yönəldilir. Maddə 10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət almasına, dərman və tibb vasitələri ilə təchizatına təminat verir. Maddə 1-1.3. X13a dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı X13anın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir. Maddə 15-4.1. X13a üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23-1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək; 15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsindən, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək; 15-4.1.5. tibb müəssisəsinin və aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsindən və aptek təşkilatından tələb etmək; Maddə 15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ixtisaslaşdırılmış tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. İlkin tibbisanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan hallar xidmətlər zərfi ilə müəyyən edilir. Maddə 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi” Bənd 1.2. Sığortaolunanlara X13a çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq X13a üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi”nə əsasən, Endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP) xidmətlər zərfinə daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirilsə də, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə E- TƏBİB sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən planlı olaraq “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilsə də, həmin göndəriş Cavabdeh tərəfindən qəbul edilməmiş, nəticədə iddiaçı ona təyin olunan əməliyyatın icrası üçün "xxxx" MMC-yə müraciət edərək ona göstərilən tibbi xidmətə görə 1450 manat ödəmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında sənədlərin natamam olması səbəbindən göndərişin təsdiq edilməməsini, habelə iddiaçının klinikaya birbaşa müraciət etməməsini, iddiaçıya müvafiq tibbi əməliyyatın planlı olaraq icra edilməsi üçün göndəriş verilməsini, sözügedən göndərişdə KT müayinəsi nəticəsində hepatomeqaliya və öd kisəsinin mənfəzində distal hissədə 4 mm daş və ya qum dənəcikləri qeyd olunmasına baxmayaraq hepatomeqaliyanın səbəbini bildirən göstəricilərin və əməliyyatın gedişində həkimqastroenteroloqa mütləq şəkildə zəruri olan MRCP (maqnitrezonanslı xolangiopankreatoqrafiya) nəticəsinin əlavə edilməməsini və s. göstərsə də, kollegiya cavabdehin etirazında və apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları iddiaçıya tibbi xidmət göstərilməsindən imtina edilməsi üçün əsas olaraq qəbul etmir və öz qənaətini onunla əsaslandırır ki, hər bir vətəndaşın sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İddiaçı adına E-TƏBİB elektron sistemi vasitəsilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanası tərəfindən “endoskopik retroqrad xolangiopankretoqrafiya” xidməti üçün göndəriş verilmiş, həmin xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13a üzrə Xidmətlər Zərfi”nə daxil olmuş, lakin sözügedən göndəriş Cavabdeh tərəfindən qəbul edilməmişdir. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli şəhər Xəstəxanasında aparılmış ultrasəs (xx.xx.2024-cü il tarixdə) və üst abdomen kompyüter tomoqrafiya (xx.xx.2024-cü il tarixdə) müayinə nəticələrinə əsasən, ona “Xoledoxolitiaz” diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Diaqnoz” Tibb Mərkəzinə daxil olduqdan sonra ona kliniki, laborator (qaraciyər göstəriciləri), instrumental müayinələr aparılıdıqdan sonra “ERXPQ. EPST. Xoledoxdan daş ekstraksiyası” cərrahiyə əməliyyatı icra edilmişdir. İddiaçının “Diaqnoz” Tibb Mərkəzinə daxil olduğu gün əməliyyat olunması kollegiyaya onun səhhətində olan problemin təcili cərrahi əməliyyatla aradan qaldırılmasına zərurətin olması qənaətinə gəlməyə əsas verir. Kollegiya qeyd edir ki, bu halın müəyyən edilməsi üçün təkcə sənədlərin deyil, iddiaçının da canlı müayinəsi tələb olunsa da, cavabdeh iddiaçını görmədən, ilkin olaraq onun vəziyyətini vizual olaraq müayinə edib müəyyən etmədən iddiaçıya ümumi qaydada tibb müəssisəsinə müraciət edə bilməsini izah etməklə faktiki olaraq ona tibbi xidmət göstərməkdən imtina etmiş, nəticədə iddiaçının qanunda nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıldığı üçün ödənişli əsaslarla tibbi xidmətdən istifadə etmək məcburiyyətində qaldığından ona maddi ziyan vurulmuşdur. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-555/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar