Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3537/2025 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «maddi zərər tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi (təsisçisi) Məmmədov Ruslan İman oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı MMC, mülkiyyətində olan Hyundai Elantra minik markalı **-XB-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvi-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil vermişdir.
2. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin icarədarın istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3. ##.##.2024-cü il tarixli etibarnamə ilə “Hyundai Elantra” markalı, 77-XB342 qeydiyyat nişanlı avtomоbil ##.##.2024-cü il saat 14:30-dan ##.##.2024-cü il saat 15:00-dək Cavabdeh etibarnaməli idarəçiliyinə verilmişdir.
4. DİN BDYPŞ tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında protokola və qərara əsasən Cavabdeh Bakı, Babək (Zabrat), 53, GPS:40.4794335, 49.9504902 ərazidə ##.##.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq 40 manat cərimə edilmişdir.
5. İddiaçı MMC-nin cavabdeh Cavabdeh ünvanlandığı ##.##.2024-cü il tarixli pretenziyada 3 iş günü ərzində yaranmış borcun və onun üçün çəkilən xərclərin qaytarılmasını təmin etməyi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. Iddiaçı İddiaçı MMCi cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8980 (səkkiz min doqquz yüz səksən) manat əsas və 110 (yüz on) manat dövlət rüsumuna görə xərcin əvəzinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib.
7. Tələbdə göstərilir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024cü il tarixli, *** saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı kimi nəqliyyat vasitəsi günlük 70 (yetmiş ) manat ödəmək şərtilə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixində, Bakı şəhəri Zabrat qəsəbəsi ətrafında yol nəqliyyat hadisəsi baş vermiş və avtomobilə külli miqdarda zərər dəymişdir. Cavabdeh hadisədə təqsirli bilinərək barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh növü tətbiq edilmişdir. Əlavə olaraq cavabdeh Cavabdeh tərəfindən hadisə barədə ətraflı iltizam yazılmışdır. Mütəxəssislər tərəfindən dəymiş zərər 8980 (səkkiz min doqquz yüz səksən) manat məbləğində hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbinin təmin edilərək Cavabdeh 8980 (səkkiz min doqquz yüz səksən) manat maddi zərər, 110 (yüz on) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9090 (doqquz min doxsan) manat İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, icarəyə verən İddiaçı MMC, mülkiyyətində olan Hyundai Elantra minik markalı **-XB-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil vermişdir. ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki “Hyundai Elantra” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri 8980 manat təşkil edir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbili ##.##.2024-cü il saat 14:30-dan ##.##.2024-cü il saat 15:00-dək cavabdehə icarəyə vermişdir. Cavabdeh iddiaçıya hər bir gün üçün 70 manat icarə haqqı vermək, təqsirindən baş verən nasazlıqlara görə tam maddi məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixdə baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbilin zədələnməsi ilə bağlı iddiaçıya 8980 maddi zərər dəymişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh icarəyə götürdüyü maşını dostu Farizə verdiyi və qəzanı Farizin törətdiyi üçün ona qarşı iddia tələbinin əsassız olduğunu bildirir. Tərəflər arasında yaranmış mübahisəyə icarə müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomоbilin ##.##.2024-cü il tarixdə zədələnməsi ilə bağlı iddiaçıya 8980 manat maddi zərər dəyməsi müstəqil ekspert rəyinə əsasən müəyyən оlunur. İddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik оlduğundan və cavabdeh avtomobilin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığından 8980 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Cavabdehin avtomobili əslində dostunun idarə etməsi və ümumiyyətlə ziyanı onun vurmadığına dair dəlilinə isə məhkəmə münasibət bildirərək qeyd edib ki, nə qədər ki, Cavabdeh müqavilə bağlayaraq üzərinə öhdəlik götürüb, bu o deməkdir ki, həmin maşına dəyən zərərə görə hər bir halda o, özü məsuliyyət daşıyır. Əgər adını qeyd etdiyi dostunun avtomobilə ziyan vurduğuna iddia edirsə, ona qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin hazırki məhkəmə prosesində bu halı sübuta yetirə bilmədi.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi qüsur aktını heç bir araşdırma aparmadan qəbul etmişdir. Halbuki, avtomobilin icbari sığortası olmuş və həmin sığorta şirkəti avtomobilə dəymiş ziyanı hesablayaraq təxmini 3000 manat iddiaçıya pul ödəmişdir. Avtomobilin icbari sığortası avtomobilə dəymiş ziyanı hesablayaraq müəyyən etmiş, lakin iddiaçı həmin məbləği və icbari sığortanın təqdim etdiyi qüsur aktını gizlədərək guya ki, heç bir sığorta haqqı almadığını bildirərək ondan əsassız qüsur aktı əsasında pul tələb etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə avtomobilin icbari sığortasının olub-olmamasını araşdırmamış, icbari sığorta əsasında iddiaçının avtomobilə dəymiş xərci alıbalmadığını araşdırmamışdır. Bu səbəbdən də, əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (təsisçisi) Məmmədov Ruslan İman oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, avtomobilə dəymiş zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.
21. Əvvəla irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır.
22. İş birinci instansiya məhkəməsində baxılarkən təqdim edilmiş ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünürdü ki “Hyundai Elantra” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri 8980 manat təşkil edir.
23. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi, eləcə də ##.##.2024-cü il tarixli müstəqil sığorta ekspertinin rəyində göstərilən “Hyundai Elantra” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin 8980 manat təşkil etməsi düzgün olubolmamasının müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi alınmalıdır.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi *-**- **/*-***/**** saylı, ## #### 2025-ci il tarixli məktubunda göstərmişdir ki, qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən hazırki iş üzrə olan qərardad icra edilmədən qaytarılır.
25. Bundan sonra, sözügedən avtomobillə bağlı yuxarıda qeyd edilən sualların cavablandırılması üçün Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına eyni qərardada əsasən müraciət edilmiş və “X2” MMC-nin SEM/A **-***/**** saylı, ## ##### 2026-cı il tarixli rəyində qeyd edildi ki, buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 8.340 (səkkiz min üç yüz qırx) manat təşkil edir; ##.##.2024-cü il tarixli müstəqil sığorta ekspertinin rəyində göstərilən “Hyundai Elantra” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin 8980 manat təşkil etməsi qismən düzgün müəyyən edilmişdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır.
27. Tərəflər arasında ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin bağlanması; eyni tarixli etibarnamə ilə “Hyundai Elantra” markalı, 77-XB342 qeydiyyat nişanlı avtomоbilin ##.##.2024-cü il saat 14:30-dan ##.##.2024-cü il saat 15:00-dək Cavabdeh istifadəsinə verilməsi; avtomobil istifadəsində olarkən Cavabdeh İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətməsi və bununla da nəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır.
28. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hallar birinci instansiya məhkəməsinin iddiaçının təqdim etdiyi qüsur aktını heç bir araşdırma aparmadan qəbul etməsi, sığorta şirkətinin avtomobilə dəymiş ziyanı hesablayaraq təxmini 3000 manat iddiaçıya pul ödəməsi, lakin məhkəmənin avtomobilin icbari sığortasının olub-olmamasını, həmin məbləği alıb-almadığını araşdırmaması olmuşdur.
29. Əvvəla, tərəflər arasında mübahisə icarə müqaviləsindən, yəni cavabdehin icarə müqaviləsindən əmələ gələn öhdəliyini icra etməməsi səbəbindən yaranmışdır. Başqa sözlə, icarə müqaviləsinin şərtinə əsasən cavabdeh avtomobilə vurulan ziyana görə iddiaçı qarşısında məsuliyyət daşıyacağını öhdəsinə götürüb. Avtomobilə zərər vurulması mübahisəsiz olsa da iddiaçıya hər hansı bir məbləğdə zərər əvəzi ödəməyib və hazırda da ödəmək istəmir. Bu cür vəziyyətdə isə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmayıb.
30. Bundan başqa, zərər dəymş avtomobil icbari qaydada sığortalı olması da şikayəti əsaslı etmir. Çünki “İcbari sığortalar haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 31.Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üçüncü şəxslərin sağlamlığına və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir və dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Demək ki, sığorta şirkəti iddiaçıya hansısa məbləğdə sığorta ödənişi edə bilməzdi. Çünki cavabdeh icarəyə götürdüyü avtomobillə üçüncü şəxsin avtomobilinə zərər vurub və bu hadisəda yalnız özü təqsirli bilinib. Bu cür vəziyyətdə isə sığortaçı sığorta ödənişini iddiaçıya deyil, zərərçəkən üçüncü şəxsə ödəməli olur. Cavabdeh bu halları bildiyi halda əsassız dəlillərdən istifadə etməsi anlaşılan deyil. 32.Bununla belə, mübahisənin ədalətli və obyektiv həllinə dair tərəflərdə heç bir şübhə qalmaması üçün dəymiş maddi zərər məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsi qərara alındığından və buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 8.340 (səkkiz min üç yüz qırx) manat təşkil etdiyi dəqiqləşdirildi. Odur ki, müəyyən edilən bu məbləğin cavabdehdən tutulması məqsədəuyğun sayılır.
33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi maddi zərərin məbləğ hissəsində dəyişdirilməli və vurulmuş zərərin məbləği 8.340 (səkkiz min üç yüz qırx) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi zərərin məbləğ hissəsində dəyişdirilməli və vurulmuş zərərin məbləği 8.340 (səkkiz min üç yüz qırx) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.