Məhkəmə qərarları › İş №2(103)-3538/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3538/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3538/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 35532020 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2248,87 manat əsas, 409,49 manat faiz, 377,36 manat cərimə, ümumilikdə 3035,72 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxxx 2015-ci il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SB saylı, xx xxxx 2017-ci il tarixli 009R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 009R**********SD saylı, xx xxx 2019-cu il tarixli 009R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşması üzrə götürülmüş kreditin son qaytarılma müddəti xx xxxxx 2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Eyni zamanda kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 3553/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsi, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SB saylı, xx xxxx 2017-ci il tarixli 009R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 009R**********SD saylı, xx xxx 2019-cu il tarixli 009R**********SF saylı sazişlər ləğv edilməsi, Cavabdeh1 2248,87 manat məbləğində əsas borc, 409,49 manat faiz borcu, 38 manat cərimə borcu, ümumilikdə 2696,36 (iki min altı yüz doxsan altı manat otuz altı qəpik) manat borc və 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-3553/2020 nömrəli qətnaməsinin qismən - iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 da münasibətdə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarları ilə əsaslandırılmışdır.Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarlarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır.Belə ki, yuxanda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi İddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Yasamal Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. 5. Əlavə olaraq, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir.Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, bordu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə zaminlik müqavilələrində xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 30000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cii ilin may ayına kimi öhdəlik götürmüşlər. Cavabdeh1 isə xx.xx.2015-ci il tarixdə 5000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət xx.xx.2017-ci il tarixi kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 009R**********S saylı, xx.xx.2016-cı il tarixli 009R**********SA saylı, xx.xx.2016- cı il tarixli 009R**********SB saylı, xx.xx.2017-ci il tarixli 009R**********SC saylı, xx.xx.2018-ci il tarixli 009R**********SD saylı, xx.xx.2019-cu il tarixli 009R**********SF saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2021-ci il tarix müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir.Faiz dərəcəsinə münasibətdə isə əlavə olaraq qeyd edilməlidir ki, zaminlər kredit razışalmasına edilmiş sazişlərin ödəniş planları ilə müxtəlif dövrlərdə tanış olmuş və əlyazmaları ilə ödəniş planına buna dair qeydlərini ("ödəniş planı ilə tanış oldum və razıyam") aparmışdırlar. Məlum olduğu kimi, ödəniş planı ilə kredit borcu, ona hesablanmış faiz dərəcəsi, ödəmə qaydası, yəni kredit üzrə mühüm bütün şərtlər müəyyən edilir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş maliyyə arayışından və ödəniş planlarından görünür ki, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminlərin öhdəlik kimi götürdükləri 30000 ABŞ dolları limitini aşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli qərarına əsasən "Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir." İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zaminlər bütün mühüm şərtlərdən məlumatlı olmuşdurlar. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385- ci maddəsinə əsasən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3553/2020 saylı qətnaməsi zaminlərə münasibətdə təmin edilməyən hissəsində qanunsuz və əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia həmin hissədəyəni cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 da münasibətdə təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 2248,87 manat məbləğində əsas borc, 409,49 manat faiz borcu, 38 manat cərimə borcu, ümumilikdə 2696,36 (iki min altı yüz doxsan altı manat otuz altı qəpik) manat borc və 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Kollegiya apellyasiyanın dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-3553/2020 nömrəli qətnaməsini qismən - iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 da münasibətdə təmin olunması ilə bağlı mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul tələbinə" dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013- cii il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona edilmiş sazişlərin ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2248.87 manat məbləğində kredit borcu, 409.49 manat məbləğində faiz borcu və 377.36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3035 (üç min otuz beş) manat 72 (yetmiş iki) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3553/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona edilmiş sazişlərin ləğv edilməsi; Cavabdeh1 2248.87 manat məbləğində kredit borcu, 409.49 manat məbləğində faiz borcu və 38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2696.36 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 26.70 manat hissəsinin iddiaçı "İddiaçı" QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarları ilə əsaslandırılmışdır, lakin Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadı nəzərə alınmamışdır. Belə ki, yuxanda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, İddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2015ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Əlavə olaraq, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir.Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, bordu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə zaminlik müqavilələrində xx.xx.2013-cü il tarixli 04L000004288 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) aydın qeyd edilmişdir.Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 30000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cii ilin may ayına kimi öhdəlik götürmüşlər.Cavabdeh1 isə xx.xx.2015-ci il tarixdə 5000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət xx.xx.2017-ci il tarixi kimi müəyyən edilmişdir.Sonradan tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 009R**********S saylı, xx.xx.2016-cı il tarixli 009R**********SA saylı, xx.xx.2016- cı il tarixli 009R**********SB saylı, xx.xx.2017-ci il tarixli 009R**********SC saylı, xx.xx.2018-ci il tarixli 009R**********SD saylı, xx.xx.2019-cu il tarixli 009R**********SF saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.Sonuncu sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2021-ci il tarix müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 35532/020 nömrəli qətnaməsi qismən - iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilsin. İddia cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 da münasibətdə təmin olusun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 2248,87 manat məbləğində əsas borc, 409,49 manat faiz borcu, 38 manat cərimə borcu, ümumilikdə 2696,36 (iki min altı yüz doxsan altı manat otuz altı qəpik) manat borc və 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar