Məhkəmə qərarları › İş №2(103)-3542/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3542/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3542/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili X4, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X1 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul və qızıl əşyaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pul və qızıl əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 81585 manat, 2000 ABŞ dolları borc pulun və 1 ədəd sep-20 qram, 1 ədəd sep 30 qram, 1 komplekt 12 qram, 1 ədəd üzük 10 qram olan qızıl-zinət əşyalarının alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əsas iş yeri Sədərək ticarət mərkəzində və Suraxanı rayon ərazisində yerləşən bazarda fəaliyyət göstərən mağazalardır. Ticarət dövriyyəsi yaxşıdır. 2012-ci ildə alış-veriş zamanıtanış olduğu Cavabdeh2 ona yaxınlaşaraq ortaqlıq təklif etdi və bildirdi ki, lombardda 2 kiloqram qızılı var, onu çıxarıb satmaqla ticarət dövriyyəsini artırmaq mümkündür. O, oğlu, hazırkı iş üzrə Cavabdeh1 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul götürərək guya lombardda olan qızılları çıxarıb satıb qaytaracaqlrını bildirməklə onu aldatmış və pulu qaytarmaqdan imtina edirlər. İlk vaxtlar pul verən zaman aralarında notarial qaydada kredit müqaviləsi bağlansa da, sonradan nlara inandığından sadə yazılı formada pul vermiş və aldıqları pula dair sadə yazılı formada qeyd aparmaqla imza etmişlər. Eyni zamanda, X6 da 2000 ABŞ dolları və 800 manat pul alımışlar. Bndan başqa, guya lombardda olan qızılları əvəzləşdirmək adı ilə ona məxsus qızıl-zinət əşyalarını almış, lakin nə qızıllarını, nədə ki, onun dəyərini qaytarmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 52,236 (əlli iki min iki yüz otuz altı) manat pul tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Tural Məmmədov). Həmin qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı X3 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «Cavabdeh2 iddiaçı X2 6 ay ərzində bərabər hissələrlə 15000 manat pul verməyi, iddiaçı X3 iddia tələbindən imtina etməyi öz öhdəsinə götürür.». Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X3 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «Cavabdeh2 iddiaçı X2 6 ay ərzində bərabər hissələrlə 15000 (on beş min) manat pul verməyi, iddiaçı X3 iddia tələbindən imtina etməyi öz öhdəsinə götürür.». Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4944/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar