Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3547/2025 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları : “Honda CRV” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh ##.##.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, İddiaçı ASC-də Avtonəqliyyat vasitələrinin tam sığortası növü ilə siğorta olunmuş “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, ##.##.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyət hadisəsi üçün təqsirli sürücü Cavabdeh olmuşdur. İddiaçı İddiaçı ASC tərəfindən sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 42115,28 (qırx iki min yüz on beş manat, 28 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Hazırda iddiaçı tərəfindən ödənilmiş 42115,28 (qırx iki min yüz on beş manat, 28 qəpik) manat məbləğində vəsaitin cavabdeh Cavabdeh tərəfindən geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 42115,28 (qırx iki min yüz on beş manat, 28 qəpik) manat məbləğində vəsaitin və 216,34 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-EE-*** dövlət qeydiyyat nişanlı, “Honda CRV” markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JG-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo 4135” markalı avtonəqliyyat vasitəsinə ##.##.2022-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-JG-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASCyə zərərçəkən sığortalı müraciət etmişdir. **-JG-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 46.954 manat (qırx altı min doqquz yüz əlli dörd manat) məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. İddiaçı ASCnin ##.##.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 46.954 manat (qırx altı min doqquz yüz əlli dörd manat) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası İddiaçı ASC olduğundan 5.000 (beş min) manat zərər məbləğindən çıxılmışdır. ##.##.2022-ci il tarixində sığorta ödənişi və çıxılmaqla qalıq məbləğ olan 42115,28 (qırx iki min yüz on beş manat, 28 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı ASC tərəfindən ödənilmiş 42115,28 (qırx iki min yüz on beş manat, 28 qəpik) manat məbləğində vəsait cavabdeh Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e-2(008)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 42115.28 (qırx iki min yüz on beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul və 216.34 (iki yüz on altı manat, otuz dörd qəpik) manat dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş materiallarından görünür ki, sözügedən hadisə zamanı “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 46.954 manat məbləğində zərər dəymişdir, cavabdeh sözügedən zərərin məbləğinin daha az olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı ASC-də sığortalı olan avtomobilə dəymiş zərərin 5.000 manat hissəsi təqsirli avtomobilin icbarı siğorta müqaviləsi üzrə sığortaçısı tərəfindən ödənilmiş, yerdə qalan məbləğ isə avtomobilin təmiri üçün İddiaçı ASC tərəfindən servis mərkəzinə ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin Cavabdeh ##.##.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törədilməsində təqsirli hesab edildiyinindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli və natamam baxmış, qətnamədə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinə dair yalnız iddiaçı tərəfin təqdim etdiyi qiymətləndirmə rəyinə istinad etmiş, həmin məbləğin vurulmuş zərərə adekvat olub-olmamasını müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza rəyinin alınmasına nail olmamışdır. Belə ki, məhkəmə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etsə də, ekspert tərəfindən təqdim olunmuş vəsatətin təmin edilməsi üçün hər hansı bir prosessual hərəkət etməmiş, cavabdeh tərəfindən mütəxəssis rəyinin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş olunsa da, vəsatət təmin edilməmişdir. Halbuki məhkəmə, obyektiv araşdırmanın təmin edilməsi üçün öz təşəbbüsü ilə ekspert vəsatətində göstərilən “Ford Cargo 4135” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı hissələrinin zədələndiyi, onlardan hansının təmirlə bərpa oluna biləcəyi, hansının isə dəyişilməli olduğu barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayışının əldə edilməsi üçün sorğu verə bilərdi. İddiaçının sifarişi əsasında “Sultan Avtoservis” tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli hesabatda nəqliyyat vasitəsinə dəyən zərərin məbləği həddindən artıq şişirdilmişdir. Halbuki, hesabatı tərtib edən şəxsin əmtəəşünaslıq sahəsində xüsusi biliklərə malik olubolmaması, onun bu sahədə mütəxəssis olub-olmaması bəlli deyildir. Lakin məhkəmə iş üzrə ekspertizasının rəyi alınmaqla, iş üzrə obyektiv qərar qəbul edə bilərdi. Həmçinin, hesabat ##.##.2022-ci il tarixdə təyin edilmiş, 42.115,28 manat məbləğində pul vəsaiti servisin hesabına ##.##.2022-ci il tarixdə köçürülmüşdür. Lakin məhkəmə ekspertiza rəyi alınmadan, yalnız iddiaçının təqdim etdiyi hesabat əsasında iddianı təmin etməklə, ekspertiza təyin edilməsi haqqında qəbul edilmiş qərardadı əhəmiyyətsiz etmişdir. Əgər məhkəmə, işdə olan sübutlar əsasında yekun məhkəmə aktının qəbul edilməsini yetərli hesab etmişdirsə, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsinə nə zərurət var idi. Bundan başqa, avtomobilə dəymiş zərərin məbləğinin avtomobilin ümumi dəyərindən də çox olub-olmaması araşdırılmalı idi. Çünki qiymətləndirmə hesabatında avtomobilə vurulmuş zərərin məbləği həddindən artıq şişirdilmişdir. Lakin qeyd olunan ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamış, işə birtərəfli qaydada baxılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 1400/İ nömrəli ##.##.2022-ci il tarixli məktubu ilə bağlı sual yaranır ki, ##.##.2022-ci il tarixdə keçirilən nəqliyyat vasitəsinin qiymətləndirilməsi prosesi barədə cavabdehə ##.##.2022-ci il tarixdə məlumat göndərilmişdirsə, cavabdehin həmin prosesdə iştirakı necə mümkün ola bilərdi. Digər tərəfdən, 1400/İ nömrəli ##.##.2022-ci il tarixli məktub rəsmi qaydada cavabdehə təqdim olunmamış, telefon vasitəsi ilə də cavabdehlə əlaqə saxlanılmamış, beləliklə, nəqliyyat vasitəsinin qiymətləndirilməsi cavabdehə məlumat verilmədən və onun iştirakı olmadan keçirilməmişdir. Bundan sonra, cavabdehə ****/L nömrəli ##.##.2022-ci il tarixli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən 46.954 manat sığorta ödənişi həyata keçirilmiş, həmin məbləğdən 4838.72 manat sığortaçı tərəfindən ödənildikdən sonra qalan 42.115,28 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Cavabdeh həmin məktubu ##.##.2022-ci il tarixdə rəsmi qaydada əldə etmiş və bundan sonra nəqliyyat vasitəsinə dəymiş ziyandan xəbərdar olmuşdur. Bundan sonra cavabdeh məsələnin araşdırılması ilə bağlı İddiaçı ASC-nə getmiş və orada bildirmişdir ki, iddiaçının əməkdaşları tərəfindən ilkin olaraq ona nəqliyyat vasitəsinə dəymiş ziyan 10-12 min arası dəyişdiyi bildirilmişdir, hazırda isə tələb olunan məbləğ həddindən artıq şişirdilmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərərə dair iddiaçı tərəfindən təqdim edilmiş hesabatda göstərilən məbləğ həmin nəqliyyat vasitəsinin bazar dəyərinə yaxın məbləğdir. İddiaçının təqdim etdiyi hesabata inanılarsa, belə nəticəyə gəlmək olar ki, nəqliyyat vasitəsi tamamilə yararsız hala düşmüşdür. Reallıqda isə belə deyildir və nəqliyyat vasitəsinə iddiaçının tələb etdiyi məbləğdə ziyan dəyməmişdir. Göründüyü kimi, məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutları araşdırmış, qətnamədə dəymiş zərərin məbləğinə dair yalnız iddiaçının mənafeyinə xidmət edən hesabata istinad etmişdir. Həmin hesabat digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməli idi ki, belə bir tədqiqat aparılmamış, bu da qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış və qiymətləndirilmənin keçirilməsi “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. “xxxx” MMC-nin məktubu ilə tərəflərin xidmət haqqını ödəməməsi səbəbindən qərardad icra edilmədən geri qaytarılmış və iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMCnin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-F-**/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – cavabdeh Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdeh Cavabdehdur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “Honda CRV” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh ##.##.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “xxxx” ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü ilə siğorta olunmuş “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, ##.##.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyət hadisəsi üçün təqsirli sürücü Cavabdeh olmuşdur. Hazırda iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən hesab etmişdir ki, mülki iş materiallarından görünür ki, sözügedən hadisə zamanı “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 46.954 manat məbləğində zərər dəymişdir, cavabdeh sözügedən zərərin məbləğinin daha az olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı ASC-də sığortalı olan avtomobilə dəymiş zərərin 5.000 manat hissəsi təqsirli avtomobilin icbarı sığorta müqaviləsi üzrə sığortaçısı tərəfindən ödənilmiş, yerdə qalan məbləğ isə avtomobilin təmiri üçün İddiaçı ASC tərəfindən servis mərkəzinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin Cavabdeh ##.##.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törədilməsində təqsirli hesab edildiyinindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri isə ondan ibarət olmuşdur ki, iddiaçının sifarişi əsasında “Sultan Avtoservis” tərəfindən tərtib edilmiş hesabatda nəqliyyat vasitəsinə dəyən zərərin məbləği həddindən artıq şişirdilmişdir. Qətnamədə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinə dair yalnız iddiaçı tərəfin təqdim etdiyi hesabata istinad edilmiş, həmin məbləğin vurulmuş zərərə adekvat olub-olmamasını müəyyən etmək üçün iş üzrə müvafiq mütəxəssis və ekspertiza rəyi alınmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə obyektiv nəticəyə gəlmək üçün eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün ##.##.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı ASC-də siğorta olunmuş **-JG-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 4135” markalı minik avtomobilə dəymiş zərərin ümumi məbləğinin (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) müəyyən edilməsi zəruridir və buna görə də fotoşəkillər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı “Ford Cargo 4135”” markalı, **-JG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilsə də, həmin avtomobilin ehtiyyat hissələri ilə bağlı qüsur aktının tarixi üzrə (2022-ci il) internet saytlarında məlumat olmadığından iş materialları icrasız geri qaytarılmışdır. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı tam məhv olmasa da, birinci instansiya məhkəməsinin istinad etdiyi İddiaçı ASC tərəfindən təqdim edilən ##.##.2022-ci il tarixli qiymətləndirmə rəyində həmin nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğinin (46.954 manat) sığorta aktına əsasən müəyyən edilmiş sığorta dəyərinin (62650 manat) 75 faizə yaxın bir məbləğ olmasına nəzər yetirməmiş, həmçinin istinad edilən rəyin bu sahədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən tərtib edilib-edilməməsi aydınlaşdırılmamışdır. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi rəydən görünür ki, “Ford Cargo 4135” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin məbləği 35.826 manat təşkil edir. Belə olan halda apellyasiya baxışı zamanı ##.##.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı ASC-də siğorta olunmuş **-JG-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 4135” markalı minik avtomobilə dəymiş zərərin ümumi məbləğinin (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-F-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssəsis rəyindən görünür ki, ##.##.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı ASC-də siğorta olunmuş **-JG-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 4135” markalı minik avtomobilə dəymiş zərərin ümumi məbləği 37.454 manat təşkil edir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təyin edilmiş mütəxəssis rəyinin nəticəsində ziyanın real miqdarının 37.454 manat olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi olmasa da, apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyi məhz əvvəlki qiymətləndirmə rəyində olan çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıdığı üçün, avtomobilə dəymiş ziyanın miqdarı məhz 37.454 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi İddiaçı ASC tərəfindən təqdim edilən ##.##.2022-ci il tarixli qiymətləndirmə rəyində göstərilən məbləğə dair şübhələr olduğundan apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis rəyi alınmış və ##.##.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı ASC-də siğorta olunmuş **-JG-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 4135” markalı minik avtomobilə dəymiş zərərin ümumi məbləği 37.454 müəyyən edilmişdir ki, həmin məbləğdən də İddiaçı ASC-də sığortalı olan avtomobilə dəymiş zərərin 5.000 manat hissəsi təqsirli avtomobilin icbarı siğorta müqaviləsi üzrə siğortaçısı tərəfindən ödənildiyindən həmin məbləğ 37.454 manatdan çıxılmaqla (37.454-5000=32.454) cavabdehdən tutulmalı olan məbləğ 32.454 manat müəyyən edilməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, mütəxəssis rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə mütəxəssis tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (mütəxəssis rəyi almadan) iddia tələbini cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tam təmin etdiyindən Məhkəmə Kollegiyası həmin məbləğin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdeh tutulmalı olan məbləğ 32454 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 166,71 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissə iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi - cavabdeh Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 32.454 (otuz iki min dörd yüz əlli dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumunun 166,71 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.