Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3555/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh “Bakı Elektriktökmə QSC-yə qarşı əlillik dərəcəsindən asılı olaraq 2011ci ilin yanvar ayından bugünədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin ödənilməsi tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı9, İddiaçı2, İddiaçı5, İddiaçı3, X1 və İddiaçı8 əlillik dərəcəsindən aslı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin "xxxx" ASC tərəfindən hesablanaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, əsas kimi dövlət rüsumunun ödənilməməsi göstərilmişdir. Bundan sonra cavabdeh yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ünvanlamışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş, buraxılmış müddət üzlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı 27 aprel 2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-in elektron kabinetinə yüklənmişdir ( i.v 219). İş materiallarına əlavə edilmiş reyestrindən görünür ki, məhkəmə qərardadı 27 aprel 2023-cü il tarixdə poçt vasitəsilə iddiaçılara göndərilmişdir (i.v 222). Tərəflərin həmin qərardadı alması ilə bağlı da mülki iş materiallarında hər hansı sübut (xəbərnamə, qəbz) aşkar edilməmişdir. Bununla da müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsi prosessual qanunverciliyin tələblərinə əməl etməyərək qərardaddan narazı qalan tərəfin 10 günlük şikayət vermə müddətini gözləmədən mülki işi apellyasiya şikayətinə əsasən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin 366.1-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə əməl etmədiyindən, mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilən şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3555/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3555/2023
12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver