Məhkəmə qərarları › İş №2(103)-3556/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3556/2020

19.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3556/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, X2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2011/2017 saylı, xx.xx.2017-ci il tarixliqətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2011/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək vurulmuş maddi ziyana görə 7757,0 (yeddi min yeddi yüz əlli yeddi) manat və 160 (bir yüz altmış) manat İddiaçı xeyrinə tutulması, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) və 73 (yetmiş üç) manat məbləğində pulun Cavabdeh tutulması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-11059/17 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2011/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib, iddia tələbinin rədd edildməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh ünvanı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23, mənzil 151 göstərilmişdir. İddia ərizəsinə cavabdehin qeydiyyatda olduğu ünvan barədə heç bir rəsmi sənəd əlavə edilməmiş, iş materiallarında da bu barədə hər hansı bir sübut mövcud deyildir. Halbuki, iş üzrə Cavabdeh ünvan 1 mənzil 150 ünvanında qeydiyyatdadır. İddiaçının iddia ərizəsində göstərdikləri, yəni guya Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23, 151 saylı mənzilin sahibinin o olması və guya su axıdılmasının onun təqsiri ucbatından baş verməsi, eləcə də guya tərəfindən iddiaçıya onun mənzilini təmir etdirmək barədə söz verməyi tam əsassız və qanunsuz olmaqla yanaşı ağ yalandır. Belə ki, sözü gedən mənzil əvvəllər onun mülkiyyətində olsa da xx.xx.2003-cü il tarixdə həmin mənzil onun tərəfindən X1. Həmin tarixdən qeyd olunan mənzilin mülkiyyətçisi o deyil və mənzilin hazırda kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. Qeyd olunanlardan da aydın olur ki, o, hazırkı iş üzrə iddiaya cavab verməli şəxs deyil və bununla da hazırkı iddia, cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Məhkəmə iclasında cavabdeh bildirdi ki, həmin mənzil 2003-cü ildə satılmış, hazırki mülkiiyətçisinin kim olmasını bilmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında iddiaçı lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 nömrəli, 5 mərtəbəli binada, yerləşən 41,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 147 nömrəli mənzilə həmin yaşayış binasında yuxarıda yerləşən 151 saylı mənzildən su axıdılmış, nəticədə İddiaçı məxsus olan 147 saylı mənzilə 160,00 (bir yüz altmış) manat məbləğində ziyan dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırkı iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilə bilməzdi. Çünki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən, hazırkı mərhələdə əvəz etmənin yolverilməz olduğundan bu əsasla da qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2003-cü il tarixli, 193146 saylı alğısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 nömrəli, 5 mərtəbəli binada yerləşən 26,0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 151 saylı mənzil Cavabdeh tərəfindən X1. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və cavabdeh əsl cavabdeh ilə əvəz edilmədiyindən də apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2011/2017 saylı, xx.xx.2017-ci il tarixliqətnaməsi ləğv edilsin. X3 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar