Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-356/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-356/2023 (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”) Bakı şəhəri 06 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(003)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin materiallarında olan İXP ******* saylı X3 Protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 22:30-da mercedes Benz E280 minik **-UC-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh3 tərəfindənAzərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40,0 manat cərimə olunmuşdur.
3. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/10893 saylı xx.xx.2021-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh3 alkoqol sərxoşluğu vəziyyəti aşkarlanmamışdır.
4. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/10894 saylı xx.xx.2021-ci il tarixli aktın sürətindən görünür ki, İddiaçı alkoqol sərxoşluğu vəziyyəti aşkarlanmamışdır.
5. İş materiallarında olan Qüsür Aktından görünür ki, , avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 83397,98 (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) manat maddi zərərin dəyməsi müəyyən edilmisdir.
6. İş materiallarında olan 9/6981 saylı, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 40% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla, 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 aprel 2021-ci İl tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 49980,00 (83300m-40%) manat müəyyən edilir.
7. ““Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 oğluna məxsus olsa da, Cavabdeh3 tərəfindən idarə edilmişdir.
8. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 9/8325 saylı, xx.xx.2022ci il tarixli rəydən görünür ki, tədqiq edilən 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 49980,00 (83300m-40%) manat müəyyən edilir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərə görə, 83 397,98 manat (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) pulun, iddia ərizəsi üzrə ödənilmiş 30,0 manat (otuz manat) dövlət rüsumu, olmaqla, ümumilikdə 83427,98 manat (səksən üç min dörd yüz iyirmi yeddi manat, doxsan səkkiz) məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 22:30-da Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** UC *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə mülkiyyətçi adından çıxış etmiş Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə ilə Cavabdeh3 tərəfindən Mirəli Qaşqay küçəsində yol nəqliyyat hadisəsi törədilmiş və İddiaçı məxsus “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilə külli miqdarda maddi ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı, ** UC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh3 barəsində inzibati protokol tərtib edilmiş və o hadisənin törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində zərərçəkmiş “BMVV” markalı, ** MY *** dövlət nömrə nişanlı avtomobilin rəsmi servis tərəfindən həyata keçirilmiş qiymətləndirməsinə əsasən, avtomaşının təmir və bərpası üçün ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, 83397,98 (səksən üç min üç yüz doxsan yeddi manat, doxsan səkkiz) manat maddi zərərin dəyməsi müəyyən edilmişdir.
11. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələnbinin dəymiş maddi ziyanın cavabdehlərdən tutulması hissəsində təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq rəyində göstərilən məbləğlə razıdır.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qeyd olaunan qəza ona məxsus avtobillə onun tərəfindən törədilmişdir. Lakin dəymiş ziyanla razı deyil. Belə ki, iddia tələbində göstərilən məbləğ həddindən artıq şişirdilib.
13. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(003)- 113/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 49980,0 (qırx doqquz min doqquz yüz səksən manat) manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməsi (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
18. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir.
19. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır.
20. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 aprel 2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 49980,0 manat müəyyən olunmuşdur.
21. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 49980,0 manat olduğunu işin hallarına uyğun sayır.
22. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh3 49980,0 manat alınaraq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə həmçinin digər cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Mercedes Benz” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh3 tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
25. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər.
27. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh3 daşımalı, Cavabdeh2 oğluna və Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir.
28. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “BMW” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh3 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş 49980,0 manat ziyan Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir.
29. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
32. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır.
34. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməlidir.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı, 1096.2-ci, 1097.1-ci, 1108.2-ci, 1108.1-ci, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
37. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(003)-113/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbi avtomobilə dəymiş zərər real bazar qiymətinə uyğun müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
38. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı iddia ərizəsində göstərilən tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.Daha sonra məhkəmə tərəfindən əmtəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə avtomobilə dəymiş zərər 49980 manat müəyyən edilmiş və iddiaçının vəkili ekspertiza rəyində göstərilən məbləğlə razı olduğunu bildirmişdir.Cavabdeh olaraq məhkəmə iclasında izahatında da qeyd etmişdir ki, əslində faktiki hadisənin baş vermə səbəbi bilavasitə ona aid olmasa da, X4 tərəfindən onun barəsində protokol tərtib olunmuş, hadisənin bu səviyyəyə gəlib çıxmasını təxmin etmədiyindən və hüquqi savada malik olmadığından həmin protokolla barışmış və mübahisələndirməmişdir. Bu səbəbdən də protokol əsasında təqsirli bilindiyi üçün hadisə ilə bağlı mülki məsuliyyət daşıdığını məhkəmə ərəfəsində dərk etmişdir. Ona görə də məhkəmə iclasında verdiyi izahatda da göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləğ və eyni zamanda ekspert rəyi ilə müəyyən edilən məbləğ avtomobilə dəymiş real zərəri əhatə etmir, əksinə müəyyən edilən məbləğ şişirdilmiş məbləğdir. Çünki avtomobil iddiaçı tərəfindən ekspertizaya qədər artıq təmin olunmuşdur. Ekspert rəyi ilə də tam olmasa belə avtomobilin 40 % detallarının sağlam olması müəyyən edilmişdir. Belə olar halda, yəni 40 % detalları sağlam olan bir avtomobilə hansı əsasla təmir xərci olaraq 49980 manat pul məbləği hesablara bilər. Bir halda ki, həmin avtomobilin hazırda real satış məbləği bazarda 30000 manatdan yuxarı ola bilməz. Bazarda əla vəziyyətdə olan 2020 -2021-ci ilin BMW markalı avtomobillərin real bazar qiyməti 35000 manatdan yuxarı deyil. Belə olar halda ekspert rəyinə əsaslanaraq birinci instansiya məhkəməsinin iddiaçıya məxsus avtomobilə 49980 manat zərərir vurulmasının müəyyən edilməsi və həmin məbləğin ondan tutulması qənaətinə gəlməsi absurddur, gəlinən nəticə qanunçuluq, humanizm və ədalət prinsiplərinə yaddır. Hesab edir ki, apellyasiya icraatı zamanı yenidən təkrar ekspertiza təyin edilməli və avtomobilə dəymiş zərər həmir markada olan avtomobillərin real bazar qiymətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.Lakin birinci instansiya məhkəməsi onun izahatını, işin real həqiqi hallarını nəzərə almadan, yalnız ekspert rəyinə əsalanaraq yuxarıda qeyd olunan qaydada iddianın təmin olunan hissəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
39. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
42. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
45. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
46. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
47. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər.
53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
58. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
60. Belə ki, işin mübahisəsiz halıdır ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir.
61. Cavabdeh3 apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh olaraq məhkəmə iclasında izahatında da bildirmişdir ki, əslində faktiki hadisənin baş vermə səbəbi bilavasitə ona aid olmasa da, X4 tərəfindən onun barəsində protokol tərtib olunmuş, hadisənin bu səviyyəyə gəlib çıxmasını təxmin etmədiyindən və hüquqi savada malik olmadığından həmin protokolla barışmış və mübahisələndirməmişdir.Bu səbəbdən də protokol əsasında təqsirli bilindiyi üçün hadisə ilə bağlı mülki məsuliyyət daşıdığını məhkəmə ərəfəsində dərk etmişdir. Ona görə də məhkəmə iclasında verdiyi izahatda da göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləğ və eyni zamanda ekspert rəyi ilə müəyyən edilən məbləğ avtomobilə dəymiş real zərəri əhatə etmir, əksinə müəyyən edilən məbləğ şişirdilmiş məbləğdir. Çünki avtomobil iddiaçı tərəfindən ekspertizaya qədər artıq təmin olunmuşdur. Ekspert rəyi ilə də tam olmasa belə avtomobilin 40 % detallarının sağlam olması müəyyən edilmişdir. Belə olar halda, yəni 40 % detalları sağlam olan bir avtomobilə hansı əsasla təmir xərci olaraq 49980 manat pul məbləği hesablara bilər. Bir halda ki, həmin avtomobilin hazırda real satış məbləği bazarda 30000 manatdan yuxarı ola bilməz. Bazarda əla vəziyyətdə olan 2020 -2021-ci ilin BMW markalı avtomobillərin real bazar qiyməti 35000 manatdan yuxarı deyil. Belə olar halda ekspert rəyinə əsaslanaraq birinci instansiya məhkəməsinin iddiaçıya məxsus avtomobilə 49980 manat zərərir vurulmasının müəyyən edilməsi və həmin məbləğin ondan tutulması qənaətinə gəlməsi absurddur.Hesab edir ki, apellyasiya icraatı zamanı yenidən təkrar ekspertiza təyin edilməli və avtomobilə dəymiş zərər həmir markada olan avtomobillərin real bazar qiymətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
62. Apellyasiya şikayətinin göstərilən dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin olunmuş və ekspertiza ilə bağlı verilmiş 9/8325 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, tədqiq edilən 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 49980,00 (83300m-40%) manat müəyyən edilir.
63. Tətbiq edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə Kollegiyası hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “BMW” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh3 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir.
64. Zərərin məbləğinin şişirdilmiş olmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı təkrar təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərindən də aydın olur ki, 2017-ci il buraxllışlı, “BMW 540" minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 aprel 2021-ci İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği 49980,0 manat müəyyən olunmuşdur.
65. Məhkəmə Kollegiyası, rəyləri vermiş şəxslərin xüsusi biliyinin olduğunu və hər iki rəyin nəticələrinin üst-üstə düşdüyünü nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin 49980,0 manat olduğunu işin hallarına uyğun sayır.
66. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-n 88-ci maddəsi)
67. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməlidir.
68. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 (bir yüz) manat məbləğindədir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(003)- 113/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.