Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3564/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabde X9 qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2198/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X11 və xx.xx.2020-ci tarixdə X12 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq, 193 manat, cəmi 579 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən bu miqdarda pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Cavabdeh "xxxx" ASC-də mütəxəssis vəzifəsində çalışır, onun rəsmi aylıq əmək haqqı 850 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 600 manat olmaqla, cəmisi 1.800 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuşlar, birgə münasibətlərindən xx.xx.20115-ci il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X11 və xx.xx.2020ci tarixdə X12 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan ayrılmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3958/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2020-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X8 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3980/22 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bu məbləğlə indiki dövrdə 3 uşağı saxlamaq çox çətindir. O, heç bir yerdə işləmir. Lakin cavabdehin maddi durumu çox yaxşıdır, şəxsi biznesi var. Özünə məxsus qeyriyaşayış sahələrini icarəyə verərək aylıq 5.000 manatdan çox gəlir əldə edir. Ona görə də, tək və işləməyən qadın olaraq 3 uşağın saxlanılması sabit pul məbləği olan 579 manatla çox çətindir. Uşaqların təhsili, həkimi, geyimi və s. aylıq 1.500 manatdan çox pul tələb edir . Ona görə də tutulması qət edilən aliment məbləği artırılaraq uşaqların saxlanılması üçün hər ay hər uşağa 600 manat olmaqla cəmi 1.800 manat məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, tutulacaq alimentin məbləği uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu qədər deyil, cavabdehin maddi durumuna və gəlirlərinə görə, uşaqların əvvəlki yaşayış səviyyəsinin və əvvəlki yüksək maddi təminatının saxlanmasına görə tutulmalıdır. Belə ki, cavabdehlə birgə yaşadıqları dövrdə uşaqların ehtiyaclarının qarşılınması üçün hər ay təxminən 2.000-3.000 manat pul xərclənirdi. Onların ayrılması uşaqların əvvəlki təminatına, o cümlədən təhsil, istirahət və s.hallara mənfi təsir göstərməməlidir. Cavabdehin aylıq gəlirləri kifayət qədər olduğundan uşaqlar üçün daha artıq məbləğdə aliment ödəmək imkanı var. Cavabdehlə birgə yaşadıqları dövrdə onlar uşaqları tez-tez xarici ölkələrə, həmçinin rayonlara istirahətə aparırdılar. Onları yüksək səviyyəli təhsillə təmin edirdlər, onlara bahalı (brend) pal-paltar və sair alırdılar. Bunlardan əlavə cavabdeh asudə vaxtlarını daimi olaraq ölkədən kənar xarici ölkələrdə istirahətlə (Türkiyə, Sloveniya, Misir, Yunanınstan, Bolqarıstan və s.) keçirir ki, bu səfərlər üçün də hazırki iqtisadi böhran, inflyasiya dövründə az pul tələb etmir. Onu da qeyd etmək vacibdir ki, bu səfərlər ildə bir dəfə deyil, az müddət kəsimində mütəmadi olaraq həyata keçirilir. Cavabdeh xarici səfərlərin özündə də adi istirahət şəraitini seçmir. Cavabdeh bahalı, lüks otellərdə yaşamağı, vaxtını bahalı məkanlarda keçirməyə üstünlük verir. Bir sözlə cavabdeh komfortlu və bahalı həyat tərzində yaşamağı üstün tutur. Yaşayış minimumu həddində aliment məbləği isə adətən işləməyən, imkansız valideynlərdən tutulur. Belə imkanlı, lüks həyat sürən valideyndən 235 manat məbləğində alimentin tutulması gülüncdür, uşaqların hüquq və mənafelərinə uyğun deyil.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə uydurma olmaqla, reallığı əks etdirmir. İddiaçı onun rəsmi iş yerinin olmadığını və maddi durumunun çox yaxşı olmasını bildirsə də, o, 2018-ci ildən hazırkı vaxtadək "xxxx" ASC-də mütəxəssis işləyir və aylıq əmək haqqı 850 manat təşkil edir. Xidmət etdiyi iş yeri isə Asan Xidmət Mərkəzi olduğundan, saat 09:00-dan 18:00-dək daimi olaraq işləyir. Aylıq əmək haqqından başqa heç bir qazancı və digər gəlirləri mövcud deyildir. İddiaçı ondan hər ay hər uşağa 600 manat olmaqla cəmi 1.800 manat məbləğində aliment tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun atasının harada işləməsi, onun illər öncə istirahət üçün xarici ölkələrə səfər etməsinə, saç əkdirməsinə istinad edərək, aliment məbləğinin həddindən artıq şişirdilməsinə nail olmaq istəməsi isə gülüncdür, Bununla belə, hesab edir ki, onun hər uşaq üçün hər ay 235 manat məbləğində almenti ödəmək imkanına malik olmasını, habelə sonuncu məhkəmə qətnaməsindən sonra onun maddi vəziyyətinin müsbətə doğru dəyişməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən iddia rədd edilməlidir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2198/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, tərəflərin övladları - xx.xx.2015-ci il tarixdə doğulmuş X10, xx.xx.2017-ci il tarixdə doğulmuş X11 və xx.xx.2020-ci tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X14)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədirlər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir. İddiaçı cavabdehin çox zəngin həyat tərzi keçirdiyini iddia etsə də, cavabdehin əlavə gəlirləri barədə sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3980/22 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat aliment artırılaraq cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində aliment müəyyən edilməli, iddia qalan hissədə rədd edilməli, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 112.1.3-cü, 119.2-ci, 217.4-cü, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, “Dövlət rüsumu haqqında” Azərbaycan Republikası Qanununun 9.1.2ci maddələrinə və "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun qazancının artmasına yaxud maddi vəziyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də alimenti onun qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi o, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 850 manat təşkil edir. Onun maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması da təsdiq olunmur. İddiaçı onun rəsmi iş yerinin olmadığını və maddi durumunun çox yaxşı olmasını bildirsə də, o, 2018-ci ildən hal-hazırkı vaxtadək "xxxx" ASC-də mütəxəssis işləyir və aylıq əmək haqqı 850 manat təşkil edir. Xidmət etdiyi iş yeri isə Asan Xidmət Mərkəzi olduğundan, saat 09:00dan 18:00- dək daimi olaraq işləyir. Aylıq əmək haqqından başqa heç bir qazancı və digər gəlirləri mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.
24. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını bildirir.
25. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2022-ci il) qəbul edilməsindən 2 ilə yaxın müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2024-cü ildə bir uşaq üçün 235 manat təşkil etmişdir. Bununla belə, artıq 2022-ci və növbəti illərin tələbləri baxımından uşaqlara ödənilən alimentin miqdarı yaşayış minimumuna uyğun olmamışdır. Belə olan halda, alimentin əvvəlki miqdarda saxlanılması uşaqları həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.
26. Hazırda cavabdehdən ödənilməsi tələb edilən aliment məbləği hər uşaq üçün 235 manat, ümumilikdə 705 manatdır. Bu məbləğ isə cavabdehin əvvəlki aliment öhdəliyindən hər uşaq üçün 42 manat, cəmi 126 manat fərqlənir. Cavabdeh isə apellyasiya şikayətində həmin 126 manat məbləğ fərqi nisbətində artımın onun yaşayış şəraitini nə formada pisləşdirəcəyini əsaslandıra bilməmişdir. Bu da öz növbəsində müəyyən edilmiş aliment miqdarının ən azı müəyyən edilmiş yaşayış minimumu həddinə çatdırılması üçün artırılmasını mümkün edir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 235 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 235 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
28. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (42 manat x 3 uşaq = 126 manat x 12 ay = 1.512 manat) 1.512 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2198/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.