Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3565/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2836/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 və Cavabdeh1 05A000030439 saylı kredit müqaviləsi üzrə müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1197.68 manat məbləğində kredit borcu və Cavabdeh2 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 378.8 manat məbləğində kredit borcu, 629.01 manat məbləğində cərimə olmaqla, cəmi 1007.81 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 15.08.2014-cü il tarixli, 05A000030439 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167 % olmaqla 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.08.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1802.32 manat ödəniş etmiş və onun iddiaçıya 1197.68 manat kredit borcu qalmışdır. 15.08.2014-cü il tarixli, 05A000030439 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Bundan başqa Cavabdeh2 İddiaçı QSC ilə 26.08.2014-cü il tarixdə 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi bağlanmış və illik faiz dərəcəsi 30% olmaqla 12 ay müddətinə kredit limiti daxilində plastik kart vasitəsi ilə 400 manat kredit götürmüşdür. Lakin cavabdeh dəfələrlə kredit ödənişlərini yubatmış və kredit borcunu və ona hesablanmış faizləri ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kreditdən 21.20 manat qaytarmış və 378.8 manat kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit, kredit xəttinin müddəti bitənə qədər banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş status alır və illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Beləliklə 18.03.2020-ci il tarixə 1665 gün üçün hesablanmış cərimə 629.01 manat təşkil edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2836/2020 saylı, 03 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 05A000030439 saylı kredit müqaviləsi üzrə 1197.68 manat məbləğində pulun və 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə 378.8 manat məbləğində pulun və 30 manat cərimə, cəmi 408.8 manat (dörd yüz səkkiz manat səksən qəpik) məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək, qətnamənin qismən- iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın zaminə münasibətdə təmin edilməyən hissəsi qanunvericiliyin maddi və prosessual normalarını pozmaqla qəbul edildiyindən əsassızdır və buna görə ləğv edilməlidir. Birinci instnansiya məhkəməsi qətnamədə göstərmişdir ki, X1 zamin olduğu kredit müqaviləsi 18.08.2014-cü il tarixdə 18 aylığa bağlanmışdır. İddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsində iş üzrə tərəflər tərəfindən təqdim edilmiş sübutlar tam araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarı ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh1 qarşı təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2836/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 15.08.2014-cü il tarixli, 05A000030439 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.4167 % olmaqla 18 ay müddətinə müqavilənin ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15.08.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X4 arasında 05A000030439A saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərini tam icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 26.08.2014-cü il tarixli 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsindən görünür ki, bank borcalana illik 30% dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açır və kredit limiti daxilində kredit verir. İş materiallarında olan 15.08.2014-cü il tarixli ödəniş planından görünür ki, tərəflər ödəniş planını öz imzaları ilə təsdiq etmişlər. Həmin ödəniş planı üzrə gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.5 %-i miqdarında müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu ödəmələri barədə xəbərdarlıq edilmiş, borcun ödənməyəcəyi təqdirdə hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27.04.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, 15.08.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 18.03.2020-ci il tarixinə banka 1197.68 manat məbləğində, 26.08.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 18.03.2020-ci il tarixinə banka 378.8 manat əsas və 629.01 manat məbləğində cərimə borcu qalmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 448.1 və Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddələrinə əsaslanaraq mülki mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. İş materiallarından görünür ki, 15.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmini üsulu kimi X4 ilə əsas kredit müqaviləsi ilə eyni tarixdə - 15.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı da bu müqavilə üzrə borcun ödənilməsini həm əsas borclu, həm də zamindən tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi zaminə münasibətdə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı iş üzrə cavabdeh X2 zamin olduğu kredit müqaviləsi 18.08.2014-cü il tarixdə 18 aylığa bağlanmışdır. Göründüyü kimi iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, iddia cavabdeh X3 münasibətdə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda bu haququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi zamin X3 münasibətdə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, birinci insstansiya məhkəməsi iddianı zamin X3 rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2836/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2836/2020 saylı, 03 noyabr 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3565/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3565/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver