Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3569/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü tarixli, e-2(004)-575/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" ASC və Cavabdeh bağlamış 15 mart 2022-cil tarixli, 152micNAR/22-EM nömrəli kredit müqaviləsinə əsasən bank sonuncuya 300000 manat məbləğdə, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 15 mart 2032-ci il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı (cari, ssuda) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
2. 15 mart 2022-ci il tarixli, 152micNAR/22 nömrəli zaminlik müqaviləsinə əsasən Zamin1 və Zamin2 15 mart 2022-cil tarixli 152micNAR/22 nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borcluya 15 iyul 2025-ci il tarixədək 40 ay müddətinə, kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərti ilə 6479 manat məbləğdə kredit verilmişdir.
3. 29 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 152micNAR/22 nömrəli müqavilə üzrə əs borcun məbləği 6254,8 manat , faiz borcu 165,01 manat, cərimə faizləri 7,57 manat olmaqla ümumilikdə 6427,38 manat təşkil edir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6254,8 manat əsas, 165,01 manat faiz, 7,57 manat cərimə, cəmi 6427,38 manat borcun, 84,28 manat dövlət rüsumunun Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 40 ay müddətinə illik 22 faizlə 6479 manat məbləğdə kredit vəsaiti verilmişdir. Digər cavabdehlərlə eyni tarixdə zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka borc yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər və cərimə qaytarılmamışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü tarixli, e-2(004)- 575/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, digər cavabdehlər Zamin1, Zamin2 isə zamin kimi məsuliyyət daşıdığından iddianın təmin olunmaçı qənaətinə gəlinmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 462., 470, 472, 739, 741, maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, iddiaçı iddia ərizəsində və qətnamədə qeyd edildiyi kimi heç də öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu faktı təsdiq edə biləcək sübutlar təqdim olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə bildiriş göndərilməmiş və hazırki, mülki işdən cavabdehin məlumatı olmamışdır bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verilə bilməmişdir. Borc məhkəməyə verilənədək tərəfindən xeyli məbləğdə ödənişlər həyata keçirilmişdir. İşə baxan hakim iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və bu sahədə xüsusi biliyə malik olan ekspert rəyi əsasında əsas və faiz borcunun hansı əsaslarla hesablanmasını müəyyənləşdirməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunmas tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
17. İşdə olan mötəbər sübutların məcmusu ilə (kredit müqaviləsi, maliyyə arayışı) təsdiq olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh 6479 manat məbləğdə kredit verilmiş, həmin müqavilə üzrə ödənilməmiş 6254,8 manat əsas, 165,01 manat faiz, 7,57 manat cərimə, cəmi 6427,38 manat məbləğdə borc qalmışdır.
18. Cavabdeh şikayətində iddiaçının müqavilə öhdəliklərini yerinə yetirmədiyini, bu faktı təsdiq edə biləcək sübutların təqdim olunmaması barədə dəlil irəli sürsə də, cavabdeh özü şikayətin növbəti cümlələrində aldığı borc üzrə müəyyən ödənişlər etdiyini qeyd etmişdir. Deməli, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək, borc məbləğini cavabdehin sərəncamına vermişdir.
19. Cavabdehin digər dəlili ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməmişdir və hazırkı mülki işdən cavabdehin məlumatı olmamışdır bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verilə bilməmişdir. Lakin iş materiallarında olan məhkəmə bildirişi, SMS-bildiriş və “Poçt göndərişinin verilməsi barədə” xəbərnamədən görünür ki, cavabdeh mülki iş barədə bütün mümkün vasitələrlə məlumatlandırılmışdır.
20. Şikayətin borc məhkəməyə verilənədək xeyli məbləğdə ödənişlər həyata keçirilməsi, işə baxan hakimin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olması barədə dəlilləri də əsassızdır. Belə ki, cavabdeh bu barədə mövqeyini əsaslandıra bilməmiş, əlavə ödənişlərin aparılması ilə bağlı sübut təqdim etməməklə ekspertiza təyin edilməsi zərurətini əsaslandırmamışdır.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(004)- 575/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(004)- 575/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev