Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3585/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 1082/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC, "xxxx" QSC və "xxxx" MMC-nin faktiki rəhbərliyini həyata keçirən ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, həbsdə saxlama müddətinin 3 ay müəyyən edilməsi, həbsetmənini əvvəlinin faktiki tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-607/2018 saylı qətnaməsi ilə "xxxx" MMC, "xxxx" QSC və "xxxx" MMC, Cavabdeh ASC, "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC, "xxxx" QSC və "xxxx" MMC-dən 473.000 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-59/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(81)-607/2018 saylı qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" QSC və Cavabdeh ASC, "xxxx" MMC qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-269/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-59/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi E.Rüstəmovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi toplanmış istintaq materiallarında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət təqibi üzrə icraata CM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun müavini Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqiq E.Cahangirovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC, "xxxx" QSC və "xxxx" MMC-nin faktiki rəhbərliyini həyata keçirən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı olduğu yer müəyyən edilərək tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan edilməsi qərara alınmışdır. İddiaçı ilə X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli "xxxx" MMC münasibətdə tərəfdaşlıq haqqında razılaşmaya əsasən İddiaçı ilə X16 2019-cu ildə əşyaların İnterneti və Maşınbla Öyrənmə texnologiyaları əsasında mühəndis avadanlığının idarə edilməsi üçün intllektual texologiyaları inkişaf etdirən Ekomenecment birgə biznes layihəsinə daxil olmuşlar. Biznes başlandığı andan layihə iştirakçıları 5 nəfər olmuşlar. İddiaçıN payı 60% təşkil edirdi, 4 iştirakçının payları müvafiq olaraq onların arasında bərabər bölünmüşdür. X10 payı 10% təşkil edirdi və İdarəedici direktor olmuşdur. xx.xx.2023-cü il tarixli 2023/71021 nömrəli İnterpolun bildirişdən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 308.2-ci maddələri Azərbaycan Respublikası tərəfindən axtarışdadır. İspaniya Milli Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İddiaçı ekstradisiya olunması barədə tələbi, cinayət əməli üçün İspaniya qanunvericliyinə görə nəzərdə tutulan 10 illik calbetmə müddətinin keçməsi səbəbi ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 9.500.000 (doqquz milyon beş yüz min) manat məbləğinin, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500.000 (beş yüz min) manat məbləğinin tutulması və Cavabdeh ASC-dən İddiaçı xeyrinə 5.790 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının və Böyük Britaniyanın vətəndaşı İddiaçı 2001-ci ildən etibarən Azərbaycanda yaşamır və işləmir. İddiaçı 4 dekabr 2023-cü il tarixində COP28-də iştirak etmək üçün Dubaya (X14) təyyarə ilə gəlsə də, onu ora buraxmamışlar və səbəb kimi İnterpolun göstərişinə istinad etmişlər. İddiaçı iki ay ərzində bu məsələni araşdırmağa cəhd etsə də, heç nə öyrənəyə bilməmişdir. 2024-cü ilin fevral ayında iddiaçı ailəsi ilə İspaniyaya getmişdir. 17 fevral 2024-cü il tarixdə ailəsi ilə X2yıdarkən İnterpolun Azərbaycan Respublikası tərəfindən 22 noyabr 2023-cü il tarixdə göndərilmiş Qırmızı Bildirişi əsasında iddiaçı saxlanılmışdır. Qırmızı bildirişə görə iddiaçıya qarşı guya “külli miqdarda maliyyə ziyanı vurmaqla dələduzluq, lazımi prosedurlar keçirilmədən və ya qanunsuz dövlət sifarişləri həyata keçirilərək dövlət vəsaitinin xərclənməsi” ittihamı irəli sürülmüşdür. Qırmızı Bildirişdə ittiham belə əsaslandırılmışdır: “2009-cu ilin iyun ayında İddiaçı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi, mal dövriyyəsinin artırılması və ona məxsus şirkətlərin ("xxxx" QSC, "xxxx" MMC, "xxxx" MMC) dükan şəbəkəsi üçün mal və avadanlığın əldə edilməsi məqsədilə biznes-kreditin alınması üçün "xxxx" ASC-yə müraciət etmişdir, bankın etibarını qazanmış və krediti vaxtında qaytaracağını vəd etmişdir. Belə ki, "xxxx" şirkəti adından o, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 22% dərəcəsi ilə 625.000 ABŞ dolları məbləğini və xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə illik 22% dərəcəsi ilə 587.000 ABŞ dolları məbləğini almışdır. Daha sonra o, "xxxx" şirkəti adından xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 18 ay müddətinə illik 20% dərəcəsi ilə 986.800 ABŞ dolları məbləğini və xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə illik 22% dərəcəsi ilə 500.000 ABŞ dolları məbləğini almışdır. Sonra "xxxx" ASC-yə vaxtaşırı ödənişlərdən yayınaraq o, elə təəssürat yaratmışdır ki, "xxxx" və "xxxx" şirkətləri maliyyə çətinlikləri yaşayır və bankın borcunu qaytara bilmir və "xxxx"ın əməkdaşlarını bu şirkətlərin maliyyə öhdəliklərini özünün "xxxx" adlı digər şirkətinə ötürməsinə inandıra bilmişdir. Nəticədə xx.xx.2011-ci ildə "xxxx" ASC və "xxxx", "xxxx" və "xxxx" şirkətləri arasında saziş imzalanmışdır. Həmin sazişə əsasən o, "xxxx" şirkəti üçün xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə illik 8% dərəcəsi ilə əlavə olaraq 473.200 ABŞ dollarıala bilmişdir. Aldığı bütün kreditlərdən o, cəmi 271.436 ABŞ dollarını ödəmiş, qalan 1.425.885 ABŞ dollarını isə ödəməmişdir. O, aldatma yolu ilə etibardan sui-istifadə edərək bankın pulunu mənimsəmiş, zərər çəkmiş "xxxx" ASC-yə ciddi maliyyə ziyanı vurmuş, öz hərəkətləri ilə bankın nüfuzu və maliyyə dayanaqlığına xələl gətirmişdir.” İddiaçı saxlanıldıqdan sonra Azərbaycan Respublikasını İspaniya hökumətinə onun ekstradisiyası haqda sorğu göndərmişdir. 31 iyul 2024-cü il tarixdə İspaniya prokurorluğu öz qərarı ilə Azərbaycanın və iddiaçının vəkillərinin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra ekstradisiya sorğusunu təmin etməmişdir. Belə ki, iddiaçıya qarşı pretenziyanın əsasını cinayət əməli deyil, kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması təşkil edir, bu isə İspaniyada cinayət əməli deyil; iddiaçının konkret olaraq hansı yolla dələduzluq etməsinə dair heç bir təfərrüatlı məlumat təqdim edilməmişdir (məsələn, "xxxx"ın əməkdaşlarını "xxxx" və "xxxx" şirkətlərinin maliyyə öhdəliklərinin "xxxx" şirkətinə ötürülməsinə hansı cinayət hərəkəti ilə inandıra bilmişdir; İspaniya qanunvericiliyinə görə məsuliyyətə cəlb etmə üzrə 10 illik müddət 2021-ci ilin iyun ayında ötmüşdür. 18 sentyabr 2024-cü il tarixdə İspaniya Milli Məhkəməsinin Cinayət Palatası öz qərarı ilə ekstradisiya sorğusunu rədd etmişdir. Məhkəmə qərarına əsasən məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə əsaslandırılmış və digər arqumentlərin təhlilinə lüzum görməmişdir. Bütün bu 7 aylıq müddət (17 fevral – 18 sentyabr 2024-cü il) ərzində iddiaçı məcburən İspaniyada qalmalı olmuşdur. Bu əsnada mənəvi sarsıntı və zərərlə yanaşı xeyli maddi ziyana (İspaniyada yaşayış və vəkil xərcləri, habelə əldən çıxmış fayda) da məruz qalmışdır. 2006-2011-ci illər ərzində iddiaçı pərakəndə ticarət şəbəkəsi olan “Almalı” layihəsinin investorlarından biri olmuşdur. Dünya Bankının tərkibinə daxil olan X1 (20%), Axundov (45%), Sergey İvaşkeviç (2021-ci ildə vəfat edib) (30%) və Həsən Rizayev (5%). Layihənin maliyyələşdirilməsi üçün Avstriyada A&DA Holding AG şirkətini təsis etmişlər. Holdinq Layihəni idarə edən və birgə “ADA-Group” adlanan üç şirkəti ("xxxx", “ADA- Nəqliyyat” and "xxxx") maliyyələşdirirdi. İddiaçı Layihəyə 4,5 mln ABŞ dolları, İvaşkeviç isə 3 mln dollar investisiya qoymuşdur. İFC isə həm kapital qoyuluşu (6 mln), həm də kredit (12 mln) kimi 18 mln ABŞ dolları qoymuşdur. İFC-nin krediti üzrə iddiaçı və İvaşkeviç zamin olmuşdur. Həmin kredit həmçinin “ADA-Group”-a mənsub olan daşınmaz əmlakın ipotekası ilə də təmin olunmuşdur. Azərbaycanda yaşamamış iddiaçı Layihənin fəaliyyətinə dair qərarların qəbulunda birbaşa deyil, etibarnamə üzrə nümayəndələri vasitəsilə iştirak etmişdir. Layihənin rəhbəri isə Alexander Neuman olmuşdur. “ADA-Group” həmçinin yerli banklardan da kreditlər götürmüşdür. O cümlədən cavabdehdən: 18 iyun 2009-cu il tarixdə 152/h-09 saylı kredit müqaviləsi üzrə "xxxx" 12 ay müddətinə illik 22% dərəcəsi ilə 625 000 ABŞ dolları; 25 dekabr 2009-cu il tarixdə 480/h-09 saylı kredit müqaviləsi üzrə "xxxx" 6 ay müddətinə illik 22% dərəcəsi ilə 587.000 ABŞ dolları; 17 avqust 2009-cu il tarixdə 227/h-09 saylı kredit müqaviləsi üzrə "xxxx" 18 ay müddətinə illik 20% dərəcəsi ilə 986.800 ABŞ dolları; 25 dekabr 2009-cu il tarixdə 479/h09 saylı kredit müqaviləsi üzrə "xxxx" 6 ay müddətinə illik 22% dərəcəsi ilə 500.000 ABŞ dolları. İddiaçı bu kreditlərin alınmasında və qaytarılmasında hər hansı şəkildə iştirak etməmiş, heç bir təminat (zaminlik və s.) verməmişdir. Həmin kreditlər üzrə iddiaçıda heç bir sənəd yoxdur. Həmin dövrdə rəhbəri Rəfail Hacıyev, baş maliyyə inzibatçısı isə Bəhruz Hüseynov olmuşdur. 2008-2009-cu illər ərzində baş vermiş qlobal maliyyə böhranı əsnasında Layihədə problemlər yarandı. Belə ki, “Qara Dəniz Ticarət və İnkişaf Bankı” Layihəyə 10 mln ABŞ dolları məbləğində kreditin verilməsini qərara alsa da, böhran səbəbindən krediti verə bilmədi. Layihənin davamı üçün yeni investora zərurət yarandı. Bu qisimdə Avstriyanın EMSA Capital şirkəti o şərtlə çıxış etdi ki, Layihəyə vəsait ayırmaq üçün mövcud investorlar öz paylarından imtina etməli və onların tələbləri silinməlidir. Beləliklə, EMSA, daha doğrusu, onun yaratdığı "xxxx" MMC yalnız kreditlər (o cümlədən "xxxx" ASC-yə) üzrə öhdəlik götürdü. Bunun üçün xx.xx.2024-cü ildə tərəflər arasında Restrukturizasiya sazişi bağlandı. Ən iri kreditor olan İFC sazişə qoşulmasa da, ona razılığını verdi. Resturkturizasiya çərçivəsində “ADA-Group”-un yerini EMSA-ya məxsus "xxxx" MMC (rəhbəri Kamran Eyyubov) tutmuşdur və onun tərəfindən “Almalı”nın rebrendinqi həyata keçirilərək şəbəkə “Fresco” adlandırılmışdır. Bu saziş bağlandıqdan sonra iddiaçının Layihədə iştirakı bitmiş və o nəticədə 10 mln ABŞ dollarına yaxın məbləğ itirmişdir. İddiaçının guya Restrukturizasiya sazişi çərçivəsində cavabdeh tərəfindən "xxxx" MMC-yə 2011-ci ildə verdiyi 473.200 manat məbləğində krediti barədə təbii olaraq məlumatı yoxdur. İspaniyanın xahişinə baxmayaraq, Azərbaycan həmin kredit barədə də hər hansı sənəd təqdim etməyib. 2018-ci ildə "xxxx" MMC cavabdehə və “ADA-Group”-a qarşı iddia qaldıraraq Restrukturizasiya sazişinin etibarsız hesab olunmasını və öhdəliyini yerinə yetirməmiş “ADA-Group” tərəfindən ona 473.200 manat məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı bu məhkəmə icraatının iştirakçısı olmayıb. Birinci instansiya məhkəməsi (İqtisadi-İnzibati Məhkəmə) 2018-ci ildə"xxxx" MMC-nin iddiasını təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2019-cu ildə 2(103)-59/2019 saylı qərarı ilə həmin qərarı ləğv edərək iddianı rədd etmişdir. 2019-cu ilin iyul ayında Ali Məhkəmə tərəfindən "xxxx" MMC-nin kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, iddiaçıya dolayısı ilə aid olan şirkətlərin cavabdehə borcunun olmaması Ali Məhkəmə tərəfindən təsdiq olunmuşdur. Ali Məhkəmənin bu qərarından bir ay keçməmiş, 15 avqust 2019-cu ildə cavabdehin müraciəti (İspaniyanın müraciətinə baxmayaraq Azərbaycan onun surətini təqdim etməyib) əsasında Azərbaycan Respublikası Baş Prokurorunun müavini Kamran Əliyevin qərarı ilə cinayət işi açılmışdır. Cinayət işi "xxxx" MMC-nin əməkdaşlarının əməlləri ilə bağlı açılıb. İddiaçı isə nəinki "xxxx" MMC-nin əməkdaşı deyil, ümumiyyətlə həmin MMC-yə heç bir aidiyyəti yoxdur. Hər bir halda 18 may 2020-ci il tarixdə müstəntiq Elnur Rüstəmov qərarı ilə mübahisənin mülki xarakterli olduğunu rəhbər tutaraq cinayət işinə xitam vermişdir. Lakin 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bu qərarı ləğv edərək icraatı təzələmiş və cavabdehin müraciətinə istinadən istintaqı iddiaçıya qarşı yönəltmişdir. 2023-cü ilin yay aylarında iddiaçının Bakıda yaşayan qohumları Baş Prokurorluğa dəvət olunmuş və iddiaçıya iş barədə məlumat vermələri xahiş olunmuşdur. 18 iyul 2023-cü il tarixdə iddiaçının vəkili müstəntiqə yazılı müraciət edərək xaricdə yaşayan iddiaçını videokonfrans vasitəsilə dindirməyi xahiş etmişdir. Buna baxmayaraq, 8 sentyabr 2023-cü il tarixdə prokuror X17 dindirmədən qərarları ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2-ci maddələri (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham irəli sürmüş və onun barəsində həbs qətimkan tədbiri (guya gizlənir) seçmişdir. 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X15 vəsatəti ilə iddiaçının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul etmişdir.Göründüyü kimi, İspaniya prokurorluğu və məhkəməsi iddiaçıya qarşı irəli sürülmüş ittihamın aşkar şəkildə əsassız olduğunu müəyyən etmişdir. Cavabdeh Prokurorluğa qərəzli olaraq (kreditləri borclu şəxslərdən deyil, onlara aidiyyəti olmayan iddiaçıdan tələb etmək və bunu kriminallaşdırmaq aşkar qərəzdir) yanlış məlumat verərək qanunsuz qərarların qəbul olunmasına nail olmuş, adi mülki (kommersiya) mübahisəsinə cinayət xarakteri donunu geyindirmişdir. Ən əsası isə hətta mülki (kommersiya) mübahisəsinin də iddiaçıya heç bir aidiyyəti olmaya-olmaya. Çünki nəinki iddiaçının, heç “ADA-Group”-un da cavabdehə borcu yoxdur. Və bu fakt Ali Məhkəmənin qərarı ilə də təsdiq olunub. Təəssüf ki, Prokurorluq da nəinki cavabdehə inanmış və yanlış istiqamətə yönəlmişdir, həmçinin iş üzrə ortaya ağlabatan arqumentlər də qoymamışdır (heç istənilən sənədlərin də hamısı təqdim olunmayıb). O cümlədən İspaniya dövlət orqanlarına da adekvat məlumat verə bilməmişdir ki, cavabdehin hansı əməllərində dələduzluq var? Cavabdeh bu əməlləri sayəsində nə xeyir götürüb? Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə irəli sürülən ittiham isə ümumiyyətlə təəccüb doğurur: İddiaçı hansı vəzifəni tutur ki, səlahiyyətlərindən sui-istifadə də etsin? Üstəlik həmin maddə üzrə Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti çoxdan ötdüyü halda. İddiaçı nəinki Azərbaycanda, həmçinin Avropada, habelə Türkiyədə və Rusiyada kifayət qədər tanınmış və nüfuzlu iş adamı, mütəxəssis və menecerdir. Təsadüfi deyil ki, Britaniya hökuməti də məsələni nəzarətdə saxlayır. Buna görə də iddiaçının bu əsassız ittiham əsnasında 7 ay ərzində məcburi olaraq İspaniyada yaşaması ona mənəvi sarsıntılar (onun Azərbaycan üçün etdikləri müqabilində belə absurd ittihamla üzləşməsi, İngiltərədə yaşayan ailəsindən ayrı düşməsi və s.) yaşatması və əlavə xərclər (mehmanxana, vəkillər və s.) ilə bərabər ona biznesi ilə məşğul olmağa imkan verməmiş və külli miqdarda əldən çıxmış fayda ilə nəticələnmişdir. Konkret olaraq iddiaçının əsas biznesi 2019-cu ildə Rusiya Federasiyasında qeydiyyata alınmış İndependent Energy şirkəti ilə bağlıdır. Şirkətin formal sahibi Rusiya Federasiyasının vətəndaşı X8. Lakin Kazakovla iddiaçı arasında bağlanmış müqaviləyə əsasən Şirkətin 65%-i iddiaçıya, 35%-i isə Kazakova məxsusdur. Şirkətə 4 mln ABŞ dolları məbləğində investisiyalar subordinasiya krediti formasında qoyulmuşdur. Skolkovo rezidenti olan Şirkət qlobal istiləşmə çağırışına cavab olaraq ecomanagement.com unikal həll məhsulunu inkişaf etdirir. 2020-ci ildən tətbiq edilən məhsul üzrə Şirkətin 2022-ci il etdiyi müraciət əsasında 2024-cü ildə patent alınmışdır. 3,5 il ərzində Şirkət məhsulu Türkiyə, Rusiya və BƏƏ-də 100-dən çox yerdə tətbiq etmişdir. 2021-ci ildə iddiaçı şəxsən COP26-da məhsulun təqdimatını keçirmişdir. Şirkət BƏƏ-nin UEG qrupu (www.ueg.ae) ilə məhsulun regionda birgə inkişafına dair saziş bağlamışdır. 2023-cü ilin 6 dekabrında Dubayda keçirilmiş COP28-də məhsulun UEG-lə birgə təqdimatı olmalı idi. 7 dekabrda isə iddiaçı UEG-in prezidenti Al Shorafa ilə görüşməli idi. Bundan sonra DEVA, Emaraat və digər şirkətlərlə işgüzar görüşlər olmalı idi. Şirkət aparıcı kommersiya daşınmaz əmlakı operatorları azı 10 müqavilə bağlamalı idi (3 il ərzində 3.000 unikal obyekt üzrə). Rusiya üzrə hər aktiv saytdan orta gəlir 5.000 ABŞ dolları təşkil edir. Beləliklə, 5 il üzrə əldən çıxmış fayda azı 75 mln ABŞ dolları təşkil edir (onlar hələ regionda elektrik enerjisinin Rusiyadan daha ucuz olduğunu nəzərə almırəlar). Üstəlik cavabdehin ucbatından Şirkət və iddiaçı Bakıda 2024-cü ildə keçirilmiş COP29-da da iştirak edə bilmədilər. Halbuki, iddiaçı publik çıxışlar və digər üsullarla onun hazırlanmasında iştirak etmişdir. Bu iştirak əsnasında tərəfdaşlarla azı 20 müqavilə imzalana və iddiaçıya 5 il ərzində əlavə 125 mln ABŞ dolları məbləğində gəlir gətirə bilərdi. Bu iddia tələbi əsasında o cümlədən cavabdehin digər kreditorlarının da maraqlarını nəzərə alaraq və onu müflis etmək niyyətindən uzaq olaraq onlar cavabdehin qanunsuz hərəkətləri (ittihamı) nəticəsində iddiaçıya dəymiş maddi zərər kimi yalnız 9.500.000 (doqquz milyon beş yüz min) manatın, mənəvi zərər kimi isə 500.000 (beş yüz min) manatın əvəzinin ödənilməsini tələb edir. Daha sonra, cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki iddiçıa tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Resublikasının və Böyük Britaniyanın vətəndaşıdır. Azərbaycandan xaricdə yaşayır və işləyir. 04 dekabr 2023-cü ildə tarixdə COP 28-də iştirak etmək üçün Dubaya təyyarə ilə gəlsə də, onu ora buraxmayıblar və səbəb kimi İnterpolun göstərişinə istinad ediblər. Məsələni iki ay araşdırmağa cəhd etsə də heç nə öyrənə bilməmişdir. 2024-cü ilin fevral ayında iddiaçı İspaniyaya getmiş və X2yıdarkən İnperpolun Azərbaycan Respublikası tərəfindən 22 noyabr 2023-cü il tarixdə göndərilmiş Qırmızı Bildirişi əsasında saxlanılmışdır. Qırmızı bildirişə görə iddiaçıya "külli miqdarda maliyyə ziyanı vurmaqla dələduzluq, lazımı prosedurlar keçirilmədən və ya qanunsuz dövlət sifarişləri həyata keçirilərək dövlət vəsaitlərinin xərclənməsi" ittihamı irəli sürülmüşdür. Ekstradisiya haqqında Azərbaycan hökuməti tərəfindən sorğu göndərilsə də X3 və Azərbaycan vəkillərinin təqdim etdiyi sənədləri araşdıraraq ekstradisiya sorğusunu təmin etməmişdir. Onun uzun müddət İspaniyada qalması və işindən kənarlaşması, müxtəlif təddbirlərdə iştirak edə bilməməsi ona maddi və mənəvi zərər vurmuşdur İddia ərizəsinin 2.3-cü bəndində qeyd edilənlərdən də görünür ki, İspaniya Milli Məhkəməsinin Cinayət Palatası ekstradiyadan imtina barədə öz qərarı məhz bu cinayət üçün İspaniya qanunvericliyinə görə nəzərdə tutulan 10 illik calbetma müddətinin keçməsi ilə əsaslandırmış və digər sübutları araşdırmağa ehtiyac qalmamışdır. İddiaçının özünün etiraf etdiyi bu dəlilə əsasən Məhkəmə iddiaçını təqsirsiz olmasına görə deyil (baraətverici əsas), məhz cəlbetmə müddətinin ötməsinə görə (ittihamedici əsas) məsuliyyətdən (ekstradisiya olunmaqdan) azad etmişdir. Bu isə iddiaçının heç da günahsız olması anlamına gəlmir. İddiaçı bunu yaxşı anlayır və başa düşür, buna görə də öz arqumentini məhz özünün təqsirsizliyi prezumpsiyası üzərində deyil, məhkəmənin müddətin ötməsi əsası ilə imtinası qərarı üzərində qurmuşdur. 2006- 2011-ci illər ərzində iddiaçı pərakəndə ticarət şəbəkəsi olan "Almalı" layihəsinin investorlarından biri olmuşdur. Dünya Bankının tərkibinə daxil olan X1 20%, İddiaçı 45%, Sergey İvaşkeviç 30 faiz və Həsən Rzayev 5% olmaqla bu layihəni maliyyələşdirmək məqsədi ilə Avstriyada A & DA Hoking AG şirkətini təsis etmişlər. Hoking layihəni idarə edən və birgə "ADA-Group" adlanan üç şirkəti ("xxxx", "ADA-Nəqliyyat" və "xxxx") maliyələşdirirdi. İddiaçı layihəyə 4.5 mln, İvaşkeviç isə 3 mln dollar investisiya qoymuşdur. İFC iss şəxsi və kredit vəsaiti hesabına 18 mln dollar investisiya qoymuşdur. İddiaçı Azərbaycandakı bu layihədə qərarların qəbulunda birbaşa deyil, etibarnamə əsasında çıxış etmişdir. İddia ərizəsinin 7.4-cü bəndində göstərmişdir ki, iddiaçı TuranBankdan alınmış kreditlərin alınmasında və qaytarılmasında hər hansı şəkildə iştirak etməmiş, heç bir təminat (zaminlik və s) verməmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasında icra etdikləri biznes layihəsində tərəfdaş olduğunu, digər hüquq subyektləri ilə birlikdə "Almalı" layihəsində investor kimi iştirak etdiyini etiraf etmişdir. Eyni zamanda iddiaçı onu da etiraf etmişdir ki, o, layihələrin fəaliyyətinə dair qərarların qəbul edilməsində birbaşa deyil, etibarnamə üzrə nümayəndələri vasitəsilə iştirak etmişdir (6-cı bənd, 3-cü abzas). Bu isə onu göstərir ki, ADA Mülkiyyat" MMC-yə 17 avqust 2009-cu il tarixli, 227/h-09 saylı kredit müqaviləsinə əsasən illik 20% olmaqla, 18 ay müddətinə 986 800 USD, 25 dekabr 2009-cu il tarixli, 479/h-09 saylı kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 6 ay müddətinə 500.000 USD, eyni zamanda "xxxx" QSC-yə 8 iyun 2009-cu il tarixli, 152/h-09 saylı kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 12 ay müddətinə 625.000 USD və 25 dekabr 2009-cu il tarixli 480/h-09 saylı kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 6 ay müddətinə 587.000 USD məbləğində kreditlərin götürülməsindən iddiaçının nəinki məlumatı olmuş, hətta o, bu kreditlərin götürülməsinə dair qərarların qəbulunda iştirak etmişdir. Çünki iddiaçı özü etiraf edir ki, o, layihənin təsisçilərindən biridir və bilavasitə olmasa da etibarnamə əsasında qərarların qəbulunda iştirak etmişdir. İddiaçı 45 % paya sahib olduğu üçün o, layihəyə ümumilikdə 2.698.800 ABŞ dolları kreditin götürülməsindən necə məlumatı olmaya bilər?! Təbii ki, bunlar ritorik suallardır və faktdır ki, kredit öhdəliklərinin yaranmasında iddiaçının asas rolunun olması işin təkzib edilməz, mübahisəsiz halıdır. Bundan əlavə iddia ərizəsinin 6-cı bəndin 3-cü abzasında iddiaçı etibarnamə əsasında layihədə nümayəndələri vasitəsi ilə iştirak etdiyini bildirsə də, 7.4-cü bənddə qeyd etmişdir ki, o, bu kreditlərin alınmasında iştirak etməmişdir. Həmin dövrdə direktor Rafael Hacıyev, baş maliyyə inzibatçısı isə Bəhruz Hüseynov olmuşdur. İddiaçının bir-birini təkzib edən bu fikirləri (sonuncu qeyd edilən fikir). həqiqətə uyğun deyildir və iddiasını əsaslandırmaq xarakteri daşıyır. İddiaçı 8-ci bənddə qeyd etmişdir ki, 2008-2009cu illər ərzində baş vermiş qlobal maliyyə böhranı əsnasında layihədə problem yaranmış, "Qara Dəniz Ticarət və İnkişaf Bankı layihəyə 10 mln ABŞ dolları məbləğində kredit verməyi qərara alsa da böhran səbəbindən krediti verə bilməmiş, layihənin davamı üçün yeni investora zərurət yaranmışdır. Beləliklə də Avstriyanın EMSA Capital şirkəti o şərtlə çıxış etmişdir ki, Layihəyə vəsait ayırmaq üçün mövcud investorlar öz paylarından imtina etməli və onların tələbləri silinməlidir. Beləliklə, EMSA, daha doğrusu onun yaratdığı "xxxx" MMC yalnız kreditlər (o cümlədən TuranBank ASC-yə) üzrə öhdəlik götürdü. Bunun üçün xx.xx.2011-ci ildə tərəflər arasında Restrukturizasiya sazişi bağlandı. Ən iri kreditor İFC sazişə qoşulmasa da, ona razılığını verdi. Restrukturizasiya çərçivəsində "ADAGroup"un yerini EMSA-ya məxsus olan "xxxx" MMC tutmuşdur və onun tərəfindən "Almalı"nın rebrendinqi həyata keçirilərək şəbəkə "Fresco" adlandırılmışdır. Bu sazişdən sonra iddiaçının layihədə iştirakı bitmiş və o nəticədə 10 mln ABŞ dollarına yaxın məbləğ itirmişdir. "xxxx" MMC-nin Restrukturizasiya sazişi çərçivəsində TuranBankdan götürdüyü 473.000 manat məbləğində kreditdən xəbəri yoxdur. Hesab edir ki, iddiaçı həmin dövrdə baş vermiş böhranı bəhanə etməklə, iddia tələbinə faktiki əsas yaratmağa çalışmışdır. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi onun sahib olduğu bu Layihə marketlər şəbəkəsi pərakəndə satışla insanların gündəlik təlabatlarına aid məhsulların (əsasən müxtəlif çeçiddə və adda qida məhsulları) satışı ilə məşğul olmuşdur ki, o və eləcə də həmin dövrə aid olan heç bir mağaza böhran səbəbi ilə infiliyasiya həddinə gəlib çatmamışdır. İddiaçının məsələyə bu cür don geyindirməsi iddia ilə əlaqədar yaranacaq bir çox sualların qarşısını almaq məqsədi daşıyır. Belə ki, iddia ilə tanış olarkən dərhal sual yaranır... "xxxx" va "ADA Mülkiyyətin adında qaldığı halda, onlar içi başdan-başa dolu olan 7-8 mağazaları heç bir təhvil-təslim etmədən "xxxx" MMC-ya verməkdə məqsədləri nə ola bilərdi? Əgər burada biznesi xilas etməkdirsə, o zaman milyonlarla (iddiaçının təbirincə desə 10 mln) xərc çəkilmiş şirkəti heç bir ödənişsiz "xxxx" MMC-yə verməklə İddiaçı na məqsəd güdüb? Bu cür faktiki bir tələ qurmaqla, kredit münasibətlərini çıxılmaz labirində soxmaqla, keditlərin qaytarılmasını imkansız hala gətirən iddiaçı bankdan götürülmüş krediti mənimsəməklə bu mağazalara qoyduğu investisiyanı faktiki olaraq geri götürməyə nail olmuşdur. Nə iddiaçıda nə də "xxxx"xxxx"ADA Mülkiyyat MMC-də mağazaların "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı nə təhvil aktı, na digər imzlanmış bir sənəd yoxdur (onlara bu barədə hər hansı məlumat təqdim edilməyib). Biznes bir şirkətdən digərinə bu formada verilməsi təbii ki, onların bir-birinə formal etibarından irəli gəlmir, çünki iddiaçı özü iddia ərizəsində "xxxx" MMC-nin təsisçi olan EMSA-nın investor kimi işə girməsinin əsas şərti kimi bütün investorların paylarından imtina etməsini tələb etmişdir. Belə olduğu təqdirdə "xxxx" MMC öz üzərinə bu qədər kredit yükünü necə və niyə götürə bilər? Və yaxud da "xxxx" və "xxxx" özünün bu qədər əmlakını (mağazalar və içərisindəki məhsulları) "xxxx" MMC-yə necə verə bilər? Bu o halda baş verə bilər ki, formal olaraq ayrı-ayrı şəxslər görünsə də əslində bu şirkətlərin sahibi eynidir və buna görə də hansı əmlakın hansı şirkətə və ya hansı öhdəliyin hansı şirkətə keçməsinin heç bir faktiki mahiyyəti yoxdur. Bu kifayət qədər dəyərləndirilməli və hüquqi qiymət verilməli məsələdir. Eyni zamanda "xxxx" MMC-nin təsisçisi olan EMSA-nın və həm də "xxxx" MMC-nin təsisçisi olan A & DA Hokling AG şirkətinin Avstriyada yerləşməsi bu şirkətlərin bir-biri ilə ya hüquqi (şirkətlərin hüquqi sənədləri bizdə olmadığı üçün bu bizə məlum deyil) ya da faktiki olaraq eyni olması fikrini deməyə əsas verir. Başqa bir məsələ bundan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli Razılaşmada EMSA adlı şirkət yoxdur, orada "X20 GMBH" adlı şirkət var, hansı ki, müqavilənin 4-cü bəndində bu şirkət "xxxx" MMC-nin "ana şirkəti" kimi təqdim edilir. Maraqlıdır o zaman iddiaçı israrla kreditlərin restrukturizasiya edilərək öhdəliyi güya ki, ötürdüyü əsas şirkətin EMSA və ya "X20 GMBH" olduğunu bilmir? Təbii ki, bilir. Sadəcə "X20 GMBH" şirkətinin adındakı "Azeri" ifadəsi onun Azərbaycanla bağlılığını ifadə etdiyi üçün, bu şirkətin əslində Avstriyadan deyil, Azərbaycandakı himayədarları tərəfindən idarə edildiyini pərdələmək, məhkəmənin diqqətini bu məsələdən uzaq tutmaq niyyəti daşıyır. Bütün bunlar onu göstərir ki, "xxxx" MMC-nin "ana şirkəti olan "X20 GMBH"nin himayədarı da Azərbaycanlıdır, böyük ehtimalla elə iddiaçının özüdür. Güman ki, həmin tarixlərə aid şirkətin təsisçiləri barədə sorğu edilərsə, iddiaçının özünün "X20 GMBH" adlı şirkətdə təsisçi olub-olmadığını müəyyən etmək olar və əsl həqiqət bu zaman ortaya çıxar. İddiaçı iddia ərizəsinin 10-cü bəndində prokurorluq orqanında aparılmış araşdırma və istintaq hərəkətləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" əməkdaşları barəsində 15 avqust 2019-cu il tarixdə cinayət işi açılıb. Həmin cinayət işinə işin mülki xarakter daşıması əsası ilə 18 may 2020-ci il tarixdə xitam verilmişdir. 2023-cü ilin yay aylarında iddiaçının Bakıda yaşayan qohumları Baş Prokurorluğa dəvət edilərək iddiaçı barədə məlumat istənilmişdir. 18 iyul 2023-cü il tarixdə iddiaçının vəkili müstəntiqə yazılı müraciət edərək xaricdə yaşayan iddiaçını videokonfrans vasitəsi ilə dindirməyi xahiş etmişdir. 08 sentyabr 2023-cü il tarixdə ona qarşı CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 26 aktyabr 2013-cü il tarixli həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa iddiaçı göstərmişdir ki, cavabdeh güya ki, Prokurorluğa yanlış məlumat vermiş, bununla da qanunsuz qərarların qəbul edilməsinə nail olmuş, adi mülki mübahisəyə cinayət xarakteri donunu geyindirmişdir. Prokurorluq isə nəinki cavabdehə inanmış və yanlış istiqamatə yönəlmişdir, həmçinin iş üzrə ortaya ağlabatan arqumentlər də qoyulmamışdır. O cümlədən İspaniya dövlət orqanlarına da cavab verə bilməmişdir ki, cavabdehin hansı əməllərində dələduzluq var? Cavabdeh bu əməllləri sayəsində nə xeyir götürüb? Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə irəli sürülən ittiham isə ümumiyyətlə təccüb doğurur: İddiaçı hansı vəzifəni tutur ki, səlahiyyətindən sui-istifadə də etsin? Üstəlik həmin maddə üzrə Cinayət Məcələsnin 75.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti çoxdan ötdüyü halda. Əvvəla qeyd edilməlidir ki, prokurorluq orqanının ölkədə kifayət qədər nüfuzlu və peşəkar orqan olması şübhəsizdir və düşünmürlər ki, adi bir ərizə əsasında kiminsə barəsində cinayət işi başlanılsın və barəsində həbs qətimkan tədbiri seçilsin. Yəni iddiaçı bu məsələni o qədər bəsit təsvir edib ki, sanki kiminsə əsasız ərizəsi əsasında istənilən şəxsin barəsində dərhal cinayət işi başlana bilər. Təbii ki, bütün bunlar, bu ifadələr, qeyd edilənlər iddiaçının özü üçün yaratdığı, iddia tələbini əsaslandırma taktikasıdır. Prokurorluq orqanı kifayət qədər əsas olmadığı halda cinayət işini başlamaz. Əgər belə hal var idisə, iddiaçı istənilən prosessual tədbirlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərdi. Bundan əlavə iddiaçının özünün də bildirdiyi kimi onun həbsi barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxardıb. İddiaçının ifadəsi ilə desə, tutaq ki, prokurorluq nəyisə diqqətindən yayındıraraq yanlış istiqamətlənib, bəs məhkəmə? Bəs iddiaçının barəsində həbs qətimkan tədbiri seçən məhkəmə araşdırmadan, heç bir dəlilə qiymət vermədən iddiaçının barəsində həbs qətimkan tədbiri seçib? Təbi ki, xeyir. Bütün bunlar qeyd etdiyi kimi iddiaçının öz iddiasını əsaslandırma metodu və taktikasıdır. Əsassızdır, heç bir konkret dəlilə, fakta əsaslanmır. İddiaçı "Zərər" adlanan bölmədə tələbini əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, iddiaçı nəinki Azərbaycanda, həmçinin Avropada, habelə Türkiyədə və Rusiyada kifayət qədər tanınmış və nüfuzlu iş adamı, mütəxəssis və menecerdir. İddiaçının hərəkətinə "Qırmızı Bildiriş" qoyulması nəticəsində o məcburi olaraq İspaniyada yaşamış, bu ona mənəvi sarsıntı və əlavə xərclər (mehmanxana, vəkillər və s) bərabər ona bizneslə məşğul olmağa imkan verəmiş və külli miqdarda əldən çıxımış fayda ilə nəticələnmişdir. Konkret olaraq iddiaçının əsas biznesi 2019-cu ildə Rusiya Federasiyasında qeydiyyatdan keçmiş lodependent Energy şirkəti ilə bağlıdır. Şirkətin formal sahibi Rusiya Federasiyasının vətəndaşı X8. Lakin Kazakovia iddiaçı arasında bağlanmış müqaviləyə əsasən şirkətin 65%-i iddiaçıya, 35 %-i isə Kazakova maxsusdur. Şirkətdə 4 mln ABŞ dolları məbləğində investisiya subordinasiya krediti formasında qoyulmuşdur....2021-ci ildə iddiaçı şəxsən COP26-da təsisçisi olduğu şirkətin məhsulunu təqdim etmişdir. İddiaçı COP26 da şirkətin məhsulunu şəxsən təqdim etməsini qeyd etsə də hansı hüquqla (etibarnamə və s) bu təmsilçiliyi icra etdiyini qeyd etməmişdir. O, təsisçisi olduğunu iddia etdiyi, Rusiyada yerləşən şirkətdə mülkiyyətçi (payçı) hesab edilmir, şirətin qanuni təmsilçisi (direktoru) də deyil. Şirkətin sahibi ilə hansısa şəraitdə bir müqavilə imzalanması onun həmin şirkətdə payçı olması anlamına gəlmir. Həm Azərbaycan həm də, Rusiya qanunvericiliyinə əsasən şəxs şirkətdə o halda təsisçi hesab edilir ki, bu barədə qeydiyat orqanında müvafiq məlumatlar reyestrdə daxil edilsin. Hazırkı halda isə reyesrtdə qeydə alınmamış şəxs tərəfindən bağlanmış bu müqavilə özü-özlüyündə bağlandığı andan etibarsızdır (əhəmiyyətsiz əqddir), çünki bu müqavilə təsis müqaviləsi və ya hasilatın pay bölgüsü xarakteri daşıdığı üçün yalnız həqiqi (qanuna əsasən qeydiyyat orqanında qeydiyyata alınmış) təsisçilər arasında bağlana bilərdi. Qeydiyyat orqanında təsisçi kimi tanınmadan kimlərinsə arasında bu cür müqavilənin bağlanması formaldır, pərdələmə, hansısa prosesə, hansısa tələbə hüquqi don geyindirilməsi məqsədi daşıyır. Ona görə də iddiaçının özünü qeyd etdiyi şirkətdə təsisçi kimi təqdim etməsi, iddia tələbinə hüquqi əsas yaratmaq məqsədi daşıyır. Eləcə də iddiaçı Dubayda keçirilmiş olan COP 28 Beynəlxalq tədbirdə iştirak edə bilməməsini və şirkətin məhsulunu təqdim edə bilməməsini, habelə DEVA, Emaraat və s. şirkətlərlə işgüzar görüşlər keçirə bilməməsini, aparıcı daşınmaz əmlak operatorları ilə 10 illik müqavilə bağlamaq imkanından məhrum olmasını (3 il ərzində 3000 unikal obyekt üzrə), hansısa biznesdən 75 mln ABŞ dolları məbləğində əldən çıxmış fayda şəklində gəlirini məhz ölkələr arası hərəkətinə qoyulmuş qadağa ilə əlaqələndirmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, iddiaçı və şirkəti bu səbəbdən də Azərbaycanda keçirilən COP 29 Beynəlxalq tədbirində də iştirak edə bilməmişdir. Bu iştirak əsasında tərəfdaşlarla 20 müqavilə imzalana və iddiaçıya 5 il ərzində əlavə 125 mln ABŞ dolları məbləğində gəlir gələ bilərdi. Odur ki, iddiaçı bütün bu qeyd edilənləri nəzərə alaraq Bankın digər krediotlarının da marağını nəzərə alaraq və onu (Bankı) müflis etmək niyyətindən uzaq olaraq cavabdehin qanunsuz hərəkətləri (ittihamı) nəticəsində iddiaçıya dəymiş zərər kimi 9.500.000 manat, mənəvi zərər kimi 500.000 ABŞ dolları pulun əvəzini tələb edir. Əvvəla onu qeyd edir ki, iddiaçının COP 26 və s. tədbirlərdə müqavilələr bağlayacağı barədə mülahizələrinin heç bir hüquqi asası yoxdur. Çünki iddiaçı uğurlu biznes qura bilsə idi, burda, Azərbaycandakı biznesini müflis (faktiki olaraq) etməzdi. Təbii ki, onlar belə qəbul edir ki, bu müflis olma görüntüsü iddiaçı tərəfindən bilərəkdən ortaya atılmışdır. Həmin dövrdə guya baş vermiş böhranla əlaqədar maliyyə çətinliyinə düşməsi isə tamamilə bir bəhanədir. Çünki böhran 2008-2009-cu illərdə deyil, 2007-2008-ci illəri əhatə etmişdir. Kreditlər isə iddiaçıya aid olan şirkətlər tərəfindən böhran bitdikdən sonra, yani 2009-cu ildə götürülmüşdür. Bundan başqa böhranın əsl səbəbi ABŞ-da Bankların yüksək riskli ipoteka kreditləri verməyə başlamaları idi və bunun nəticəsində ipoteka krediti böhranı baş verdi. Böhran əsasən əmlak bazarını "vurdu". Nəticədə əmlak bazarında ciddi çökmə, maliyyə silkələnməsi baş verdi. Bu böhran Avropada da ciddi təsirlərə, iqtisadiyyatın "silkələnməsi"nə gətirib çıxardı. Lakin Azərbaycanda əmlak bazarınında bir qədər durğunluq yaransa da ümumi iqtisadiyyata ciddi təsir göstərməmiş, bank və maliyyə qrumları eləcə də satış şəbəkələri öz fəaliyyətlərini normal davam etdirmiş, ölkədə bir dənə də olsun mağazala şəbəkəsi müflis elan edilməmişdir. Necə ola bilərdi ki, bu böhran problemi təkcə iddiaçının şirkəti üçün ciddi fəsadlar yaratmışdır? Bundan əlavə hesab edir ki, onlar bu işdə, bu iddia tələbi üzrə əsl cavabdeh ola bilməz. Çünki cavabdehin konkret olaraq iddiaçının barəsində həbs qərarı çıxatmaq, cinayət işi başlayaraq aparmaq səlahiyyəti yoxdur. Bu səlahiyyət təbii ki, əməldə cinayət tərkibinin əlamətləri olduğu təqdirdə səlahiyyətli orqanlar tərəfindən həyata keçirilə bilər. İddiaçı iddia ərizəsində bütün bu zərərlərin (əgər həqiqətən də zərər vardırsa) cavabdeh bankın "ittihamı əsasında yarandığını qeyd etmişdir. İttiham əsasında maddi və mənəvi zərərin yaranmasına dair iddia ərizəsində qeyd edilənlər tamamilə maraqlı məsələdir. Belə ki, kimisə ittiham etmək (əsaslı ittiham) beynəlxalq prinsip olaraq hamılıqla qəbul edilmiş "söz azadlığının tərkib elementidir. Buna baxmayaraq, onlar heç kimi ittiham etməmişdir. Əgər konkret olaraq söhbət şikayətdən gedirsə, bu onların hüququdur və istənilən halda bu şikayətə və ya ərizəyə hüquqi qiyməti verən dövlət orqanı və məhkəmə vardır. İddiaçının isə təqsirsizlik prezumpsiyası prinsipinə görə özünün təqsirsiz olmasına dair sübut təqdim etmək hüququ var. Əgər hansısa məsələdə təqsiri yoxdursa, o zaman bu əsasa dair sübutlarını ortaya qoymalıdır. Milyonlarla kredit götürmüş və ödəməkdən boyun qaçırmış "xxxx" və "xxxx" in həqiqi sahibi özünün iddiada etiraf etdiyi kimi təsisçidirsə və kreditlərin götürülməsinə dair qərar qəbul edibsə, demək ki, kreditlərin qaytarılmasına və eləcə də cəmiyyətin fəaliyyətinə görə məsuliyyət daşıyır. Əgər onun təqsiri yoxdursa, o zaman niyə görə nə "xxxx" QSC-nin nə də "xxxx" MMC-nin maliyyə fəaliyyətində bir dəfə də olsun nə daxili, nə də kənar audit keçirilməyib. Bu şirkətlərin hər ikisinin rəhbəri olan Rəfael Hacıyevin şirkətlərin adına götürdüyü kreditləri hansı istiqamətə xərcləməsi, nəyə xərcləməsi iddiaçını heç maraqlandırmayıb? Yoxsa R.Hacıyev "şirkət müflis oldu dedikda iddiaçı darhal razılaşıb? Bütün bu suallara cavab tapılması iddiaçının faktiki rəhbərlik etdiyi hər iki şirkətin bu kreditləri götürməsi və bilərəkdən ödəməyərək, formal yaradılmış "Azeri Retail MMC adlı şirkətə ötürməsi qabaqcadan planlaşdırımış iş deyildirsə, o zaman niyə sirkətdə audit keçirilməyib, niyə mağazalar "xxxx" MMC-ya verilərkən tərəflər təhvil aktı imzalamayıb? əgər həm ADA-lar, həm də "xxxx" MMC faktiki olaraq şəxsə aid deyildirsə, niyə "Azeri xx.xx.2011-ci il tarixli müqavilə bağlanaraq, işlərin birgə qaydada artırılması, kreditlərin birgə qaydada ödənilməsi barədə razılığa gəlinirdi və "xxxx" MMC üzərində məsuliyyət götürürdü? Bütün bu suallar ritorik xaraker daşımaqla, cavabları onlara məlumdur. Və bu sualların cavabını bildikləri üçün ötən 14-15 il ərzində kreditlərin qaytarılması üçün bütün mümkün hüquqi tədbirləri həyata keçirməyə çalışmışlar. Lakin göründüyü kimi iddiaçı götürdüyü krediti nəinki qaytarmamış, hətta onu xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə aid olması fikrini qətiyyətlə bildirərək məsuliyyətdən kənarda qalmağa çalışmışdır. Halbuki, həmin müqavilə heç də “Restrukturiasiya sazişi" deyil, "Razılaşma" adlanır və mahiyyətcə heç da restrukturizasiya deyildir. Müqavilənin heç bir şərtində kreditin restrukturizasiya edilməsi, yəni yeni cavabdehin üzərinə qoyulması barədə öhdəlik nəzərdə tutulmamışdır. Müqavilənin preambula hissəsində qeyd edilmişdir ki, Şirkət (Azeri Retail) öz üzərində Əsas Tələbə (2 366 000 manat) xidmət etməyi öhdəsinə götürür, Bank isə Əsas Tələbi restrukturizasiya etmək və ona xidmət etmə qaydasını müəyyən etmək öhdəliyini götürür. Göründüyü kimi bu bənddə və eləcədə digər bəndlərdə iddiaçının şirkətlərinin öhdəlikdən azad edilməsi ilə bağlı hər hansı şərt göstərilməmişdir. Qeyd edilənlərdən əlavə olaraq onlar yalnız "xxxx" MMC, "xxxx" MMC va "xxxx" QSC və onların vəzifəli şəxsləri barəsində şikayət etmişlər. Əgər bu şirkətlərdən hansınınsa vəzifəli şəxsi ifadəsində İddiaçı adını vurğulayıbsa, o zaman bu məsələnin araşdırılması zərurəti ortaya çıxmışdır. Hər bir halda hesab edir ki, bank bu iş üzrə əsl cavabdeh ola bilməz, ümumiyyətlə isə iddia tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur, formal mülahizə üzərində qurulmuşdur və iddiaçının barəsində aparılan istintaq işindən yaxa qurtarmaq, cavabdehə təzyiq göstərmək yolu ilə şikayətindən əl çəkməsinə nail olmaq məqsədi daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı 2001-ci ildən etibarən Azərbaycanda yaşamır. İddiaçının birgə payçısı olduğu şirkətlər Cavabdeh ASC-dən vaxtilə kreditlər götürmüşdür. 2011-ci ildə güzəşt müqaviləsi bağlanmış, iddiaçı həmin biznesdən çıxmış və 10 milyon ABŞ dollarına yaxın itkisi olmuşdur. Daha sonra kredit öhdəlikləri "xxxx" MMCyə ötürülmüşdür. İddiaçının "xxxx" MMC ilə heç bir bağlantısı yoxdur. Bir müddət sonra cavabdeh həmin güzəşt sazişini mübahisələndirmişdir. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həmin saziş etibarlıdır və həmin borca görə “ADA-Group” heç bir məsuliyyət daşımır. Daha sonra Cavabdeh ASC” Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və faktiki olaraq bütün həmin kreditlərin qaytarılmasına görə iddiaçını ittiham etmişdir. 15 avqust 2019-cu ildə cavabdehin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorunun müavini Kamran Əliyevin qərarı ilə cinayət işi açılmışdır. Cinayət işi "xxxx" MMC-nin əməkdaşlarının əməlləri ilə bağlı açılıb. İddiaçı isə nəinki "xxxx" MMC-nin əməkdaşı deyil, ümumiyyətlə həmin MMC-yə heç bir aidiyyəti yoxdur. Hər bir halda 18 may 2020-ci il tarixdə müstəntiq Elnur Rüstəmov qərarı ilə mübahisənin mülki xarakterli olduğunu rəhbər tutaraq cinayət işinə xitam vermişdir. Lakin 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bu qərarı ləğv edərək icraatı təzələmiş və cavabdehin müraciətinə istinadən istintaqı iddiaçıya qarşı yönəltmişdir. 2023-cü ilin yay aylarında iddiaçının Bakıda yaşayan qohumları Baş Prokurorluğa dəvət olunmuş və iddiaçıya iş barədə məlumat vermələri xahiş olunmuşdur. 18 iyul 2023-cü il tarixdə iddiaçının vəkili müstəntiqə yazılı müraciət edərək xaricdə yaşayan iddiaçını videokonfrans vasitəsilə dindirməyi xahiş etmişdir. Buna baxmayaraq, 8 sentyabr 2023-cü il tarixdə prokuror X17 dindirmədən qərarları ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2-ci maddələri (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham irəlisürmüş və onun barəsində həbs qətimkan tədbiri (guya gizlənir) seçmişdir. 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X15 vəsatəti ilə iddiaçının 3 ay müddətinə həbs olunması barədə qərar (surəti əlavə olunur) qəbul etmişdir. İddiaçı 4 dekabr 2023-cü il tarixində COP28-də iştirak etmək təyyarə ilə gəlsə də, onu ora buraxmayıblar və səbəb kimi İnterpolun göstərişinə istinad ediblər. İddiaçı potensial müştəriləri ilə əqd bağlamaq imkanından məhrum olmuşdur. 2024-cü ilin fevral ayında iddiaçı ailəsi ilə İspaniyaya gedib. 17 fevral 2024-cü il tarixdə ailəsi ilə X2yıdarkən İnterpolun Azərbaycan Respublikası tərəfindən 22 noyabr 2023-cü il tarixdə göndərilmiş Qırmızı Bildirişi əsasında iddiaçı saxlanılmışdır. Qırmızı bildirişə görə iddiaçıya qarşı guya “külli miqdarda maliyyə ziyanı vurmaqla dələduzluq, lazımi prosedurlar keçirilmədən və ya qanunsuz dövlət sifarişləri həyata keçirilərək dövlət vəsaitinin xərclənməsi” ittihamı irəli sürülmüşdür. İddiaçı 7 aydan artıq müddətdə İspaniyada qalmalı olub. Bu əsnada mənəvi sarsıntı və zərərlə yanaşı xeyli maddi ziyana (İspaniyada yaşayış və vəkil xərcləri, habelə əldən çıxmış fayda) da məruz qalmışdır. İddiaçı saxlanıldıqdan sonra Azərbaycan İspaniya hökumətinə onun ekstradisiyası haqda sorğu göndərmişdir. 31 iyul 2024-cü il tarixdə İspaniya prokurorluğu öz qərarı ilə Azərbaycanın və iddiaçının vəkillərinin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra iddiaçıya qarşı pretenziyanın əsasını cinayət əməli deyil, kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması təşkil edir, bu isə İspaniyada cinayət əməli deyil, iddiaçının konkret olaraq hansı yolla dələduzluq etməsinə dair heç bir təfərrüatlı məlumat təqdim edilməmişdir, İspaniya qanunvericiliyinə görə məsuliyyətə cəlb etmə üzrə 10 illik müddət 2021-ci ilin iyun ayında ötmüşdür əsasları ilə ekstradisiya sorğusunu təmin etməmişdir. 18 sentyabr 2024-cü il tarixdə İspaniya Milli Məhkəməsinin Cinayət Palatası öz qərarı ilə ekstradisiya sorğusunu rədd etmişdir. Məhkəmə qərarına əsasən məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə əsaslandırılmış və digər arqumentlərin təhlilinə lüzum görməmişdir. Qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə də məhkəməyə müraciət etməmişdir. İddiaçı bankın vəziyyətini nəzərə alaraq, cavabdehin ona dəymiş zərərin yalnız bir hissəsini tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X13 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının təsisçi olaraq götürülmüş kreditlər barədə məlumatlı olmaması qeyri-mümkündür. İspaniya qanunvericiliyinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi cinayət məsuliyyətinə səbəb olmur. Lakin borcun yaranma motivi vardır. Borc alınarkən qaytarılma niyyəti yoxdursa, bu, dələduzluqdur. İddiaçı Almalı şirkətində sənəd üzərində olmasa da, faktiki olaraq rəhbər olmuş, qərarların qəbul edilməsində iştirak etmiş və səhv etmirsə payçısı da olmuşdur. Bugünkü gündə 2009-cu ildə ildə bağlanmış kredit müqavilələri qüvvədədir. İddiaçı aldatma yolu ilə bank ilə yeni müqavilələrin bağlanmasına nail olmuşdur. “Azəri Retail MMC” müqavilənin şərtinə əsasən 11 market açmalı idi, lakin buna əməl etməmişdir. Kredit müqaviləsi bağlanan ərəfədə müqavilə bağlanılan hüquqi şəxsin təsisçisinin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı tələb olmamışdır. İddiaçının “Azəri Retail MMC”nin təsisçi olması ilə bağlı onlarda rəsmi sənəd olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1082/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC "xxxx" MMC, "xxxx" MMC va "xxxx" QSC və onların vəzifəli şəxsləri barəsində şikayət etmişlər. Əgər bu şirkətlərdən hansınınsa vəzifəli şəxsi ifadəsində İddiaçı adını qeyd etmişdirsə və yaxud digər hər hansısa səbəbdən həmin şirkətlərin faktiki rəhbərinin onun olmağını göstərmişdirsə, həmin məsələdə cavabdeh bankın təqsiri olmamışdır. Təqsir olmadan zərərdə yarana bilməz. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması öz təsdiqini tapmamışdır. Cavabdeh bank tərəfindən iddiaçıya ziyanın vurulmasını iddiaçı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, həmçinin maddi ziyanla bağlı iddia tələbi rədd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarının və X12 haqqında Konvensiya”nın 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 14.2, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 1082/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (iddiaçı) CavabdehASC-yə (cavabdeh) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ASC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 9.500.000 (doqquz milyon beş yüzmin) manat məbləğinin, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500.000 (beş yüzmin) manat məbləğinin tutulması və Cavabdeh ASCdən İddiaçı xeyrinə 5.790 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1082/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə belə əsaslandırılıb: “CavabdehASC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC və onların vəzifəli şəxsləri barəsində şikayət etmişlər. Əgər bu şirkətlərdən hansınınsa vəzifəli şəxsi ifadəsində İddiaçı adını qeyd etmişdirsə və yaxud digər hər hansısa səbəbdən həmin şirkətlərin faktiki rəhbərinin onun olmağını göstərmişdirsə, həmin məsələdə cavabdeh bankın təqsiri olmamışdır. Təqsir olmadan zərər də yarana bilməz. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması öz təsdiqini tapmamışdır. Cavabdeh bank tərəfindən iddiaçıya ziyanın vurulmasını iddiaçı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan hüquqlarının və X12 haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan hüquqlarının və X12 haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X12 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, həmçinin maddi ziyanla bağlı iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir.” Qətaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, cavabdehin təqsiri və onun nəticəsində iddiaçıya vurulmuş zərərə dair kifayət qədər sübut təqdim edilmiş, lakin qətnamədə onlara heç qiymət də verilməmişdir. 2024-cü ilin fevral ayında iddiaçı ailəsi ilə İspaniyaya gedib. 17 fevral 2024-cü il tarixdə ailəsi ilə X2yıdarkən İnterpolun Azərbaycan Respublikası tərəfindən 22 noyabr 2023-cü il tarixdə göndərilmiş Qırmızı Bildirişi (bundan sonra – Qırmızı Bildiriş) əsasında iddiaçı saxlanılmışdır. Qırmızı bildirişə görə iddiaçıya qarşı guya “külli miqdarda maliyyə ziyanı vurmaqla dələduzluq, lazımi prosedurlar keçirilmədən və ya qanunsuz dövlət sifarişləri həyata keçirilərək dövlət vəsaitinin xərclənməsi” ittihamı irəli sürülmüşdür. Qırmızı Bildirişdə ittiham belə əsaslandırılmışdır: “2009-cu ilin iyun ayında İddiaçı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi, mal dövriyyəsinin artırılması və ona məxsus şirkətlərin ("xxxx" QSC, "xxxx" MMC, "xxxx" MMC) dükan şəbəkəsi üçün mal və avadanlığın əldə edilməsi məqsədilə biznes-kreditin alınması üçün "xxxx" ASC-yə müraciət etmişdir, bankın etibarını qazanmış və krediti vaxtında qaytaracağını vəd etmişdir. Belə ki, "xxxx" şirkəti adından o, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 22% dərəcəsi ilə 625.000 ABŞ dolları məbləğini və xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə illik 22% dərəcəsiilə 587.000 ABŞ dolları məbləğini almışdır. Daha sonra o, "xxxx" şirkəti adından xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 18 ay müddətinə illik 20% dərəcəsi ilə 986.800 ABŞ dolları məbləğini və xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə illik 22% dərəcəsi ilə 500.000 ABŞ dolları məbləğini almışdır. Sonra Cavabdeha vaxtaşırı ödənişlərdən yayınaraq o, elə təəssürat yaratmışdır ki, "xxxx" və "xxxx" şirkətləri maliyyə çətinlikləri yaşayır və bankın borcunu qaytara bilmir və "xxxx"ın əməkdaşlarını bu şirkətlərin maliyyə öhdəliklərini özünün "xxxx" adlı digər şirkətinə ötürməsinə inandıra bilmişdir. Nəticədə xx.xx.2011-ci ildə "xxxx" və "xxxx", "xxxx" və "xxxx" şirkətləri arasında saziş imzalanmışdır. Həmin sazişə əsasən o, "xxxx" şirkəti üçün xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə illik 8% dərəcəsi ilə əlavə olaraq 473.200 ABŞ dolları ala bilmişdir. Aldığı bütün kreditlərdən o, cəmi 271.436 ABŞ dollarını ödəmiş, qalan 1.425.885 ABŞ dollarını isə ödəməmişdir. O, aldatma yolu ilə etibardan sui-istifadə edərək bankın pulunu mənimsəmiş, zərər çəkmiş Cavabdeh ASC-yə ciddi maliyyə ziyanı vurmuş, öz hərəkətləri ilə bankın nüfuzu və maliyyə dayanaqlığına xələl gətirmişdir.” Cavabdeh etirazında yazılı və məhkəmədə şifahi bildirmişdir ki, guya iddiaçı barədə şikayət etməyib. Guya yalnız müvafiq hüquqi şəxslərin vəzifəli şəxsləri barədə şikayət edib. Halbuki, təqdim etdikləri X4 birmənalı şəkildə yazıb ki, cavabdeh məhz iddiaçı barədə şikayət edib. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun icraatın təzələnməsi barədə 14 aprel 2023-cü il tarixli qərarının 3-cü səhifəsində yazılıb: “Bundan başqa, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2019-cu iltarixli məktubda (həmin məktub həmin gün Baş İdarəyə daxil olmuşdur) "xxxx" MMC, "xxxx" QSC, "xxxx" MMC-nin faktiki rəhbərinin İddiaçı olduğu, həmin şəxsin kredit öhdəliklərindən yayınmaq üçün "xxxx" MMC yaratdığını və bank ilə yeni müqavilələrin (razılaşmaların) bağlanmasına nail olduğunu göstərilərək həmin şəxs barəsində tədbir görülməsi xahiş olunmuşdur”. Məhz bu da cavabdehin təqsirinə və nəticəsində vurduğu zərərə dair birbaşa sübutdur. Cavabdeh verdiyi kreditlərin guya iddiaçıya aid olmasına dair bu məhkəmə prosesi çərçivəsində də heç bir sübut təqdim edə bilməyib. Bu da onun suçlu olduğunu bir daha təsdiqləyir. Əksinə, cavabdehin nümayəndəsi məhkəmə prosesi zamanı bildirdi ki, sözügedən kreditlərin məhz iddiaçı tərəfindən götürülməsinə dair onlarda heç bir sübut yoxdur, buna görə də mülki qaydada ona qarşı iddia tələbi irəli sürməyiblər, iddia müddətini də buraxıblar və onun cinayət təqibinə qərar veriblər. Bu da haqlı sual yaradır: bəlkə cavabdeh əsl borclularla sövdələşib, onlardan pulu tələb etməyib, iddia müddətini də buraxıb və indi vəsaiti cinayət təqibi yolu ilə iddiaçıdan almaq istəyir?! İddiaçı saxlanıldıqdan sonra Azərbaycan İspaniya hökumətinə onun ekstradisiyası haqda sorğu göndərmişdir. 31 iyul 2024-cü il tarixdə İspaniya prokurorluğu öz qərarı ilə Azərbaycanın və iddiaçının vəkillərinin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra aşağıdakı əsaslarla ekstradisiya sorğusunu təmin etməmişdir. İddiaçıya qarşı pretenziyanın əsasını cinayət əməli deyil, kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması təşkil edir, bu isə İspaniyada cinayət əməli deyil; - İddiaçının konkret olaraq hansı yolla dələduzluq etməsinə dair heç bir təfərrüatlı məlumat təqdim edilməmişdir (məsələn, "xxxx"ın əməkdaşlarını "xxxx" və "xxxx" şirkətlərinin maliyyə öhdəliklərinin “AzəriRetail” şirkətinə ötürülməsinə hansı cinayət hərəkəti ilə inandıra bilmişdir); - İspaniya qanunvericiliyinə görə məsuliyyətə cəlb etmə üzrə 10 illik müddət 2021-ci ilin iyun ayında ötmüşdür. 18 sentyabr 2024-cü il tarixdə İspaniya Milli Məhkəməsinin Cinayət Palatası öz qərarı ilə ekstradisiya sorğusunu rədd etmişdir. Məhkəmə qərarını əsasən məsuliyyətə cəlb etmə müddətinin ötməsi ilə əsaslandırılmış və digər arqumentlərin təhlilinə lüzum görməmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, guya İddiaçının İspaniyadan ekstradisiya olunmadığının səbəbi yalnız məsuliyyətə cəlb etmə müddətinin ötməsidir. Bu, yalandır! İspaniya Məhkəməsi isə təfərrüatlara getmədən yalnız müddətin ötməsini rəhbər tutmuşdur (bizim məhkəmələr də işlərə bu cür yanaşır: müddət ötübsə, digər məsələləri aktlarında adətən təhlil etmirlər). X11 bu məsələləri artıq araşdırmışdır. Bütün bu 7 aylıq müddət (17 fevral – 18 sentyabr 2024-cü il) ərzində iddiaçı məcburən İspaniyada qalmalı olmuşdur. Bu əsnada mənəvi sarsıntı və zərərlə yanaşı xeyli maddi ziyana (İspaniyada yaşayış və vəkil xərcləri, habelə əldən çıxmış fayda) da məruz qalmışdır. İddiaçının problemi İspaniyada həll olunsa da, X9 hələ də qüvvədədir. Buna görə də cavabdehin ittihamı ilə bağlı aşağıda bütün faktları və arqumentləri izah edəcəklər. - 2006-2011-ci illər ərzində iddiaçı pərakəndə ticarət şəbəkəsi olan “Almalı” layihəsinin (bundan sonra – Layihə) investorlarından biri olmuşdur. Dünya Bankının tərkibinə daxil olan X1 (bundan sonra – İFC) (20%), Axundov (45%), Sergey İvaşkeviç (2021-ci ildə vəfat edib) (30%) və Həsən Rizayev (5%). Layihənin maliyyələşdirilməsi üçün Avstriyada A&DA Holding AG şirkətini (bundan sonra – Holdinq) təsis etmişlər. Holdinq Layihəni idarə edən və birgə “ADA-Group”adlanan üç şirkəti ("xxxx",“ADA-Nəqliyyat” and "xxxx") maliyyələşdirirdi. İddiaçı Layihəyə 4,5 mln ABŞ dolları, İvaşkeviç isə 3 mln dollar investisiya qoymuşdur. İFC isə həm kapital qoyuluşu (6 mln), həm də kredit (12 mln) kimi 18 mln ABŞ dolları qoymuşdur. İFC-nin krediti üzrə iddiaçı və İvaşkeviç zamin olmuşdur. Həmin kredit həmçinin “ADA-Group”-a mənsub olan daşınmaz əmlakın ipotekası ilə də təmin olunmuşdur. Azərbaycanda yaşamamış iddiaçı Layihənin fəaliyyətinə dair qərarların qəbulunda birbaşa deyil, etibarnamə üzrə nümayəndələri vasitəsilə iştirak etmişdir. Layihənin rəhbəri isə Alexander Neumann olmuşdur. - “ADA- Group” həmçinin yerli banklardan da kreditlər götürmüşdür. O cümlədən cavabdehdən. İddiaçı bu kreditlərin alınmasında və qaytarılmasında hər hansı şəkildə iştirak etməmiş, heç bir təminat (zaminlik və s.) verməmişdir. Həmin kreditlər üzrə iddiaçıda heç bir sənəd yoxdur. Həmin dövrdə rəhbəri Rəfail Hacıyev, baş maliyyə inzibatçısı isə Bəhruz Hüseynov olmuşdur. 2008-2009-cu illər ərzində baş vermiş qlobal maliyyə böhranı əsnasında Layihədə problemlər yarandı. Belə ki, “Qara Dəniz Ticarət və İnkişaf Bankı” Layihəyə 10 mln ABŞ dolları məbləğində kreditin verilməsini qərara alsa da, böhran səbəbindən krediti verə bilmədi. Layihənin davamı üçün yeni investora zərurət yarandı. Bu qisimdə Avstriyanın EMSA Capital (bundan sonra –EMSA) şirkəti o şərtlə çıxış etdi ki, Layihəyə vəsait ayırmaq üçün mövcud investorlar öz paylarından imtina etməli və onların tələbləri silinməlidir. Beləliklə, EMSA,daha doğrusu, onun yaratdığı "xxxx" MMC yalnız kreditlər (o cümlədən "xxxx" ASC-yə) üzrə öhdəlik götürdü. Bunun üçün xx.xx.2024-cü ildə tərəflər arasında Restrukturizasiya sazişi bağlandı. Ən iri kreditor olan İFC sazişə qoşulmasa da, ona razılığını verdi. Resturkturizasiya çərçivəsində “ADA-Group”-un yerini EMSA-ya məxsus "xxxx" MMC (rəhbəri Kamran Eyyubov) tutmuşdur və onun tərəfindən “Almalı”nın rebrendinqi həyata keçirilərək şəbəkə “Fresco” adlandırılmışdır. Bu saziş bağlandıqdan sonra iddiaçının Layihədə iştirakı bitmiş və o nəticədə 10 mln ABŞ dollarına yaxın məbləğ itirmişdir. İddiaçının guya Restrukturizasiya sazişi çərçivəsində cavabdeh tərəfindən "xxxx" MMC-yə 2011- ci ildə verdiyi 473.200 manat məbləğində krediti barədə təbii olaraq məlumatı yoxdur. İspaniyanın xahişinə baxmayaraq, Azərbaycan həmin kredit barədə də hər hansı sənəd təqdim etməyib. 2018-ci ildə "xxxx" MMC cavabdehə və “ADA-Group”-a qarşı iddia qaldıraraq Restrukturizasiya sazişinin etibarsız hesab olunmasını və öhdəliyini yerinə yetirməmiş “ADA-Group” tərəfindən ona 473.200 manat məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı bu məhkəmə icraatının iştirakçısı olmayıb. Birinci instansiya məhkəməsi (İqtisadi-İnzibati Məhkəmə) 2018-ci ildə "xxxx" MMC-nin iddiasını təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2019-cu ildə 2(103)-59/2019 saylı qərarı ilə həmin qərarı ləğv edərək iddianı rədd etmişdir. 2019-cu ilin iyul ayında Ali Məhkəmə tərəfindən "xxxx" MMC-nin kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, iddiaçıya dolayısı ilə aid olan şirkətlərin cavabdehə borcunun olmaması Ali Məhkəmə tərəfindən təsdiq olunmuşdur. Ali Məhkəmənin bu qərarından bir ay keçməmiş, 15 avqust 2019-cu ildə cavabdehin müraciəti (İspaniyanın müraciətinə baxmayaraq Azərbaycan onun surətini təqdim etməyib) əsasında Azərbaycan Respublikası Baş Prokurorunun müavini Kamran Əliyevin qərarı ilə cinayət işi açılmışdır. Cinayət işi "xxxx" MMC-nin əməkdaşlarının əməlləri ilə bağlı açılıb. İddiaçı isə nəinki "xxxx" MMC-nin əməkdaşı deyil, ümumiyyətlə həmin MMC-yə heç bir aidiyyəti yoxdur. Hər bir halda 18 may 2020-ci il tarixdə müstəntiq Elnur Rüstəmov qərarı ilə mübahisənin mülki xarakterli olduğunu rəhbər tutaraq cinayət işinə xitam vermişdir. Lakin 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bu qərarı ləğv edərək icraatı təzələmiş və cavabdehin müraciətinə istinadən istintaqı iddiaçıya qarşı yönəltmişdir. 2023-cü ilin yay aylarında iddiaçının Bakıda yaşayan qohumları Baş Prokurorluğa dəvət olunmuş və iddiaçıya iş barədə məlumat vermələri xahiş olunmuşdur. 18 iyul 2023-cü il tarixdə iddiaçının vəkili müstəntiqə yazılı müraciət edərək xaricdə yaşayan iddiaçını videokonfrans vasitəsilə dindirməyi xahiş etmişdir. Buna baxmayaraq, 8 sentyabr 2023-cü il tarixdə prokuror X17 dindirmədən qərarları ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2-ci maddələri (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham irəli sürmüş və onun barəsində həbs qətimkan tədbiri (guya gizlənir) seçmişdir. 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X15 vəsatəti ilə iddiaçının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul etmişdir. Göründüyü kimi, İspaniya prokurorluğu və məhkəməsi iddiaçıya qarşı irəli sürülmüş ittihamın aşkar şəkildə əsassız olduğunu müəyyən etmişdir. Cavabdeh Prokurorluğa qərəzli olaraq (kreditləri borclu şəxslərdən deyil, onlara aidiyyəti olmayan İddiaçıdan tələb etmək və bunu kriminallaşdırmaq aşkar qərəzdir) yanlış məlumat verərək qanunsuz qərarların qəbul olunmasına nail olmuş, adi mülki (kommersiya) mübahisəsinə cinayət xarakteri donunu geyindirmişdir. Ən əsası isə hətta mülki (kommersiya) mübahisəsinin də iddiaçıya heç bir aidiyyəti olmaya-olmaya. Çünki nəinki iddiaçının, heç “ADA-Group”-un da cavabdehə borcu yoxdur. Və bu fakt Ali Məhkəmənin qərarı ilə də təsdiq olunub. Təəssüf ki, Prokurorluq da nəinki cavabdehə inanmış və yanlış istiqamətə yönəlmişdir, həmçinin iş üzrə ortaya ağlabatan arqumentlər də qoymamışdır (heç istənilən sənədlərin də hamısı təqdim olunmayıb). O cümlədən İspaniya dövlət orqanlarına da adekvat məlumat verə bilməmişdir ki, cavabdehin hansı əməllərində dələduzluq var? Cavabdeh bu əməlləri sayəsində nə xeyir götürüb? Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə irəli sürülən ittiham isə ümumiyyətlə təəccüb doğurur: İddiaçı hansı vəzifəni tutur ki, səlahiyyətlərindən sui-istifadə də etsin? Üstəlik həmin maddə üzrə Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti çoxdan ötdüyü halda. Bütün bunlar barədə Baş prokurora ünvanladıqarı məktubda ətraflı məlumat veriblər. İddiaçı nəinki Azərbaycanda, həmçinin Avropada, habelə Türkiyədə və Rusiyada kifayət qədər tanınmış və nüfuzlu iş adamı, mütəxəssis və menecerdir. Təsadüfi deyil ki, Britaniya hökuməti də məsələni nəzarətdə saxlayır. Buna görə də iddiaçının bu əsassız ittiham əsnasında 7 ay ərzində məcburi olaraq İspaniyada yaşaması ona mənəvi sarsıntılar (onun Azərbaycan üçün etdikləri müqabilində belə absurd ittihamla üzləşməsi, İngiltərədə yaşayan ailəsindən ayrı düşməsi və s.) yaşatması və əlavə xərclər (mehmanxana, vəkillər və s.) ilə bərabər ona biznesi ilə məşğul olmağa imkan verməmiş və külli miqdarda əldən çıxmış fayda ilə nəticələnmişdir. Konkret olaraq iddiaçının əsas biznesi 2019-cu ildə Rusiya Federasiyasında qeydiyyata alınmış İndependent Energy şirkəti (bundan sonra – Şirkət) ilə bağlıdır. Şirkətin formal sahibi Rusiya Federasiyasının vətəndaşı X8. Lakin Kazakovla iddiaçı arasında bağlanmış müqaviləyə əsasən Şirkətin 65%-i iddiaçıya, 35%-i isə Kazakova məxsusdur. Şirkətə 4 mln ABŞ dolları məbləğində investisiyalar subordinasiya krediti formasında qoyulmuşdur. Skolkovo rezidenti olan Şirkət qlobal istiləşmə çağırışına cavab olaraq ecomanagement.comunikal həll məhsulunu inkişaf etdirir. 2020-ci ildən tətbiq edilən məhsul üzrə Şirkətin 2022-ci il etdiyi müraciət əsasında 2024-cü ildə patent alınmışdır. 3,5 il ərzində Şirkət məhsulu Türkiyə, Rusiyavə BƏƏ-də 100-dən çox yerdə tətbiq etmişdir. 2021-ci ildə İddiaçı şəxsən COP26-da məhsulun təqdimatını keçirmişdir. Şirkət BƏƏ-nin UEG qrupu (www.ueg.ae) ilə məhsulun regionda birgə inkişafına dair saziş bağlamışdır. 2023-cü ilin 6 dekabrında Dubayda keçirilmiş COP 28-də məhsulun UEG-lə birgə təqdimatı olmalı idi. 7 dekabrda isə İddiaçı UEG-in prezidenti Al Shorafa ilə görüşməli idi. Bundan sonra DEVA, Emaraat və digər şirkətlərlə işgüzar görüşlər olmalı idi. Şirkət aparıcı kommersiya daşınmaz əmlakı operatorları azı 10 müqavilə bağlamalı idi (3 il ərzində 3000 unikal obyekt üzrə). Rusiya üzrə hər aktiv saytdan orta gəlir 5000 ABŞ dolları təşkil edir. Beləliklə, 5 il üzrə əldən çıxmış fayda azı 75 mln ABŞ dolları təşkil edir (onlara hələ regionda elektrik enerjisinin Rusiyadan daha ucuz olduğunu nəzərə almırlar). Üstəlik cavabdehin ucbatından Şirkət və iddiaçı Bakıda 2024cü ildə keçirilmiş COP29-da da iştirak edə bilmədilər. Halbuki, iddiaçı publik çıxışlar və digər üsullarla onun hazırlanmasında iştirak etmişdir. Bu iştirak əsnasında tərəfdaşlarla azı 20 müqavilə imzalana və iddiaçıya 5 il ərzində əlavə 125 mln ABŞ dolları məbləğində gəlir gətirə bilərdi. İddiaçı o cümlədən cavabdehin digər kreditorlarının da maraqlarını nəzərə alaraq və onu müflis etmək niyyətindən uzaq olaraq onlar cavabdehin qanunsuz hərəkətləri (ittihamı) nəticəsində iddiaçıya dəymiş maddi zərər kimi yalnız 9.500.000 (doqquz milyon beş yüz min) manatın, mənəvi zərər kimi isə 500.000 (beş yüz min) manatın əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh Prokurorluğa bilə-bilə yanlış məlumat vermiş və iddiaçının təqibinə nail olmuşdur. Bununla da iddiaçıya zərər vurmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin olunmasını xahş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X13 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1082/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələblərindən müəyyən olunur ki, o, cavabdehin hüquqmühafizə orqanına bilə-bilə yanlış məlumat verməsi səbəbindən barəsində başlanmış cinayət təqibi nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını hesab edir. Ona görə maddi zərərin əvəzi olaraq 9.500.000 manatın, mənəvi zərərin əvəzi olaraq 500.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə məhkəmə aktının qəbul edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, hər bir şəxsin, eləcə də, cavabdehin hüquqmühafizə orqanına müraciət etmək hüququ vardır. Bu hüquqdan istifadə edilməsi hər hansı bir şəxsə maddi və ya mənəvi ziyanın vurulması ilə nəticələnən hərəkət kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən öz müraciəti əsasında hər hansı bir qərar qəbul etmək səlahiyyətinə malik deyildir. Kollegiya həmçinin edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya eyni zamanda qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində vurulması ehtimal olunan zərərin əvəzinin ödənilməsi tələbinin deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Hazırkı işdə isə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, iddiaçıya vurulmasını iddia etdiyi maddi və mənəvi ziyanla iddiaçının baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və X12 haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1082/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3585/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3585/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver