Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3586/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e- 2(001)-1293/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 avqust 2021-ci il tarixli, 11100***-*******02L saylı Əsas Kredit razılaşmasından və 27 noyabr 2023-cü il tarixli kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışından görünür ki, müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və sonuncunun banka 27 noyabr 2023-cü il tarixə müqavilə üzrə 1177,80 manat əsas, 16,80 manat faiz borcu, əsas məbləğ və faiz borcu üzrə cərimə 0,39 manat olmaqla, cəmi 1194,99 manat məbləğində borcu mövcuddur.
2. Bildiriş məktubundan (pretenziya) görünür ki, cavabdeh banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1177,80 manat əsas kredit borcu, 16,80 manat kreditdən istifadəyə görə faiz borcu, 0,39 manat cərimə olmaqla, cəmi 1194,99 manat məbləğində borc, həmçinin 31,95 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 11100***-*******02L saylı 10 avqust 2021-ci il tarixli tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 48 ay müddətinə illik 21% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə 27 noyabr 2023-cü il tarixə 1177,80 manat əsas kredit borcu, 16,80 manat kreditdən istifadəyə görə faiz borcu, 0,39 manat cərimə olmaqla, cəmi 1194,99 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır.
5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, e-2(001)- 1293/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(001)- 1293/2024 nömrəli nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1177,80 manat əsas kredit borcu, 16,80 manat kreditdən istifadəyə görə faiz borcu, 0,39 manat cərimə olmaqla, cəmi 1194,99 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, dəyişdirilib, ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, AzərbaycanRespublikasıMülkiMəcələsinin 443.1cimaddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşə baxan məhkəmə bumaddi hüquq normasına istinad etməmiş, iddiaçının öhdəliyini yerinə yetirməli olduğu məsələni müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-cimaddəsinə əsasən “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Lakin işə baxan məhkəmə bu hüquq normasına istinad etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
17. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 48 ay müddətinə illik 21% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir.
18. Məkhəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və yalnız mülahizələrə əsaslanmış, cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
19. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(001)- 1293/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(001)- 1293/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.