Məhkəmə qərarları › İş №2(103)-3589/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3589/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3589/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin e-2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Xətai Rayon Məhkəməsinin e-2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyan ödənilməsi tələbi” nə dair iddiası qismən təmin edilmişdir.

2. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək baxışa təyin edilmişdir.

3. Hazırda qeyd edilən qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Xətai Rayon Məhkəməsindən 2(011)- 72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğu daxil olmuş və mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

4. Məhkəmə Kollegiyasının iclasında cavabdeh həqiqətən də qətnamədən şikayət verdiyini və şikayətinin mümkünlüyünün yoxlanması üçün mülki işin rayon məhkəməsinə göndərilməsini xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Hüseynov cavabdehin sadəcə vaxtı qazanmaq məqsədilə şikayət verdiyini bildirdi.

6. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin Xətai Rayon Məhkəməsinin e-2(011)- 72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

8. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3589/2024 nömrəli, xx.xx.2024-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Cavabdeh Xətai Rayon Məhkəməsinin e-2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar