Məhkəmə qərarları › İş №2(103)-359/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-359/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-359/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)-6136/2015 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 24 iyun 2011-ci il tarixli, 276 nömrəli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 61000 ABŞ dolları, normal faiz borcu üzrə 49643,58 ABŞ dolları, cərimə məbləği üzrə 26367 ABŞ dolları, cəmi 137010,58 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 61000 ABŞ dolları əsas borc, 23280 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 89280 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(103)-5406/2023 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müddətin buraxılmamış hesab edilməsi barədə 07 iyul 2023-cü il tarixli, 2(005)-6136/2015 nömrəli qərardadından şikayət vermişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininin 04 iyun 2024-cü il tarixli məktubuna əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti ilə bağlı mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti qərardaddan verdiyi şikayətə baxılması üçün Cavabdeh apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(103)- 5406/2023 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar