Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3592/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı və icra qeydinin ləğv olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı “əqdin etibarsızlığı və icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-523/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 21.514 manat məbləğində borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 1(011)-211/2022 nömrəli hökmdən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin iş üzrə zərərçəkmiş Cavabdeh1 məhkəməy ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş 31.514 manat maddi ziyandan hissə-hissə 10.000 manat məbləğinin ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
3. xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-503 reyestrli kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 21.514 manat və tələkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 21.539 manat pul tutulmuşdur.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4481/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 21.500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 xeyrinə tutulmuşdur. Həmin mülki iş üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının izahatı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-211/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək üçün hissə-hissə olmaqla Elnur Məmmədova vermiş, sonuncu pulu Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza"-nın yaxınlığındakı Bravo Marketin qarşısında almış, Cavabdeh1 31.514 manat pulu aldıqdan sonra həmin puldan borclarını ödəmiş və qalan hissəni də özü üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı cavabdeh Elnur Məmmədov həmin borc məbləğindən 10.000 manat pulu hissə-hissə olmaqla iddiaçı Cavabdeh1 ödəmiş, geri qalan məbləğ, yəni 21.500 manat hazırki günədək geri qaytarılmamışdır.
5. Elnur Məmmədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzin mətnində qeyd olunmuşdur: “X7 bu qəbzi verirəm ondan ötrü ki, tanışım Cavabdeh1 olan 31.514 manat borcumdan 10.000 manatını ödəmişəm, qalan 21.514 manat borcumla bağlı mənim və onun razılığına əsasən tanışım İddiaçı ilə sonuncu arasında notarial qaydada formal xarakterli borc müqaviləsi bağlanmışdır. Hazırda həmin borc müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində icra işi vardır. İcra qeydinə əsasən açılmış icra işi üzrə borclu İddiaçı olsa da, həmin borc faktiki olaraq mənim borcumdur və ödəniş mənim tərəfimdən olunacaqdır. Qəbzi heç bir təzyiq təsiri olmadan təsdiq ediləm. Düzdür, imzamla təsdiq edirəm”
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin-əqdin etibarsızlığına və 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-4183 saylı icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 tanışı Cavabdeh1 2021-ci il ərzində hissə-hissə olaraq 31.514 manat alaraq aldatmaqla dələduzluq etmişdir. Həmin faktla bağlı AR DİN-nin BMCMİ-də AR CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və Elnur Məmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə məsuliyyətinə verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsində cinayət işinə baxılan müddətdə zərərçəkmiş şəxsə 10.000 manat ödəniş edilmiş, qalan məbləğin hissə-hissə ödənilməsinə dair onunla razılaşma əldə olunmuş, həmin müddətdə Elnur Məmmədov həbsdə olduğundan razılaşmaya əsasən iddiaçı ilə zərərçəkmiş Cavabdeh1 arasında Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda formal xarakterli olaraq 21.514 manatla bağlı 3M-503 saylı xx.xx.2022-ci il tarixli borc müqaviiəsi bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixinə müəyyən edilmişdir. Zərərçəkmiş Cavabdeh1 razılaşma əsasında ərizə ilə məhkəməyə müraciət etdikdən sonra Bakı Şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Elnur Məmmədov barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilərək o azadlığa buraxılmışdır. X9 borcun müəyyən qismini 4.000 manatım (qəbzləri mövcuddur) qaytarsada, öhdəliyinə tam əməl etməyərək Cavabdeh1 borcunu vermədiyindən aralarında bağlanmış formal borc müqaviləsinə əsasən notariat kontoruna müraciət etmiş və notariat kontorundan göndərilən icra qeydinə əsasən Yasamal rayon İcra şöbəsində icra işi açılmışdır. Həmin icra işinə əsasən Cavabdeh1 tələbkar, iddiaçı isə borclu statusunu almışdır. Cavabdeh1 21.500 manat borcun Elnur Məmmədovdan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayoı məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamə qəbul olunmuş, iddia təmin olunmuşdur. X7 borcun ona məxsus olduğuna dair yazılı qəbz imzalamışdır, həmin qəbzi digər sənədlərlə, o cümlədən qətnamə ilə birlikdə ərizə ilə icra şöbəsinə təqdim edilmişdir. Cavabdeh1 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, cavabdeh qismində X5 qoyması, borcun iddiaçının deyil X2 olduğunu bilavasitə göstərən haldır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi həqiqəti əks etdirmir, həmin müqavilə cavabdehin şərtinə əsasən formal olaraq iddiaçı ilə onun arasında bağlanmışdır. Bu hal isə borc müqaviləsinin, yəni əqdin əhəmiyyətsiz əqd olmasını təsdiq etdiyindən məhkəmə tərəfindən əqdin etibarsız hesab edilməs üçün əsas ola bilər.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 2022-ci ilin mayından Elnur Məmmədovun cinayət işində görə tanımışdır. Elnur tərəfindən ödənilmiş ziyan onun atası və anası tərəfindən ödənilmirdi. Cinayət işinin gedişində Cavabdeh1a 10.000 pul ödənilmiş, 21.514 manat qalmışdır. Zərərçəkmişlə barışıq əldə edilməsi məqsədi ilə onunla kredit müqaviləsi bağlamış və həmin gün cavabdeh tərəfindən ərizə verilmiş, Elnur Məmmədova məhkəmə hökmü ilə həbs verilməmişdir. Hökm çıxandan sonra da Cavabdeh1 təxminən 4.000 manat ödənilmişdir. Keçən il fevral ayında icra məmurundan zəng gələndə ona məlum olmuşdur ki, icra qeydi çıxarılmışdır. Bundan sonra Seymura zəng vurmuşdur, Elnur ilə birlikdə icra şöbəsində izahat yazmış və orada icra məmuruna da məlum olmuşdur ki, müqavilə formaldır. Sonradan Cavabdeh1 əsas borclu olan Elnur Məmmədova da qarşı iddia ərizəsi ilə müraciət edərək, 21.500 pulun tutulması barədə qətnamə qəbul edilmişdir. Bankda olarkən də pulu ondan başqasına verilə bilməyəcəyindən, o, pulu götürən kimi Cavabdeh1 vermişdir. Elnur Məmmədov onun qızı ilə birlikdə işləmişdir. Elnurun anası ona müraciət edib, köməklik etməyini istəmişdir. İddiaçı, özü də hüquqşünasdır. Cavabdeh1 o vaxt ona demişdir ki, Elnurun atasını və anasını tanımış, lakin pulun ona vermədiklərini demişdir. İddiaçının Elnura təzyiqləri nəticəsində, dəymiş ziyanın məbləğindən 5.000 ödənilmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını bir neçə ildir tanıyır. O, Vəkillər Kollegiyasının üzvüdür. Təxminən 2022-ci ilin aprel-may aylarında Elnur Məmmədov Cinayət MƏcəlləsinin 178.2.4-cü maddəsi ilə həbsdə idi. Elnurun cinayət işində müdafiəçisi olmuş və həmin cinayət işinə elə Xətai Rayon Məhkəməsində baxılmışdır. 31.514 borc məsələsi var idi. Bir-iki məhkəmə prosesi olmuş və ziyanın ödənilməsini tələb edilirdi. Cinayət işinin gedişində 10.000 manat pul ödənilmişdir. Cavabdeh1 demişdir ki, Elnur həbsə getsə ziyanın qaytarılması mümkün deyil, ən yaxşısı razılıq əldə edilsin. Mülkiyyət əleyhinə cinayətlərdə zərərçəkənin ərizəsi əsas olduğundan, onlar razılıq əldə etmək üçün tədbirlər görmüşlər. Həmin ərəfədə Seymur bir şərt qoşdu ki, onun Elnura və ailəsinə etibarı olmadığı üçün kimsə onunla müqavilə bağlasın. Ona görə də Nazim ilə Seymur arasında formal müqavilə bağlandı. Elnurun anası Azərbaycan Dillər Universitetində müəllimə işləyir, atası da ayrı təsərrüfat aparır. Onda olan məlumata görə ödənilən 10.000 manat pulun 5.000 manatını Nazim yığmışdır. Müqavilə bağlanan gün Seymur ərizəni imzalamış, məhkəmədə də ona 10.000 manat pul ödənildiyini bildirmişdir. Hökm çıxandan sonra Elnur təxminən 4.000-5.000 manat pulu Seymura ödəmişdir. Borcun ödənilməsinə təsir üçün icra qeydi verilib. İcra məmuruna da məlum oldu ki, formal müqavilədir. Sonradan icra məmuru da onlara məlumat vermişdir ki, Seymur tələb edib, həmin məbləği Elnurdan tələb etmiş və bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh məhkəmə iclaslarında gəlmir, yəqin deməyə sözü yoxdur.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 523/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
12. Məhkəmə tərəfindən sorğu edilərək, təqdim edilmiş notariat işindən müəyyən olunmuşdur ki, müqavilə bağlanan zaman 21.514 manat pul vəsaiti Cavabdeh1 tərəfindən notariat ofisinin depozit hesabına ödənilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixli çekdən görünür ki, notariat ofisinin depozitindən 21.514 manat məbləğində pul vəsaiti X8 tərəfindən götürülmüşdür.
13. İddiaçı məhkəmə iclaslarında bankdan 21.514 manat məbləğində pulun götürülərək, elə həmin yerdə Cavabdeh1 verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə, iddiaçının 21.514 manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixində 1(011)-211/2022 saylı hökmü ilə öz təsdiqini tapmış X2 Cavabdeh1 vurduğu ziyan olduğunu və həmin tarixdə aralarında kredit müqaviləsi bağlanmasının məqsədi Elnur Məmmədovun azadlıqdan məhrum edilməməsi olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hökm ilə müqavilənin eyni tarixdə olması həmin müqavilənin uydurma olmasını və tərəflər arasında borc müqaviləsinin qanunvericliyinin tələblərinə zidd olaraq bağlanması demək deyildir.
15. Həmçinin məhkəmə şahid ifadəsinə münasibət bildirərək qeyd etmişdir ki, şahidin ifadəsi digər iş materialları ilə öz təsdiqini tapmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğundur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 324.4, 337.1, 337.4, 339.1, 339.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76, 79-cu maddələrinə, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 217.4-cü maddəsinə, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birincisi, hakim sorğunun Əmanətlərin Sığortalanması Fonduna yönləndirildiyini bildirərkən o, həmin sənədin alınmasına ehtiyac olmadığını bildirərək, ərizəsində və izahatında pulun tərəfindən alındığını etiraf etdiyini bildirmişdir. Buna baxmayaraq hakim iclası iki dəfə təxirə salmışdır. İkincisi, sonuncu məhkəmə iclası xx.xx.2024-cü il tarixində baş tutmuş və hakim sorğuların cavablarının gəldiyini bildirsə də, cavabları elan etməmiş, tədqiqini aparmamış, həmçinin onun tanış olmağı üçün şərait yaratmamışdır. Üçüncüsü, xx.xx.2024-cü il tarixində baş tutan sonuncu məhkəmə iclasında şahid qismində izahat verən X4 iclas zalında qalmaq istədiyini bildirməsinə baxmayaraq, hakim bayırda gözləməsini bildirmiş, nəticə də şahidə hər hansı bir sual verilməsinə, hansısa bir xüsusatın dəqiqləşdirilməsinə belə şərait yaradılmamış olmuşdur. Məhkəmə əqdin etibarlı olmasının şərtlərindən bəhs etsə də, əsas olan real şərtimüqavilənin yaranma şərtlərini nəzərdən qaçırmışdır. Müqavilə cavabdeh (müqavilə bağlandığı dövrdə cinayət işi üzrə zərərçəkmiş şəxs olan) Cavabdeh1 təşəbbüs və şərtinə əsasən bağlanmış, müqavilənin bağlanmasında sonuncunun niyyəti və məqsədi azadlığa buraxılan təqsirləndirilən şəxsin (X2) gələcəkdə məsuliyyət hiss edərək zərərin qalan hissəsini ödəməsi olmuşdur. Müqavilə onunla bağlandığı üçün o da təqsirləndirilən şəxsə öz nüfuzundan istifadə edərək təsir göstərərək ziyanın qalan hissəsinin ödənilməsinə kömək etməli idi. Məhkəmə işin faktiki hallarına və iddiaçının təqdim etdiyi sübutlara lazımi əhəmiyyət və diqqət verməmiş, belə ki, həmin müddətədək onunla Cavabdeh1 arasında tanışlıq belə mövcud olmamış, münasibətləri olmamış, aralarında borc müqaviləsinin bağlanması üçün yuxarıda qeyd etdiyi səbəbdən başqa heç bir əsas olmamışdır. Hətta müqavilənin predmeti olan pul məbləği Cavabdeh1 tərəfindən təşkil olunmuş və kassadan tərəfindən alındıqdan sonra özünə qaytarılmışdır. Bundan əlavə, Cavabdeh1 iddiaçı qismində məhkəmə orqanına iddia ərizəsi ilə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə e-2(011)-4481/2023 saylı qətnamə qəbul olunaraq iddiası təmin olunmuşdur, yəni əsl borclu X1 21.500 manatın tutularaq ona ödənilməsi qət edilmiş, qətnamə hüquqi qüvvəsini almışdır. Məhkəmə isə Cavabdeh1 əsassız varlanması üçün şərait yaratmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində olan icra işi tələb olunmuş, icra işinin materiallarında X2 ərizəsi və onun izahatı mövcuddur, həmin ərizə və izahatda açıq-aydın borc müqaviləsinin formal xarakterli olduğu göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin onda səs yazıları var. Müqaviləni bağlandıqda cavabdeh özü pulu gətirdi, daha sonra pul özünə verildi. Elnur həmin gün həbsdən azad olundu. Müəyyən təzyiqlə Elnur 4.000 manat ödəyib. Sonra Elnurun atası və anasına bildirmişdir ki, pulu ödəsinlər. Cavabdeh isə bildirdi ki, pul ona hissə-hissə yox, birdəfəlik ödənilsin. Elnur ona bildirdi ki, narahat olma, müqaviləni bağla, o, pulu özü ödəyəcək. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4481/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Elnur həbsdə olduğu üçün şikayət verilməyib, xəbəri də olmayıb.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır..... İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
29. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişdir.
30. İşdə olan sənədlərlə və şahid ifadəsi ilə müəyyən edilir ki, iddiaçı, qohumu X2 cavabdehə cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi olaraq ödəməli olduğu 21.514 manat məbləğində vəsaiti ödməyi öhdəsinə götürmüş və tərəflər bunu notarial qaydada borc müqaviləsi formasında rəsmiləşdirmişlər.
31. Belə ki, borc müqaviləsi X2 barəsində məhkəmə tərəfindən hökm çıxarıldığı gün bağlanmış və borcun məbləği də cinayət əməli nəticəsində ödənilməli olan zərərin məbləğinə uyğun olmuşdur.
32. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əqdin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir.
34. Bununla belə, işdən həmçinin görünür ki, cavabdeh X7 ona cinayət əməli nəticəsində vurduğu zərərin ödənilməsi ilə bağlı məhkəməyə də müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4481/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
35. Belə olan halda, cavabdeh cinayət əməli nəticəsində onu vurulmuş zərəri məhkəmə qaydasında zərər vuran şəxsin özündən tələb etməklə və bununla bağlı məhkəmə aktının qəbuluna nail olmaqla həmin məbləği hazırki iş üzrə iddiaçıdan tələb etmək hüququnu itirmişdir.
36. Göstərilənlərə əsasən kollegiyası hesab edir ki, iddia tələbi icra qeydinin ləğvi ilə bağlı hissədə təmin edilməli, 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-4183 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv olunmalıdır.
37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-523/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-4183 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-523/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 6 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ- 4183 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: