Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3596/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı «xxxx» MMM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3727/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı «xxxx» MMM QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, borclular X3, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada **********5942 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4062.64 AZN əsas, faiz borcu üzrə 0.00 AZN olmaqla 4062.64 AZN, **********6691 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3103.46 AZN əsas, faiz borcu üzrə 0.00 AZN olmaqla, 3103.46 AZN, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı “xxxx” MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6691 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 23.52% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, eyni tarixli, **********5942 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 23.52% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 667 manat və 667 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşlar. Cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********6691 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********7983 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 6512,00 manat ,faiz 0,00 manat, cərimə 0,00 manat; xx.xx.2015-ci il tarixli **********5942 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********6470 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 8275,08 manat ,faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, xx xxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli **********5942 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4062.64 manat təşkil edir. Eyni tarixə olan maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, **********6691 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 3103.46 manat təşkil edir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3727/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, **********5942 saylı Kredit müqaviləsi üzrə 4062,64 manat, xx.xx.2015-ci il tarixli **********6691 saylı Kredit müqaviləsi üzrə 3103,46 manat olmaqla, cəmi 7166 (yeddi min yüz altmış altı) manat 10 (on) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» MMM QBKT-ya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Nigar Nəbizadə). Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3727/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 08.092015-ci il tarixdə "xxxx" MMM QBKT ilə **********6691 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən kreditor ona biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 23,52% dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit vermişdir. Həmçinin eyni tarixli, **********5942 saylı kredit müqaviləsi müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 23,52% dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit vermişdir. İmzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri qeyd olunmuşdur. Cədvəl üzrə cavabdeh banka hər ay üçün 667 (altı yüz altmış yeddi) manat və 667 (altı yüz altmış yeddi) ABŞ dolları məbləğində pul ödəməli idi. Bundan sonra xx.xx.2015-ci il tarixli **********6691 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********7983 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyinin icra olunmamış hissəsi, əsas borc 6512,00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat; xx.xx.2015-ci il tarixli **********5942 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********6470 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 8275,08 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, xx xxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli **********5942 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4062.64 manat təşkil edir. Eyni tarixə olan maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, **********6691 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 3103.46 manat təşkil edir. Kreditor tərəfindən cavabdehə kredit verilməmişdən öncə onun biznes failiyyəti ətraflı öyrənilmişdir və "xxxx” MMM QBKT-nin təyin etdiyi mütəxəssis tərəfindən cavabdehə ayrılan kreditin vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində cavabdehin biznes fəaliyyətində gözləmədiyi geriləmələr olmuş və o bu barədə kreditoru məlumatlandırmışdır. Lakin meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, bu səbəbdən kreditor məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddəti bir neçə il ötürülmüşdür. Belə ki, həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdeh C.Məmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********5942 saylı və xx.xx.2015-ci il tarixli **********6691 saylı Kredit müqavilələrindən görünür ki, həmin müqavilələr kreditor «xxxx» MMM QBKT, borcalana Cavabdeh2 və zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 «xxxx» MMM QBKT-na xx.xx.2015-ci il tarixli, **********5942 saylı kredit müqaviləsi üzrə 4062,64 manat, xx.xx.2015-ci il tarixli **********6691 saylı kredit müqaviləsi üzrə isə 3103,46 manat borcu mövcuddur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı iddia tələbində iddia etdiyi borc məbləğinin borclu və zaminlər (cavabdehlər) tərəfindən müştərək qaydada ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərək borc məbləğinin cavabdehlərdən müştərək qaydada deyil, borclu X1 tutulmasını qət etmişdir. Kollegiya apellyasiya şikayətini nəzərdən keçirərək müəyyən etmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Yəni, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin zaminliyə xitam verilməsi ilə bağlı hissəsini deyil, borc məbləğinin cavabdehdən tutulması ilə bağlı olan hissəsini mübahisələndirir. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin borcun ödənilməsi hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müqavilədə nəzərdə tutulan borc məbləğini icra etməmiş və bununla da həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, **********5942 saylı Kredit müqaviləsi üzrə 4062,64 manat, xx.xx.2015-ci il tarixli **********6691 saylı Kredit müqaviləsi üzrə 3103,46 manat olmaqla, cəmi 7166,10 manat məbləğində borcunun olmasını apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da qeyd etmişdir. Cavabdeh borcun gecikdirilməsini biznes fəaliyyətindəki geriləmələrlə izah etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, həmin vəziyyət borcun ödənilməsini istisna edən hal olmadığından cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. İddia müddətinin keçməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2019cu il tarixində banka ödəniş etmişdir. Bu səbəbdən də, iddia müddəti ötürülməmişdir. Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, **********5942 saylı Kredit müqaviləsi üzrə 4062,64 manat, xx.xx.2015-ci il tarixli **********6691 saylı Kredit müqaviləsi üzrə 3103,46 manat olmaqla, cəmi 7166,10 manat məbləğində borcun tutularaq iddiaçı «xxxx» MMM QBKT-ya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3727/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3596/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3596/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver