Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3599/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və cavabdeh arasında bağlanmış 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli,kredit müqaviləsindən görünür ki, bank xx.xx.2025-ci il tarixinədək illik 12 faiz ödəmək şərti ilə 6227 manat məbləğdə krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
2. Müqavilənin 1.2-ci bəndinə görə kreditin məqsədli təyinatı 880tkİNSH/15 nömrəli xx.xx.2015-ci il tarixli və 2224nkİNSH/15 nömrəli xx.xx.2015-cü il tarixli müqavilənin bağlanmasıdır.
3. Müqavilənin 1.4-cü bəndinə görə müqavilə üzrə ayrılmış kredit borcalanın cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir.
4. Müqaviləyə əlavə ödəniş qrafikindən görünür ki, ödəniş məbləği hər ay 111 manat olmaqla razılaşdırılmışdır.
5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borcalanın həmin tarixə olan borc məbləği 1172,99 manat əsas, 179,50 manat faiz, 3,96 manat cərimə borcu olmaqla cəmi 1356,45 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1172,99 manat əsas, 179,50 manat faiz, 3,96 manat cərimə borcu olmaqla cəmi 1356,45 manat və 33,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə illik 12% ödəmək şərtilə 6227 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X3)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2018-ci il tarixli müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır. Nə qədər ki, kredit məbləğinin cavabdeh verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir. Belə ki, hüquqi təbiəti baxımından kredit müqaviləsi iki tərəfli, əvəzli və konsensual müqavilə olmaqla, konsensuallığı onda ifadə olunur ki, bu müqavilə üzrə hüquq və vəzifələr bu barədə razılığın əldə edilməsi ilə yaranır. Müqavilənin iki tərəfli xarakterinə əsasən hər iki tərəf müqavilə üzrə öhdəliklər götürür və bir tərəfin öhdəliyinin icrası ona digər tərəfdən də öhdəliyin icrasını tələb etmək hüquq verir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində kreditin istehlak məqsədi ilə verildiyi qeyd edilsə də təqdim edilən kredit müqaviləsinin 1.2ci bəndindən görünür ki, kreditin məqsədli təyinatı digər kredit müqavilələrinin bağlanması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə görə isə bank tərəfindən kreditin faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur. Müqavilənin qeyd olunan bəndlərindəki şərtlərə münasibətdə isə məhkəmə vurğulayır ki, kreditin məqsədli təyinatı əvvəlki müqavilələrin bağlanması olsa belə 1.4-cü bəndə uyğun olaraq faktiki kredit vəsaitinin borcalanın hesabına köçürüldüyünü, yəni onun sərəncamına verildiyini təsdiq edən sənədlər əlavə edilməli idi.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1-ci, 399-cu, 442-ci, 739.1-ci, 743.1 və 743.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14-cu, 77.1-ci, 88-ci, 119-cu, 217.1-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2- 2(102)- 575/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı "xxxx"KB ASC ilə Cavabdeh arasında bağlanmış 1388nkBANK/18 nömrəli xx.xx.2018-cili tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə illik 12% ödəmək şərtilə 6227 manat məbləğində restrukturizasiya layihəsi çərçivəsində (əvvəlki kreditin sağlamlaşdırması) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Unibank KB ASC ilə Cavabdeh ilə bağlanmış , 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 1.2 və 1.4-cü bəndinə əsasən, (kreditin məqsədli təyinatı) 880tkİNSH/23 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanılması (məbləğ 235,39 USD), 2224nkİNSH/15 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması (məbləğ 3427,43 USD)” qeyd-şərti qeyd olunmuşdur. Beləliklə, 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, bağlanılmış kredit müqaviləsi əslində restrukturizasiya müqaviləsi olmuş, yəni 1.4-bəndində qeyd olunmuş 2 kredit müqaviləsinin müqaviləsi olmuş, yəni 1.4-bəndində qeyd olunmuş 2 kredit müqaviləsinin bağlanması şərtilə razılığa gəlinmiş və bununla da tərəflərin iradə ifadələri öz imzaları ilə təsdiq olunmuşdur. Beləliklə burada kassa məxaric orderi və ya hər pulun verilməsini təsdiq edən hər hansı bir sənəddən söhbət gedə bilməz. Beləliklə işə baxan məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli Qərarında olan dəlillərə istinad edib, hazırkı iş üzrə iddianı rədd etməklə tamamilə yanlış qənaətə gəlmişdir. Halbuki cavabdehlə bağlanmış 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 1.4 və 1.5-cü bəndləri kredit müqaviləsinin restrukturizasiya (kreditin sağlamlaşdırılması) olduğuna dəlalət etməklə, müqavilədə qeyd olunmuş məbləğin cavahdehə faktiki olaraq (nağd və ya nağdsız) verilmədiyini sübut edir. Eyni zamanda, müqavilənin 1.4-cü bəndinə əsasən, “Bu müqavilə üzrə ayrılmış kredit borcalanın 880tkİNSH/23 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanılması, 2224nkİNSH/15 nömrəli xx.xx.2015-ci il tarixli, müqaviləsi üzrə borcalanın qalıq borcunun ödənilməsi üçün borcalanın cari hesabından Bank tərəfindən akspetsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi, müqavilə üzrə borcalanın nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir.” Bundan əlavə,müqavilənin 1.5-ci bəndinə əsasən, “bu müqavilə üzrə kredit vəsaitinin borcalanın cari hesabına köçülürməsi, borcun akspetsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur.” Beləliklə müqavilədən göründüyü, Ali Məhkəmənin oxşar qərarlarına istinad etməklə, məhkəmənin gəldiyi qənaət tam əsassız olmaqla yanaşı, müqavilə rejimi üzrə tənzimlənən kredit münasibətlərinə (1.4 və 1.5-cü bəndlər) məhkəmə tərəfindən düzgün qiymət verilməməsi və kredit müqaviləsinin hərtərəfli araşdırılmaması (restrukturizasiya, sağlamlaşdırma olubolmaması qanunsuz və qeyri-obyektiv qətnamənin çıxarılması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il tarixli Qərarına əsasən borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc məbləğləri restrukturizasiya olunmaqla borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilir və ya yeni öhdəlik kimi borc öhdəliyi rəsmiləşdirilir. Hazırki halda da, Bankla müştəri arasında 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli yeni kredit müqaviləsi bağlanaraq, müqavilənin 1.3 və 1.4-cü bəndi ilə nəzərdə 880tkİNSH/23 nömrəli xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinin bağlanılması, 2224nkİNSH/15 nömrəli xx.xx.2015-ci il tarixli, müqavilələri resrtrukturizasiya olunaraq sağlamlaşdırılmışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan RespublikasıAli Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqəndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”.B e l ə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. AR MPM-in 88-ci maddəsinə əsasən sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslanmışdır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Hazırki iş üzrə, iş materiallarında olan və iddianın əsasını təşkil edən, tərəflərin iradəsi ifadəsini əks etdirən 1388nkBANK/18 nömrəli xx.xx.2018-ci il tarixli, kredit müqaviləsinin 1.2, 1.4 və 1.5-ci bəndləri məhkəmə tərəfindən obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış və dəyərləndirilməmişdir. AR MPM-in 390-cı maddəsinə əsasən, birinci instansiya məhkəmənin qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayıb, səhv anlamanın nəticəsi kimi qəbul edilmişdir. Bu isə apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iş materiallarında olan sübutlara kompleks şəkildə baxılmamış, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından sonda qanunsuz və əsassız olaraq iddia tələbi təmin edilmişdir. İş üzrə faktiki hallara məhkəmə tərəfindən obyektiv qiymət verilmədiyindən prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməlidir.
22. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı "xxxx"KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-cili tarixli, 1388nkBANK/18 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə illik 12% ödəmək şərtilə 6227 manat məbləğində restrukturizasiya layihəsi çərçivəsində (əvvəlki kreditin sağlamlaşdırması) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə “bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.” İddiaçı Unibank KB ASC ilə Cavabdeh ilə aramızda bağlanmış xx.xx.2018-ci il tarixli, 1388nkBANK/18 saylı kredit müqaviləsinin 1.2 və 1.4-cü bəndinə əsasən, (kreditin məqsədli təyinatı) “xx.xx.2015-ci il tarixli, 880tkİNSH/23 saylı kredit müqaviləsinin bağlanılması (məbləğ 235,39 USD), xx.xx.2015-ci il tarixli, 2224nkİNSH/15 saylı kredit müqaviləsinin bağlanması (məbləğ 3427,43 USD)” qeyd-şərti qeyd olunmuşdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilənin 1.4-cü bəndinə əsasən, “Bu müqavilə üzrə ayrılmış kredit borcalanın xx.xx.2015-ci il tarixli, 880tkİNSH/23 saylı kredit müqaviləsinin bağlanılması, xx.xx.2015-ci il tarixli, 2224nkİNSH/15 saylı müqaviləsi üzrə borcalanın qalıq borcunun ödənilməsi üçün borcalanın cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi, müqavilə üzrə borcalanın nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir.” Bundan əlavə,müqavilənin 1.5-ci bəndinə əsasən, “bu müqavilə üzrə kredit vəsaitinin borcalanın cari hesabına köçülürməsi, borcun akspetsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur.”
24. Lakin birinci instansiya məhkəməsi tərəfindən müqavilə rejimi üzrə tənzimlənən kredit münasibətlərinə düzgün qiymət verilməməsi və kredit müqaviləsinin təyinatının hərtərəfli araşdırılmaması, restrukturizasiya, sağlamlaşdırma olub-olmaması hallarına qiymət verməməkdə düzgün olmayan nəticəyə gəlmişdir.
25. Halbuki Azərbaycan Respublikasının Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il tarixli Qərarına əsasən borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc məbləğləri restrukturizasiya olunmaqla borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilir və ya yeni öhdəlik kimi borc öhdəliyi rəsmiləşdirilir. Hazırki halda isə bankla müştəri arasında xx.xx.2018-ci il tarixli, 1388nkBANK/18 saylı yeni kredit müqaviləsi bağlanaraq, müqavilənin 1.3 və 1.4-cü bəndi ilə nəzərdə xx.xx.2015-ci il tarixli, 880tkİNSH/23 saylı və xx.xx.2015-ci il tarixli, 2224nkİNSH/15 saylı müqavilələri üzrə yaranmış borcun bağlanması məqsədi ilə kredit borcunun verilməsi rəsmiləşdirilmiş, o cümlədən həmin pul məbləğinin müqavilə tərəfinin razılığı ilə akseptsiz qaydada cari hesabdan həmin borcların ödənilməsi üçün silinməsi müəyyən edilmişdir. Güründüyü kimi həmin kredit müqaviləsi üzrə qeyd olunmuş 6227 manat kredit vəsaiti faktiki olaraq kassadan məxaric olunmasada, müqavilədə nəzərdə tutulduğu qaydada həmin məbləğ məhz borcalanın iradəsinə uyğun olaraq cari hesabdan borcların ödənilməsinə yönəldilməklə silinmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
27. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borcalanın həmin tarixə olan borc məbləği 1172,99 manat əsas, 179,50 manat faiz, 3,96 manat cərimə borcu olmaqla cəmi 1356,45 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilə üzrə cavabdehin iddiaçıya məhz 1172,99 manat əsas borc, 179,50 manat ödənilməmiş faiz borcu, 3,96 manat cərimə borcu olmaqla, cəmi 1356,45 borcu yaranmış və iddiaçı bu məbləğdə əsas, faiz və cərimə borcu tutulmasını tələb etməkdə haqlı olmuşdur.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq iddianın əsassız olması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.
30. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 1172,99 manat əsas borc, 179,50 manat ödənilməmiş faiz borcu, 3,96 manat cərimə borcu olmaqla, cəmi 1356,45 manat borc və dövlət büdcəsinə köçürülmüş 33,57 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin хeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.