Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3600/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ağazadə X1 Elina Oruc qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehdən 15 000 manatın, habelə 140 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına götürülmüş, xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə yazılı vəsatət verərək cavabdehin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların müəyyən edilməsi məqsədilə müvafiq sorğuların göndərilməsini və mənzilə baxış keçirilməklə fotoşəkillərinin çəkilməsini xahiş etmiş, vəsatətlər məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 26 aprel 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, yalnız MPM-də birbaşa göstərilən hallarda, həmçinin qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər; vəsatətin təmin edilməməsi barədə qərardad ayrıca akt şəklində çıxarılmamış, məhkəmə iclas protokoluna qeyd edilməklə protokolqərardad qəbul edilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən sözügedən qərardadlardan ayrıca akt şəklində qəbul edilməsinin zəruriliyi müəyyən edilmədiyindən və şikayət verilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən protokol-qərardad qəbul edilmişdir. 26 aprel 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayət də birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2113/2024 saylı iş üzrə 06 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3600/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3600/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver