Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-361/2024 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı2 vəkili və eyni zamanda İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı3 MMC-nin nümayəndələri X5 və X4 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı3 MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 22 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir.
2. Hazırda iddiaçılar məhkəmədə onu mübahisələndirir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ödənişsiz əsaslarla və təmənnasız 2012-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 10 il İddiaçı3 MMC-yə məxsus olan mənzillərdə yaşamış, maddi zərər vurmuşdur. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh vurulmuş zərərə görə 120.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı3 MMC 1998-ci ildə mərhum X1 tərəfindən təsis edilmiş və Dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bu gün 105 işçisi olan İddiaçı3 MMC X14 nəvəsi investor İddiaçı1 və təsisçi İddiaçı2 gərgin əməyi və külli miqdarda edilən investisiya hesabına öz fəaliyyətini davam etdirir. Qeyd olunur ki, ünvan 2 ünvanda yaşayış binalarının tikintisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 avqust 2005-ci il tarixli, 220 saylı sərəncamına əsasən İddiaçı3 MMC tərəfindən həyata keçirilmişdir. 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə “Azinteroil MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri Cavabdeh təhvil verməyi, sonuncu isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə, ödəməyi öhdəsinə götürmüşlər. Qeyd olunan mənzillər İddiaçı3 MMC tərəfindən müqavilə bağlanandan sonra Cavabdeh təhvil verilmiş və keçən müddət ərzində cavabdeh orada yaşamışdır. İddiaçı3 MMC 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən öhdəliyini icra edərək, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında tikintisi həyata keçirilmiş çoxmənzilli yaşayış binasının 2ci blok, 13-cü mərtəbəsində olan 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri cavabdehə təhvil versə də, cavabdehin verilmiş mənzillərə görə ümumilikdə 285736 manat borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin ödənilməsi dəfələrlə tələb olunsa da, o bundan imtina etmiş və bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də İddiaçı3 MMC Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı3 MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq İddiaçı3 MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(102)-5518/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir. Göründüyü kimi, Cavabdeh ailə üzvləri ilə birlikdə 2012-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 10 il İddiaçı3 MMC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cii mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərdə yaşamışdır. Hesab edirlər ki, cavabdeh “Azinteroif’ MMC-yə məxsus olan mənzillərdə ödənişsiz əsaslarla yaşamaqla onlara maddi zərər vurmuşdur və ona görə də həmin ödənişsiz və təmənnasız yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan da müəyyən etmək olar ki, 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin predmeti olan mənzillərin göstəricilərinə uyğun olan mənzillərin minimum kirayə qiyməti 2013-2022-ci illəri əhatə edən dövrdə müxtəlif olmuşdur. Belə qənaətə gəlinir ki, Cavabdeh tərəfindən onlara vurulmuş zərərin məbləği aylıq zərər məbləği qismində məhz 1000 manat məbləği qəbul edilməlidir. Cavabdehin İddiaçı3 MMC-yə məxsus olan mənzillərdə ümumilikdə 120 ay yaşaması əsas götürüldüyü təqdirdə bizə vurulmuş ümumi zərər məbləği (120 ay x 1000 manat = 120.000 manat) 120 000 manat təşkil edir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 11000 (on bir min) manat pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 386.1, 421.2, 424.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 21.1, 21.2, 77.1. 78.1, 80, 81, 82.3, 217.4, 218.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə rəydə əks olunan qiymət göstəricilərini, eləcə də cavabdehin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamışdır və zərərin əvəzinin daha az miqdarda ödənilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmənin iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırki iddia təbəbini irəli sürməyə subyektiv hüquqa malik olmaması qənaəti ilə razılaşmayaraq qeyd etmək istəyir ki, MM-nin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Göründüyü kimi, qətnamə yuxarıda göstərilənlərə və tətbiq edilmiş hüquq normalarının tələblərinə uyğun olmadan qəbul edilmişdir.
8. Qətnamədən, həmçinin, İddiaçı3 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmiş, şikayətini İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.
9. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan mənzillər İddiaçı3 MMC tərəfindən müqavilə bağlanıldıqdan sonra Cavabdeh təhvil verilmişdir. İddiaçı3 MMC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanılmış və mülkiyyət cavabdehə verilmişdir. İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilədən göründüyü kimi Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pul vəsaitinin ödənilməsi nəzərdə tutulmayıb və həmin müqavilənin icra olunma öhdəliyinin müddəti göstərilməyib. Cavabdeh tərəfindən həmin mənzillərə görə ödəniş həyata keçirməli deyil, çünki həmin mənzillər onun qardaşı Şahbaz Şabazovun MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillərdir. Belə ki, X10 İddiaçı3 MMC-nin təsisçilərindən biridir. Şahbazov Şahbaz İddiaçı3 MMC-də öz payına düşən iki mənzili qardaşı Cavabdeh vermişdir. Hal-hazırda X10 ilə İddiaçı3 MMC arasında mülki qaydada çoxsaylı məhkəmə mübahisələri mövcuddur. xx.xx.2012-ci il tarixli 117 saylı müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Satıcı-Alıcı mənzilin tam dəyərini ödədikdən və binanın inşası başa çatdıqdan sonra mənzilin açarlarını ona təhvil vermək öhdəliyi daşıyır. Cavabdeh 2012-ci ildən qeyd olunan ünvandakı mənzildə ailəsi ile birlikdə yaşayıir və mənzil təhvil verildikdən sonra təmir işləri aparlaraq 1 il sonra mənzilə köçmüşdür. Xeyli müddət keçməsinə baxmayaraq ondan heç vaxt mənzillərə görə ödəniş tələb olunmamişdir, bu da onu təsdiq edir ki, haqiqətən də, həmin mənzillər ona əvəzsiz olaraq verilmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsivəkili Vəkil1 İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 MMC-nin nümayəndəsi X9 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 MMC-nin nümayəndəsi X11 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. İddiaçılardan ikisi və cavabdeh tərəfindən qətnamə mübahisələndirildiyindən, qətnamə iddianın İddiaçı2 münasibətdə təmin edilməyən hissəsi istisna olmaqla qalan hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı3 MMC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iddia qismən təmin edilməli, digər iddiaçı və cavabdehin apellyasiya şikayətləri isə təmin olunmamalıdır.
33. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.
34. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 5518/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli. 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(102)-103/2021 nömrəli qərarı ilə Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021 -ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və üçüncü şəxs X6 apellyasiya şikayətləri rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, borclu Cavabdeh mənzilləri könüllü boşaldaraq mənzillərin giriş qapısının açarlarını təqdim etmişdir.
40. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda və bu ünvana yaxın, uyğun ərazidə yeni tikili çoxmənzilli binalarda 125-130 kv.m sahəsi olan 3 otaqlı və 80-85 kv.m sahəsi olan 2 otaqlı mənzillərin 2013-2022-ci illəri əhatə edən dövrdə aşağıdakı kimi müəyyənləşdirildi: 2013- 2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 600 AZN. 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 600 AZN. 2016-2018-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 850 AZN. 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1400 AZN. 2021-2022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1750 AZN. 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 380 AZN. 2016-2018-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 530 AZN. 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 850 AZN. 2021-2022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1120 AZN.
41. Beləliklə, işin halları ilə bağlı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir.
42. Kollegiya ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, daha mülki qanunvericiliyin normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, həmin faktiki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5518/2021 saylı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
44. Beləliklə, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləsi cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində ləğv edildiyindən və işin həmin faktiki halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə öz təsdiqini tapdığından iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur və kollegiya birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlir.
45. İddiaçı3 MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, şikayət qismən əsaslı olmaqla birinci instansiya məhkəməsi cavabdehin mübahisəli əmlaka sahibliyinin qanunsuz olması ilə bağlı düzgün nəticəyə gəlsə də, həmin sahib olmanın vaxt intervalı ilə bağlı hesablamada yanlışlığa yol vermişdir.
46. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
47. İşin məhkəmə qərarı ilə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Cavabdeh uzun müddət boyunca yaşadığı həmin mənzillərin onun qardaşı Şahbaz Şahbazovun MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillər olduğunu hesab etmiş və həmin əmlaklara etdiyi sahibliyin qanunsuz olduğunu iddiaçıların məhkəməyə bu barədə müraciət etməsinə qədər bilməmişdir.
48. İşin hallarından həmçinin görünür ki, hazırki iş üzrə də iddiaçı olan şəxslərin Cavabdeh qarşı mənzildən çıxarılmaya dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, bu tarixdən sonra onların arasında faktiki olaraq hüquqi müstəvidə mübahisə başlamışdır.
49. Buna görə də kollegiya hesab edir ki, hazırki iş üzrə də iddiaçıların Cavabdeh qarşı iddia qaldırdıqları xx.xx.2019-cu il tarixi sonuncunun əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu tarix kimi qəbul edilməli və 2019-cu ilin avqust-dekabr, habelə 2020-2022-ci il (04 noyabr 2022-ci ilədək) üçün də mənzildən istifadə etməsinə görə ondan müvafiq hesablamalarla İddiaçı3 MMC-nin xeyrinə pul tutulmalıdır.
50. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9/8454 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2013-2020-ci il tarixlərə Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən yeni tikili çoxmənzilli binalarda mənzillərin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd edilir ki, həmin dövrdə Mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. Həmçinin təmirsiz mənzillərin icarə haqqı barədə məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, mənzillər təmirli halda əşyasız və əşyalarla birgə icarəyə verilir. Bu səbəbdən də tədqiqat orta təmirli mənzillərin qiymətinə uyöun olaraq aparılmışdır. O cümlədən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən yeni tikili çoxmənzilli binalarda orta təmirli, əşyasız mənzillərin icarə haqqının orta bazar qiyməti 2021-ci il tarixə 125-130 m2 sahəsi olan 3 otaqlı mənzilə müvafiq olaraq 600 manat, 80-85 m2 sahəsi olan 2 otaqlı mənzil üçün isə 500 manat təşkil edir. Həmçinin 2022ci il tarixə 125-130 m2 sahəsi olan 3 otaqlı mənzilə müvafiq olaraq 700 manat, 80-85 m2 sahəsi olan 2 otaqlı mənzil üçün isə 600 manat təşkil edir.
51. Yuxarıda qeyd edilən rəyin məzmunundan da göründüyü kimi 2021-ci ildən öncəki vaxt üçün orta bazar qiymətinə uyğun kirayə haqqı məbləğinin öyrənilməsi mümkün olmadığından apelyasiya baxışı zamanı yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 0122 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2013-2022-ci illər üzrə orta bazar qiymətinə uyğun kirayə haqqı məbləğləri müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğu tarix 2019-cu ilin 01 avqust tarixi müəyyən edildiyindən ekspert rəyi həmin tarixdən etibarən müəyyən edilmiş qiymətlərə uyğun tədqiq olunur. Buna münasibətdə müəyyən edilmişdir ki, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən yeni tikili çoxmənzilli binalarda orta təmirli mənzillərin icarə haqqının orta bazar qiyməti 2019-cu il tarixə 125-130 m2 sahəsi olan 3 otaqlı mənzilə müvafiq olaraq 600 manat, 80-85 m2 sahəsi olan 2 otaqlı mənzil üçün isə 500 manat, 2020-ci il tarixə 125-130 m2 sahəsi olan 3 otaqlı mənzilə müvafiq olaraq 600 manat, 80-85 m2 sahəsi olan 2 otaqlı mənzil üçün isə 505 manat təşkil edir.
52. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ekspert rəylərində də mənzillərin dəyərinin bazar qiymətinə uyğun olaraq orta təmirli mənzillərə uyğun qiymətləndirilməsi, o cümlədən təmirsiz mənzillərin kirayə və ya icarəyə verilmədiyini nəzərə alaraq cavabdehdən mübahisəli mənzillərdən qanunsuz istifadəsinə görə tutulmalı olan məbləğin miqdarı: 1) Y.V.Çəmənzəminli küçəsi 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m olan 2 otaqlı, 97 saylı mənzilə dair 2019-cu ilin avqust – dekabr ayları üçün 2500 manat (5 ay x 500 manat), 2020-ci il üçün 6060 manat (12 ay x 505 manat), 2021-ci il üçün 6000 manat (12 ay x 500 manat), 2022-ci ilin yanvar-oktyabr ayları və noyabr ayının 4 günü üçün 6080 manat (10 ay x 600 manat + 80 manat (4 gün / 30 gün x 600 manat)), cəmi 21640 manat; 2) Y.V.Çəmənzəminli küçəsi 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 128,8 kv.m olan, 3 otaqlı, 98 saylı mənzilə dair 2019-cu ilin avqust-dekabr ayları üçün 3000 manat (5 ay x 600 manat), 2020-ci il üçün 7200 manat (12 ay x 600 manat), 2021-ci il üçün 7200 manat (12 ay x 600 manat), 2022-ci ilin yanvar-oktyabr ayları və noyabr ayının 4 günü üçün 7093,33 manat (10 ay x 700 manat + 93,33 manat (4 gün / 30 gün x 700 manat)), cəmi 24493,33 manat, ümumilikdə 46133,33 manat məbləğində müəyyən edilməlidir.
53. Kollegiya digər İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin hissədə şikayət əsassız olmaqla birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da görüdüyü kimi mübahisəli əmlaklar İddiaçı3 MMC-yə məxsusdur və digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə İddiaçı3 MMC-nin təsisçiləridirlər. Belə olan təqdirdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddia tələbini irəli sürməyə yalnız İddiaçı3 MMC subyektiv hüquqa malik olmuşdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
56. Beləliklə, qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, İddiaçı3 MMC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iddia qismən təmin edilməli, digər iddiaçı və cavabdehin apellyasiya şikayətləri isə təmin olunmamalıdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 410 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 155,80 manat olan hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 77,90 manat olan hissəsi Cavabdeh alınaraq apellyasiya şikayəti qismən təmin olunan İddiaçı3 MMC-yə ödənilməli, sonuncu tərəfindən ödənilən dövlət rüsumlarının qalan hissəsi və digər iddiaçının, o cümlədən cavabdehin verdiyi apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumları isə onların özünə aid edilməlidir.
63. Həmçinin keçirilən ekspertiza tədqiqatının dəyəri olan 60 manatın 22,80 manat olan hissəsi cavabdeh X7, qalan 37,20 manat məbləğində olan hissəsi isə iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 müştərək qaydada tutulmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə pul tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 46.133,33 (qırx alt min yüz otuz üç manat otuz üç qəpik) AZN məbləğində pul tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 410 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 155,80 manat olan hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 77,90 manat olan hissəsi Cavabdeh tutularaq İddiaçı3 MMC-yə ödənilsin. İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilsin. Keçirilən ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun 22,80 manat olan hissəsi cavabdeh X7, qalan 37,20 manat məbləğində olan hissəsi isə iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 müştərək qaydada alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova