Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-362/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1796/2021 saylı işi üzrə 08 aprel 2021 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Binəqədi rayon MKTB-nin 102 saylı Mənzil Kommunal istismar sahəsindən ödənilməmiş on beş gün üçün əmək haqının 245 manat, üçüncü ayla bağlı 75 manat, maddi ziyanın əvəzi olaraq 980 manat və mənəvi zərərə görə 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: DƏMX-nın BŞİ-nin rəis müavini X4 tərəfindən tərtib edilən 09 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə, 29 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən vətəndaş İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq onun barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh növünü tətbiq edilməsi qərara alınmışdır; -- Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS rəisi N.Ə.Cəfərov tərəfindən verilən 18 mart 2020-ci il tarixli əmri ilə İddiaçı 102 saylı MKİS-nin süpürgəçi 18.03.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işlədiyi müddət ərzində etmədiyi məzuniyyət günlərinin sayı 14 gündür; -- Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS rəisi E.A.Nəsirov tərəfindən verilən 01.08.2019-cu il tarixli 49-K saylı əmrdən görünür ki, Səmədova X2 rayon MKTB-nin 102 saylı MKİS-nə 01.08.2019- cu il tarixdən, əmək müqaviləsi bağlamaq şərtilə yol süpürgəçi işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı ünvanlanan məktubdan görünür ki, onun "Bakı şəhər Mənzil Kommunal Təsərrüfattı Departamentinin Binəqədi Rayon MKTB”-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X7 Xidmətinə ünvanladıqları müraciətə Bakı şəhər idarəsində baxılmışdır. Bununla əlaqədar Bakı şəhər Mənzil Kommunal Təsərrüfattı Departamentinin Binəqədi Rayon MKTB-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məkuba və sənədlərə baxılmış və son haqq-hesabının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən "Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB-nin rəisi X6 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir (səh.26, 29,30, 32, 53) . Bak şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1796/2021 saylı işi üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) "ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1, 69.5, 192.1; Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə iatinadən qeyd edilmişdir ki, İddiaçı iddia edir ki, 15.07.2019-cu il tarixdən 01.08.2019-cu il tarixədək müqavilədən kənar işlədilmişdir-buna görə 245 manat tələb edir, bundan başqa axırıncı əmək haqqından 75 manat ödənilməmişdir- həmin pulu tələb edir, eyni zamanda işdən çıxarıldıqdan sonra 2 ay işsiz qalmış və ona zərər dəymişdir-buna görə 2 aylıq əmək haqqı, yəni 980(490+490) manat məbləğində zərər tələb edir, o cümlədən 500 manat mənəvi zərər tələb edir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı bunun əksini, yəni ərizə yazmağa məcbur edildiyini bildirsə də, istinad etdiyi hallara dair sübut təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçının könüllü olaraq işdən azad edildiyi müddətdən sonra həm maddi, həm mənəvi zərərlə bağlı tələb irəli sürməsi üçün heç bir hüquqi əsas yoxdur. Göründüyü kimi əvvəla zərərin mövcudluğu ilə bağlı sübut təqdim edilməmişdir, hər bir halda zərərin mövcudluğu təsdiq olunsa belə, həmin halın cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) ilə bağlı yarandığı müəyyən edilmir. Bundan başqa iddiaçı işə götürmə barədə əmr qəbul edilənə kimi 15 gün işlədiyini və buna görə əmək haqqı ödənilmədiyini bildirsə də, həmin halla da bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı sonuncu ayın əmək haqqından, yəni son haqq hesabından 75 manat əksik ödənilməsini bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən göstərilən son haqq hesabın hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmiş və bununla bağlı İnzibati qaydada protokol tərtib edilmiş və vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçıya 121 manat pul ödənilmişdir. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi hal aradan qalxmışdır. İddiaçının özü də iddia ərizəsində bu faktı etiraf edir. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-1796/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 15.07.2019-cu il tarixdə Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin 102 saylı Mənzil Kommunal İstismar Sahəsinə süpürgəçi kimi işə qəbul edilmiş , lakin əmək haqqı alarkən məlum olmuşdur ki, onun işə qəbul edilməyi barədə 01.08.2019-cu il tarixdə 49-K sayh əmr verilmiş və 15 gün gec sənədləşdirilmişdir, 15 gün üçün heç bir ödəniş edilməmişdir. O, həmin 15 gün ərzində bütün tapşırıqları yerinə yetirmiş və digər işçilərlə birlikdə çalışmışdır. Növbəti aylarda isə əmək haqqı 490 manat yazılmışdır, halbuki onunla işləyən başqa işçilərə hər ay 550 manat əmək haqqı verilmişdir. Qeyd olunmalıdır ki, 13.03.2020ci il tarixdən 15.03.2020-ci il tarixədək xəstə olduğu üçün evdə qalmış, bu barədə iş yerinə məlumat vermiş, qeydiyyatda olduğu rayona karantin rejimi ilə bağlı gedə bilmədiyindən arayış ala bilməmiş, burada da həkimlər 4 gün üçün bülleten açmamışlar. MKİS-dən arayış tələb etdilər ki, bülleten açılsın, lakin arayış verilmədi, xəstəliyi ilə bağlı müraciət etməyi barədə həkim reseptləri mövcuddur. Bununla bağlı məcbur etdilər ki, ərizə yazıb işdən çıxsın, ağ kağıza imza etdirdilər. İşdən çıxarıldıqda son haqq hesabı da düzgün hesablamadılar, 18 gün iş günü olmasına baxmayaraq cəmi 6 gün üçün əmək haqqı hesabladılar . O, bununla bağlı MKTB-nə müraciət edib, lakin bildirildi ki, bayram və istirahət günləri sizə əmək haqqı hesablanmır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7691/2021 saylı işi üzrə 13.09.2021-ci il tarixli qərardadı ilə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilərək qeyd edilmişdir ki, 08.10.2021-ci il tarixli vəsatət təmin edilmədiyindən rəy verilməsi mümkün olmamışdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı; Mülki Məcəllənin 21, 1096, 1097; "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41; Əmək Məcəllənin 10, 68-76, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilməlidir ki, işçinin əmək fəaliyyətinə başlanmasını şərtləndirən əmək müqaviləsidir ki, bu müqavilə bağlanmadan (imzalanıb qeydiyyatdan keçmədən) kiminsə əmək münasibətlərinə daxil olması onun öz risk dairəsinə daxil olan məsələdir. Digər hissələrdə isə iddia tələbinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verildiyindən, iddiaçı tərəfindən bu əsaslandırmanı təkzib edən dəlil və sübutlar təqdim edilmədiyindən, habelə məhkəmə kollegiyası tərəfindən ekspertiza keçirilməsi üçün cəhdlər nəticə vermədiyindən və iddiaçının fərqli təqdimatları mövcud olmadığından, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan (apellyasiya icraatı zamanı) az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1796/2021 saylı işi üzrə 08 aprel 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-362/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-362/2022
07.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver