Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3623/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(001)-191/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı X2 xeyrinə 037R********** saylı kredit razılaşması üzrə 11.043,76 ABŞ dolları məbləğində kredit borcu, 9.289,16 ABŞ dolları məbləğində faiz borcu və 12.090,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32.423,80 ABŞ dolları məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 37L000000944 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxxx 2014cü il tarixli 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxx 2015-ci il tarixli 037R**********S saylı, xx xxxx 2016-cı il tarixli 037R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3.956,24 ABŞ dolları ödəmiş, onun 11.043,76 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2018-ci il tarixə hesablanmış faiz borcu 9.289,16 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2018-ci il tarixə hesablanmış cərimə 12.090,88 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 10.977,56 (on min doqquz yüz yetmiş yeddi dollar, əlli altı sent) ABŞ dolları məbləğində əsas borc, 6.321,33 (altı min üç yüz iyirmi bir dollar, otuz üç sent) ABŞ dolları məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 17.798,89 (on yeddi min yeddi yüz doxsan səkkiz dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində borcun (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) İddiaçı X2 xeyrinə tutulması, Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 16 (on altı) manatı İddiaçı X2 xeyrinə tutulması qət edilmiş, iddia ərizə digər hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən - cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə zaminlər arasında bağlanmış müqavilə ilə sonuncuların öhdəliklərinin müddəti 2023-ci ilə kimi müəyyən edilmişdir. Faiz dərəcəsinə münasibətdə isə qeyd edilməlidir ki, xx.xx.2014-cu il tarixində Cavabdeh1 ilə kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması bağlanan zaman zaminlər X1 və Cavabdeh4 həmin razılaşması, ödəniş planı ilə tanış olmuş və əlyazmaları ilə ödəniş planına buna dair qeydlərini aparmışlar. Beləliklə, həmin ödəniş planını imzalamaqla faiz dərəcəsi ilə (həmin müddət üçün aylıq faiz dərəcəsi 2.3333% olmuşdur) tanış olmuş və razılıqlarını bildirmişlər. Məhkəmənin istinad etdiyi xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixli sazişlərdə faiz dərəcələri 2.3333% aşağı olmuş; ilkin sazişlə xx.xx.2016-cı il tarixindən sonra, ikinci sazişlər isə xx.xx.2018-ci il tarixdən sonra isə faiz dərəcəsi ümumiyyətlə tətbiq edilməmişdir. Məlum olduğu kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət xx.xx.2016-cı il tarixi kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 037R**********S saylı, xx.xx.2016-cı il tarixli 037R**********SA saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2019-cu il tarix müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş maliyyə arayışından və ödəniş planlarından görünür ki, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminlərin öhdəlik kimi götürdükləri 50000 ABŞ dolları limitini aşmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 37L000000944 saylı kredit xətti müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 037R********** saylı kredit razılaşmasına əsasən bank X3 24 ay müddətinə aylıq 2,3333% dərəcəsi ilə 15.000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı QSC ilə zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər bank ilə borclu X5 arasında bağlanmış 37L000000944 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün borclu ilə birlikdə tam məsuliyyəti üzərlərinə götürmüşlər. Daha sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli, 037R**********S saylı Saziş bağlanmış, həmin sazişə əsasən bank ilə kredit alan arasında xx xxxxxx 2013-cü il tarixli, 37L000000944 saylı kredit xətti müqaviləsi üzrə 037R********** saylı, xx xxxxxxx 2014- cü il tarixdə bağlanmış 037R********** kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 2.25%, xx xxxxxx 2016-cı il tarixdən aylıq 0 dərəcəsi ilə fazilər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Daha sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli, 037R**********SA saylı saziş bağlanmış, həmin sazişə əsasən bank ilə kredit alan arasında xx xxxxxx 2013-cü il tarixli, 37L000000944 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixdə bağlanmış 037R********** kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 1.8333%, xx xxxxx 2016-cı il tarixdən aylıq 1.75%, xx xxxxxxx 2016-cı il tarixdən aylıq 1.8333%, xx xxxxx 2018-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı tərəfindən həmin cavabdehə 11.043,76 ABŞ dolları məbləğində əsas borc, 9.289,16 ABŞ dolları məbləğində faiz borcu, 12.090,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32.423,80 ABŞ dolları məbləğində borc hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibat ekspertizasının rəyinə əsasən isə cavabdehin kredit müqaviləsi üzrə banka olan borcu 17.298,89 ABŞ dolları məbləğində (əsas borcu üzrə 10.977,56 ABŞ dolları və faiz borcu üzrə 6.321,33 ABŞ dolları) müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1, 472.2 və 472.3-cü maddələrinə əsasən maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 477.0, 477.0.1-ci maddələrinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxx” QSC ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu arasında bağlanmış müqavilə ilə zaminlərin öhdəliklərinin müddəti 2023ci ilə kimi müəyyən edilmişdir. Bununla yanaşı, xx.xx.2014-cu il tarixində Cavabdeh1 ilə kredit razılaşması bağlananda zaminlər X1 və Cavabdeh4 həmin razılaşma, ödəniş planı ilə tanış olmuş və əlyazmaları ilə ödəniş planına buna dair qeydlərini aparmışlar. Beləliklə, həmin ödəniş planını imzalamaqla faiz dərəcəsi ilə (həmin müddət üçün aylıq faiz dərəcəsi 2.3333% olmuşdur) tanış olmuş və razılıqlarını bildirmişlər. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixli sazişlərdə faiz dərəcələri 2.3333% aşağı olmuş; ilkin sazişlə xx.xx.2016-cı il tarixindən sonra, ikinci sazişlər isə xx.xx.2018-ci il tarixdən sonra isə faiz dərəcəsi ümumiyyətlə tətbiq edilməmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə götürdüyü 15000 ABŞ dolları kreditin qaytarılması üçün sonuncu müddət kimi əvvəlcə xx.xx.2016-cı il tarixi müəyyən edilmiş, daha sonra tərəflər arasında imzalanmış müvafiq sazişlərlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2019-cu il tarix müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Habelə, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminlərin öhdəlik kimi götürdükləri 50000 ABŞ dolları limitini aşmamışdır. Lakin birinci instansiya məhkəməsi kreditin ödənilməsi müddətinin uzadılması, habelə faiz dərəcəsinin dəyişdirilməsi zamanı zaminlərin razılığının alınmadığına əsaslanaraq, onlara qarşı iddianı təmin etməmişdir. Bu hal qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxxxxxx” X2 apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı iddianın təmin olunmamış hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 10.977,56 (on min doqquz yüz yetmiş yeddi dollar, əlli altı sent) ABŞ dolları məbləğində əsas borc, 6.321,33 (altı min üç yüz iyirmi bir dollar, otuz üç sent) ABŞ dolları məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 17.798,89 (on yeddi min yeddi yüz doxsan səkkiz dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı X2 xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 16 (on altı) manatı İddiaçı X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3623/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3623/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver