Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3625/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3154/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 126.LN2102.281015.00001 saylı kredit müqaviləsi üzrə 5111,72 ABŞ dolları əsas, 1612,98 ABŞ dolları faiz, 1327,09 ABŞ dolları cərimə borcu, cəmi 8051,79 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2015-ci il tarixli, 126.LN2102.281015.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən 23%-lə 18 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin borcunun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3154/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 2085 ABŞ dolları əsas borc, 192,08 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış məbləğ kimi 85 ABŞ dolları, cərimə kimi 100 ABŞ dolları olmaqla, ümumilikdə 2462,08 ABŞ dolları məbləğində kredit borcu, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat pul məbləğinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə faiz, cərimə və artırılmış faiz məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2015-ci il tarixli 126.LN.2102.281015.00001 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehlərin 2085 ABŞ dolları əsas, 286 ABŞ dolları faiz, 914 ABŞ dolları cərimə və 370 ABŞ dolları artırılmış faiz məbləği, ümumilikdə 3655 ABŞ dolları məbləğində borcu qalmışdır. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə əsassız olaraq faiz, cərimə və artırılmış faiz borc məbləğlərini azaltmışdır. Belə ki, xx.xx.2015-ci il tarixli 126.LN.2102.281015.00001 nömrəli kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən əgər borcalan ödənilən faizlərin məbləğinin artırılması ilə razı deyilsə, xəbərdarlıq müddəti başa çatdığı andan bu müqavilə pozulmuş hesab edilir. Borcalan krediti dərhal qaytarmalı və kreditdən istifadə edilmiş müddətə görə faizləri ödəməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 360% məbləğində artırılmış faizləri (cərimə) kreditora ödəməlidir. Xətai rayon Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9/3845 nömrəli rəydən görünür ki, cavabdehlərin 5686,11 ABŞ dolları əsas və 85,41 ABŞ dolları faiz, cəmi 5771,52 ABŞ dolları məbləğində borcu vardır. Ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertiza rəyinin düzgün olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ekspert rəyində ödənişləri ümumi borcdan çıxaraq hesabat aparmış, cərimə və artırılmış faiz borcunu isə ümumiyyətlə hesablamamışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, ekspert rəyində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində əsassız olmuş, ekspert rəyi digər sübutlarla qarşılıqlı araşdırılmamış, təkrar ekspertizanın təyin edilməsi zərurəti nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin faiz, cərimə və müqavilə müddətindən sonrakı 5%-lə bağlı borcun tutulması hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müqavilə müddətindən sonrakı 5%-lə bağlı borcun tutulması hissəsində və cəmi məbləğ hissədə dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 126.LN2102.281015.00001 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********854 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 126.LN2102.281015.00001saylı kredit razılaşması üzrə 2085 ABŞ dolları əsas məbləğ üzrə borc, 286 ABŞ dolları faiz üzrə borc, 914 ABŞ dolları cərimə borcu, gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği 370 ABŞ dolları, cəmi 3655 ABŞ dolları borc təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-ci il tarixli 126.LN2102.281015.00001 kredit müqaviləsinə 1№-li əlavə razılıq bağlanmışdır. Həmin razılaşmanın şərtlərinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən borcalana 420.59 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 14,79 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümumi kredit məbləği 8140,58 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 8865 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na 19/644 xx.xx.2020-ci ildə xəbərdarlıq məktubu göndərilməklə onlardan xx.xx.2015-ci il tarixli 126.LN2102.281015.00001 saylı kredit müqaviləsinə əsasən borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/3845 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 126.LN2102.281015.00001 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh1 “xxxx” ASC-yə xx.xx.2017-ci il tarixə olan borcu əsas borc üzrə 5686,11 ABŞ dolları, faiz borcu üzrə 192,08 ABŞ dolları, müqavilə müddətinin bitdiyi sonrakı dövr üçün illik 5% hesablamaqla əsas borc üzrə 5686,11 ABŞ dolları, faiz borcu üzrə 85,41 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, Cavabdeh1 borcunun yoxlanılması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Apellyator olan iddiaçı tərəf ekspert rəyi ilə razılaşmasa da, həmin rəyi şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə müqavilə müddətinin sonuna olan 192,08 ABŞ dolları faiz borcunun tutulması ilə bağlı hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə 2085 ABŞ dolları əsas borca münasibətdə 100 ABŞ dolları dəbbə pulu məbləğinin tutulması hissəsində əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin materiallaından göründüyü kimi, kredit müqaviləsinin müddəti xx.xx.2017-cı ildə bitmişdir. Maliyyə arayışı isə xx.xx.2020-ci ildə verilmişdir. xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək olan müddət 1302 gün təşkil edir. Buna görə də, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 75 (2085 ABŞ dolları x 5% : 360 gün x 1302 gün=75 ABŞ dolları) ABŞ dolları təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 75 ABŞ dolları təşkil etdiyi halda, birinci instansiya məhkəməsi 85 ABŞ dolları müəyyən etmişdir. Bu hissədə iddiaçı tərəf həmin məbləğin azlığından apellyasiya şikayəti verdiyindən, həmin məbləğin məhkəmə tərəfindən az tutulması müəyyən olunmur. Lakin, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5%-lə olan faiz məbləği ekspert tərəfindən 85,41 ABŞ dolları müəyyən olunduğundan, həmin hissədə məbləğ dəyişdirilməli, 85,41 ABŞ dolları müəyyən olunmalıdır. Kollegiya qeyd edir ki, cərimə məbləğinin dəyişdirilməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 2462,49 ABŞ dolları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 3154/2020 saylı qətnaməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5 faizlə olan faiz məbləği və cəmi məbləğ hissədə dəyişdirilsin, 5 faiz məbləği 85,41 (səksən beş ABŞ dolları qırx bir sent) ABŞ dolları, cəmi məbləğ 2462,49 (iki min dörd yüz altmış iki ABŞ dolları qırx doqquz sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan- iddianın faiz və cərimə məbləği ilə bağlı qismən təmin edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3625/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3625/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver