Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3629/2019 27.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-318/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Əyyun oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata" markalı, **-BO-*** dövlət qeydiyyatlı nişanlı avtomobil İddiaçı mülkiyyətində olan “Kia Optima minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində əmlaka vurulmuş 13.681,50 manatmaddi ziyanın, nümayəndəyə çəkmiş olduğu 1.000 manatxərcin və ödənilmiş 31 manatdövlət rüsumunun cəmi isə 14.712,50 manat məbləğində pulun cavabdehlərdən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata" markalı, **- BO-*** dövlət qeydiyyatlı nişanlı avtomobil İddiaçı mülkiyyətində olan “Kia Optima minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində əmlaka vurulmuş 9.511,16 manatmaddi ziyanın, nümayəndəyə çəkmiş olduğu 1.000 manatxərcin və ödənilmiş 31 manatdövlət rüsumunun cəmi isə 10.542,16 manat məbləğində pulun cavabdehlərdən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)- 318/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 maddi ziyana görə 9295,66 manat, 300 manat nümayəndəyə cəkilmiş xərc və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi olmaqla ümumilikdə 9622,66 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-5488/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin qanunsuz, əsassız olduğundan həmin qətnamənin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8058/2018 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-318/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsibarədə yeni qətnamə qəbul edilməlidir. xx xxxx 2017-ci il tarixdə “Anar-99” firması tərəfindən verilmiş qüsur aktına əsasən, “Kia Optima minik” markalı, **-RO-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə aşağıdakı məbləğdə ziyan dəyməsi müyyən edilmişdir.Ehtiyyat hissələrinə görə:- 11.406,50 manat;görüləcək işlərə görə:- 2.275 manat. Dəymiş ziyanın ümumi məbləği 13.681,50 manat təşkil edir.Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata” markalı, **-BO-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə mülkiyyətində olan “Kia Optima minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurmuş olduğu maddi ziyanın bir hissəsini yəni 4.170,34 manatını avtonəqliyyat vasitəsi sahiblərlərinin mülki icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxx” ASC tərəfindən ona, yerdə qalan 830,00 manatı isə X1 Dövlət Agentliyinə ödənilmişdir.Bu səbəbdən dəymiş maddi ziyanın 13.681,50 manatından, bir hissəsi yəni 4.170,34 manatı “xxxxxxxxx” ASC tərəfindən ona ödənildiyi üçün iddia tələbi üzrə vurulmuş maddi ziyanın ümumi məbləği 9511,16 manat təşkil etmişdir.Eyni zamanda, tərəfindən pozulmuş hüquqlarımın bərpa edilməsi məqsədi ilə məhkəməyə iddia verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq 31 manat dövlət rüsumu və nümayəndəyə hüquqi yardım göstərilməsi üçün 1.000 manat məbləğində nağd pul vəsaiti ödənilmişdir. Cavabdeh3 Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin gəldiyi nəticə iddiaçının süni şəkildə şişirtiyi məbləğinin təmin edilməsinə və onun iştirakı olmadan keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının qeyri-real rəyinə əsaslanmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında düzgün sual müəyyənləşdirəbilən, sadəcə olaraq “Anar-99” firmasının tərtib etdiyi qüsur aktında qeyd olunmuş ehtiyyat Hissələrin hazırkı bazar və usta xərclərinin müəyyən olunması barədə ekspertiza təyin etmişdir. Bu da öz növbəsində ekspertiza qarşısında qoyulan sualların tam və obyektivliyinə əsaslı şübhələr yaratmışdır. Həmçinin, Məhkəmə işə baxarkən, baş vermiş yol nəqliyyat hadisəsinin hansı şəraitdə olması və tərəflərin bu qəzada nə dərəcədə təqsirkar olduğunu araşdırmadan, sadəcə olaraq Anar- 99" firması iddiaçının sifarişinə əsasən tərtib etdiyi “qüsur aktı”-nıvə onun iştirakı təmin edilmədən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının qeyri-real rəyini əsas götürərək qətnamə qəbul etmişdir. Belə ki, qəza zamanı “Kia Optima” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilin arxa sol hissəsi və qabaq sol hissəsi ciddi zərər görmüşdür ki, o hissələrin dəyişilməsinə ehtiyac vardı, lakin iddiaçı əlinə düşən fürsətdən məharətlə istifadə edərək 7 il sürülmüş avtomobilin qəza zamanı zərər görməyən, lakin avtomobil 7 ildir sürüldüyü üçün, dəyişilməyə ehtiyacı olan hissələrini də yenisi ilə əvəz etmişdir ki, bu hüquqdan sui-istifadə deməkdir. Belə ki, həmin avto-qəza zamanı “Kia Optima” markalı avtomobilə dəymiş ziyanı əks etdirən fotoşəkilləri son günlərdə əldə etdiyindən dolayı, birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. İstinad etdiyi halların sübutu kimi zədələnmiş “Kia Optima” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilin məhkəmə-əmtəəşünaslıq ekspertizasında yenidən ekspertiza olunmasıdır. Bu zaman onun də iştirakı təmin olunmalı və zədələnmiş “Kia Optima” markalı avtomobilin əvvəlki vəziyyəti (2010-cu ildə buraxılması nəzərə alınaraq)nəzərə alınmaqla, qəzadan sonra hansı hissələrəin dəyişdirildiyi və hansı hissələrin bərpa edildiyi və nəticədə avtomobilin hazırkı vəziyyətə gətirilməsinə çəkilmiş ümumi xərc müəyyən edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının şikayətinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, vurulmuş maddi ziyanın 3000 manat hissəsini qəbul etmişdir. Həmin məbləğin hissəhissə ödənilməsinə etiraz etmir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının İddiaçı və Cavabdeh3 münasibətdə dəymiş zərərin müəyyən edilməsi hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində, Qaradağ RPİ DYPŞ-nin TYP seriyalı, 009482 nömrəli, xx.xx.2017-ci il tarixli "İnzibati xəta haqqında" Protokol və onun əsasında qəbul edilmiş TYP seriyalı, 009482 nömrəli, xx.xx.2017-ci il tarixli "inzibati xəta haqqında" qərar ilə və Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elbəyi Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2017-ci il tarixdə, saat 14:15 radələrində Bakı dairəvi yolunda hərəkətdə olduğu zaman manevr qaydasını pozmuş, nəticədə, sağında hərəkətdə olan “Kia Qptima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilərək 40 manat cərimə olunmuşdur. “Kia Optima” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı məxsusdur.“Hyundai Sonata” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh2 məxsusdur.xx.xx.2012-ci il tarixli ƏN-İİ seriyalı, 601853 saylı etibarnamə ilə Cavabdeh2 özünə məxsus “Hyundai Sonata” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməyi Cavabdeh1 etibar etmişdir. “Anar-99” firmasının xx.xx.2017-ci il tarixli qüsur aktının surətindən görünür ki, yol- nəqliyyat hadisəsi zamanı zədələnmiş “Kia Optima” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilin təmir olunması üçün tələb olunan məbləğ 13681,50 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa kollegiya tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın dəqiq məbləğinin hesablanması məqsədi ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 30767 saylı rəyindən görünür ki, “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə dəyişilməli hissələrin qiyməti 11.406 manat, təmir-bərpa işlərinin qiyməti 2060 manat olmaqla, 13466 manat müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “Hyundai Sonata” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən Cavabdeh3 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçının mülkiyyətində olan “Kia Optima” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaqla ona zərər vurulması işin mübahisəsiz halıdır. İddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-3629/2019 saylı qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10186 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, 2010-cu il buraxılışlı “Kia Optima” markalı avtomobilin hazırkı orta bazar qiyməti 19.000 manat müəyyən olunmuşdur. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Anar-99” firmasının xx.xx.2017-ci il və “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən, 2010-cu il buraxılışlı “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13676 manat təşkil edir. 2010-cu il buraxılışlı “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 10842 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, 2010-cu il buraxılışlı “Kia Optima” markalı avtomobilə vurulmuş zərər nəticəsində dəyişdirilməli olan ehtiyyat hissələri yenisi ilə əvəz edildiyindən həmin ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilə bilməz. Beləliklə, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Optima” markalı 10- RO- 013 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 13676 manat müəyyən edilməsi, dəymiş ziyanın 4170,34 manatının avtonəqliyyat vasitəsi sahiblərlərinin mülki icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilməsi sübuta yetirilmişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən edilmiş 13.676 manat məbləğindən ödənilmiş 4170,34 manat məbləği çıxıldıqdan sonra qalan 9505,66 manat Cavabdeh3 İddiaçı xeyrinə tutulmalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia tələbinin nümayəndəyə şəkilmiş xərcin tutulması hissəsində birinci instansiya düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, birinci instansiya nümayəndəyə hüquqi yardıma görə 300 manat məbləğində pul ağlabatan məbləğ hesab olunmaqla Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekpertiza tədqiqatının dəyəri cavabdehlərdən tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 120 manat ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8058/2018 saylı qərarında qeyd olunan göstərişlərlə bağlı qeyd edir ki, mübahisə predmeti olan avtomobil təmir olunduğundan və üçüncü şəxslərə satıldığından avtomaşının yerində baxış keçirilməsi qeyri-mümkün olmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-318/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3tutularaqİddiaçı ödənilməli olan pul vəsaitinin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh39505,66 manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-318/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi Cavabdeh3tutularaqİddiaçı ödənilməli olan pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh39505,66 manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3629/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3629/2019
27.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver