Məhkəmə qərarları › İş №2(103)-3636/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3636/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3636/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20.02.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu, 2840,89 (iki min səkkiz yüz qırx ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 770.40 (yeddi yüz yetmiş ABŞ dolları 40 sent) ABŞ dolları, cəmi 16689.08 (on altı min altı yüz səksən doqquz ABŞ dolları 08 sent) ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 20.02.2015ci il tarixli, 140 saylı 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz, 1626.17 (bir min altı yüz iyirmi altı ABŞ dolları 17 sent) dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 442.98 (dörd yüz qırx iki ABŞ dolları 98 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9352.28 (doqquz min üç yüz əlli iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Volkswagen Passat” markalı, qara rəngli, buraxılış ili 2012-ci il olan, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci iltarixli, 140 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa həmin müqavilə üzrə öhdəliyin təmini üsulu kimi Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı, qara rəngli, buraxılış ili 2012-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair 20.02.2015-ci iltarixli, 140 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 20.02.2015ci il tarixli 141 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 22 % (iyirmi iki) faiz ödənilmək şərti ilə 9900 (doqquz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 141 və 141/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun 20.02.2015-ci il tarixli, 141 saylı kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu, 2840,89 (iki min səkkiz yüz qırx ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 770.40 (yeddi yüz yetmiş ABŞ dolları 40 sent) ABŞ dolları, cəmi 16689.08 (on altı min altı yüz səksən doqquz ABŞ dolları 08 sent) ABŞ dolları kredit borcu, Cavabdeh1 20.02.2015- ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz, 1626.17 (bir min altı yüz iyirmi altı ABŞ dolları 17 sent) dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 442.98 (dörd yüz qırx iki ABŞ dolları 98 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9352.28 (doqquz min üç yüz əlli iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində kredit borcu vardır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 140 saylı, 20.02.2015-ci il tarixli 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsinə əsasən 4937,11 ABŞ dolları əsas borc, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 441,11 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 7663,15 (yeddi min altı yüz altmış üç dollar, 15 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutulacaq məbləğ Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 141 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 8624,87 ABŞ dolları əsas borc, 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 770,40 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13.874,67 (on üç min səkkiz yüz yetmiş dörd dollar 67 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, kredit götürülən dövrdə ilk vaxtlar krediti ödəsələr də, sonradan devalvasiya nəticəsində dolların kursunun qalxması, bununla əlaqədar maddi vəziyətlərinin çətinləşməsi, bütün dünyada və o cümlədən Respublikada iqtisadi vəziyyətin kəskinləşməsi nəticəsində kreditlərini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Maddi vəziyyətlərində yaranmış çətinliklərlə bağlı bir-neçə dəfə banka müraciət edərək düşdükləri vəziyyəti nəzərə almalarını, ödədikləri faizlərdə müəyyən güzəşt etmələrini və kredit müqaviləsinin vaxtını uzatmalarını xahiş etmişlər və kreditin faizindən və devalvasiya nəticəsində qalxmağından müəyyən güzəşt müqabilində ödəmək iqtidarında olduqlarını bildirmişlər. Hesab edilir ki, qətnamə ədalətsiz olduğundan apelyasiya Məhkəməsində dəyişdirilməli və faiz borcu, cərimə pulu və kredit üzrə müddət bitəndən sonra tutulan məbləğ silinməklə ədalətli qətnamə qəbul olunmalıdır. Ödəniş qabiliyyəti olmayan bir müştəridən əlavə faiz və cərimələrin tutulması ədalətli hesab edilə bilməz. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 5000 ABŞ dolları və 20.02.2015ci il tarixli, 141 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 9.900 ABŞ dolları məbləğndə kredit verilmişdir. Məhkəmə əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 arasında imzalanmış 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin edərək kredit üzrə haqlı tələb edilən əsas borca görə yaranmış fazi borcunu azaldaraq 2084.93 ABŞ dolları fazi və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan fazi borcunu is azaldaraq 441.11 ABŞ dolları məbləğ və 20.02.2020-ci il tarixli, 141 saylı kredit müqaviləsi üzrə faiz borcunu azaldaraq 4179.40 ABŞ dolları faiz borcunu təmin etmişdir. Hesab edilir ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ona hesablanmış faziləri ödəniş qrafikində nəzərə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Cavabdeh1 tərəfindən imza edilən 20.02.2015-ci il tarixli, 140 saylı və 141 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faziləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən fazi məbləğini əsassız olaraq azaltmışdır. Əsas və fazi borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 442.98 ABŞ dolları borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 442.98 ABŞ dolları borcun azaldaraq 441.11 ABŞ dolları Konstinusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etmişdir. Qeyd edilmişdir ki, iddia tələbinin əsas kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazıki iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsimi tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tam tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək apelyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfin vermiş olduğu apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsinin və iş üzrə digər cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda iş üzrə çıxarılmış qətnaməni həm iddiaçı, həm də cavabdelər mübahisələndirdiyindən apelyasiya baxışının hədlərini qətnamənin bütövlükdə yolxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 20 fevral 2015-ci il tarixli, 140 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 ABŞ dolları kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 20 fevral 2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi əsasında götürülmüş 5000 ABŞ dolları kreditin aylıq məbləği 190,95 ABŞ dolları olmaqla 20 fevral 2018-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 20 fevral 2015-ci il tarixli, 140 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlamış olduğu 5000 ABŞ dolları verilməsi ilə bağlı kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Volkswagen Passat” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 130191 saylı, 20 fevral 2015-ci il tarixli çıxarış verilmişdir. İşdə olan 10 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 fevral 2015-ci iltarixli, 140 saylı, 5000 ABŞ dolları verilməsi ilə bağlıkredit müqaviləsinə əsasən 02.12.2019-cu il tarixə 4937,11 ABŞ dolları əsas borcu, 2346,02 ABŞ dolları müqavilə müddətinədək hesablanmış faiz borcu, 442,98 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 1626,17 ABŞ dolları cərimə borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 09.11.2018-ci il tarixli bildirişin surətindən və onun ünvan sahibi tərəfindən qəbul edilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 20 fevral 2015-ci iltarixli, 140 saylıkredit müqaviləsinə əsasən borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 20 fevral 2015-ci il tarixli, 141 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9900 ABŞ dolları kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 20 fevral 2015-ci il tarixli, 141 saylı kredit müqaviləsi əsasında götürülmüş 9900 ABŞ dolları kreditin aylıq məbləği 378,09 ABŞ dolları olmaqla 20 fevral 2018-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 20.02.2015-ci il tarixli, 141 saylı və 20.02.2015-ci il tarixli, 141/1 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 141 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsi əsasında borc alana verilmiş 9900 ABŞ dolları kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşdə olan 10 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 fevral 2015-ci iltarixli, 141 saylı kredit müqaviləsinə əsasən 02.12.2019-cu il tarixə 8624,87 ABŞ dolları əsas borcu, 4452,92 ABŞ dolları müqavilə müddətinədək hesablanmış faiz borcu, 770,40 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 2840,89 ABŞ dolları cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2020-ci il tarixli 9/1226 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 20.02.2015-ci il tarixli, 140 saylı, 5000 ABŞ dolları kredit götürməsi ilə bağlı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni 20.02.2018-ci il tarixə 4947,11 ABŞ dolları əsas borcu, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə 02.12.2019-cu il tarixinə 4947,11 ABŞ dolları əsas borcu, 2526,04 ABŞ dolları faiz borcu, 20.02.2015-ci il tarixli, 141 saylı, 9900 ABŞ dolları kredit götürməsi ilə bağlı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni 20.02.2018-ci il tarixə 9234,87 ABŞ dolları əsas borcu, 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə 02.12.2019-cu il tarixinə 9234,87 ABŞ dolları əsas borcu, 5002,85 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, özgəsinin pul vəsaiti qanunsuz saxlanıldıqda və onu qaytarmaqdan boyun qaçırıldıqda pulun sahibi ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda iddianın predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Digər tərəfdən, iddiaçı cavabdehdən 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 1626,17 ABŞ dolları, 20.02.2015-ci il tarixli, 141 saylı kredit müqaviləsi üzrə 2840,89 ABŞ dolları məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasla məhkəmə haqlı olaraq, 20.02.2015-ci il tarixli, 140 saylı 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 1626,17 ABŞ dolları məbləğində hesablanmış cərimənin 200 (iki yüz) ABŞ dolları, 20.02.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 2840,89 ABŞ dolları məbləğində hesablanmış cərimənin 300 (üç yüz) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab etmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı cavabdehlərdən 20.02.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulu götürülməsi barədə kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc və 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2020-ci il tarixli 9/1226 saylı rəyindən görünür ki, həmin kredit müqaviləsi üzrə cavabdehin 20.02.2018-ci il tarixə 9234,87 ABŞ dolları əsas borcu, 4179,40 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz borcu tələb etsə də, sözügedən ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni 20.02.2018-ci il tarixə 4947,11 ABŞ dolları əsas borcu, 2084,93 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, yəni iddiaçının hər iki kredit müqaviləsi üzrə tələb etdiyi əsas kredit borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən az olmasını əsas götürərək məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə tutulacaq əsas kredit borcu iddiaçının tələbinə uyğun tutulmalıdır. Bunun əksinə cavabdehin hər iki müqavilə üzrə faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən (müqavilələrin müddətinə) çox olduğundan ekspert rəyi əsas götürülərək rəyə uyğun tutulmalıdır. Kreditlər üzrə müddət bitəndən sonrakı dövr üçün faiz tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2020-ci il tarixli 9/1226 saylı rəyinə əsasən 20.02.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə faiz (əlavə) borcu 823,45 ABŞ dolları, 20.02.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı isə 441,11 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə haqlı olaraq hesab etmişdir ki, 20.02.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə faiz borcu iddiaçının tələbinə uyğun 770,40 ABŞ dolları, 20.02.2015-ci il tarixli, 140 saylı, 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə isə rəyə əsasən 441,11 ABŞ dolları olaraq tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh X3 140 saylı, 20.02.2015-ci il tarixli 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan 4937,11 ABŞ dolları əsas borc, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 441,11 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 7663,15 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalı, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X2 qaytarılmalı, həmçinin cavabdehlərdən müştərək qaydada 141 saylı, 20.02.2015-ci il tarixli, 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsinə əsasən 8624,87 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi günə 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 770,40 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13.874,67 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya şikayətlərinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçı tərəfin, həm də cavabdehlərin apelyasiya şikayətində qeyd etdikləri dəlilləri iş materialları ilə təkzib olunduğundan apelyasiya şikayətləri əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətlərdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə, iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar