Məhkəmə qərarları › İş №2(103)-3639/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3639/2023

26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3639/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Aztəminatlı X1rşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh X2 İctimai Birliyinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə tikinti-texniki ekspertiza təyin edilsin və rəy alınanadək iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardadın iş üzrə icraatın dayandırılması barədə hissəsi ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə görə, ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur. Birinci instansiya məhkəməsi bu hüququnu həyata keçirərkən qanunvericiliyin tələblərini pozmayıb. Belə ki, birinci, icraat dayandırılarkən məhkəmə iclasında cavabdehin (şikayətçinin) nümayəndəsinin iştirakı təmin edilib; ikinci, ekspertiza təyin edilməsi barədə qərardadda məhkəmə qeyd edib ki, rəy verə bilməsi üçün iş materialları ekspertə təqdim edilsin. Mülki işin materialları ekspertdə olduğu halda məhkəmə iş üzrə icraatı davam etdirə bilməz, ona görə də düzgün olaraq icraatın dayandırılması qərara alınıb. Şikayətdə qeyd edilən hallar qərardadın iş üzrə icraatın dayandırılması barədə hissəsinin ləğvi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının iş üzrə icraatın dayandırılması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar