Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3640/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və X1 Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı və X2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: pul vəsaitinin ödənilməsinin gecikdirilməsi, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı və X1 Cavabdeh qarşı “pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı və X2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, K. Səfərəliyeva küçəsi 26 saylı evin 3 otaqdan ibarət, yaşayış sahəsi 81,0 kv.metr, ümumi sahəsi 134 kv.metr olan 15 saylı mənzili X3 məxsus olmuş, Elza Məmmədova mənzilin antresol hissəsini İddiaçı və İlahə Dəmirovaya satmaq barədə onlarla razılığa gəlmiş və bunun üçün onlardan 6000 manat almış, əvəzində 4000 manata dair beh müqaviləsi bağlanmış, sonradan daha 2000 manat veriləndə isə hər iki məbləğə dair 6000 manatlıq borc müqaviləsi bağlanmış, alıcılar yaşamaq üçün mənzilə buraxılmışlar. Elza Məmmədova vəfat etdikdən sonra mənzil vərəsə olaraq onun oğlu Cavabdeh mülkiyyətinə keçirilmiş, sonuncu, mənzilin anası tərəfindən satılan hissəsini İddiaçı və İlahə Dəmirovaya satmaqdan imtina etdiyi üçün aralarında mübahisələr yaranmış, Nemət və İlahə Dəmirov(a)lar Cavabdeh qarşı iddia qaldıraraq mənzilə istifadə hüquqlarının tanınmasını və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmiş, Cavabdeh isə onlara qarşı “mənzildən çıxarılma” tələbi irəli sürmüş, hazırda qüvvədə olan məhkəmə qərarları əsasında Nemət və İlahə Dəmirov(a)lar mənzildən çıxarılmış, mənzil Cavabdeh təhvil verilmişdir.
2. Bundan sonra Nemət və İlahə Dəmirov(a)lar Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ondan borcun məbləği qismində 20 000 manatın, habelə 60 000 manat faiz məbləğinin tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 24.02.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh Nemət və İlahə Dəmirov(a)ların xeyrinə 10 000 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Nemət və İlahə Dəmirov(a)ların apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən, yəni 10 000 manat pul vəsaitinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunmaqla Nemət və İlahə Dəmirov(a)ların xeyrinə əlavə 10 000 manatın da tutulmasına qərar verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi 22.05.2018-ci il tarixli qətnaməsində Nemət və İlahə Dəmirov(a)ların “faiz borcunun tutulması” tələbləri ilə bağlı qeyd etmişdir ki, həmin tələbin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 445.7-ci və ya 449.1-ci maddəsi sözügedən işdə tətbiq oluna bilməz, çünkü cavabdehin iddiaçılar qarşısında hər hansı pul məbləğinin ödənilməsi öhdəliyi olmamışdır. Bununla belə apellyasiya kollegiyası Nemət və İlahə Dəmirov(a)lara izah etmişdir ki, onlar pul vəsaitinin sahibliklərindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdirlər.
4. Nemət və İlahə Dəmirov(a)lar hazırda baxılan iddia ərizəsi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 34 000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh anası, mərhumə X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin antresol hissəsində yerləşən 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını 18 000 manata İddiaçı satmaq barədə razılaşmış, bu razılaşmaya əsasən 05.05.2012-ci il tarixdə mərhumə Elza Məmmədova makler vasitəsilə beh müqaviləsi üzrə 4000 manat pulu İddiaçı alaraq sənədləşmə üçün qısa bir vaxt istəmiş, tam etibarını qazanmaq üçün ona ailə üzvləri ilə birgə satmış olduğu hissədə yaşamağa icazə vermişdir. 22.05.2012-ci il tarixdə təkrar Elza Məmmədova satdığı ev üçün İddiaçıla 6000 manat məbləğində notarial qaydada borc müqaviləsi bağlmış, bundan əlavə tərəflər, yəni mərhumə Elza Məmmədova və İddiaçı arasında "xxxx" MMC-nin direktoru Rza Məmmədovun həm şəxsi imzası, həm də şirkətə məxsus möhürlə təsdiq edilmiş, 18 000 manat dəyərində qiymətləndirilmiş mülk üçün 4000 manat beh müqaviləsi bağlanmışdır. Bir müddət sonra Elza xanım sağlamlığı ilə əlaqədar olaraq xəstəxanaya getmiş, bu zaman sonuncu, etibar etdiyi üçün yaşadığı birinci mərtəbənin açarını İddiaçı vermiş, təxminən 2012-ci ilin sentyabr ayında evdə olduğu zaman bir nəfər polis formasında olan şəxs qapını döymüş, qapını açdıqda həmin şəxs adının Etibar olmasını və Elza xanımın oğlu olduğunu bildirmiş, Etibardan Elza xanımın vəfat etməsini eşitmişdir. Etibar Nemətdən anasının yaşadığı və xəstəxanaya getməzdən öncə ona verdiyi birinci mərtəbədə yerləşən mənzilin açarını istəmiş, evin açarını Etibara təqdim etmiş, Elza xanımın yas mərasimi zamanı əlindən gələn bütün köməkliyi göstərmiş, Etibar, yas mərasimi bitdikdən sonra evin alğı-satqı məsələsini müzakirə edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Etibar demişdir ki, anası Elza xanımın evi Nemətə satmasından xəbəri var və anasının son istəyi evin alğı-satqısının tamamlanması olmuşdur. Buna görə də evin qalan pulu, yəni 12 000 manat pul ona çatacaqdır. Etibarla razılaşmış, Etibar vərəsəliklə bağlı məsələləri həll etmək üçün möhlət istəmiş, bundan bir neçə gün sonra Etibar Neməti anasının evi olan birinci mərtəbəyə çağırmış, yas mərasimi üçün 2000 manat pula ehtiyacı olduğunu, həmin pulu evin alğısatqısına görə ödənilməli olan 12 000 manatdan çıxacağını bildirmişdir. Polis əməkdaşı olduğu üçün Etibara inanıb ona 2000 manat vermiş, bundan 1-2 ay keçdikdən sonra Etibar yenə ona zəng edərək evin sənədləşməsi üçün əlavə 2000 manata ehtiyacı olduğunu söyləmiş, həmin məbləği Etibara vermiş, 3-4 ay sonra Etibar onu birinci mərtbədə yerləşən anasının evinə çağırmış və evin qalan pulunu hazırlamasını söyləmiş, bundan 1-2 ay keçdikdən sonra zəng edərək pulun qalan hissəsini istəmişdir. Nemət, anası, həyat yoldaşı və həyat yoldaşının anası ilə birlikdə birinci mərtəbəyə Etibarın yanına düşmüş, burada onlar pulun qalan hissəsini, yəni 8000 manatı Etibara tam ödəmiş və Etibardan bununla bağlı bir sənəd tələb etmiş, sonuncu isə müxtəlif yalanlar söyləyərək onları inandırmış və heç bir sənəd verməmişdir. Həmin hadisədən təxminən 2 ay keçdikdən sonar Etibar zəng edərək evin bütün sənədləşməsini həll etmək və evdə yaşayan ailə üzvlərini qeydiyyata almaq üçün əlavə 2000 manat pul istəmiş, bu məbləğ də Etibara verilmiş, beləliklə Etibara və anasına verilən pulun ümumi məbləği 20 000 manatı keçmişdir. Bundan sonra Nemət dəfələrlə Etibara zəng etsə də, sonuncu, müxtəlif bəhanələr gətirərək evin sənədlərini təqdim etməkdən yayınmışdır. Etibardan pulu tələb etdiklərində o, 20 000 manat pulunun olmadığını və pulu ev söküləndə qaytara biləcəyini bildirmişdir. Sonradan Etibarın onlara hədə-qorxular gəldiyini və pulu qaytarmaq istəmədiyini görüb məhkəmədə iddia qaldırmış və 20 000 manat əsas borcun və 60 000 manat faiz məbləğinin qaytarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 10 000 manatın tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh onların xeyrinə əlavə 10 000 manat da tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi 60 000 manat məbləğində faiz məbləğinin tutulması birədə iddianı rədd etsə də, onlara izah etmişdir ki, pul vəsaitinin onların sahibliyindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia sürmək hüququna malikdirlər. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin antresol hissəsindəki 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını onlara verməli olduğu halda bunu təmin etməmiş, nəticədə onlar, özlərinə vurulmuş real zərərlə bərabər, gələcəkdəki faydadan məhrum olmuşlar. Belə ki, sonradan onlara məlum olmuşdur ki, Cavabdeh mənzilin antresol hissəsində yerləşən 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını onlara verməkdən imtina etdikdən sonra həmin ərazi plana düşmüş və cavabdehə bu əmlaka görə 63 000 manat ödənilmişdir. Beləliklə, həmin əmlak onlara təhvil verilsəydi, buna görə nəzərdə tutulmuş kompensasiya məbləği də onlara ödəniləcəkdi ki, onlar bundan məhrum olmuşlar. Məhkəmə qətnaməsi ilə onlara qaytarılan 20 000 manat pul vəsaiti nəzərə alındığında, 43 000 manat faydadan məhrum olmuşlar və həmin məbləğ Cavabdeh alınaraq onlara ödənilməlidir.
6. Cavabdeh isə İddiaçı və X2 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, 10 000 manat maddi, 20 000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun Nemət və İlahə Dəmirov(a)lardan tutulub xeyrinə ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 2012-ci ildən etibarən Nemət və İlahə Dəmirov(a)ların ona qarşı əsassız iddia tələbləri ilə bağlı məhkəmələrə müraciətləri başlamış, onların həm daşınmaz əmlak, həm də pul tələbinə dair əvvəlki iddiaları ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə qərarları tam icra edilmiş, həmin mülki işlər üzrə icraata xitam verilmişdir. Nemət və İlahə Dəmirov(a)lar 10 ilə yaxındır ondan əl çəkməyərək ev və ya pul qoparmaq məqsədilə əsassız iddialar vermiş, hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər etmiş, bunun nəticəsində səhhətində ciddi problemlər yaranmış və müayinələr edildikdən sonra ürəyindən təcili əməliyyat olunmasının vacibliyi deyilmiş, mənəvi ziyana məruz qalmışdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, nə ilkin iddiaçılar, nə də qarşılıqlı iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X1 Cavabdeh qarşı “borcun və ya borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması” tələblərinə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir və qeyd olunan qətnamələrlə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı isə səhhətində olan narahatçılıqlarla qarşılıqlı iddia üzrə cavabdehlərlə mübahisələri arasında səbəbli əlaqənin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
10. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun qismən – ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İlahə Dəmirova məhkəməyə gəlməmiş, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
14. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
17. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə qarşılıqlı iddia rədd edilsə də Cavabdeh qətnaməni mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş; İddiaçı isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin yalnız öz iddia tələblərinin təmin olunmaması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Kollegiya ilk növbədə qeyd edir ki, ilkin iddiaçıların, “əmlaka görə Cavabdeh aldığı kompensasiya məbləğindən onlara pay düşdüyü” arqumentləri əsaslı deyildir; belə ki, onların evlə bağlı Cavabdeh anası ilə razılaşması başından etibarən etibarsız olmuş və “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbləri təmin edilməmişdir.
26. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə müvafiq əsaslandırma ilə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmış, ilkin iddia tələbini “Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X1 Cavabdeh qarşı “borcun və ya borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması” tələblərinə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir” qənaəti ilə rədd edərkən, sözügedən qətnamədə Nemət və İlahə Dəmirov(a)lara “pul vəsaitinin sahibliklərindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürmək hüququna malik olmaları” hüququnun izah edildiyini nəzərə almamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsində əks olunan hüquqi mövqeyi nəzərə alan kollegiya hesab edir ki, iddiaçılara müvafiq pul məbləğinin qaytarılmalı olduğu tarixdən, onun faktiki qaytarıldığı tarixədək olan müddət ərzində Cavabdeh həmin məbləği qanunsuz saxlamışdır və buna görə də bu vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tərəflər arasında yeni - tələbkar-borclu münasibətləri yaranmışdır.
28. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçılar 07.02.2017-ci il tarixədək Cavabdeh məxsus evdə yaşamaqla həmin tarixdə oradan çıxarılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi 28.11.2018-ci il tarixdə qanuni qüvvəsini almış və məhz bu tarixdən Cavabdeh ilkin iddiaçılara 20 000 manat vəsaiti qaytarmalı olmuşdur.
29. Bununla yanaşı iş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 22.05.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alana qədər – 18.08.2018-ci il tarixdə - Cavabdeh ilkin iddiaçılara 14 000 manat ödəmiş, qalan 6000 manat isə onun pensiyasından 12.06.2020-ci il tarixinə qədər tutulmuşdur.
30. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən 15 saylı mənzilin dövlət ehtiyacları üçün alınmasına görə Cavabdeh 07 may 2017-ci il tarixdə 216 994 manat kompensasiya ödənilmişdir.
31. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
33. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
34. Kollegiya hesab edir ki, ilkin iddiaçılar qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərlərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiklərindən, Cavabdeh Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq sübutetmə vəzifəsinin yerinə yetirilməməsi ilkin iddiaçıların iddia tələbinin Mülki Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən təmin olunmasını da istisna edir; çünkü həmin maddi hüquq norması “əldə edilənlərdən götürülən fayda”nın əsassız varlanma obyekti kimi qaytarılmasını tələb etmək imkanını verir ki, bu halda da sözügedən faydanın mövcudluğu sübuta yetirilməlidir.
35. Bu mənada kollegiyanın qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
36. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
37. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ilkin iddiaçılara 20 000 manat vəsaiti qaytarmalı olması Bakı Apellyasiya Məhkəməsinin 28.11.2018-ci il tarixdə qanuni qüvvəsini almış 22 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, lakin həmin vəsaitin 14 000 manatı qətnamə qanuni qüvvəsini alana qədər ödənilmişdir.
38. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, ilkin iddiaçılar yalnız, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən etibarən onlara ödənilməli olan 6000 manatın ödənildiyi tarixədək olan dövrə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdirlər.
39. Yuxarıda qeyd olunduğu kimi, 6000 manatın Cavabdeh pensiyasından tutulması icra sənədinin icrası qaydasında 2020-ci ilin iyun ayında başa çatdırılmışdır və bu o deməkdir ki, 28 noyabr 2018-ci il tarixindən pulun tam ödənildiyi tarixədək olan dövr təxminən 1 il 6 ay olmaqla həmin müddət üçün hesablanacaq faiz miqdarı 450 manat təşkil edir (6000 manat x 1 il 6 ay x 5% = 450). Kollegiya onu da qeyd edir ki, 6000 manatın Cavabdeh pensiyasından hissə-hissə tutulmuş olması fərqli nəticəyə gəlinməsinə səbəb olmamalıdır; çünkü o, 07 may 2017-ci il tarixdə 216 994 manat kompensasiya almış olmasına və ilkin iddiaçılara ödənilməli olan pulu qaytarmaq imkanına sahib olduğuna baxmayaraq, 28.11.2018-ci il tarixdə qüvvəyə minmiş qətnamənin icrasını (6000 manata dair hissədə) könüllü təmin etməyərək ilkin iddiaçıları öz haqqlarını onun pensiyasından hissə-hissə almağa məcbur buraxmışdır.
40. İlkin iddiaçılara ödənilməli olan məbləği müəyyənləşdirərkən kollegiya, onların 07.02.2017-ci il tarixədək Cavabdeh məxsus evdə yaşadıqlarını (evdən istifadə etdiklərini, faydalandıqlarını) da nəzərə alır və hesab edir ki, bu məbləğ “bərabər mənafelərə bərabər nisbət” prinsipi baxımından ədalətli hesab oluna bilər.
41. Kollegiya həmçinin hesab edir ki, ilkin iddiaçıların ödədiyi dövlət rüsumlarının və bank xidmətinin məbləğləri də Cavabdeh alınaraq onlara ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5680/2021 saylı iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı və X1 Cavabdeh qarşı “pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv olunsun və müvafiq hissədə yeni qətnamə çıxarılsın. Həmin iddia tələbi qismən təmin edilsin. Cavabdeh pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzi qismində 450 (dörd yüz əlli) manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) alınaraq (tutularaq) İddiaçı və X2 ödənilsin. İddiaçı və X1 Cavabdeh qarşı “pul vəsaitinin qaytarılmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbləri qalan hissədə təmin olunmasın. Qətnamədən İddiaçı və X4 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov