Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3650/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 05 mart 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamədən iddiaçının nümayəndəsinin və Cavabdeh1 verdikləri apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından, həmçinin Elektron Məhkəmə Sistemindəki məlumatlardan görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə İddiaçı BOKT ASC-nin, habelə onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə BOKT-un nümayəndəsi tərəfindən natamam apellyasiya şikayəti (forma və məzmuna əməl olunmadan tərtib edilən və 1 səhifədən ibarət olan fayl) elektron sistemə yüklənmiş, xx.xx.2024-cü il tarixdə elektron olmayan şikayət də məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. İşdən görünür ki, BOKT-un nümayəndəsi apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə növbəti dəfə elektron sistemə yerləşdirərək eyni zamanda ötürülmüş prosessual müddətin bərpa olunmasını istəmiş, lakin sonradan ərizə ünvanlayaraq “daha əvvəl şikayət verdiklərinin nəzərə alınmasını və xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin, habelə müddətin bərpa edilməsi barədə ərizənin geri qaytarılmasını” xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin şikayətin və müvafiq ərizənin geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hazırda BOKT-un apellyasiya şikayəti kimi yalnız xx.xx.2024-cü il tarixdə elekron sistemə yerləşdirilmiş şikayəti qəbul etmək mümkündür – hansı həmin şikayət forma və məzmuna əməl olunmadan tərtib edilən 1 səhifəlik natamam fayl olmaqla yanaşı, həm də müddət ötürülməklə verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qətnamə BOKT-un elektron sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, sözügedən natamam şikayət isə xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məcəllənin 361.1-ci maddəsinə əsasən isə, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndsinin apellyasiya şikayətinə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-331/2024 saylı iş üzrə 05 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı BOKT ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3650/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3650/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver