Məhkəmə qərarları › İş №2(103)-3651/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3651/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3651/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Qaradağ Rayon Məhkəməsinin 2(002)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və E.İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda İddiaçı1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə rədd edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı1 tərəfindən verilmiş şikayət rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə yazılı icraat qaydasından baxılarkən iddiaçı tərəfindən çoxsaylı ərizəvəsaatətlər göndərərək işə şifahi icraat qaydasında baxılması, həmçinin də onun dövlət hesabına vəkillə təmin edilməsi xahiş edilmişdir. Kollegiya rayon məhkəməsinin qərardadından verilmişşikayətə şifahi icraat qaydasında baxılmasına dair vəsatətə münasibətdə hesab etmişdir ki, şikayətin dəlillərinin qiymətləndirilməsi və müvafiq qənatə gəlinməsi üçün zəruri sübutlar iş materiallarında mövcuddur, əlavə dinləmələrin aparılmasına lüzum yoxdur, bu səbəbdən də şikayət şifahi icraat qaydasında baxılmasına dair ərizə təmin edilməməlidir. İddiaçının digər-şikayətə baxılması ilə əlaqədar olaraq onun vəkillə təmin edilməsi ilə bağlı ərizəsinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırki işə yazılı icraat qaydasında baxıldığından, həmin vəsatət də öz özlüyündə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi, mübahisələndirilən qətnamə İddiaçı1 tərəfindən apellyasiya şikayəti müddət ötürülməklə verilmişdir və şikayətində üzrlü səbəb kimi keçirdiyi avtomobil qəzası zamanı aldıqları ağır və qalıcı travmalara görə mütəmadi olaraq xəstəxanalara və fizioterapiyalara gedib-gəlmələri göstərilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən səbəbi üzrlü hesab etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, şəxsin fizioterapiyaya və yaxud xəstəxanaya getməsi qətnamədən apellyasiya şikayəti verilməsinə hər hansı şəkildə maneə yaratmır. Fizioterapiya və digər bu kimi tibbi prosedurlar məhdud zaman çərçivəsində həyata keçirilir, butun iş gününü əhatə etmir. İddiaçılar iş günü ərzində iş saatlarının yalnız az bir hissəsini fizioterapiyaya getmək üçün sərf etmişlər, fizioterapevtin yanına gedib gəlmək üçün yolda itirilən vaxt və sırf prosedurun qəbul edilməsi müddəti üst-üstə ən çox 2(iki) saat təşkil edə bilər. Səhər saat 09:00-dan axşam saat 18:00-dək olan 8 saatlıq iş gününün qalan vaxtı ərzində iddiaçılar sərbəst və rahat şəkildə qətnamədən apellyasiya şikayəti vermək imkanına malik olmuşlar. İddiaçılar qətnamə çıxarılan müddət ərzində keçirilən məhkəmə iclaslarında iştirak etmişlər, sağlamlıq durumları sərbəst hərəkət etməyə, apellyasiya şikayəti hazırlamağa, bunun üçün hüquqi yardım almağa və s. zəruri hərəkətləri yerinə yetirməyə tam imkanlı olmuşlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, ötürülmüş prosessual müddətin səbəbinin üzürsüz olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti tam əsaslıdır, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar