Məhkəmə qərarları › İş №2(103)-366/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-366/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-366/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 1073/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 095-12 nömrəli xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2015-ci il tarixə əsas borc üzrə 24134,7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 30124,52 manat, 103-12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2015-ci il tarixə - əsas borc üzrə 24669,55 ABŞ dolları, faiz borcu üzrə 17028,46 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları olmaqla, cəmi 41748 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), 104-12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2015-ci il tarixə - əsas borc üzrə 24987,31 manat, faiz borcu üzrə 18208,52 manat, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 43248,83 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixli, 095-12 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 25000 manat məbləğində kredit ayrılmış, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 103-12 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində və 104-12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 25000 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh kredit vəsaitlərindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq kredit məbləğini və ona hesablanmış faizləri qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 1073/2018 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-12279/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunmuş, iddia təmin olunmuş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 095-12 nömrəli xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24134,7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə borcu üzrə 50 manat, cəmi 30124,52 manat, 103-12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24669,55 ABŞ dolları, faiz borcu üzrə 17028,46 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 41748 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), 104-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24987,31 manat, faiz borcu üzrə 18208,52 manat, cərimə borcu üzrə 50 manat, cəmi 43248,83 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3695/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması, mübahisə üzrə iddia müddətinin keçməməsi, sonradan ödənişlərin olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, bank sənədlərindən (hesabdan çıxarış və s.) hər üç kredit müqaviləsi üzrə həmin kredit müqavilələri qüvvədə olduğu müddətdə, yəni xx xxxxxxx 2014-cü il tarixə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları cavabdeh tərəfindən tam ödənilmişdir. Lakin, kredit müqavilələrinin müddəti bitdikdən sonra kartlar bloklanmamış və cavabdeh sonradan kartlardan müvafiq pul vəsaitlərini çıxararaq onlardan istifadə etmiş və beləliklə borc yaranmışdır. Bu halı onunla izah edir ki, adətən kredit müqaviləsinin müddəti bitdikdə kartlardan istifadə mümkün olmur, bir şərtlə ki, müqavilənin müddəti uzadılmış olmasın. Tərəflər arasında bağlanmıq hər üç kredit müqaviləsinin müddəti isə xx.xx.2014-cü il tarixdə bitmiş və sonradan uzadılmamışdır. Lakin, onlara məlum olmayan səbəblərdən kredit müqavilələrinin müddəti bitdikdən sonra kartlar bloklanmamış, bu səbəbdən də cavabdeh sonradan kartlardan istifadə etməkdə davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv olunaraq iddianın rədd olunmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 25.000 manat məbləğində, xx xxxxxxx 2012-ci il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 25.000 ABŞ dolları məbləğində, xx xxxxxxx 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. İşdə olan, hər üç müqavilə üzrə tərəflər arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli Əlavələrdən görünür ki, müqavilələrin qüvvədə olma müddəti xx xxxxxxx 2014-cü il tarixdə bitir. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırki iş üzrə xx xxx 2019-cu il tarixli, 2(102)-3695/2019 saylı qərarında göstərmişdir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-c il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 24669,55 ABŞ dolları, 17028,46 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla. cəmi 41748 ABŞ dolları borc mövcuddur. İddiaçının xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 24987,31 manat, 18208,52 manat faiz borcu, 50 manat cərimə olmaqla cəmi 43248,83 manat borc mövcuddur. Apellyasiya Məhkəməsi istinad etdiyi maliyyə arayışını iş materialları ilə müqayisəli şəkildə tədqiq etməmiş, arayışda göstərilmiş məlumatların həqiqiliyini araşdırmamışdır. Kredit müqavilələrinə edilmiş xx xxxxxxx 2013-cü il tarixli əlavə və dəyişikliklərdə müqavilə müddətlərinin qurtarması xx xxxxxxx 2014-cü il göstərilməsinə baxmayaraq, bankın tərtib etdiyi maliyyə arayışlarında faizlərin xx xxxxxx 2017-ci il tarixə kimi hesablanması nəzərə alanmamışdır. İş materiallarından göründüyü kimi 095-12 saylı müqavilə üzrə 22 faizlə verilmiş 25.000 manat kreditə görə 19.440,74 manat, 103-12 saylı müqavilə 22 faizlə verilmiş 25.000 ABŞ dolları kreditə görə 20.424,56 ABŞ dolları, 104-12 saylı müqavilə üzrə 22 faizlə verilmiş 25.000 manat kreditə görə 21.777,18 manat faiz borcu hesablanmışdır. Apellyasiya məhkəməsi həmin faizlərin hansı qaydada hesablanmasını araşdırmamış, zərurət olmasına baxmayaraq iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 24271 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - xx xxxxxxx 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsi üzrə- borcalan Cavabdeh kreditor «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında xx xxxxxxx 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə həmin kredit müqaviləsi üzrə əsas və faiz borcları tam ödənilmişdir. Qeyd edilir ki, xx xxxxxxx 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni xx.xx.2014-cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. - xx xxxxxxx 2012-ci il tarixli 103-12 saylı «MasterCard» ödəniş sisteminə aid güzəştli müddət kartından istifadəyə dair müqaviləsi üzrə - borcalan Cavabdeh kreditor «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında xx xxxxxxx 2012-ci il tarixli 103- 12 saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. Qeyd edilir ki, xx xxxxxxx 2012-ci il tarixli 103-12 saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni xx.xx.2014-cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. - xx xxxxxxx 2012-ci il tarixli 104-12 saylı «Visa» ödəniş sisteminə aid güzəştli müddət kartından istifadəyə dair müqaviləsi üzrə - borcalan Cavabdeh kreditor «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında xx xxxxxxx 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. Qeyd edilir ki, xx xxxxxxx 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni xx.xx.2014-cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. Ekspertiza rəyindən göründüyü kimi, hər üç kredit müqaviləsi üzrə həmin kredit müqavilələri qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi də bu halı təsdiq edərək göstərmişdir ki, bank sənədlərindən (hesabdan çıxarış və s.) hər üç kredit müqaviləsi üzrə həmin kredit müqavilələri qüvvədə olduğu müddətdə, yəni xx xxxxxxx 2014-cü il tarixə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları cavabdeh tərəfindən tam ödənilmişdir. Lakin, kredit müqavilələrinin müddəti bitdikdən sonra kartlar bloklanmamış və cavabdeh sonradan kartlardan müvafiq pul vəsaitlərini çıxararaq onlardan istifadə etmiş və beləliklə borc yaranmışdır. İddiaçının nümayəndəsi bunun izahatı kimi həmçinin göstərmişdir ki, adətən kredit müqaviləsinin müddəti bitdikdə kartlardan istifadə mümkün olmur, bir şərtlə ki, müqavilənin müddəti uzadılmış olmasın. Tərəflər arasında bağlanmıq hər üç kredit müqaviləsinin müddəti isə xx.xx.2014-cü il tarixdə bitmiş və sonradan uzadılmamışdır. Lakin, onlara məlum olmayan səbəblərdən kredit müqavilələrinin müddəti bitdikdən sonra kartlar bloklanmamış, bu səbəbdən də cavabdeh sonradan kartlardan istifadə etməkdə davam etmişdir. Göründüyü kimi, kredit müqavilələrinin müddəti ərzində cavabdehin həmin müqavilələrin şərtlərinə əsasən istifadə etdiyi pul vəsaitlərinə görə borcunun qalması araşdırılmış sübutlarla müəyyən olunmur. Qeyd edilməlidir ki, müqavilənin müddətinin qurtarması ilə müqaviləyə xitam verilir (tərəflərin hüquq və vəzifələrinə xitam verilir). Lakin, qanunverici istisna nəzərdə tutumuşdur ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi). Hazırki işin hallarından isə görünür ki, cavabdehin müqavilə müddəti qurtaran anda müqavilənin şərtlərindən irəli gələn hər hansı öhdəliyi (kredit borcu və s.) olmamış, beləliklə müddətin bitməmsi ilə müqaviləyə xitam verilmişdir. Bu səbəbdən də qeyd edilən norma iddianın əsasını təşkil edə bilməz. Qeyd edildiyi kimi, işdə olan sübutlarla hazırki iş üzrə hər üç müqavilərin müddətinin bitməsi anına cavabdehin hər hansı borcu olmamışdır (iddia tərəf də bu halı mübahisələndirmir). Belə olan halda isə, öhdəliyə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən (öhdəliyə kreditorun xeyrinə icra) xitam verilmiş sayılır. İddiaçı isə hazırki iddia ərizəsində məhz kredit müqavilələri üzrə cavabdehin borcunun qalması əsası ilə tələb irəli sürmüşdür ki, belə bir tələb də təmin oluna bilməz. Qeyd edildiyi kimi, iddiaçı hər hansı pulun yox, məhz kredit müqavilələri üzrə kredit borcunun tələb etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, kredit müqavilələri üzrə borc müəyyən edilmir. Ekspertiza rəyinə əsasən də, hər üç kredit müqaviləsi üzrə müddət bitdikdən sonra isə, yəni xx.xx.2014-cü il tarixdən sonra həmin kredit müqavilələri çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh sonradan kredit müqavilələrindən kənar qaydada, yəni kredit müqavilələrinin qüvvədə olmadığı dövrdə iddiaçıya aid pul vəsaitindən istifadə etmişdirsə, iddiaçının digər əsaslarla (əsassız varlanma və s.) həmin pulu tələb etmək hüququ istisna olunmur. İddiaçının isə belə bir əsasla tələbi olmadığından məhkəmə kollegiyası tələbdən kənar çıxmağı zəruri hesab etməmişdir. Çünki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, bu hala diqqət yetirməmiş, yalnız iddia müddətinin keçməsinə əsaslanmışdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 145 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də bllbfxsqf aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 1073/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-1073/2018 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı ASC-yə aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 145 (bir yüz qırx beş) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov. Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar