Məhkəmə qərarları › İş №2(103)-3661/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3661/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3661/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddianın təmin etmə tədbirinin ləğvi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1322/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxx 2019-cu il tarixli, NSNPU-1848 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 6938,45 manat, faiz borcuna görə 83,28 manat, dəbbə borcuna görə 0 manat, cəmi 7021,73 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1322/2020 nömrəli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilməklə, Cavabdeh məxsus **-VB-*** qeydiyyat nişanlı, “Nissan Altima” minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli. 2(004)- 1322/2020 saylı qərardadı ilə iddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə istinad etməklə, cavabdehin ölməsi əsası ilə xitam verilmişdir. Həmçinin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli digər qərardadı ilə Cavabdeh məxsus **-VB-*** qeydiyyat nişanlı, “Nissan Altima” minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1322/2020 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçı ASC şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1322/2020 saylı qərardadının ləğv olunmasını və iddianın təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus **-VB-*** qeydiyyat nişanlı, “Nissan Altima” minik markalı və **-VS-*** qeydiyyat nişanlı, “BMW X-5” minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayət Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin etmə tədbirinin görülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə iddiaçının şikayətinin dəlillərinə hüquqi qiymət verərək ilk olaraq qeyd edir ki, iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Lakin yuxarıda qeyd olunduğu kimi, hazırki iş üzrə İddiaçı ASC-nin iddiası üzrə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının həmin qərardaddan şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yəni hazırki mübahisə üzrə qəbul edilmiş məhkəmə aktının mahiyyəti (yəni iddia üzrə icraata xitam verilməsi) iddianı təmin tədbirin qüvvədə saxlanılması zərurətini aradan qaldırmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə görülmüş iddianı təmin etmə tədbirini ləğv etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 162, 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1322/2020 nömrəli qərardadı ilə görülmüş iddianın təmin etmə tədbirinin ləğvi barədə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1322/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar